28 may 2017, Bazar
Ana Səhifə - MEDİA - “Çobanı elə çəkərsən ki, dirijorun fotosundan üstün olar” - “Azərbaycan” qəzetinin fotojurnalisti ilə MÜSAHİBƏ
“Çobanı elə çəkərsən ki, dirijorun fotosundan üstün olar” - “Azərbaycan” qəzetinin fotojurnalisti ilə MÜSAHİBƏ +
05.05.2017, 09:54

Fərman Bağırov: “Heç vaxt getdiyim çəkilişlərdən əliboş qayıtmamışam”


Modern.az saytı “Kadr arxasındakılar” adlı yeni rubrikasında uzun müddət fəaliyyət göstərmiş fotojurnalistlərlə müsahibələr təqdim edəcək.  İlk qonağımız “Azərbaycan” qəzetinin fotoillustrasiya şöbəsinin müdiri Fərman Bağırovdur.

 

-Fərman bəy, müsahibəmizə başlamazdan öncə istərdik ki, sizi daha yaxından tanıyaq.

 

-1936-cı ildə Bakıda anadan olmuşam. Orta təhsilimi 1 nömrəli məktəbdə almışam.     

Əsgərlikdən əvvəl “Pionerlər evi”nə gedir, orada yaradılan  foto dərnəyi ilə maraqlanırdım. İlk vaxtlar fotoya həvəskar kimi yanaşırdım. O zamanlar, hələ mətbuatla, fotoqrafiya ilə bağlı məlumatım yox idi. Əsgərliyə gedənə qədər ikinci dərəcəli velosipedçi olmuşam. Həmin vaxtlar idman yarışlarından çəkilişlər edər, velosiped və motosiklet yarışlarını kadrlara köçürərdim. Çünki idmanın bu sahəsi ilə əlaqəli idim.
9-cu sinifdə oxuyanda bir neçə adam mənə bu fotoları qəzetdə çap elətdirməyim barədə məsləhət verdi. “İdman qəzeti”ni nişan verdilər. Hələ mətbuatda işləmək barədə bir fikrim yox idi. 1959-cu ildə əsgərlikdən qayıtdıqdan sonra təhsilimi davam etdirmək istəyirdim. Universitetə sənəd verənə qədər  fotoqrafiya ilə məşğul olmağa  başladım. O zamanlar “Kommunist” qəzetində çalışan azərbaycanlıların sayı az idi. Qəzetin redaktoru soyadımı görən kimi məni dəvət elədi işə. 1960-cı ildə orda fəaliyyətə başlayaraq, qəzeti son səhifəsi üçün fotolar çəkirdim. “Kommunist”in son səhifəsi idmanla bağlı idi.
1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsi açıldı. Bu zaman mən də imtahan verərək, qiyabi təhsil almağa başladım. 1980-ci ildə universiteti bitirəndə diplom işimin mövzusu “Mətbuat və foto” adlanırdı. Diplom işini uğurla müdafiə etdikdən  sonra Tofiq Rüstəmov mənə zəng edərək “Mətbuat və foto” fənnindən dərs deməyimi təklif etdi.  Dedim mənim vaxtım yoxdu, ”Kommunist” qəzetində çalışıram. O zamanlar məni ezamiyyətə çox göndərərdilər. O dövrdə ümumiyyətlə, kənd təəsərüfatı ilə bağlı mövzular geniş yayımlanardı. İndi əsasən rəsmi tədbirlər çox yayımlanır.  
Amma mən “Mətbuat və foto” fənni üzrə dərs deməyə başladım. 1969-cu ildə isə qəzetin 50 illiyi ilə əlaqədar redaksiyadan bir  neçə nəfər mükafatlandırıldı. Mənə də mətbuatda xidmətlərimə görə Ali Sovetin fəxri fərmanı verildi.
1988-ci ildə mətbuatda xidmətlərimə görə “Əməkdar mədəniyyət işçisi” mükafatı ilə təltif olundum . Həmçinin, bir sıra beynəlxalq fotosərgilərdə iştirak etmişəm. Çoxlu diplomlarım var.  Sonuncu dəfə 2002-ci ildə  Bakıda iştirak etdiyim  beynəlxalq fotosərgidə diplomla təltif olundum.
2005-ci ildə cənab prezident  İlham Əliyev məni “Tərəqqi” medalı  ilə təltif etdi.

