Modern.az

Redaksiyalarda hansı jurnalistlər oruc tutacaq...

Redaksiyalarda hansı jurnalistlər oruc tutacaq...

Media

26 May 2017, 15:32

Sabah Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. Oruc tutan inanclı insanlar arasında heç şübhəsiz jurnalistlər də az deyil. Maraqlıdır, redaksiyalarda kimlər oruc tutur?

Modern.az-ın əməkdaşı bununla bağlı  bəzi redaksiyalarla əlaqə saxlayıb.


“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd bildirib ki, redaksiyada dörd nəfər oruc tutacaq:

“Redaksiyamızda 20-yə yaxın əməkdaş var. Bildiyimə görə, hazırda bizim əməkdaşlarımızdan dörd nəfər oruc tutmalıdır. Bunlar İsmayıl Qocayev, Məlahət Rzayeva, Fazilə Məmmədova,  Tahirə Məmmədqızıdır. Şəxsən mən isə indiyə qədər oruc tutmamışam və bundan sonra da yəqin ki, tutmayacam. Din məsələsində hər kəsin öz baxışı və mövqeyi var.  Adam var günahları, pis əməlləri var, Ramazan ayı gələndə fərqli davranır, yaxud oruc tutur. Hətta başqalarına orucla bağlı tövsiyə verməyə də çalışır. Lakin əsas vicdanın təmizliyidir. Mənim yanaşmam belədir”.

“Teleqraf.com” saytının əməkdaşının sözlərinə görə bu il  redaksiyada oruc tutanlar olacaq: “Redaksiyamızda  dörd nəfər oruc tutacaq.  Qurban Yaquboğlu, Samir İsayev, Şəfiqə Nazımqızı, Nərmin Muradova”.

“Sputnik.az” saytının əməkdaşı Təranə Xudabaxşiyeva  redaksiyada beş-altı nəfərin oruc tutacağını bildirib: “Redaksiyamızda 25  işçi var. Təqribi beş-altı nəfər oruc tutacaq. Anar Akifoğlu, Ülkər Abdullayeva, Səbinə Əliyeva və başqaları”.

“Cebhe.info” saytının əməkdaşı Yeganə Quliyeva: “Bizim redaksiyada tək oruc tutan mənəm. Səbəbini bilmirəm, amma təəssüf ki, digər əməkdaşlarımız oruc tutmur”.

“Qafqazinfo.az” saytının əməkdaşı bildirib ki, onların redaksiyasında yalnız Günel Türksoy oruc tutacaq.

“Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev: “Azərbaycan bölməsində çalışan işçilərdən  iki nəfər oruc tutacaq. Redaktor Anar Rüstəmov və müxbir İlkin Nəcəfzadə”.

“Kaspi”  qəzetinin əməkdaşı bildirib ki,  bu ilki Ramazan bayramında qəzetin baş redaktoru İlham Quliyev və  müxbiri  Rufik İsmayılov oruc tutacaq.


 Günay RƏSULQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü