23 oktyabr 2017, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - AZƏRBAYCAN DİLİ: milli varlığımız, mənəvi sərvətimiz - III
AZƏRBAYCAN DİLİ: milli varlığımız, mənəvi sərvətimiz - III
15.05.2017, 11:32

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Heydər Əliyevin taleyüklü məsələlərin həllində rolu



Adətən Tanrı yaratdığı istedadların çiyinlərinə böyük yük qoyur. Bu yükü məhz onun yaratdığı istedadlı adamlar çəkə bilir, bu yükün öhdəsindən gələ bilir. Ona görə də Tanrı istedadlı insanlara istedadın dərəcəsini daşıyacaqları yükün çəkisinə uyğun, ya da bu yükün çəkisindən artıq verir. Belə insanları Tanrı ən çətin məqamlarda, mürəkkəb şəraitlərdə sınağa çəkir, millətin milli taleyi həll olunan anlarda onlara liderlik imkanını da verir. Bəzən milyonların gücü, enerjisi, inamı, əqidəsi, prinsipiallığı, mövqe qabiliyyəti belə insanlarda cəmlənir. Qeyri – adi güc, qeyri – adi məntiq, qeyri – adi yaddaş, qeyri – adi digər neçə - neçə keyfiyyətlər istedadlı insanları Tanrının izni ilə daha da yüksəldir. Xalqın, millətin gözündə ucaldır. Məhz belələrindən biri Heydər Əliyev fenomenidir. Bu fenomen Tanrıdan Azərbaycan xalqına pir pay kimi düşübdür. Azərbaycan xalqının ən çətin işlərində Heydər Əliyev fenomeni köməyə çatıbdır. Xalqa arxa olub, onun əlindən tutub, ayaq üstə qaldırıbdır. Tanrının işinə heç kəs qarışa bilməz. İş elə gətiribdir ki, nəinki Sovetlər İttifaqı dövründə, həm də Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox taleyüklü məsələlərin həlli Heydər Əliyevin missiyası olub, onun rəhbərliyi ilə həyata keçirilibdir. Bunlardan biri də Heydər Əliyevin yeni konstitusiya layihəsini hazırlayan komissiyaya sədrlik etməsi olubdur. Müstəqil Azərbaycan dövlətinin ən mühüm atributlarından olan Əsas Qanunun – Konstitusiyanın hazırlanması kimi şərəfli vəzifə Heydər Əliyevin sədrlik etdiyi Konstitusiya Komissiyasının üzərinə düşübdür.


Yeni konstitusiya layihəsini hazırlayan komissiyanın işçi qrupunun iclasındakı müzakirələr çox yüksək, peşəkar səviyyədə keçmişdir. Heydər Əliyev bu iclaslardakı demokratik müzakirəni Azərbaycan dövlətçiliyi naminə aparmışdır. O, işçi qrupun üzvlərinin hər birinin fikrini səbrlə, təmkinlə dinləmiş, fikir müxtəlifliyinə  hörmətlə yanaşmışdır. Ona görə ki, onun aydın məqsədi, məramı, strategiyası olmuşdur. Bu da qanunvericilik hakimiyyətini formalaşdırmaq, Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirib inkişaf etdirməkdən ibarət olmuşdur. O, Azərbaycan dövləti naminə fikir yürüdən, söz deyən insanların məntiqinə geniş imkan yaratmışdır. Heydər Əliyev təcrübəli, peşəkar, ensiklopedik biliyə malik olan bir şəxsiyyət kimi çox gözəl bilirdi ki, həqiqət yalnız fikirlərin, mövqelərin toqquşmasında üzə çıxır. Ona görə də Heydər Əliyev yeni konstitusiya layihəsini referenduma qədər ictimaiyyətə təqdim etməyi və ümumxalq müzakirəsinə verməyi çox vacib sayırdı. Onun bütün məsələlərdə olduğu kimi bu istiqamətdə də mövqeyi olduqca dəqiq və dəfələrlə ölçülüb biçilmiş məzmun, mahiyyət daşıyırdı: “... bizim bu gün və gələcəkdə qəbul edəcəyimiz qanunlar və xüsusən əsas qanunumuz – konstitusiya gərək elə bir konstitusiya olsun ki, bir tərəfdən insanların hüquqlarını qorusun, insan azadlıqlarını, demokratiyanı təmin etsin, siyasi plüralizmi təmin etsin, mətbuat, söz, din, dil azadlığını təmin etsin, ikinci tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün təsisatların yaranmasını təmin etsin ki, bu cür hallara yol verilməsin. Ona görə də, güman edirəm, biz elə bir konstitusiya yaradacağıq ki, bu konstitusiya Azərbaycan Respublikasının nəinki qısa müddətdə, həm də uzun müddətdə müstəqillik yolu ilə getməsini təmin edəcəkdir, Azərbaycan Respublikasında demokratik hüquqi dövlətin qurulmasını təmin edəcəkdir və ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir”.


Heydər Əliyev qəbul etdiyi qərarlarda, israrlı olduğu məsələlərdə həmişə hər bir kəsdən üstün mövqedə dayanırdı. Bunun ən başlıca səbəblərindən biri onun müzakirə olunan predmetlə, obyektlə bağlı kifayət qədər məlumatlı, bilgili olması mühüm rol oynayırdı. Odur ki, yeni konstitusiya layihəsinin hazırlanmasında, o cümlədən referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasında bir sıra vacib məqamlarla bağlı çox dəqiq təhlil imkanına malik idi. Məsələn, o, “Azərbaycanın yeni konstitusiyası necə olmalıdır?” sualına elə məntiqli, sistemli izah verirdi ki, konstitusiyamızın tarixi barəsində geniş, əhatəli məlumat verməklə yanaşı, müstəqil Azərbaycan Respublikasının konstitusiyasının hazırlanmasını şərəfli, məsuliyyətli, müqəddəs bir iş kimi nəinki mütəxəssislərin (hüquqşünasların), o cümlədən yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak edən işçi qrupunun, eləcə də hər bir vətəndaşın diqqətinə çatdırırdı. Bununla da çox ciddi ideoloji bir işin nəzəriyyəsini, bütövlükdə nəzəri əsaslarını ümumiləşdirərək dolğun forma və məzmunda təqdim edirdi. Heydər Əliyevin konstitusiyamızın tarixi barəsində söylədikləri dövlət quruculuğu prosesinin aparılmasına, inkişaf etdirilməsinə və hər bir Azərbaycan vətəndaşının hüquqlarının qorunmasına təminat verən prinsipləri özündə əks etdirirdi. Çoxlarının bilmədiyi, ya da çox az bildiyi tarixi, milli məsələlərə aydınlıq gətirirdi. Heydər Əliyev faktlarla sübut edirdi ki, Azərbaycan Respublikasının konstitusiya tarixi böyükdür: “Azərbaycan Respublikasının ilk konstitusiyası, demək olar ki, 1919-cu ildə qəbul edilibdir. Ancaq bu, konstitusiya olmayıbdır. Müstəqillik haqqında akt qəbul olunubdur. 1919-cu ildə ilk Azərbaycan Demokratik Respublikası dövlət müstəqilliyi haqqında akt qəbul edibdir.


Bu akt konstitusiya xarakteri daşıdığına görə biz onu Azərbaycan dövlətçiliyində konstitusiyanın başlanğıcı kimi, konstitusiya yaratmaq işinin başlanğıcı kimi qəbul edə bilərik”.


Heydər Əliyev tarixi xronoloji ardıcıllıqla Azərbaycanın Sovetlər İttifaqı dövründə qəbul etdiyi konstitusiyadan əsl tarixçi, hüquqşünas kimi bəhs edir, bir çox qaranlıq məqamlara aydınlıq gətirirdi. 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının dövlət müstəqilliyi haqqında qəbul olunmuş aktdan sonra 1921, 1924-cü illərdə Azərbaycanda qəbul edilmiş konstitusiya barəsində maraqlı məlumat verirdi: “... bildiyiniz kimi, 1920-ci ildə Azərbaycanda Sovet Sosialist Respublikası yaranıbdır. Bu respublika 1921-ci ildə Azərbaycanın ilk konstitusiyasını qəbul edibdir. O vaxt hələ Sovetlər İttifaqı yox idi. Yaranmış və şübhəsiz ki, kommunist hakimiyyəti altında olan respublikalar müstəqil idilər. Bu konstitusiya müəyyən dəyişikliklərlə 1937-ci ilə qədər davam edibdir. Baxmayaraq ki, 1924-cü ildə, Sovetlər İttifaqı yaranandan sonra onun Konstitusiyası da yaranmışdı, amma Azərbaycanda 1921-ci ildə qəbul edilmiş konstitusiya davam edirdi. Ancaq şübhəsiz ki, ona dəyişikliklər, əlavələr olunmuşdu”.


Heydər Əliyev sonrakı dövrlərdə Azərbaycan Sovet Sosialist Respublikasında qəbul olunmuş konstitusiyalar barədə anlaşıqlı məlumatı təkcə öz biliyinə çevirməmiş, onu geniş ictimaiyyətə çatdırmağı, o vaxtlar Azərbaycan Respublikası müstəqil dövlət olmadığı üçün konstitusiyalarda kommunist ideologiyasının, sovet hakimiyyətinin prinsiplərinin əks olunduğunu dönə - dönə xatırlamağı özünə borc bilmişdir. Onun 1937, 1938-ci illərdə qəbul olunmuş konstitusiyalar barədə dediklərində real Azərbaycan konstitusiyasının tarixi vərəqlənir: “1936-cı ildə Sovetlər İttifaqının yeni konstitusiyası qəbul edildikdən sonra – 1937-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının yeni konstitusiyası qəbul olunub. Bu konstitusiya 1978-ci ilə qədər yaşayıbdır. 1977-ci ildə Sovetlər İttifaqının yeni konstitusiyası qəbul olunub və ondan bir il sonra, 1978-ci ilin aprelində Azərbaycan Respublikasının yeni konstitusiyası yaranıbdır”.


Heydər Əliyev Azərbaycan Respublikasında 1978-ci ildə qəbul olunmuş konstitusiya barəsində və müstəqillik əldə etdikdən sonra 1991-ci ilin oktyabrın 18-də qəbul olunmuş konstitusiya aktı barəsində siyasi məqamlara xüsusilə diqqət yetirirdi. Əsasən 1991-ci il oktyabrın 18-də qəbul olunmuş konstitusiya aktına qədərki 1978-ci il konstitusiyası barədə deyirdi: “İndiyə qədər Azərbaycan Respublikası 1978-ci ildə qəbul olunmuş konstitusiya ilə yaşayır, işləyir. Doğrudur, bu müddətdə konstitusiyaya bir çox əlavələr, dəyişikliklər edilibdir. Xüsusən qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra -1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edilibdir”. Bununla belə, Heydər Əliyev bu konstitusiya aktı ilə bağlı fikirlərini söyləyərkən bir sıra ciddi məsələlərə diqqəti yönəldir, bəlkə də bir çoxlarının çox adi yanaşdığı, bir çoxlarının isə siyasi mahiyyətinə varmadıqları məqamları xatırladırdı.


Belə ki, Azərbaycan Milli Məclisinin 1992-ci il dekabrın 22-də qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunu Azərbaycan Respublikasının qüvvədə olan konstitusiyasının (1978-ci il konstitusiyası) və “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında konstitusiya aktı”nın müddəaları ilə ziddiyyət təşkil edirdi. Ona görə də Azərbaycan Milli Məclisinin 1992-ci il dekabrın 22-də qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunu heç bir hüquqi qüvvəyə malik deyildi. Bu mənada Heydər Əliyev deyirdi: “Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş konstitusiyanın dövlət dili haqqında 73-cü maddəsi Milli Məclisin məlum qərarı ilə ləğv olunmur (Azərbaycan Milli Məclisinin 1992-ci il dekabrın 22-də qəbul etdiyi qərar nəzərdə tutulur – B.X.), o qüvvədədir. Bax, respublikamızda belə qarışıqlıq yaranıbdır. O vaxt dövlət və hökumət başçıları, bu böyük məsuliyyəti üzərinə götürən adamlar belə qərarı, qanunu qəbul edərkən sizinlə məsləhətləşiblərmi? Onlar Elmlər Akademiyası, Yazıçılar Birliyi ilə, bizim bu alimlərimizlə, dilçilərimizlə məsləhətləşiblərmi?”


Beləliklə, bu görkəmli siyasətçinin siyasi biliyi, hadisələri və tarixi məqamları təhlil etmək qabiliyyəti, keçmiş Sovetlər İttifaqında gedən prosesləri dərindən bilməsi onun siyasi peşəkarlığının, siyasi erudisiyasının geniş diapazonlu olmasından xəbər verirdi. Heydər Əliyevin bu fikirlərinə diqqət yetirin: “... Xatirinizdədir ki, 1991-ci il avqustun 30-da Azərbaycan parlamenti müstəqillik haqqında bəyanat qəbul etdi. Ancaq görünür ki, Azərbaycan Respublikasının o vaxtkı rəhbərləri müstəqilliyi nədənsə istəmirdilər. Çünki bu aktları, şübhəsiz, vaxtında keçirmək olardı.


Belə bir bəyanat olunandan sonra xeyli vaxt keçdi və oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi. Baxmayaraq ki, artıq o vaxt Sovetlər İttifaqı dağılırdı və bu, göz qabağında idi, ancaq Azərbaycan xalqının iradəsinə zidd olaraq o zaman Azərbaycan Respublikasının rəhbərliyi müstəqilliyə getmək istəmirdi. Nədənsə, görünür ümid bəsləyirdi ki, Sovetlər İttifaqı qalacaq, yaşayacaqdır”. Bunları Heydər Əliyev ona görə xatırladır ki, millətin hər bir üzvü bilsin ki, hətta ayrı – ayrı qruplar belə müstəqil dövlət olmağımıza maneçilik göstərmiş, müstəqilliyi müvəqqəti hesab etmişlər. Sovetlər İttifaqının o vaxtkı prezidenti Qorbaçov Sovetlər İttifaqının dağılması barədə bəyanat versə də, o vaxtkı Azərbaycan rəhbərliyi 1991-ci ilin mart ayında referendum keçirib qərar qəbul etdi ki, Sovetlər İttifaqı saxlanılmalıdır. Və 1991-ci ilin avqust ayının 30-da müstəqillik haqqında bəyanat qəbul ediləndən sonra oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu Konstitusiya Aktından sonra referendum keçirilə bilərdi. Ancaq bu referendum uzadılmış və dekabrın 30-na salınmışdır.


Heydər Əliyev qeyd edirdi ki, “Bütün bunlara baxmayaraq, 1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır”.


Heydər Əliyev ümumiləşdirmə aparmaq bacarığı ilə öz dinləyicisini inandırmağa qadir olan bir şəxsiyyət idi. O, ya faktları, hadisələri şərh edərək ümumiləşdirmə aparırdı, ya da ümumiləşdirici məntiqdən, fikirdən, mövqedən konkret olaraq faktların, hadisələrin şərhinə keçirdi. Və bu zaman rabitəni, əlaqəni elə qururdu ki, onun verdiyi informasiya qarşı tərəfi təmin edirdi, anladırdı, etiraz etməyə, bitərəf qalmağa yer qalmırdı. Fikir verin, o, 1995-ci ildə qəbul olunmuş konstitusiyamıza qədərki dövrdə mövcud olmuş konstitusiyalar barəsində nə qədər konkret və ümumiləşdirici fikir söyləyir: “... 1919-cu ildə qəbul olunmuş müstəqillik haqqında Akt” - əgər biz onu konstitusiya xarakterli bir sənəd kimi qəbul ediriksə, - o, konstitusiya olmayıbdır. Ondan sonra – 1921-cı ildə, 1937-ci ildə və 1978-ci ildə qəbul olunan konstitusiyalar da şübhəsiz ki, sovet hakimiyyəti dövründə qəbul edilən konstitusiyalardır. O vaxtlar Azərbaycan Respublikası müstəqil dövlət olmamışdır və şübhəsiz, bu konstitusiyalarda kommunist ideologiyası, sovet hakimiyyətinin prinsipləri öz əksini tapmışdır”.


