21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Tarixçi alim: “Biz islam pərdəsi altında daha qədim ənənələri yaşadırıq” - MÜSAHİBƏ
Tarixçi alim: “Biz islam pərdəsi altında daha qədim ənənələri yaşadırıq” - MÜSAHİBƏ +
10.05.2017, 15:10

Kərəm Məmmədov: “Həzrəti Əlinin boyu çox uca olmayıb”

“Xürrəmilərin Bəzz qalasında məscidləri var idi, orada azan verilirdi”

 

Modern.az saytının dini mövzuda silsilə müsahibələri davam edir. Budəfəki müsahibədə islamın Azərbaycana gəlişindən, türk inanclarından bəhs edəcəyik. Müsahibimiz tarix üzrə fəlsəfə doktoru, antropoloq alim Kərəm Məmmədovdur.

- Kərəm müəllim, belə fikirlər var ki, islam qədim türk adət-ənələrini, əski türk inanclarını sıradan çıxardı.  Tarixi mənbələrimiz nə deyir?

- Məsələ belədir ki, hər bir xalq dinə nə qədər meyl edirsə, bir o qədər də qəbul etdiyi dinə öz mentalitetini qoyur. Xristianlıq ya da yəhudiliyin yayılmasından öncə Azərbaycandakı türklərin inancı təktanrıçılıq idi. Üçlüyə meyl edən provaslavlıq, ikiliyə meyl edən katoliklik Azərbaycan ərazisində yaranmayıb. Çünki türklüyün inancı tək Tanrıya inamdır.

İslamın da əsas şərti təkallahlılıqdır. Buna görə də türklər bu dini qəbul etdilər. Düzdür, bəzən dinin qəbul edilməsində hansısa sosial-siyasi motivlər də olur. Çox vaxt Xəzər xaqanlığında yəhudiliyin yayılması ilə bağlı belə bir fikir deyirlər: Cənubdan islam, şimaldan xristianlıq. Bu ikisinin ortasında əzilməmək üçün yəhudiliyi qəbul etdilər.

- Bəs biz niyə islamı qəbul etdik? Bu sualıma “qılınc müsəlman” anlayışı prizmasından çıxış edərək, cavab versəniz yaxşı olardı.

- “Qılınc müsəlman” ifadəsi bizdə səhv başa düşülür. Onun əsl izahatı isə fərqlidir. Bu anlayış tamam başqa şeylə bağlıdır. Fikir verin. Biz oğlan uşaqlarını nə zamandan müsəlman hesab edirik? Sünnət olunandan sonra. Mənbələrdə də var ki, kütləvi şəkildə islam qəbul edilən zaman sünnət prosesi qılınc vasitəsilə həyata keçirilib.

Yoxsa kiminsə boğazına qılınc dirəməklə din dəyişmək mümkün deyildi. “Qılınc müsəlman” ifadəsi sünnət prosesi ilə bağlı ortaya çıxan anlayışdır. Bizim böyük şairimiz Mirzə Ələkbər Sabir də “kəsilməli idi başımız, kəsildi sünnətimiz” yazıb. Bu anlayışı bu cür yozmaq lazım deyildi.

Fikir verin, biz sünnət olunana qədər oğlan uşaqlarına “sən ermənisən” deyirik. “Sən yunansan”, “sən gürcüsən” demirik. Bu da təbii ki, 705-ci il hadisələri ilə bağlıdır. Ərəblər Cənubi Qafqaza və Xəzər xaqanlığına iki istiqamətdən yürüş etmişdilər. Dəryal və Dərbənd keçidi vasitəsi ilə. Cavanşir dövründə xilafətlə müqavilə bağlanmışdı. Və xilafətin qarnizonları Bərdədə yerləşirdi. Buna rəğmən Cavanşir sui-qəsd nəticəsində öldürüləndən sonra Varaz Trdat hakimiyyətə gəlir. Azərbaycan Şimaldan xəzərlər, cənubdan xilafət, qərbdən isə Bizans imperiyası tərəfindən sıxılırdı. Adətən Azərbaycanı o adamlar idarə edə bilərdilər ki, ölkəni bərabərtərəfli üçbucaq şəklinə sala bilsin.

 

Musa Kalankatlı yazıb ki, alban yepiskopu Nerses Bakur hay yepiskopuna məktub göndərir. Məktubda bildirilir ki, qüvvələr birləşsin. Həmin o erməni katalikosu da məktubun üstünə bir məktub da əlavə edir. Onu xəlifəyə göndərir və bildirir ki, albanlar xilafətə qarşı çıxır və Bizansla birləşmək istəyir.

İslamın kütləvi şəkildə qəbul edilməsi həm də bununla bağlı idi.

- Mübahisəli məqamlardan biri də Babək və islam mövzusudur. Babək ərəb işğalçılarına qarşı mübarizə aparıb, bu, öz yerində Amma o dövrdə xilafətin məqsədi həm də islamı yaymaq idi deyə, belə düşünə bilərik ki, Babək həm də islama qarşı vuruşub?

- Mən belə deməzdim, bu cür yanaşmaları yanlış hesab edirəm. Nəyə görə? Babək 813-816-cı illərdən fəaliyyətə başlayıb. Bəs islam Azərbaycana nə zaman gəlib? 7-ci yüzillikdə. Əgər islama qarşı böyük müqavimət olsaydı, bu, elə 7-ci əsrdə baş verərdi.

İslam dinində millətçilik yox, ümmətçilik var. Lakin etiraf edək ki, elə məqamlar olub ki, ərəblər üstün tutulub, qeyri-ərəblər isə yox. Qeyri-ərəblərə gah “əcəm”, gah “mövla” deyilib. Ərəb olmayan müsəlmanlara “mövla” ya da “qul” deyilirdisə, təbii ki, bu, narazılıq yaradırdı. Babəkin əsl adı Həsəndir.

Həsən kim olub? Bu adın tarixi haradan gəlir? Təbii ki, Həsən Məhəmməd peyğəmbərin nəvəsi olub.

- Yəni, Babək müsəlman olub?

- Müsəlman sözünün özü bir az mübahisəlidir. Hətta Məhəmməd peyğəmbərin zamanında da bir digərini nizə ilə vurub öldürürdü. Səbəb kimi isə onu göstərirdi ki, o, əsl müsəlman deyildi. Məhəmməd peyğəmbər isə həmişə sual edib: “Sən nə bilirdin ki, o müsəlman deyildi?”.

- Əsl müsəlman deyəndə kim nəzərdə tutulur?

- Səudiyyə Ərəbistanındakı müsəlmanlar özlərini əsl müsəlman adlandırır. İran şiələri isə deyir ki, əsl müsəlman onlardırlar. Bizim qızılbaşlar isə deyib ki, əsl müsəlmanlar bizik. Bəs türkün islam modeli nə cürdür? Əlinə, belinə, dilinə nəzarət etmək. Bu, islamın türk modelidir. Bu, islamdan öncə də bizdə var idi. Mənim namizədlik mövzum Azərbaycanda islamaqədərki inanclarla bağlıdır.

 

Mən bugünkü həyatımızda mənəvi dünyamızı, dini həyatımızı müşahidə edirəm. İnanın ki, bunların içərisində islamaqədərki inanclar 80 faiz təşkil edir. Nədənsə biz islam deyəndə ölü üzərində “Yasin” oxutmağı nəzərdə tuturuq. Bununla da özümüzü müsəlman hesab edirik. Müsəlmanlar insan öləndən sonra da islama riayət etmirlər. Çünki islamda ölünün qəbri üzərinə dəbdəbəli daş qoymaq, məqbərə ucaltmaq yoxdur. Bəs bu haradan gəldi?

Bunlar türkün vaxtı ilə ölüsünün üzərinə dikəltdiyi abidələrdən öz başlanğıcını götürür. Gültəkin abidəsinə baxın. Ya da qədim türklərin qəbirlərinin üzərlərində ucaldılmış heykəllərə. Tısbağa, qara qoyun, ağ qoyun heykəllərinə.

- Hədislərdə Məhəmməd peyğəmbərin türklərə xoş münasibətinin olmadığı və türkləri öldürmək əmri verdiyi bildirilir. Ərəblərin türklərə münasibəti xoşmu olub?

Bir gün Məhəmməd peyğəmbərin əlini əqrəb dişləyir. Və peyğəmbər əqrəb dişləyən barmağını sorur. Deyir ki, türk də belədir. Öldürməyincə əl çəkmə. Bu o demək deyil ki, Məhəmməd peyğəmbərin türklərə münasibəti pis olub. Əksinə, Mahmud Qaşqaridə var ki, Məhəmməd peyğəmbər öyünərək “mənim şərqdəki ordum islamın düşmənlərinə qarşıdır” deyib. Şərqdəki ordu isə türklər idi.

- İslama görə, alternativ bir inanc sistemi yoxdur. Bu mənada islam türklərin qədim inanclarına, məsələn, şamanizmlə ziddiyyət təşkil etmir?

- Xəstələnəndə nənələrimiz nə edir? Ofsun edirlər. Bu ofsun zamanı ya “Yasin” surəsindən bəzi epizodları, ya da “İxlas” surəsindən bəzi hissələri oxuyurlar. Hanı ziddiyyət? Əski inanclar bizdə daha güclüdür. Biz islam pərdəsi altında, islama bürünərək daha qədim ənənələri yaşadırıq. Bizlərdə - türklərdə şamançılıq daha güclüdür. Dua etmək, hündür bir yerdə qurban kəsmək adətinə baxaq. İslamda yalnız bir dəfə  - İsmayıl qurbanı buyurulur. Amma biz uşaq xəstələnəndə deyirik ki, o sağalsa qurban kəsəcəyik. Ya da mağara kultu. Əshabi-Kəhf mağara kultudur. Bu, türklükdən gəlir.

 

Bəzən Quranın özündəki müəyyən məqamlar da türk inancı ilə tutuşdurulur. Məsələn, qızılbaşlıqda qəhrəman obraz həzrəti Əlidir. 

İslam tarixinin ən görkəmli şəxsiyyətlərindən olan həzrət Əlinin boyu çox uca olmasa da, fiziki baxımdan "Allahın Aslanı adını alıb.

 

İslamın qəbulundan sonra türklər Həzrəti Əlinin simasında həm də öz savaş tanrıları olan Alo Şanı gördüklərindən, həzrəti Əli sevgisi bizlər arasında çox güclü olub. 

Biz isə onu savaş tanrısı elan etmişdik. Bizim başqa bir andımız da var. “Getdiyimiz Əli yolu haqqı” deyə and içirik. Ya da deyirik ki, həzrəti Əli Zülfüqar qılıncı ilə bir zərbəyə nələr edib. Gəlin, bu epizodları tutuşduraq.

 

Türkün də tanrılarından biri – savaş tanrısı Çin mənbələrində Alo Şan adlanır. Yol tanrısı isə Ulu. Türklər islamı qəbul edəndən sonra bu iki anlayış Əli obrazında birləşdi. Xalq şüurlarında min illərlə yaşatdığı mifologiyanı qəbul etdiyi dinin içərisinə salır. Çox rahat şəkildə.

Bizim Novruz bozqurd inancından gələn bir bayramdır. Ergenekondan çıxış inancı.

Bizdə isə deyirlər ki, Novruz guya zərdüştlükdən gəlib. Bu, düzgün deyil. Məntiqlə fikirləşək. Hansı bir müsəlman bayram günü inandığı Qurani-Kərimi ortalığa qoyub üstündən tullanar? Ya da hansı yəhudi Tövratı qoyub üstündən tullanar? Ya da xristian İncilin üstündən tullanar?!

Atəşpərəstlik zərdüştlükdən gəlirsə,  insan necə odun üstündən tullana bilər?! Axı od atəşpərəstlikdə müqəddəs sayılıb.  İnsan da inanc obyektinə “ağırlığım, uğurluğum sənə getsin” deyə bilərmi?! Deməli, Novruz da əski türk inancından gələn bayramdır.

- Kərəm müəllim, islam inancından olanların çoxu Babəki sevmir?...