 

-Bu mükafatlardan hansı sizin üçün daha çox  əhəmiyyət daşıyır?

 

  -Hamsı əhəmiyyətlidir.  Elə fotolarım var ki, sərgiyə verməmişəm, həyati fotolardır.  


-20 yanvar hadisələri zamanı bir sıra fotolar çəkmisiniz. O anları bir fotojurnalist kimi necə ifadə edərdiniz və kadrları çəkərkən hansı təhlükələrlə üzləşdiniz?

 

-20 yanvar hadisələri zamanı məzuniyyətdə idim. Redaksiyada məndən başqa 2  fotomüxbir də var idi.
19 yanvarda “Kommunist” qəzetinin  redaktor müavini Rəfael Nağıyev mənə zəng  edərək dedi ki, “təcili get Salyan kazarmasının qarşısına, orada gördüklərini çək gətir”. Rafael müəllimə dedim ki, məndən başqa 2 nəfər var orda, onlar getsin, mən məzuniyyətdəyəm.  Dedi ki, “Fərman, mən sənə deyirəm, get”. Redaktorum zəng edəndə saat 16.00 olardı.  Fotoaparatımı götürərək,  “Jiqulim”lə kazarmanın qarşısına getdim. Ora çatanda gördüm ki, avtobuslar, “Kamaz”lar və digər ağır yük  maşınları kazarmanın arxasına yığılıb. Oraa toplaşan insanlar   kazarmanın həyətində olan rus tanklarının  şəhərə çıxıb komendant saatı yaratmasına mane olmağa cəhd edirdilər. Əksəriyyəti cəbhəçilər idi.
“Kommunist” qəzetinin vəsiqəsiylə içəri daxil olmaq istəyəndə məni buraxmadılar. Əbülfəz Elçibəy də ordaydı, ona yaxınlaşdım  və özümü təqdim edərək  söylədim ki, qəzet sabah üçün material verəcək. Hazırlayacağımız materialın  adı “El gücü, sel gücü” idi.  Beləcə mən çəkilişlərimi edib, qəzetə qayıtdım.
Gecə saat 01.00 olardı. Atışma səslərinin bizim əraziyə yaxınlaşdığını eşitdim. Mən o zaman  Binəqədidə yaşıyırdım. Əvvəlcə nə olduğunu bilmədim,  gecə 02.00 ya 03.00-də  radioda    tankların şəhərdə baş verənlər barədə məlumata qulaq asdım.
Narahatlıq içərisində idim.  Səhər  saat 7.00-də oyandım və Salyan kazarmasının ətrafına getdim,  orada əzilən maşınları gördüm. Kazarmanın ətrafında çəkiliş aparmaq istəyənləri silahla qorxudur, icazə vermirdilər. Xəlvətcə kazarmanın yanında tikilən yarımçıq binaya qalxıb və ordan çəkiliş apardım.  
Sən demə binanın həyətində rus əsgərləri dayanıbmış, onları görməmişəm. Onları görəndə özümü itirdim. Dedim indicə güllə atacaqlar.  Oradan uzaqlaşıb oturdum maşına. Kazarmanın ətrafında da  şlaqbaum var idi,  maşınları yoxlayıb buraxırdılar.  Məni də başladılar yoxlamağa,  aparatımı görəndə soruşdular ki, nə çəkirsən? Dedim heç nə çəkmirəm, jurnalistəm işə gedirəm. İrəlilədikcə əzilən, güllələnən maşınları gördüm və onların şəkillərini çəkdim.

 

 

- Söhbətimizə ara verib, Fərman Bağırovun fotoarxivinə baxırıq. O bizə cavanlıqda çəkdiyi fotolardan tutmuş bir sıra dövlət əhəmiyyətli tədbirlərdən çəkdiyi şəkilləri göstərir və hər birinin tarixini danışır.  
Daha sonra Fərman müəllim 20 yanvar hadisələriylə bağlı bir neçə xatirəsini də bizimlə bölüşür:


- Komendant saatı elan olandan sonra şəhərin komendantı “Kommunist” qəzetinin nəşrini qadağan etdi. Çünki “Kommunist” qəzeti  bu hadisələri işıqlandırmaq istəyirdi. Bu barədə heç nə yazılmaması üçün senzura tətbiq olumuşdu. O zaman “Kommunist” qəzetinin bir neçə əməkdaşı ilə birlikdə “Səhər” qəzetini yaratdıq. Qəzetin redaktoru Məzahir Süleymanzadə idi. 20 yanvarla bağlı baş verənləri o qəzetdə dərc edirdik.

 

- Heç fotojurnalist olduğunuz üçün təəssüf hissi keçirdiyiniz anlar olub?


-
Xeyr, olmayıb. Fotojurnalistika gözəl sənətdir. Mən heç vaxt peşman olmamışam. Deməmişəm ki, gedim diş həkimliyi və ya başqa sənətlə məşğul olum. Həm də uşaqlıqdan pionerlər evinə getdiyimə, bu sahəyə maraq göstərdiyimə görə daim həvəsli olmuşam. Bu sahəni maraq göstərdiyim üçün öyrənmişəm, gələcəyim üçün yox. Jurnalistikada özümə yer tapandan sonra dərk etmişəm ki, foto sənəti xəbər jurnalistikasından, yazıdan daha çox maraqlıdır. Gənc olanda məni qəzetdə məsul katib kimi işləməyə də dəvət ediblər. Lakin getməmişəm, çünki fotoqrafiyanı çox sevmişəm. Fotojurnalistika bütün sahələrlə bağlıdır. Xəbər jurnalisti isə hansısa bir sahə üzrə yazır. Fotomüxbir isə bütün sahələri çəkir. O, həm sənayeni, həm hərb sahəsini, həm mədəniyyəti lentə alır.  Bu gün fotoqrafiya o qədər inkişaf edib ki, demək olar ki,  4-5 yaşından yuxarı hər kəs  hətta körpə uşaqlar belə, şəkil çəkir.

 

-İlk fotoaparatınız hansı olub?

 
-“Zorki” adlı fotoaparatım var idi. Balaca aparat idi. Pionerlər evinə gedəndə onunla çəkərdim. Sonradan “Zenit” aldım. Ona qədər isə “Leninqrad” fotoaparatım da var idi. Əsgərlikdən qayıdıb  işləməyə başladıqdan sonra Almaniya istehsalı olan fotoaparat aldım. Onun adı “Leyka” idi. Müharibədən sonra bir zabit onu satmaq üçün emalatxanaya gətirmişdi. Elə mən onu görən kimi aldım, çox güclü fotoaparatdır. Bu aparatla xeyli şəkillər çəkmişəm.  O zaman bu aparatı 100 manata almışdım. Mənim maaşım 130 manat idi. 100 manatın özü də böyük pul idi.


-O zamanlar fotoqraflar hansı apartlara üstünlük verirdilər?


-Müxtəlif aparatlar var idi. “Zenit”, “Zorki”, “Fed”... Hərəsinin bir üstünlüyü var idi. Bəzilərinin obyektivinin linzası daha keyfiyyətli idi, bəziləri çəkiliş zamanı səni olduğun kimi göstərir və s.


- Bu sahədə qarşınıza çıxan əngəllər nələr olub?

 

-Fotoqrafiya sahəsində mənə maneəçilik törədən hadisə olmayıb. Elə bir hadisə ilə üzləşməmişəm. Həmişə işimə böyük məsuliyyətlə yanaşmışam. Getdiyim ərazidən  çəkiliş etmədən qayıtmamışam.

-Azərbaycanın sovet dövrü fotoqrafiyası ilə indiki dövr arasında hansı fərqi görürsünüz?


-Elə də böyük fərq görmürəm. Demək olmaz ki, onda üstünlük çox idi, indi azdır. Ya da sovet vaxtı daha maraqlı çəkərdim, indi yox. Hər zaman cəmiyyət yaşıyır və fəaliyyət göstərirsə, orada mədəniyyət də var, istehsal da. Hər şeyə yaradıcılıqla yanaşaraq, çəkməlisən. Demək olar ki, elə bir dəyişiklik yoxdur.
O dövrdə kolxoz, sovxoz var idi. Biz o sahələri çəkərdik. İndiki dövrdə isə sahibkarlıq, təşkilatlar, müəssisələr var.  Sənətkar yenə də yaradıcı işləməli, öz işinə məsuliyyətlə yanaşmalıdır. Məsələn, sən gedib ola bilsin ki, görkəmli bir yazıçının şəklini çəkirsən. Onun yaradıcılığını açmaq üçün çalışmalısan ki, maraqlı anları tutasan. Söhbət zamanı yazıçı, ya da şair danışır, onun üzündəki mimika və obrazı tutmalısan. Həmçinin, ola bilsin ki, sən sabah kəndə çobanın  şəklini çəkməyə gedəsən. Onu da yaradıcı nəzərlə çəkməlisən. Çobanı da elə çəkəsən ki, sərgidə nümayiş etdirilə bilsin.
20 yanvarla bağlı nəvəsini itirən babanın fotosunu çəkmişəm. O artıq psixloji olaraq  dünyasını  itirib. Bu, fotoda əks olunur. Gördüklərini elə əks etdirəsən ki, jurnalistin yazısına ehtiyac olmasın. Fotoya baxan hər kəsdə obyekt barədə qısa informasya yaransın.  

 

 

-Sizcə, hansısa bir xəbəri foto ilə çatdırmaq daha yaxşı olar, yoxsa yazı formasında?


-Sözsüz ki, foto üstünlük təşkil edir. Foto həm faktdır, həm də hüquqi cəhətdən sənəddir.   Məsələn, çəkiliş üçün getdiyim zavodda mühafizəçi erməni ilə Oqtay Aydınoğlu arasında  yaşanan insidentin fotosunu çəkmişdim. Onlar Oqtayı məhkəməyə vermişdilər və onu həbs etmək istəyirdilər. Hadisədən sonra  Polis şöbəsinə gedib izahat yazdım. Bir neçə gündən sonra yenə polisə çağırıldım. Onlar məndən izahatla  yanaşı, hadisəni canlı olaraq danışmağımı istədilər. O zaman Vəzirovun əmri var idi ki, Azərbaycanda ermənilərə toxunulmasın. Çünki həmin vaxt “Bakı” univermağında bir nəfər ermənini yuxarı mərtəbədən atmışdılar. Buna görə ciddi tapşırıq var idi. Məhkəmədə  mən fotoları  düzərək onlara göstərdim. Mənə dedilər ki,  “görürsən, silahı mühafizəçidən almaq istəyi”.  Mən isə cavab verdim ki, “Oqtay silahı ondan almaq istəyirsə, silah kimdədir bəs?”. Mühafizəçinin atəş açmaq istədiyini söylədim və bunun səbəbini soruşdum. Onlar da mənə Vəzirovun göstərişinin olduğunu xatırlatdılar.
Hər şeyi sübut etdikdən sonra Oqtay sərbəst buraxdılar. Zavodda çəkdiyim fotolar isə sübut kimi məhkəmə tərəfindən götürüldü. Oqtayla mühafizəçi eyni məhlədə yaşıyırdılar. Hadisə  baş verəndə “Kommunist” qəzetində işləyirdim. Redaktorum mənə müəssisələrdə işçilərin fasilə zamanı dincəlməsi barədə reportaj hazırlamağım üçün zavoda yolladı. Bu zavodda hovuz var idi və işçilər fasilə zamanı hovuzda üzərək dincəlirdilər. Oqtay Aydınoğlu da o zamanlar həmin zavodda idman mütəxəssisi idi. Fəhlələrin fasilə zamanı hovuzda üzməsinə o nəzarət edir, onlara istiqamət verirdi. Oqtay məni qarşılamaq üçün qapıya gəldi. Amma mühafizəçi bizi içəri buraxmadı. Hətta Oqtayı təhqir etdi. Aralarında münaqişə yaranan zaman, mühafizəçi silahını çıxardı. Hətta atəş də açdı. Atılan 3 güllədən biri düz mənim yanımdan keçdi.

 

Qeyd: Oqtay Aydınoğlu  respublikanın tanınmış fotojurnalistlərindən biri idi.  AZƏRTAC-ın Fotoinformasiya redaksiyasının baş redaktoru Oqtay Aydınoğlu 2009-cu ildə vəfat edib.

 

-Fotojurnalist olmaq istəyən gənclər özlərini  necə inkişaf etdirməlidirlər?



- Bu dəqiqə hamı  şəkil çəkir. İstər tibb sahəsi olsun, istər maşınqayırma, istərsə də tikinti obyekti, sən gərək elə fotoşəkil çəkəsən ki, oxucu ondan informasiya ala bilsin. Çünki fotoqrafiyanın özündə də müəyən kompozisiya tamamlanmalıdır .Bir binanı adi insan da çəkə bilər, uşaq da. Fotojuranlist onun maraqlı nöqtəsini taparaq çəkməli və kompozisyasını əks etdirməlidir.

 

-Hər hansı bir foto tarixi əhəmiyyət daşıya bilərmi?


-Bütün fotolar zamanı əks etdirir. Bəzən sən onun altında dəqiq tarixi yazmasanda fotoya baxanda hiss edirsən ki,  bu tarixi şəkildir və hansısa dövrü əks etdirir.


-Sizcə, Azərbaycanda fotoqrafiyasinda hansı mövzulara üstünlük verilməlidir?

 

-Bütün sahələrin mövzuları müxtəlifdir. Hər bir mövzuya yaradıcı yanaşsan, çəkdiklərin də  oxucunun  xoşuna gələcək, çəkiliş kompozisyası da maraqlı olacaq. Məsələn, mən deyim ki, kənd təsəsürfatı sahəsinə üstünlük verirəm, xeyr. Neft sənayesi ilə bağlı o qədər maraqlı şəkllərim var ki...
Dəzgah başında iş görən sənətkarı çəkərkən dəzgahın səsini hiss etməlisən. Dəzgahın iş prosesini, hansısa metalı yonarkən çıxan qığılcımları görürsən. Sən orda dəzgahın səsini eşidirsən, sənətkarın mürəkkəb sahədə işlədiyni hiss edirsən. Drijoru da maraqlı çəkməlisən,  tokarı da. Onların  heç birinə üstünlük verməli deyilsən. Hamsını maraqlı çəkməlisən.  O vaxt bi çobanın şəklini çəkmişdim. Görənlər soruşurdular ki, bunu necə çəkmisən?
Axşam çağıdır, çoban ocaq qalayıb oturub, ocaq alovlanır, çobanın çiynində çuxası var, arxada da quzular görünür. Bəzən çobanı elə çəkərsən ki, adi alınar. O da insandır, o da işinə yaradıcı yaraşır. Onu elə çəkəsən ki, gərək gördüyü işin içini açasan, onun peşəsinə qarşı olan  məhəbbətini göstərəsən.


-Fotosərginiz  olub?

 
-Xeyr. Həvəs göstərməmişəm. Amma müəyyən sərgilərdə fotolarım yayımlanıb.

 

-Oxucu  kimi öz fotolarınıza baxsanız onları necə qiymətləndirərdiniz?

 

-Çəkiliş edib, redaksiyaya  qayıtdıqdan sonra fotolarına baxarkən özünə irad tutursan, səhvləri axtarırsan. Ya da deyirsən ki, bu fotonu bu tərəfdən yox, digər tərəfdən çəksəm, daha yaxşı olardı. Hər bir sənətkar öz işlərində düzəlişlər etməli, özünə irad tutmalıdır ki, sabah işinə daha məsuliyyətlə yanaşsın. Bu gün çəkdiklərindən heç vaxt razı olmaya və yaxşı olduğunu deməyəsən. Təbii ki, sevinə bilərsən ki, yaxşı oldu, çəkdim. Həm də çalışasan ki, başqa istiqamətlərdən çəkə biləsən. Hər zaman axtarışda olmalı, hər zaman  öz işinə  yüksək qiymət verməməlisən . Deməlisən ki, daha  yaxşı və daha maraqlı ola bilərdi. Heç vaxt sənətindən doymaq olmaz. Aclıq hissi səni daha  çox çəkməyə məcbur etməlidir ki, yaradıcı şəkillərin olsun və bütün obyektləri  maraqlı əks etdirəsən.

 

-Peşəkar fotojurnalist kimdir və  necə olmalıdır ?

 

-Birincisi o işinə məsuliyyət və intizamla yanaşmalıdır. Həmişə getdiyi yerdən nələrsə çəkib gətirməli, obyektə laqeyd yanaşmalı deyil. İnformasiyanı açıb gətirməlidir. 

 

-Peşə fəaliyyətinizdə  ən maraqlı  hadisə nə olub?

 

- Bir dəfə belə hadisə oldu. 1997-ci il ildə prezidentin müşavirəsi keçirilirdi və müşavirə barədə mənə məlumatt verməmişdilər. “Azərbaycan” qəzetinin baş redaktoru Əmir Mustafayev soruşdu ki, “müşavirəyə niyə getməmisən?”. Müşavirə saat 12-də başlıyıb, 1-də bitirdi. Saat 12.30 idi. Mən ora çatanda düşünürdüm ki, içəri buraxmayacaqlar. Çünki müşavirə başlanan kimi qapılar bağlanırdı, içəriyə heç kim buraxılmırdı. Beləcə getdim 5-ci mərtəbəyə.  Mühafizəçilər məni görən kimi qapını aralayıb, içəri saldılar. Sənətkara hörmət budur. Saat 12.50 idi. Müşavirə bitmək üzrə idi.   Hamı çəkilişini edib oturmuşdu. Mən də başladım çəkə-çəkə Heydər Əliyevə yaxınlaşmağa. Prezidentin mühafizəçlərindən biri mənə getməməyimi söylədi. Çəkilşlərdən sonra Heydər Əliyev dedi ki, mən sizə tapşırıram ki, bu işə məsuliyytlə yanaşın, diqqətlə yanaşın. O, jurnalistlərə böyük kömək edirdi. Həmişə verilən suallara geniş cavab verərdi.. Fotojurnalistlərə də şərait yaradırdı ki, çəksinlər.  Hətta çəkiliş apararkən  mühafizəçilər icazə verməyəndə, iradını bildirir və deyirdi ki, “niyə mane olursunuz? Qoy işləsinlər, onlar tarixi yazırlar”.

 

 

 

-Fotolarını bəyəndiyiniz gənc fotoqraflar var?


- Gənc fotoqraflardan heç  kəsin adını çəkə bilmərəm. Gənc fotoqraflar bizə yaxın gəlmirlər ki, biz onları tanıyaq. Onların arasında çox maraqlı çəkənlər var. Amma mən konkret ad çəkə bilmərəm və kimin kimdən üstün olduğunu deyə bilmərəm. Mən öz dövrümün fotojurnalistərinin adını çəkə bilərəm.

-Fotoqrafla fotjurnalistin fərqini nədə görürsünüz?