Heydər Əliyev 1995-ci ildə qəbul etdiyimiz konstitusiyamızın memarıdır. Bu konstitusiyanın hər sətrində, hər sözündə onun düşüncəsi, məntiqi kök salıbdır. O, hər şeydən əvvəl konstitusiyamızın demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi prinsiplərə sadiq olmasını strateji maraqda saxlamış, dövlətin, xalqın və hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verən sənəd olmasına nail olmuşdur. Heydər Əliyev 1995-ci il konstitusiyasının mayasının nə ilə yoğrulacağını dəqiq bilirdi. Belə hesab edirdi ki, bu konstitusiyada insanların hüquqları, azadlıqları qorunmalıdır, demokratiya və siyasi plüralizmi, mətbuat, söz, din, dil azadlığı təmin edilməlidir. Eyni zamanda bu konstitusiya Azərbaycan Respublikasının uzun müddətdə müstəqillik yolu ilə getməsini təmin etməlidir. O deyirdi: “... Əsas qanunumuz – konstitusiya gərək elə bir konstitusiya olsun ki,  bir tərəfdən insanların hüquqlarını qorusun, insan azadlıqlarını, demokratiyanı təmin etsin, siyasi plüalizmi təmin etsin, ikinci tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün təsisatların yaranmasını təmin etsin ki, bu cür hallara yol verilməsin (qarışıqlıq yaratmaq, terrorçuluq etmək, dövlətə qarşı cinayət etmək cəhdi və s. nəzərdə tutulur. – B.X.). Ona görə də, güman edirəm ki, biz elə bir konstitusiya yaradacağıq ki, bu konstitusiya Azərbaycan Respublikasının nəinki qısa müddətdə, həm də uzun müddətdə müstəqillik yolu ilə getməsini təmin edəcəkdir, Azərbaycan Respublikasında demokratik hüquqi dövlətin qurulmasını təmin edəcəkdir və ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir”.


Heydər Əliyev 1995-ci ildə qəbul olunmuş konstitusiyanın layihəsinin müzakirə olunmasını olduqca vacib sayırdı. O istəyirdi ki, layihə barəsində respublikanın dövlət və hökumət orqanlarının, elm, mədəniyyət, təhsil, yaradıcılıq, ictimai təşkilatların, ayrı – ayrı partiyaların, kütləvi informasiya vasitələrinin nümayəndələrinin fikirləri olsun. Ona görə də yeni konstitusiya layihəsinin geniş müzakirəsində alimlərimiz də fəal iştirak edir, bir sıra təkliflər irəli sürürdülər. Yeni konstitusiya layihəsinin bir maddəsinin – Azərbaycan Respublikasının dövlət dili haqqında maddənin geniş müzakirəsi Heydər Əliyevin təşəbbüsü ilə keçirilirdi. Əslində Heydər Əliyevin bu məsələdə alimlərlə birgə müzakirədə iştirak etməsi elmimizə, mədəniyyətimizə, ən başlıcası dilimizə olan böyük qayğıdan irəli gəlirdi.


1995-ci il oktyabrın 31-də respublika Elmlər Akademiyası Rəyasət Heyəti binasının iclas salonunda yeni konstitusiya layihəsinin bir maddəsinin – Azərbaycan Respublikasının dövlət dili haqqında maddənin müzakirəsi olmuşdur. Müzakirədə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev də iştirak etmişdir. Yığıncağa – müzakirəyə respublika Elmlər Akademiyası ədəbiyyat, dil və incəsənət bölməsinin akademik katibi Bəkir Nəbiyev sədrlik etmişdir. Heydər Əliyev bu yığıncaqda geniş nitq söyləmişdir. Onun nitqi respublikanın tanınmış alimləri, ziyalıları tərəfindən böyük diqqətlə dinlənilmişdir. Heydər Əliyevin konstitusiyamızın bir maddəsinin – Azərbaycanın dövlət dili haqqında olan 23-cü maddənin Elmlər Akademiyası rəyasət heyətinin binasında geniş müzakirə obyektinə çevrilməsi təsadüfi olmamışdır.


Hər şeydən əvvəl, Heydər Əliyev bu işin çox məsuliyyətli bir iş olduğunu yaxşı bilirdi. İkincisi, Azərbaycan xalqının tarixini (o cümlədən dilinin, konstitusiyasının və s.) dərindən bilirdi və  bununla yanaşı, onların hər birini təhlil etmək istedadına malik idi.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kriminal avtoritet həbsdə ölüb
23.10.2017, 11:38

Kriminal avtoritet həbsdə ölüb

Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ   
23.10.2017, 11:35

Penitensiar Xidmət məhkumların qaçdığını TƏSDİQLƏDİ  

İsveç Şimali Koreyadan 43 illik borcu tələb olundu
23.10.2017, 11:29

İsveç Şimali Koreyadan 43 illik borcu tələb olundu

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək   
23.10.2017, 11:28

Azərbaycan xarici dövlətlərə 68 milyon manat kredit verəcək  

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ
23.10.2017, 11:06

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Bu şəhərdə 900 İŞİD üzvü  öldürülüb
23.10.2017, 11:00

