24 noyabr 2017, Cümə
Ana Səhifə - MÜSAHİBƏ - Sabiq deputat Rizvan Cəbiyev: “Jurnalist dostlarımın çoxundan incimişəm” - MÜSAHİBƏ
Sabiq deputat Rizvan Cəbiyev: “Jurnalist dostlarımın çoxundan incimişəm” - MÜSAHİBƏ
02.06.2017, 12:22

“Əməliyyat olunası o qədər orqanlarım var ki, hansını deyim...”


“91”lər hərəkatının üzvü, Milli Məclisin sabiq YAP-çı deputatı Rizvan Cəbiyev Modern.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Rizvan müəllim, necəsiniz? Gününüz necə keçir? Nə işlə məşğulsunuz?

-Qocalıqla, xəstəliklə  baş-başa verib yaşayırıq. Deyim ki, qocalıq da, xəstəlik də gözəldir. Həyat deyir ki, yaşa, yaşaya bildikcə... Biz də həyatın axarına qoşulub yaşayırıq.

-Qocalığı yaman təriflədiniz. Hər zaman işgüzar şəxs imiciniz olub. Heçmi darıxmırsınız?

-Darıxsam nə olacaq, darıxmasam nə! Bir kənara çəkilmişəm. Evimdəyəm.. Təəssüf ki, həyat məni ən çox istədiyim gözəlliklərdən yavaş-yavaş məhrum edir. Gözüm əməliyyat olunub. Yaxşı görə bilmirəm. Elə bilirəm ki, dünyanın gözəlliyini itimişəm. Kitab oxuya bilmirəm. Gözümü dünyaya açan gündən mütaliə ilə məşğul olmuşam. Kitab oxumaq mənə xüsusi zövq verib. İndi həmin zövqdən məhrum olmuşam. Qəzetlərin də ancaq iri başlıqlarına baxa bilirəm. Nə qədər yarımçıq yazılarım qalıb. Heç birini oturub yaza bilmirəm. Təəssüf ki, orqanlarım sözümə baxmır. Amma ruhum cavandır.

-Əsas odur ki, ruhunuz cavandır. İndiki gənclərin bəziləri ruhlarının qocalmasından şikayət edir.

-Arada evdə deyirlər ki, çox da yüksəklə getmə. Əlibaba Məmmədovun bir mahnısı var. “Ömür deyir: -Qocalmışam. Ürək deyir: -Yaşa hələ”. Artıq ürək də sözümə baxmır.

-Gözünüz nə vaxt əməliyyat olunub?

-Bir iki il olar. Əslində, əməliyyat olunası bir çox orqanlarım var. Amma maddi imkansızlıqdan bunu həyata keçirmək mümkün olmur. Bir aqildən soruşurlar ki, haran ağrıyır? Deyir ki, bəlkə belə sual verməyəsən?! İndi mənim də əməliyyat olunası o qədər orqanlarım var ki! Hansını deyim. Səhhətimi Allahın ümidinə buraxmışam.

-10 il Milli Məclisdə deputat kimi təmsil olunmusunuz. Hazırda, deputat yoldaşlarınızla hər hansı təmasa girirsinizmi?

-Heç kəslə əlaqəm yoxdur. Bircə deputat Musa Quliyevlə danışırıq. Allah ondan razı olsun. Bəzi xəstəliklə bağlı məsələlərdə o, köməyimə çatıb. Zəng vurub müəyyən işləri qaydasına salır, kömək edir.

-Siz parlamentdə həm də jurnalistlərin dostu kimi tanınmısınız. Bu da jurnalist olmağınızdan irəli gəlir. Hazırda jurnalist həmkarlarınızla əlaqəniz varmı?

- Jurnalist dostlarımın çoxundan incimişəm. Mətbuatda az-çox əməyim olub. İndiyə qədər bir jurnalist təşkilatının  yadına düşməmişəm. Yenə də jurnalistlərə hörmətim var. Hətta,  müxalifət cəbhəsində təmsil olunan  jurnalistlərlə də yaxşı münasibətim olub. Mənə deyirdilər ki, nəyinə lazımdır, müxalifət jurnalistləri?  Onlardan uzaq dur. Deyirdim ki, əksinə, bizim onlara ehtiyacımız var. Onları dinləmək lazımdır, nəyi necə edib-etməməli olduğumuzu bilək. İnsanlar bir-birini dinləyəndə dünya dağılmayacaq. İnsanlar yaxınlaşa, əqidələr birləşə, dostluq yarana bilər. İsti və dost münasibətlər olar. Mehribançılıq olan yerdə yaşamaq asan olur. Pulsuzluğun da, xəstəliyin də, imkansızlığın da öhdəsindən gəlmək olur.

-Bir vaxtlar təmsil olunduğunuz parlament sizə necə görünür?

-Parlamentin fəaliyyətini izləmirəm. Ona görə də yalan danışa bilmərəm. Elə düşünürəm ki, indi Milli Məclisdə daha savadlı insanlar təmsil olunur.

-Bəs oğlunuz Anar Nağılbazla aranız necədir?

-Anarla aram çox yaxşıdır. Nə olub ki Anara? Anarla münasibətlərimiz  nə vaxt pis olub ki? Sualınızın məğzini bilmək istəyirəm.

-Anarı repçi kimi heç vaxt qəbul etməmisiniz.

-İndi Anar replə məşğul olmur. Rep cavanların peşəsidir. Düzdü, Anar  qocalmayıb. Amma bəlli bir yaşdadır. İndi onun daha ciddi işlərlə məşğul olan vaxtıdır. Repə münasibətim isə həmişə mənfi olub.

-Elə sualımızın məğzi bu idi. Anarı indi istədiyiniz obrazda görə bilirsinizmi?

-Yaradıcılığını davam etdirir. Şeir, ssenari yazır. Amma o istedadı üzə çıxara bilmirsə, konkret nəsə demək olmaz. Anar çox istedadlı oğlandır. Hansı sahəyə əl atsa, orada uğur qazanacağına əminəm.

-Əgər Anar istedadını üzə çıxarmırsa, günah kimdədir?

-Günahkar axtarmayaq. Günahkar axtarmağa başlasaq, dərinə gedib çıxacağıq. Günahı həyatda axtarmaq lazımdır. Bəzən həyat bizi sıxır, bəzən şərait yaradır. Düşünürəm ki, insanın özündə də təpər olmalıdır.

-Vaxtilə parlamentdə təmsil olunmusunuz. Evdə siyasi prosesləri, Qarabağ məsələsini necə analiz edirsiniz?

-Bütün azərbaycanlılar kimi görürəm ki, o gün gələcək. Qarabağdan, Şuşadan, Laçından, Kəlbəcərdən səsimizin gələcəyi gün çox uzaqda deyil. Şuşada toy-bayram keçirəcəyik, Laçında şənliklər təşkil edəcəyik. Bunların gerçək olacağını görürəm. Amma düşünürəm ki, siyasətlə siyasətçilər məşğul olsunlar. Siyasətlə hər yoldan ötən məşğul olanda çox yüngülləşir. Hesab edirəm ki, dövlət  başçımız bu işlə çox ciddi məşğul olur. Azərbaycan hər mənada mənfur düşmənimizdən çox-çox irəlidədir.

-Hazırda təbiətin çox gözəl vaxtıdır. Yəni bölgələri gəzib-dolaşmaq üçün əla fürsətdir. Hardasa istirahət etməyi planlaşdırırsınızmı?

 

-Bəlkə də, inanmayacaqsız. 10 ildən yuxarıdır ki, istirahət etmirəm. Həyatda hər şey maddiyyatla bağlıdır. Evimdə istirahətimi edirəm. Yoldaşım qulluq edir, nəvələrlə oynayıram. Gözəl parklarımız var. Gedib orada yaşlı adamlarla oturub dərdləşirik. Hansısa sanatoriyada gedib dincəlmək əlçatmaz olub.

 

-Elə qocalığın da öz gözəlliyi var. Parkda həmyaşıdlarla oturub söhbət etməyə vaxtınız var...

-Əlbəttə, dediklərinizlə də razıyam. Hətta, xəstəliyin də öz ləzzəti var. Bəzən xəstələnib həyat yoldaşına naz edə bilirsən.

 

Namidə BİNGÖL


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyə ABŞ-a Gülənlə bağlı 7 sorğu göndərib
24.11.2017, 11:31

Türkiyə ABŞ-a Gülənlə bağlı 7 sorğu göndərib

Çingiz Qurbanov Mübariz İbrahimov qədər şücaət göstərmişdi - FOTOLAR
24.11.2017, 11:28

Çingiz Qurbanov Mübariz İbrahimov qədər şücaət göstərmişdi - FOTOLAR

Əli Həsənovun nəvəsi məhkəməyə qolu qandallı gətirildi
24.11.2017, 11:23

Əli Həsənovun nəvəsi məhkəməyə qolu qandallı gətirildi

Bakıda Türk dünyasıyla bağlı beynalxalq konfrans keçirilir
24.11.2017, 11:22

Bakıda Türk dünyasıyla bağlı beynalxalq konfrans keçirilir

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyi qeyd olundu
24.11.2017, 11:20

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyi qeyd olundu

Hindistanda sərnişin qatarı relsdən çıxdı: 3 ölü, 13 yaralı
24.11.2017, 11:20

Hindistanda sərnişin qatarı relsdən çıxdı: 3 ölü, 13 yaralı

Azərbaycan nümayəndə heyəti Çində müzakirələr apardı - FOTOLAR
24.11.2017, 11:07

Azərbaycan nümayəndə heyəti Çində müzakirələr apardı - FOTOLAR

Ərdoğanın müşaviri Bakıda “imam Mehdi” ilə görüşdü, qalmaqal yarandı
24.11.2017, 10:58

Ərdoğanın müşaviri Bakıda “imam Mehdi” ilə görüşdü, qalmaqal yarandı

Bakı məktəblisi Avropa çempionu olub   
24.11.2017, 10:57

Bakı məktəblisi Avropa çempionu olub  

Pakistanda terror:  polis rəisi və mühafizəsi öldü
24.11.2017, 10:56

Pakistanda terror:  polis rəisi və mühafizəsi öldü

Baş redaktorlar Əflatun Amaşovun hər iki təklifini DƏSTƏKLƏDİLƏR   
24.11.2017, 10:48

Baş redaktorlar Əflatun Amaşovun hər iki təklifini DƏSTƏKLƏDİLƏR  

Milli Məclis dekabrın 1-də 31 məsələyə baxacaq
24.11.2017, 10:40

Milli Məclis dekabrın 1-də 31 məsələyə baxacaq

Səfir dəvət etdi, Yaqub Mahmudov Bolqarıstana getdi - FOTOLAR
24.11.2017, 10:34

Səfir dəvət etdi, Yaqub Mahmudov Bolqarıstana getdi - FOTOLAR

Şahzadələrin saxlanıldığı “Dünyanın ən lüks həbsxanası” - İlk dəfə kameralar çəkdi - VİDEO
24.11.2017, 10:25

Şahzadələrin saxlanıldığı “Dünyanın ən lüks həbsxanası” - İlk dəfə kameralar çəkdi - VİDEO

“Ayə, harayə gedirsən ayə?” mahnısı AzTV-də efirə verilməyib - AÇIQLAMA
24.11.2017, 10:21

“Ayə, harayə gedirsən ayə?” mahnısı AzTV-də efirə verilməyib - AÇIQLAMA

Çinin CMİG şirkəti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək
24.11.2017, 10:20

Çinin CMİG şirkəti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək

Ağdamda baş vermiş zəlzələnin nəticələri AÇIQLANDI
24.11.2017, 10:15

Ağdamda baş vermiş zəlzələnin nəticələri AÇIQLANDI

Mərkəzi Bankdan QƏRAR: Tariflər aşağı salındı
24.11.2017, 10:05

Mərkəzi Bankdan QƏRAR: Tariflər aşağı salındı

Sona Əliyeva: “Deputat olmağım tək mənim qərarım deyildi” - MÜSAHİBƏ   
24.11.2017, 10:04

Sona Əliyeva: “Deputat olmağım tək mənim qərarım deyildi” - MÜSAHİBƏ  

Avropa İttifaqı Ermənistanı qara siyahıya daxil edəcək
24.11.2017, 10:02

Avropa İttifaqı Ermənistanı qara siyahıya daxil edəcək

Ermənistan atəşkəsi 122 dəfə pozdu
24.11.2017, 09:28

Ermənistan atəşkəsi 122 dəfə pozdu

İslamda rəsm çəkmək qadağası aradan götürülüb - MÖVQE
24.11.2017, 09:23

İslamda rəsm çəkmək qadağası aradan götürülüb - MÖVQE

Azərbaycanlı jurnalist Almaniyadan sığınacaq istədi   
24.11.2017, 09:20

Azərbaycanlı jurnalist Almaniyadan sığınacaq istədi  

Fəzail Ağamalı partiyasının üzvlərini təbrik etdi   
24.11.2017, 09:18

Fəzail Ağamalı partiyasının üzvlərini təbrik etdi  

Ermənistan dünyada yeganə mono-etnik dövlətdir   
24.11.2017, 09:08

Ermənistan dünyada yeganə mono-etnik dövlətdir  

AvroLiqada 5-ci tur - Bütün NƏTİCƏLƏR
24.11.2017, 08:40

AvroLiqada 5-ci tur - Bütün NƏTİCƏLƏR

Saatlı rayonunda zəlzələ oldu   
24.11.2017, 08:33

Saatlı rayonunda zəlzələ oldu  

Rusiyada ÜAK-ın yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır
24.11.2017, 08:30

Rusiyada ÜAK-ın yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
24.11.2017, 08:23

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

Sualtı qayığın yoxa çıxdığı ərazidə güclü partlayış
24.11.2017, 01:00

Sualtı qayığın yoxa çıxdığı ərazidə güclü partlayış

Daha bir şəhər İŞİD-dən təmizləndi
24.11.2017, 00:42

Daha bir şəhər İŞİD-dən təmizləndi

“Yerə sərilən çılpaq, ölü qadını canlı bir yavru əmməkdədir...”-Rəsulzadənin soyqırımı harayı
24.11.2017, 00:28

“Yerə sərilən çılpaq, ölü qadını canlı bir yavru əmməkdədir...”-Rəsulzadənin soyqırımı harayı

Yaponiyada zəlzələ oldu
24.11.2017, 00:13

Yaponiyada zəlzələ oldu

Azərbaycanla həmsərhəd ərazidə silahlı insident: Deputat öldü, Yenilənib
23.11.2017, 23:58

Azərbaycanla həmsərhəd ərazidə silahlı insident: Deputat öldü, Yenilənib

Azərbaycan nefti bahalaşdı
23.11.2017, 23:43

Azərbaycan nefti bahalaşdı

ARXİV