 

-Fotoqraf çəkir və obyekti əks etdirir. Fotojurnalist  isə bir növ informasiya verir . Obyektdən foto informasiya verir, fotoreportaj edir, fotooçerk yazır.  Əvvəllər  fotooçerklər çox olardı. İndi qəzetlər  fotooçerk sevmirlər. Fotoqraf fotostudiyada səniin portetini çəkir. O səni gözəl çəkir,  lakin tək səni əks etdrir. Nəticədə işığı və kölgəsi düzgün qurulan  uğurlu portret alınır . Fotojurnalist isə çəkdikləriylə fotoinformasiya verməlidir.
    


-Bakıda keçirilən beynəlxalq oyunlarda iştirak etmisnizmi?


- Xeyr.  Fotoinformasiya stidiyasına rəhbərlik etdiyim və Milli Məclisə bağlı olduğum üçün digər tədbirlərd iştirak etmirəm.


- Ailənizdə, qohumlarınızda fotojurnalist var?


- Oğlum Camal Bağırov fotomüxbirdir. O, hazırda “Ülfət” qəzetində işləyir. Əvvəllər “Ayna-Zerkalo” qəzetində işləyib.


-Azərbaycanda fotojurnlistikanın gələcəyini necə görürsünüz?

 

-Azərbaycan fotojurnalistikasına təkan vermək üçün təşkilat yaranmalıdır. O olmasa,  fotojurnalistlərin  sayı artsa da, onlar yaradıcı olmurlar. Elə bir cəmiyyət var, amma onlar da yüksək yaradıclığa  nail ola bilməyib. Məsuliyyətli yaradıcı gənclər azdır, çox azdır.    

 

-Elə bir klub yaratmaq fikriniz varmı ?

 

-Yox. Artıq yaşımla əlaqədar mümkün deyil. Gənc olsaydım, mümkün olardı. Həmçinin,  işlədiyin dövrdə gərək sənə kömək edən təşkilat da olsun. Fotoların çapı üçün sponsorluq edilməlidir.  

 

- Sizcə, fotojurnalistlər  baxış bucaqlarını inkişaf elətdirmək üçün nələr etməlidirlər?

 


-Həmişə axtarışda olmalı, düşünməli, peşəsinə, yaradıclığına, obyektə ciddi yaradıcı yanaşmalıdır.  Adi bir sahəni də  yaradıcı çəkmək lazımdır.  Özündə məsuliyyət hiss etməli və  düşünməlisən ki, bunu necə maraqlı çəkim.  Məsələn, o zamanlar biz kombaynın içinə minib taxıl sahəsini çəkərdik. Hər bir xırda işin özünün yaradıcılığı var. Çobanı elə çəkərsən ki,  portretinə drijordan pis qiymət verməzlər. Məsələn, mən nalbəndi çəkmişəm. Onu elə göstərmişəm ki, hamı bilsin bu, sənətkardır.
Hər bir sahəni çəkəndə rəssam gözüylə baxmalısan. Çəkdiyin hər bir şəklin məzmunu olmalıdır.  

 

-Azərbaycan fotoqrafiyasındakı əsas boşluqlar hansılardır?

 

-Mərkəzləşmiş fotostudiya, fotoklub, fotocəmiyyət zəif  işləyir. Sovet dövründə Jurnalistlər Birliyi jurnalistlərlə məşğul olur və fotojurnalistkaya da üstünlük verilirdi. Bizim  sərgilər təşkil etməyimiz və orada iştirak  etməyimiz üçün şərait yaradılırdı. Çalışılırdı ki,  hər fotomüxbir öz çəkdiyi fotolardan 5-6-sını sərgiyə göndərsin. Sərgidəki fotolar qiymələndirilirdi və müəlliflər diplomla təltif olunurdu. Buna Moskva nəzarət edirdi. Moskva tələb edirdi ki, sərgilər təşkil olunsun. Fotoların çap olunub sərgidə nümayiş etdirilməsi üçün 50x60 ölçüsündə fotokağızlar göndərilirdi. İndi isə elə bir cəmiyyət yoxdu ki, bu işi yüksək və yaradıcı səviyyədə təşkil etsin. Bu işdə təşkilatçılıq zəifdir .  

 

 

Nəcəf RUSLANOĞLU
Neman RZA
Fotolar: Tərlan Yusif


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.05.2017, 20:28

Mançesterdəki terrorla bağlı daha bir nəfər saxlanılıb

28.05.2017, 20:15

Lənkərandakı ağır qəzada yaralananların adları açıqlandı - Yenilənib

28.05.2017, 20:02

ABŞ-da silahlı insident: 8 ölü

28.05.2017, 18:39

Agentlik Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlayıb

28.05.2017, 18:00

Çində kişi bıçaqla 6 nəfəri öldürüb, 12 nəfəri isə yaralayıb

28.05.2017, 17:38

Mingəçevirdə 50 yaşlı qadın oğlu tərəfindən qətlə yetirilib

28.05.2017, 17:14

Silahlı Qüvvələrdə Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

28.05.2017, 16:57

“NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq”

28.05.2017, 16:53

Düşənbədə 28 may – Respublika günü ilə bağlı qəbul keçirilib  

28.05.2017, 16:30

Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB

28.05.2017, 16:18

Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib

28.05.2017, 16:01

“Azərbaycanda heç kim özbaşına ev tikə bilməz”- SƏNƏDSİZ EVLƏR PROBLEMİ

28.05.2017, 15:15

İran prezidentinin birinci müavini Azərbaycanın birinci vitse-prezidentini təbrik edib

28.05.2017, 14:32

Mağazalarda oruclular üçün qoyulan suya, xurmaya tamah salanlar...

28.05.2017, 14:25

Rusiyadan Türkiyə uçan təyyarə təcili eniş edib

28.05.2017, 14:15

65 yaşlı kişi bulvarda intihara cəhd etdi- AİLƏ PROBLEMİ

28.05.2017, 13:58

İraqda terrorçu-kamikadze özünü partlatdı: 4 ölü, 13 yaralı

28.05.2017, 13:28

Şri-Lankada təbii fəlakət 146 nəfərin həyatına qoyub

28.05.2017, 13:21

Avronest PA-nın iclasında Ukrayna, Gürcüstan və Moldova nümayəndə heyəti ermənilərə  basqı nümayiş  etdirdilər

28.05.2017, 12:49

Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik parlamentli respublika

28.05.2017, 12:12

Ölkələr üzrə ən çox satılan avtomobil modelləri – SİYAHI

28.05.2017, 12:06

NATO PA-nın komitə iclasında Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirilib

28.05.2017, 11:58

"Ermənilər işğal etdikləri ərazilərdəki qədim Azərbaycan abidələrini məhv edir"

28.05.2017, 11:47

Sabahın hava PROQNOZU

28.05.2017, 11:34

Azərbaycanda uşaq verilişlərinin reklamla kəsilməsi qadağan edilir

28.05.2017, 11:07

İŞİD Misirdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

28.05.2017, 10:37

Şəmkirdə yaşayış evində partlayış, xəsarət alan var

28.05.2017, 10:27

28 May İstiqlalı nədən yarandı - Cümhuriyyət qurucularının şəxsi xarakteri

28.05.2017, 10:18

Azərbaycanda üzünü dəyişdirənlər var? – Həkim, deputat və kriminalist DANIŞIR   

28.05.2017, 10:16

Türkiyədə 10 PKK terrorçusu məhv edilib

28.05.2017, 10:02

Cəsur qəlblərin azadlıq paytaxtı  

28.05.2017, 10:00

Flippində silahlılar 19 nəfəri öldürüb

28.05.2017, 09:46

Düşmən atəşkəsi 120 dəfə pozub

28.05.2017, 09:32

İftar süfrəsinin bəzəyi olan xurmanın MÖCÜZƏVİ FAYDALARI 

28.05.2017, 09:28

Bir şəklin tarixçəsi: Rəsulzadənin raportu və Osmanlı sultanının sözündə durmağı...

ARXİV