Bu şəhərdə 900 İŞİD üzvü  öldürülüb

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI   
23.10.2017, 10:58

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - III YAZI  

Bakıda marketdən oğurluq etmək istəyən tutuldu
23.10.2017, 10:54

Bakıda marketdən oğurluq etmək istəyən tutuldu

Elmar Məmmədyarov İtaliyaya getdi
23.10.2017, 10:54

Elmar Məmmədyarov İtaliyaya getdi

Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi
23.10.2017, 10:45

Suriyanın ən böyük neft yatağı kürdlərin əlinə keçdi

Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı - SİYAHI
23.10.2017, 10:34

Qanunvericilik və icra orqanlarının saxlanılmasına bir ildə xərclənəcək vəsait açıqlandı - SİYAHI

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi
23.10.2017, 10:28

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq   
23.10.2017, 10:25

Köçkünlər üçün kommunal ödənişlərə  50,5 milyon manat sərf olunacaq  

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR
23.10.2017, 10:17

Millət vəkilimizə qardaş ölkədən TƏŞƏKKÜRLƏR

İlin rekordu və ilin ixtisası
23.10.2017, 10:15

İlin rekordu və ilin ixtisası

Neft BAHALAŞDI 
23.10.2017, 10:13

Neft BAHALAŞDI 

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü
23.10.2017, 10:01

Beyləqanda 26 yaşlı oğlan özünü öldürdü

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB
23.10.2017, 10:01

Bakıdan Şirvana aparılan bir neçə məhkum qaçıb - YENİLƏNİB

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR
23.10.2017, 09:48

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ - Məşhur xanəndənin ANIM GÜNÜDÜR

Ermənistan atəşkəsi 132 dəfə pozdu    
23.10.2017, 09:41

Ermənistan atəşkəsi 132 dəfə pozdu  

Boşanmaların ən çox baş verdiyi RAYONLAR...   
23.10.2017, 09:19

Boşanmaların ən çox baş verdiyi RAYONLAR...  

“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO   
23.10.2017, 09:14

“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO  

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək
23.10.2017, 09:05

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək

Vəsiqə, diplom itirənlərin nəzərinə! 478 itmiş sənəd tapılıb
23.10.2017, 08:56

Vəsiqə, diplom itirənlərin nəzərinə! 478 itmiş sənəd tapılıb

“Maşın” şounun finalçıları bəlli oldu - ADLAR - VİDEO  
23.10.2017, 08:48

“Maşın” şounun finalçıları bəlli oldu - ADLAR - VİDEO  

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
23.10.2017, 08:23

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu
23.10.2017, 00:37

Seçkilərdə hakim "Gürcüstan arzusu" partiyası qalib oldu

Bakıda məhkum həbsxanada evləndi - Foto
23.10.2017, 00:18

Bakıda məhkum həbsxanada evləndi - Foto

İngiltərədə silahlıların girov götürdüyü şəxslər azad edilib
22.10.2017, 23:56

İngiltərədə silahlıların girov götürdüyü şəxslər azad edilib

Polad Bülbüloğlu mükafatlandırılıb
22.10.2017, 23:36

Polad Bülbüloğlu mükafatlandırılıb

Hülusi Akar ABŞ-a getdi
22.10.2017, 23:19

Hülusi Akar ABŞ-a getdi

Şəhid əsgərimiz sabah Saatlıda torpağa tapşırılacaq
22.10.2017, 23:01

Şəhid əsgərimiz sabah Saatlıda torpağa tapşırılacaq

Torpaqların elektron kadastr uçotuna başlanılıb
22.10.2017, 22:43

Torpaqların elektron kadastr uçotuna başlanılıb

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək
22.10.2017, 22:29

ABŞ-ın hip-hop qrupu Azərbaycanda pulsuz konsertlər verəcək

Sloveniyadakı seçkilərdə hazırkı prezident qalib gəlib
22.10.2017, 22:24

Sloveniyadakı seçkilərdə hazırkı prezident qalib gəlib

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(24.3%)
“Azərsu”(9.34%)
“Azəristiliktəchizat”(3.25%)
Heç biri(57.7%)