Modern.az

Azərbaycan həbsxanalarında doğulan uşaqlar...

Azərbaycan həbsxanalarında doğulan uşaqlar...

Hadisə

31 May 2017, 12:55

2017-ci ilin 1 aprel tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin 17 293 nəfər, I və II qrup Çernobıl AES əlillərinin ümumilikdə 635 nəfər uşağı, müddətli hərbi xidmət qulluqçularının 192 nəfər uşağı aylıq sosial müavinətlə təmin olunur.

Həmçinin ünvanlı dövlət sosial yardımı alan ailələrdəki ailə üzvlərinin 48,4 faizi uşaqlardan ibarət olmaqla, sosial yardımdan əlavə olaraq həmin aztəminatlı ailələrdəki  1 yaşınadək uşaqların (3 243 nəfər) hər birinə görə aylıq sosial müavinət də ödənilir.
2017-ci ilin 1 aprel tarixinə beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış ümumilikdə 8 926 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət verilir.

Amma bir də bütün bu imtiyazlardan məhrum, taleyinə həbsxana şəraitində doğulmaq yazılan uşaqlar var.

Bu barədə dəqiq statistik göstəricilər olmasa da, Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev prosesin gedişatı barədə Modern.az-a açıqlama verib.  

O bildirib ki, qanunvericiliyin tələblərinə görə cəzaçəkmə müəssisələrində dünyaya gələn uşaqlar 3 yaşına qədər anaları ilə birgə qala bilərlər:

 

“Ana və uşaq  onlar üçün nəzərdə tutulan xüsusi yataqxanada qalırlar. Çünki yeni doğulanın qidalanması və digər tələblərinin yerinə yetirilməsi üçün şərait olmalıdır. 3 yaşından sonra onları uşaq evlərinə, yaxud yaxın qohumlarının himayəsinə verilirlər. Bəzi hallarda uşaq 3 yaşından əvvəl də uşaq evinə, yaxud yaxın qohumların himayəsinə verilə bilər”.

Uşaqların 3 yaşından sonra ana ilə qalması məsələsinə gəlincə, Əliməmməd Nuriyev deyib ki, bu, qanunvericilikdə nəzərdə tutulmayıb. Çünki gələcək vətəndaşın bilərəkdən cəza çəkmə müəssisində qalması yaxşı hal deyil.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü