14 dekabr 2017, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Sumqayıtlı döyüşçünün cəbhə XATİRƏLƏRİ
Sumqayıtlı döyüşçünün cəbhə XATİRƏLƏRİ
10.05.2017, 11:46

O, ilk əsgər addımlarıını Sumqayıtda atdı, sonralar bütün həyatını da Sumqayıtla bağladı

 


Tale elə gətirmişdi ki, əslən Tovuzdan olan, o zaman 18 yaşı yenicə tamam olmuş Şamil Yadigarovun ilk əsgərliyi 26 fevral 1943-cü ildə Sumqayıtdan, daha doğrusu, burdakı ucu-bucağı görünməyən boz çöllərdən başlamışdı. Bu, o dövr idi ki,  Sovet ordusu  ilk qələbəsini qazanmışdı -  neçə ay idi ki uğrunda qanlı döyüşlərin getdiyi, ağır silahlarla aramsız atəşə tutulmaqla üzərinə 500-dən artıq  tankın hücuma keçdiyi, başı üstünə minlərlə bomba yağdırılan və sonda alman faşistlərinin çox çətinliklə də olsa ələ keçirdiklərii Stalinqrad, nəhayət ki yanvarın əvvəllərində düşməndən tam azad edilmişdi və SSRİ-nin müxtəlif millətlərindən olan əskərlərin döyüşdüyü orduda böyük ruh yüksəkliyi hökm sürürdü.

 

Modern.az-ın məlumatına görə, hazırda 93 yaşı olan müharibə veteranı Şamil dayı xatırlayır ki, o vaxtlar Sumqayıtın indiki yeri bomboz çöllük idi. Dənizin yaxınlığında, qumlu sahələrdə üzümlüklər də vardı, ancaq ətraf yerlər daha çox tikanlıqlarla örtülmüşdü. Heç bir ağac bitməyən şoranlıq sahələr uzandıqca uzanıb gedirdi. Corat kəndindəki 40-50 evdən başqa ətrafda heç nə gözə dəymirdi. Azərbaycan Milli diviziyasının 1079-cu ehtiyat atıcı polku burda yerləşirdi...

 


HAŞİYƏ (rəsmi mənbələrdən):  Zaqafqaziya Hərbi Dairəsi komandanlığının əmrinə əsasən Azərbaycanın 416-cı milli atıcı diviziyanın formalaşdırılmasına mərkəzi ştabı Ucarda olmaqla 1942-ci ilin fevralında başlanılmışdı. Onun 4 polkundan ikisi Ağdamda, biri Göyçayda, digəri isə Sumqayıtda yaradılmışdı. Diviziyanın şəxsi heyətinin 92%-i, yəni 11 min nəfərdən çoxu azərbaycanlılar idi. Onun tərkibində 291 nəfər rus, 225 erməni, 110 gürcü, 99 ukraynalı, 28 yəhudi, 23 belorus və digərləri də vardı. Diviziyanın silah-sursat arsenalı üçün 5156 tüfəng, 1022 avtomat, 167 əl pulemyotu, 217 tank əleyhinə silah,  308 puşka, 181 minomyot, 65  maşın verilmişdi.

***


Şamil Yadigarov xatırlayır ki, diviziyanın komandiri ortaboy, qarayanız bir adam olan cəsur polkovnik Tərlan Əliyarbəyov idi (Taqanroq uğrunda uğurlu döyüş əməliyyatlarına görə sonralar ona general-mayor rütbəsi verilmişdi).  Hələ gənc Şamil hərbi xidmətə çağırılanadək Azərbaycan diviziyası 44-cü ordunun tərkibində Şimali Qafqaza səfərbər olunmuşdu. Vəziyyət elə gətirmişdi ki, milli diviziyamız Qafqaz uğrunda mübarizənin ən şiddətli dövründə döyüşlərə atılmışdı. Bu o dövr idi ki, Almaniyanın "Cənub" ordu qrupu komandanlığına dəqiq vaxt təyin edilərək, neft Bakısını ələ keçirmək əmri verilmişdi.


Lakin 1942-ci ilin noyabrında sovet qoşunlarının başladığı əks-hücumlar nəticəsində Şimali Qafqaz 3 ay ərzində düşməndən azad edilmişdi. Hitlerçilər Qroznı ətrafındakı və Qafqaz dağlarındakı şaxtalı-sazaqlı qış döyüşlərində böyük itki verərək, məğlubiyyətə düçar olub, geri çəkilməyə məcbur edilmişdi - Bakını ələ keçirmək planı baş tutmamışdı.


Ş.Yadigarovun xidmət etdiyi polk sonradan yaradılmış ehtiyat atıcı polku idi. Onun əskərləri hərbi təlimlər keçənə qədər isə əsas diviziyanın döyüşçüləri 1943-cü ilin yanvarının əvvəlinə kimi Qafqazdan Azov sahilinə qədərki böyük bir döyüş yolunu uğurlu əməliyyatlarla keçərək, növbəti döyüşlərə hazırlaşırdılar.


Ş.Yadigarov xidmət etdiyi ehtiyat polkun tərkibində əskər yoldaşları ilə birgə 5 aydan artıq təlim keçdikdən, hərbi nizam-intizamı öyrəndikdən, tüfəng və qumbara, tank əleyhinə silahlar və s. ilə “dostlaşıb, dil tapdıqdan” sonra onların polku 1943-cü ilin avqustunda Taqanroqun azad edilməsi üçün ön cəbhəyə göndərilmişdi. Avqustun 17-dən etibarən həmin şəhər istiqamətində başlanmış hücumlarda iştirak edən Azərbaycan milli diviziyası 28-ci Sovet ordusunun tərkibində ağır döyüşlərə başladı.  Avqustun 28-dən daha da güclənən döyüşlər bu gün də bütün dəhşətləri ilə Şamil dayının yaddaşında qalmaqdadır. 


...Yayın həmin qızmar günündə hər tərəf bütünlüklə toz-duman içində idi, güllələr yerdən-göydən yağış kimi yağırdı. İki gün idi ki ağır döyüşlər gedirdi. Bütün ətraf sahələr dağıntılarla, ölənlərlə, yaralılarla dolu idi. O döyüşlərdə sıravi əsgər Şamil Yadigarov da ayağından ağır yaralanır. Belə ki, almanlar yüksəklikdə mövqe tutduqlarından sovet döyüşçülərinin hərəkətini çox yaxşı görür və onları aramsız atəşə tuturdular. Buna baxmayaraq, Taqanroq diviziyasının əksəriyyəti azərbaycanlı  olan döyüşçüləri ölüm-dirim mübarizəsi apararaq, irəliləyirdilər. Artıq avqustun 30-da diviziyanın cəsur döyüşçüləri qətiyyətlə hücuma keçib, faşistləri güllələrlə doğrayıb-tökür, qaçmağa məcbur edərək, qovurdular.


O döyüşlər zamanı gənc əsgər Ş.Yadigarov özü də təəccüb qalmışdı ki, düşmən pulemyotunun güllə qəlpəsi onun tüfənginin qundağını necə deşib keçib, lakin onun özünə dəyməyib. Qəlpə onun sol ayağının orta barmağını da qoparmış, pəncə sümüyünü yaralamışdı. Ancaq şiddətli döyüşlər getdiyindən gənc əsgər bunu hiss etməyib. Yalnız düşmən xeyli geri çəkildikdən, gecə döyüşlər bir az səngidikdən sonra hiss edib ki, ayağı yaşdır. Yaralanmış, şişmiş ayağını yoldaşlarının köməyi ilə çəkmədən zorla dartıb çıxaranda ayağının qan içində olduğunu görüb. Sanitarlar təcili yarasını təmizləyib bağlayaraq, onu elə gecə ikən digər yaralılarla birgə qospitala göndərmişdilər.18 gün orda ciddi müalicə olunduqdan sonra Ş.Yadigarov yenidən döyüş yoldaşlarının yanına qayıtmışdı. 


Hələ qospitalda ikən eşitmişdi ki, avqustun 30-da diviziya Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük hünər, əzmkarlıq, qəyiyyət və igidlik nümunələri göstərdiyinə, o ağır, lakin mühüm qələbəyə görə Azərbaycan milli diviziyasına  "Taqanroq diviziyası" fəxri adı verilib. Bu, 18  yaşlı gənc döyüşçü Şamili hədsiz dərəcədə sevindirmişdi. Həmyerlisi, pulemyotçular bölməsinin komandiri, cəsur döyüşçü Ağaşirin Cəfərovun Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi isə onda daha böyük qürur hissi doğurmuşdu. Bir müddət sonra məlum olmuşdu ki, uğurlu Taqanroq əməliyyatlarına görə onun döyüş dostlarının bir çoxu da yüksək döyüş orden və medallarına, özü isə “İgidliyə görə” medalına layiq görülüb.


Müharibənin dəhşətlərini hələ də unuda bilmir...


Nə qədər ağrılı-acılı olsa da, Şamil dayı müharibədə gördüyü  dəhşətləri hələ də unuda bilmir:


- Döyüşlər zamanı yanımda-yörəmdə o qədər əskər və zabitlərimiz, həmyerlilərimiz həlak olurdu ki. Bəziləri birbaşa dəyən güllədən, bəziləri - iri qəlpələrdən. Bunları görə-görə vuruşmaq, döyüşü davam etdirmək heç də asan deyildi. Ancaq digər tərəfdən də bu, yoldaşlarımızın qisasını, intiqamını almaq istəyimizi daha da gücləndirir, bizi hətta bir az səbrsiz də edirdi. Özü də biz almanların üzərinə hücum edib, irəlilədikcə, arxada bizim yoldaşlarımızın meyidləri ilə yanaşı bir az əvvəl həmin mövqelərdə vuruşub, həlak olan faşistlərin də meyidləri qalırdı. Həlak olanların sifətləri toz-torpaq içində, qap-qara olduğundan onları ancaq hərbi formalarından tanımaq, ayırd eləmək olurdu - hansılar bizimkilər, hansılar onlarındı.


Şamil kişi o dəhşətli günləri yada salıb daha sarsıdıcı bir faktı da dilə gətirməli olur. Deyir ki, o vaxtlar SSRİ-nin iqtisadi vəziyyəti, hərbi hazırlığı zəif olduğundan, nəinki silah-sursat, hətta hərbi geyim çatışmadığından məcbur olub... həlak olan döyüşçülər soyundurularaq, bütün paltarları əyinlərindən çıxarılırdı ki, müharibəyə təzə gəlmiş əskərlərə verilsin. Ölənlər lüt-çılpaq şəkildə, həm də kütləvi halda, qalaq-qalaq, ümumi bir məzarda basdırılırdı (əslində  -  dərin bir quyuda. Hərəyə bir qəbir hardaydı ki? Ağır döyüşlərin getdiyi yerlərdə bu, heç cür mümkün deyildi). Bəlkə də, onların arasında ölümcül olan, lakin tələsiklik olmasaydı, sağalmaq ehtimalı olanlar da var idi... Ancaq gözləməyə vaxt yox idi, müharibə, döyüşlər aman vermirdi. Həlak olan döyüşçülərin  basdırılma yerləri xüsusi xəritədə göstərilıirdi və siyahı tutularaq, ad-familiyaları qeyd olunurdu. Dediyim kimi, onların hərbi geyimləri müharıbəyə təzə gələn gənc əckərlərə verilirdi, yəni əskər paltarlarına qənaət edilirdi. Dəfələrlə gözümlə görmüşəm. Bu, çox dəhşətli bir mənzərədir. Onu fikirləşmək ki, bir gün səni də belə aqibət gözləyə bilər, adama lap ağır gəlirdi...


Bilirsiz, axı əskərlərin çoxusunun 18 yaşı vardı. Əslində belə baxanda 18 yaş nə idi ki? Çoxusu elə parta arxasından əskərliyə çağırılanlar idi. Nə gizlədim, ağır döyüşlər zamanı elələri də olurdu ki, müharibənin, döyüşlərin vahiməsinə, top-mərmi gurultusuna dözə bilmirdi, ürəyi tab gətirmirdi. Təəssüf ki, hərdən güllə dəyməmiş ürəyi partlayıb, ölənlər də olurdu.


Yəqin ki bunu nəzərə alıb, sonradan bir qərar çıxdı ki, bütün “molodoylar” - cavan əskərlər toplanmaqla böyük bir eşalon düzəldərək,  Privoljye hərbi dairəsinə “uçebni” diviziyaya, hərbi təlimlər keçmək, döyüşə həm fiziki, həm də ruhən, mənəvi cəhətdən hazır olmaq üçün göndərilsinlər.

...Taqanroq döyüşlərində 6 min azərbaycanlı döyüşçü iştirak etmişdi və onların ancaq yarısı vətənə sağ-salamat (onlardan da bəziləri yaralı, şikəst halda) qayıda bilmişdi, 3 minə qədəri isə həlak olmuş, döyüş meydanlarında qalmışdı.

 

Müharibə davam edirdi...

 

Bir müddət sonra Şamil Yadigarovgilin batalyonunun yerini dəyişdilər. Onlar 8 gün marş-brosok eləməli oldular. Gənc əskər Şamilə yaşı 40-dan çox olan, Roqozin familiyalı bir sibirli əsgəri də təhkim edərək demişdilər ki, onun gözü gecələr görmür, səngərdə olanda, ya bir yerdən başqa yerə keçəndə onun əlindən bərk yapış ki, yanında olsun, rotadan ayrı düşməsin, azıb-itməsin, düşmən əlinə keçməsin.

- Gecələr səngərdə, kolluqda-zadda gizlənirdik, - deyir Ş.Yadigarov, - marş edirdik, Roqozin də həmişə mənim yanımda. O zalımın da əlləri dəmir kimi, kuvalda (gürz) kimi elə bərk idi, ağır idi ki, əlini əlimdə saxlaya bilmirdim. Eləsini əslində müharibəyə aparmamalıydılar. Bədbəxt gecələr görmürdü axı, həqiqətən əsir düşə bilərdi. Ancaq müharibənin o dəhşətli günlərində kim idi ona baxan, təki döyüşçülərin sayı çox olaydı.


...Ordunun əsasını təşkil edən kiçik komandirlər - serjant heyəti hazırlamaq üçün Privoljye hərbi dairəsinə, “uçebni” diviziyaya göndərilənlər arasında cəmi iki azərbaycanlı vardı – Ş.Yadigarov və daha bir nəfər. Ancaq o birisi sonradan özünü dəliliyə vurub, tərxis olundu. Şamil cəsur və hünərli olduğundan, bütün çətinliklərə dözərək, 3 aylıq kursu uğurla başa vurdu. Ona və digər “məzunlar”a serjant rütbəsi verildi. Onlardan 17 nəfər seçilərək, rotada,  ştabda saxlanıldı ki, biri də ordakı yeganə azərbaycanlı Ş.Yadigarov idi. Hərbi nizam-intizama dəqiq əməl etdiyinə,döyüş təlimlərini yaxşı yerinə yetirdiyinə görə onu rota komandiri özü saxlatmışdı orda. Həm də komandir onun Azərbaycandan gələn, rus dilini zəif bilən əskərlər üçün daha yaxşı təlim keçə biləcəyinə tam əmin idi. Gənc əskərlər 3 aylıq təlim keçdikdən sonra digər hərbi hissələrə, cəbhəyə göndərilirdi. Şamil Yadigarovun təlim keçdiyi kursantlar adətən daha hazırlıqlı, nümunəvi olurdular. Bunu o, gənc əskərlərdən ilk növbədə özünün nümunəsi, davranışı, hərbi intizama sadiqliyi, hərbi işi mükəmməl bilməsi ilə “tələb edirdi”.

 


Müharibədən sonra


Alman faşizmi üzərində SSRİ-nin tarixi qələbəsindən sonra  Şamil Yadigarov xeyli müddət Sovet Ordusu sıralarında xidmətini davam etdirdi. 1953-cü ildə Omskda piyada “uçiliş”ini minomyotçu kimi bitirərək, leytenant rütbəsi aldı. Lakin bir müddət sonra rus zabitlərinin xeyli hissəsi ixtisara salındı, milli diviziyaları isə öz respublikalarına göndərdilər.

Ş.Yadigarov sonrakı hərbi xidmətini Azərbaycanın Zaqafqaziya hərbi dairəsinə daxil olan Suvorov ordenli, Qırmızı Bayraqlı Taqanroq Milli diviziyası tərkibindəki, Salyan kazarmasında yerləşən hərbi hissədə davam etdirdi. Lakin 1956-cı ildə SSRİ-nin bütün müttəfiq respublikalarındakı milli diviziyalar ləğv edildiyindən, o, bir vaxtlar əckər kimi ilk addımlarını atdığı Sumqayıta üz tutmalı oldu. Burda o, cəmi 7 yaşı olan şəhərin o vaxtkı rəhbəri Kamran Hüseynovdan xahiş edir ki, Sumqayıtın qurulub-tikilməsində iştirak etmək üçün onu ən ağır sahələrdən birinə adicə bir fəhlə kimi işləməyə göndərsin. Şəhərin rəhbəri onun bu təşəbbüsünü bəyənərək, Bakı Boru-prokat zavodunun (BTZ, indiki “Azərboru”) yenicə tikilməkdə olan prokat sexinə fəhlə işinə göndərir.


O gündən taleyini Azərbaycanın həmin nəhəng  metallurgiya müəssisəsi ilə bağlayan Şamil Yadigarov ömrünü bütünlüklə metallurgiya işinə, Sumqayıta həsr edir.


***


Vətən qarşısında borcunu həm döyüşçü, həm də əmək adamı kimi şərəflə yerinə yetirmiş, “Döyüş xidmətlərinə görə” medalı, 2-ci dərəcəli “Böyük Vətən müharibəsi” və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmiş, istefada olan kapitan Şamil Yadigarov hazırda ömrünün  93-cü ilini yaşayır. Dörd övlad atası və nəvələrinin xoşbəxt babası olan Şamil dayıya bugünlərdə daha bir sevinc nəsib olub – ikinci nəticəsi dünyaya gəlib.  Nəvəsi ona öz sevimli babasının adını qoyuib – Şamil!


Şərəfli adın estafeti davam edir!

 


Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-dan neftin qiymətinə dair PROQNOZ
14.12.2017, 13:55

ABŞ-dan neftin qiymətinə dair PROQNOZ

Qripdən ildə 646 minədək adam ölür
14.12.2017, 13:52

Qripdən ildə 646 minədək adam ölür

Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm"
14.12.2017, 13:51

Putin: "Özüm özümə rəqib yetişdirəsi deyiləm"

Qanunsuz dini təbliğat aparan 159 nəfər saxlanılıb
14.12.2017, 13:47

Qanunsuz dini təbliğat aparan 159 nəfər saxlanılıb

ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ  
14.12.2017, 13:41

ADU bir gün xəlifələrin ixtiyarına verildi - REPORTAJ  

Lənkəranda mağaza və aptek qarət edənlər tutuldu
14.12.2017, 13:36

Lənkəranda mağaza və aptek qarət edənlər tutuldu

İlham Əliyev: “Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur” - YENİLƏNİB   
14.12.2017, 13:32

İlham Əliyev: Böyük Britaniya Azərbaycanın ən böyük xarici investorudur” - YENİLƏNİB  

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı   
14.12.2017, 13:05

Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı  

Ağdaşda 17 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib 
14.12.2017, 13:03

Ağdaşda 17 yaşlı gənc qısqanclıq zəminində qətlə yetirilib 

14.12.2017, 13:02

"Əli və Nino" Zaqrebdə təqdim olundu

Saakaşvili Ukraynada qalmaq niyyətindədir
14.12.2017, 13:01

Saakaşvili Ukraynada qalmaq niyyətindədir

Kəmaləddin Heydərov nöqsanlardan DANIŞDI  
14.12.2017, 13:00

Kəmaləddin Heydərov nöqsanlardan DANIŞDI  

Azərbaycandan 900 nəfər başqa ölkələrdəki silahlı dəstələrə qoşulub
14.12.2017, 12:53

Azərbaycandan 900 nəfər başqa ölkələrdəki silahlı dəstələrə qoşulub

Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib
14.12.2017, 12:48

Azərbaycanda 16 vəhabi terrorçu məhv edilib

Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd olması ilə bağlı təqdimat
14.12.2017, 12:47

Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd olması ilə bağlı təqdimat

Sabahın hava PROQNOZU
14.12.2017, 12:47

Sabahın hava PROQNOZU

Azərbaycanda botoks etdirən xanımların yaşı cavanlaşıb
14.12.2017, 12:44

Azərbaycanda botoks etdirən xanımların yaşı cavanlaşıb

“Azərbaycan” Nəşriyyatının “ayaqyolu problemi” həll olunur
14.12.2017, 12:36

“Azərbaycan” Nəşriyyatının “ayaqyolu problemi” həll olunur

DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı
14.12.2017, 12:31

DİN 3 nəfərin öldüyü qəza haqda məlumat yaydı

“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ   
14.12.2017, 12:27

“Rəşid Behbudov heç vaxt ad günü keçirmək istəmirdi” - XATİRƏ  

Sərdar Cəlaloğlu Putini İslam Birliyinə qoşulmağa çağırdı
14.12.2017, 12:21

Sərdar Cəlaloğlu Putini İslam Birliyinə qoşulmağa çağırdı

Sosial mənzillər şəhərciyindən yeni xəbər var  
14.12.2017, 12:17

Sosial mənzillər şəhərciyindən yeni xəbər var  

Müsavat başqanının müavini istefa verib
14.12.2017, 12:08

Müsavat başqanının müavini istefa verib

Azərbaycan hərbçisi şəhid oldu   
14.12.2017, 12:05

Azərbaycan hərbçisi şəhid oldu  

Ermənistan ABŞ vətəndaşını terrorçuluqda ittiham etdi
14.12.2017, 11:53

Ermənistan ABŞ vətəndaşını terrorçuluqda ittiham etdi

Azərbaycanda 950 qramlıq uşaq doğuldu
14.12.2017, 11:52

Azərbaycanda 950 qramlıq uşaq doğuldu

Dövlət İmtahan Mərkəzindən 17 dekabr imtahanı ilə bağlı XƏBƏRDARLIQ   
14.12.2017, 11:43

Dövlət İmtahan Mərkəzindən 17 dekabr imtahanı ilə bağlı XƏBƏRDARLIQ  

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi  
14.12.2017, 11:38

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdi  

Dünya əhalisinin yarısı tibbi xidmət görmür
14.12.2017, 11:36

Dünya əhalisinin yarısı tibbi xidmət görmür

Yol polisi qəza törətdi
14.12.2017, 11:30

Yol polisi qəza törətdi

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər
14.12.2017, 11:24

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

Uçuş aparatları vergidən azad olunur
14.12.2017, 11:15

Uçuş aparatları vergidən azad olunur

2018-ci ildən xam pambığın alış qiyməti artırılacaq
14.12.2017, 11:00

2018-ci ildən xam pambığın alış qiyməti artırılacaq

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ - enerji təchizatı dayandırılacaq
14.12.2017, 10:57

“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ - enerji təchizatı dayandırılacaq

Xarici ölkələrə işləyən azərbaycanlı casuslar AŞKARLANIB
14.12.2017, 10:55

Xarici ölkələrə işləyən azərbaycanlı casuslar AŞKARLANIB

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.05%)
Araz Ağalarov (18.3%)
Mübariz Mənsimov (22.4%)
Fərhad Əhmədov(18.9%)
Füzuli Məmmədov(37.5%)
Telman İsmayılov (0.17%)
İsgəndər Xəlilov(0.11%)
Vaqif Məmişov(0%)
Heç biri(1.67%)
Digərləri(0.71%)