- Babəklə bağlı bir məqamı da deyim, hər şey aydın olsun. Babəkin müasiri olan Əl-Bağdadi adlı tarixçi var. Bağdadi deyir: “Xürrəmilərin Bəzz qalasında məscidləri var. Orada azan verilir. Amma onlar Qurani-Kərimi xürrəmcəsinə izah edirlər”.

Necə ki, bizlər bu gün edirik. Bizlər də Quran ayələrini deyərək “püff” edib şamanlıq edirik. Bunlar onun göstəricisidir ki, hər bir xalq qəbul etdiyi dini özünə uyğunlaşdırır. Bizdə fanatik islam yoxdur. Ona görə ki, əski inanclarımız fanatizmlə bağlı hissələri cilalayıb, formaya salıb.

- Bu dövrün baxışı ilə 16-cı əsrə baxıb Şah İsmayıl Xətainin Azərbaycanda təriqətçiliyin əsasını qoyduğunu deyənlər var. Halbuki, siz özünüz də vurğulayırsınız ki, qızılbaşlıqla şiəlik fərqlidir.

- Qızılbaşlıq ideologiyasının ana qaynaqlarına baxaq. Xəzərlərin dostu deyilən bir adam var idi –Məzdək. Məzdəkin özünə də təsir edən inanclar olub. Məsələn, uyğur inancı. Bu inanc məzdəkiliyə ötürüldü. Və sonra da islam nüvəsinin içərisində xürrəmilik yarandı.

 

Daha sonra sufilik, sufilikdən hürufilik, hürufilikdən, qızılbaşlıq formalaşdı. Qızılbaşlıq türkçülükdən, şamançılıqdan gələn elementləri özündə birləşdirir. Şah İsmayılı ittiham edirlər ki, o, şiəliyi yayıb. Halbuki, İsmayıl qızılbaşlığı yayıb. Deyirlər ki, Şah İsmayıl təriqətçiliyi yayıb. Pulların üstünə birinci dəfə “Əliyyən vəliyullah” yazdıran Şah İsmayıl Xətai olmayıb. İlk dəfə pulların üzərinə bu sözlərinin yazdırılması Qazan xanın dövründə olub. Əhli-beyt sevgisi sonuncu Hülakü hökmdarlarında daha güclü idi, nəinki qızılbaşlarda.

Qızılbaşlara fikir verin. Onların papaqlarının rəngi qırmızıdır. Qəribə burasıdır ki, yakut şamanları da ayinləri icra etməmişdən öncə, mütləq başlarına qırmızı papaq qoyarlar. Bu, odun, Günəşin rəmzidir. Əski türk inanclarında odla Günəşə inam kultu deyil, bir təmizlənmə, arınma vasitəsi kimi baxılıb.

 

Bu məsələ “Şahnamə”də daha gözəl əks olunub. Anası türk qızı olan Siyavuşun günah edib-etmədiyini yoxlamaq üçün onu odun içərisindən keçirdirlər. Bu, zərdüştlük yox, əski türk inancıdır.

- Dediniz ki, Azərbaycandakı islamaqədərki inanc sistemlərini araşdırmısınız. Və bildirdiniz ki, Azərbaycanda islama qədər yəhudilik, xristianlıq inkişaf etmıyib. Bəs ermənilər niyə xristian oldu?

- Hayların hamısı xristian deyil. Söhbət hay etnosundan gedirsə, onların içərisində katoliklər, provaslavlar, protestantlar və islamı qəbul edənlər də var. Məsələn, hamşinlər. Hamşinlərin kökləri haylardır və onlar islamı qəbul ediblər.

Bundan başqa, monofizit haylar, ərmənlər də var. Ərmən adı altında xristianlığı qəbul etmiş xeyli türk də var. Bunu da unutmayaq.

Ermənilər o qədər buqələmun millətdirlər ki, əlifbaları Həbəşistandan gəlib, soyköklərində qafqaz, türk və hind-avropa xalqları iştirak edib. Dinləri isə monofizitdir. Ermənilər nə cür xristiandırlar ki, xristianlıqda mənfi obraz olan ilan erməni katolikoslarının əsasının başında əks olunub? Xristianlıqda ilana ancaq mənfi münasibət var.

-Bəs Azərbaycanda niyə xristianlıq yox, islam yayıldı?  

-Xristianlıqda üçlük var - Allah, müqəddəs ruh və İsa peyğəmbər. Türk bu cür üçlüyü sevmir. Türk deyir ki, Tanrı birdir. Ona görə də, xristianlıq Azərbaycanda yayıla bilmədi. Üstəlik, xristianlığı qəbul edən etnos buradakı etnosa düşmən idi.

 

Aqşin KƏRİMOV

Fotolar: Nəcəf Ruslanoğlu

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycandakı motosiklet qəzalarında 9 nəfər ölüb
21.09.2017, 08:57

Azərbaycandakı motosiklet qəzalarında 9 nəfər ölüb

İlham Əliyevin ABŞ səfəri başa çatıb   
21.09.2017, 08:42

İlham Əliyevin ABŞ səfəri başa çatıb  

Los Ancelesdəki Baş Konsulluqdan AÇIQLAMA: Lütfi Zadənin nəşi Bakıya gətiriləcək   
21.09.2017, 08:36

Los Ancelesdəki Baş Konsulluqdan AÇIQLAMA: Lütfi Zadənin nəşi Bakıya gətiriləcək  

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
21.09.2017, 08:33

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO
21.09.2017, 01:03

İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO

ABŞ-da orta məktəbdə silahlı insident
21.09.2017, 00:42

ABŞ-da orta məktəbdə silahlı insident

Meksikada 3 günlük matəm elan edildi
21.09.2017, 00:27

Meksikada 3 günlük matəm elan edildi

Azərbaycan nefti bahalaşıb
20.09.2017, 23:58

Azərbaycan nefti bahalaşıb

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır
20.09.2017, 23:43

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır

Aşıq Ədalətin çəkildiyi və saz çaldığı filmlər - “Çal, aşıq, komsomolun canı...”
20.09.2017, 23:26

Aşıq Ədalətin çəkildiyi və saz çaldığı filmlər - “Çal, aşıq, komsomolun canı...”

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub
20.09.2017, 23:09

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
20.09.2017, 22:53

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Yaponiya yenidən silkələndi
20.09.2017, 22:38

Yaponiya yenidən silkələndi

İlham Əliyev Trampla görüşdü
20.09.2017, 22:23

İlham Əliyev Trampla görüşdü

FED uçot dərəcəsini dəyişmədi
20.09.2017, 22:15

FED uçot dərəcəsini dəyişmədi

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ
20.09.2017, 22:06

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO
20.09.2017, 21:49

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR
20.09.2017, 21:33

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR

20.09.2017, 21:17

"ABŞ beynəlxalq razılaşmaları pozur" - Ruhani

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3
20.09.2017, 21:03

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı
20.09.2017, 20:49

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib
20.09.2017, 20:35

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib

Erməni deputatlar sabah Bakıya gəlir
20.09.2017, 20:23

Erməni deputatlar sabah Bakıya gəlir

UEFA final oyunu üçün Bakını seçdi
20.09.2017, 20:07

UEFA final oyunu üçün Bakını seçdi

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib
20.09.2017, 19:56

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək
20.09.2017, 18:57

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək

Moskvanın mərkəzində bomba həyəcanı
20.09.2017, 18:41

Moskvanın mərkəzində bomba həyəcanı

Tovuzda qəza: yaralananlar var
20.09.2017, 18:33

Tovuzda qəza: yaralananlar var

İlham Əliyev Malta Prezidentini təbrik edib
20.09.2017, 18:08

İlham Əliyev Malta Prezidentini təbrik edib

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   
20.09.2017, 17:50

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq
20.09.2017, 17:48

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   
20.09.2017, 17:43

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir   
20.09.2017, 17:27

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir  

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
20.09.2017, 17:17

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   
20.09.2017, 17:04

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (47.0%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.92%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.0%)
- Məhərrəmlık əsl İslama ziddir(30.9%)