20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Atamla mənim ilk və son olmayan söhbətim
Atamla mənim ilk və son olmayan söhbətim
19.05.2017, 15:52

Sarvan İbrahimov


40 ilə yaxın pedaqoji sahədə çalışmış atam Bəhlul İbrahimovun 80 yaşına

Hərdən mənə elə gəlir ki... Mənə rahatlıq verməyən suallar birmi, ikimi? Heç kimin isidə bilmədiyi içimə qısılıb hərdən lap elə uşaq kimi ağlamaq istəyirəm. Təzədən uşaq olmaq istəyi də közərən ocaq kimi tənhalığı özünə yuva seçmiş ürəyimə damcı boyda bir işıq salır. Artıq əlçatmayan bir uzaqlığa boylanıb atalı günlərimi haraylayıram. Naməlum bir məchulluqdan əks sədası qayıdan səssizlik  sanki üzümə qorxu silləsi çəkir. Gözlərim özünə hədəf seçmiş o uzaq yolun sonuna tələsdirir məni. Bir də saçıma sığal çəkməyəcək o soyuq əllərin istisi yandırır içimi. Haçansa üzümə gülməyəcək o gözlərin həsrətindəyəm...

Dünya işığına son dəfə təşnə ilə baxıb o gözlərin həmişəlik yumulduğu gecə... Dünyanın çəkə bilmədiyi yük qədər ağırdır o gecəni xatırlamaq mənim üçün. Hələ lap uşaqlıqdan arzusu ilə yekələndiyim xoşbəxt tələbə həyatının acılı-şirinli ilk günlərini bəxtəvərcəsinə yaşayırdım ki... Xoşbəxt həyatım üçün çox şeyləri dəyişmək gücündə olduğu bir zamanında dünyasını dəyişdi atam.  “Oğullarım, əgər bir gün həyat mənim haqqımda ölüm fərmanını versə, çalışaram ki, onu da sizdən gizlin saxlayım” vədinə də xilaf çıxmadan...

Tələm-tələsik oturduğum yol maşını Bakıdan kəndimizə sarı sürət götürəndə hava yavaş-yavaş qaralmağa başlayırdı. Bir az ilıq, bir az da mülayim yaz havası adamın ovqatını xoş etsə də, içimdə bir fırtına baş qaldırırdı. Bərabər mənimlə maşına əyləşən üç gənc isə deyib-gülməyində, özlərini gedəcəkləri toyda hiss edib şənlənməkdə  davam edirdilər. Damağındakı siqaretin tüstüsünü ətrafa yayan sürücü isə köhnə maqnitafonu qurdalaya-qurdalaya xalq mahnılarımıza meydan verirdi. O, birdən kefsiz oturduğumu görüb “sənə nə olub, narahatçılığın var?”, – deyə soruşanda ayıldım. On il bir sinifdə oxuduğum, şəhərdə də tələbə həyatını birgə yaşadığım dostumun bir neçə saat əvvəl mənə dediyi sözlər isə hələ də qulağımdan getmirdi: “Elə bir şey olmayıb, kişi bir balaca naxoşlayıb, gedib baş çəksən yaxşıdır”.

Kəndimizə yaxınlaşanda artıq gecə düşmüşdü. Çox da böyük olmayan kəndimizin bir-birinə yaxın evlərinin arasından gözüm uzaqdan işığı görünən eyvanımızı tapdı. Eyvanda kimsənin gözə dəymədiyini görəndə bir az rahatlandım. “Şükür,  salamatlıqdır”, – deyə  özümə təskinlik verdim. Həyətimizə dönən maşının işığı mağarı nişan alanda isə... Qarşıma çıxan doğmalarımı nə görür, nə də eşidirdim. Həmişə yatdığı otağın pəncərəsindən atamın yerini  boş görəndə isə kəndimizin o başındakı yüksəklikdə yerləşən qəbristanlığa doğru qaçmağa başladım...

Səhərisi kənd camaatı ilə birlikdə atamın hələ torpağı soyumayan məzarının başına yığışmışdıq. Sanki atamla sonuncu dəfə söhbət edirdim. Aramızdakı məsafə çox yaxın olsa da, bir-birimizdən çox-çox uzaqlarda idik... Torpağına üz qoyub göz yaşımı içimə axıtmaqdan başqa əlimdən bir şey gəlmirdi. Və ürəyimdə boy verən misralar atamla mənim ilk və son olmayan  söhbətim oldu...

 


Oyan, ay ata!

 

Ürək səksəkədə, yol üstəyəm mən,

Kimsə yox dərdimə həyan, ay ata!

Dörd çiyin üstündə hara gedirsən?

Getmə, yol gəlirəm, dayan, ay ata!

 

Zalım fələk başa vaxtsız dən salır,

Bu pay ömrü niyə vaxtsız borc alır.

Getdin, evimizdə yerin boş qalır,

Dözmür həsrətinə bu can, ay ata!

 

Çəkib qarış boyda sinəmə dağı,

Nə tez əzizlədin qara torpağı?

Həsrət görüşünə gəlmişəm axı,

Hay ver harayıma, oyan, ay ata!


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO
20.09.2017, 00:48

Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib
20.09.2017, 00:36

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO
20.09.2017, 00:23

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur
20.09.2017, 00:11

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı
19.09.2017, 23:27

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb
19.09.2017, 23:14

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb

Bakıda daşınmaz əmlak bahalaşacaq...
19.09.2017, 22:44

Bakıda daşınmaz əmlak bahalaşacaq...

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ
19.09.2017, 22:12

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir   
19.09.2017, 21:37

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir  

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR
19.09.2017, 21:19

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR

19.09.2017, 21:06

"Rusiyanın bu siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur" - Hikmət Hacıyev

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp
19.09.2017, 20:48

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb
19.09.2017, 20:33

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib
19.09.2017, 20:17

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib

Pambıqçıları daşıyan mikroavtobus aşdı
19.09.2017, 20:05

Pambıqçıları daşıyan mikroavtobus aşdı

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
19.09.2017, 19:51

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub

Tramp BMT tribunasından İranı sərt tənqid etdi
19.09.2017, 19:00

Tramp BMT tribunasından İranı sərt tənqid etdi

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək
19.09.2017, 18:44

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
19.09.2017, 18:31

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI
19.09.2017, 18:20

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI

Paytaxtda mənzildə meyit tapılıb
19.09.2017, 18:07

Paytaxtda mənzildə meyit tapılıb

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir
19.09.2017, 17:47

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər
19.09.2017, 17:40

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu
19.09.2017, 17:38

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.09.2017, 17:24

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir
19.09.2017, 17:23

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ   
19.09.2017, 17:14

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ  

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi
19.09.2017, 17:10

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR
19.09.2017, 17:07

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR

19.09.2017, 17:05

"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - FOTOLAR

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı
19.09.2017, 16:43

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM
19.09.2017, 16:38

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər
19.09.2017, 16:12

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”   
19.09.2017, 16:01

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”  

Bakıda bit problemi var – Araz Əlizadə
19.09.2017, 15:53

Bakıda bit problemi var – Araz Əlizadə

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (45.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.55%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(14.0%)
- Məhərrəmlık əsl İslama ziddir(30.5%)