27 iyul 2017, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - “Tam məxfi” qrifli qovluğun açılması ilə Stalinin kokaindən istifadə etməsi təsdiqlənib... - MARAQLI  
“Tam məxfi” qrifli qovluğun açılması ilə Stalinin kokaindən istifadə etməsi təsdiqlənib... - MARAQLI  
27.06.2017, 20:58

Arxivlər açıldıqca tarixin uzun illər gizli qalmış bir çox məqamları üzə çıxır. Rusiyanın İctimai-Siyasi Dövlət Arxivində 192 səhifədən ibarət “Tam məxfi” qrifi altında, üzərinə “İosif Visarionoviç Stalinin xəstəlik tarixçəsi” yazılmış qovluq öz məxfilik ststusundan çıxarılaraq, araşdırılanda Stalin haqqında yeni mətləblərə aydınlıq gətirilib.

Modern.az saytı bu yeni mətləblərin bəzi məqamları haqqında yazını təqdim edir.

Söhbət Stalinin xəstəlik tarixçəsindən gedirsə, qeyd etmək lazımdır ki, sovet liderinin sağlamlıq durumu hələ gənc yaşlarından o qədər də qənaətbəxş olmayıb. Sözsüz ki, gənclik yaşlarından ağır həyat tərzi, həbsxana həyatı və sürgünlər Stalinin sağlamlığında kifayət qədər dərin izlər buraxıb.

Digər bir tərəfdən Stalin tibb elminə çox da inanmayıb, həkimlərə etibar etməyib. Əsasən xalq təbabəti vasitələrindən istifadə edən rəhbər həkimlərə sərt şəkildə iradını bildirib və Gürcüstanda yaşlı insanların şərab və otlarla müalicəsinin daha üstün olduğunu söyləyib.

Əlbəttə, bütün bunlara baxmayaraq, Stalinin həyatı həkim müdaxiləsi olmadan ötüşməyib. Həkimlər onun səhhəti ilə ciddi məşğul olublar, müxtəlif dərman pereparatlarının qəbulunu mütləq sayıblar.

Ara-sıra kütləvi informasiya vasitələrində Stalinin narkotik vasitələrdən istifadə etməsi vurğulanır. Bunun nə dərəcədə həqiqətə uyğun olub-olmaması uzun illər mübahisələrə səbəb olub. Ancaq yuxarıda qeyd etdiyimiz məxfi qovluq açıldıqdan sonra bu məsələyə tam aydınlıq gətirilib.

Qovluqda Stalinin bağ evində saxlanılan dərmanlarla bağlı ayrıca bölmədə rəhbərin hansı dərmanlardan istifadə etdiyi göstərilib. Bu dərmanların siyahısında yod, validol, nitroqliserin, marqans və digər gündəlik lazım ola biləcək pereparatların olması təbii ki, normal haldır. Ancaq məsələ burasındadır ki, bu siyahıda güclü narkotik təsirə malik dionin, kodein və bu qəbildən olan digər dərmanlar da olub. Düzdür, həmin dövrdə bu dərmanlardan istifadə qadağan olunmamışdı. Amma Stalinin qəbul etdiyi dərman pereparatlarının arasında 1920-ci ildən SSRİ-də narkotik vasitə kimi istifadəsi qadağan olunmuş kokainin adı da yer alıb.

1944-cü ildə Stalinin kokain qəbul etməsini professor Vinoqradov təyin edib. Bu təyinatı əks etdirən arxiv sənədi bu günə qədər saxlanılır. Həkimin göstəriş vərəqəsində qeyd olunub: “Hər iki saatdan bir 5 damcı kokain məhlulu burun vasitəsi ilə qəbul edilsin”.

Ehtimal olunur ki, kokain damcıları Stalinə heç də pis təsir etməyib. Çünki hər hansı bir dərmanın xoşagəlməz təsiri olduqda növbəti dəfə Stalin ondan birdəfəlik imtina edirmiş. Kokain qəbulu isə rəhbər tərəfindən müntəzəm həyata keçirilib.

Həkimlərin qənaətinə görə müntəzəm kokaindən istifadə yuxu pozğunluğuna, qıcıqlanmaya, zorakı davranışa, depressiyaya, yersiz əsəbiliyə və bir çox ağır xəstəliklərə səbəb olur.

Kim bilir, bəlkə də Stalinin qəddarlığının və amansızlığının səbəblərindən biri də hamı üçün qadağan, rəhbər üçün məqbul sayılan kokaindən istifadə olub...


İlham Cəmiloğlu

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan Pakistandan 10  təlim-məşq təyyarəsi alıb
27.07.2017, 22:14

Azərbaycan Pakistandan 10  təlim-məşq təyyarəsi alıb

İŞİD Suriyadan qaçır
27.07.2017, 21:59

İŞİD Suriyadan qaçır

Abxaziyada təyyarə qəzası: 3 ölü
27.07.2017, 21:41

Abxaziyada təyyarə qəzası: 3 ölü

Bakıda Çinin Silahlı Qüvvələri günü qeyd edildi
27.07.2017, 21:26

Bakıda Çinin Silahlı Qüvvələri günü qeyd edildi

33 bələdiyyə sədri barədə məhkəmələrə müraciət edilib
27.07.2017, 21:12

33 bələdiyyə sədri barədə məhkəmələrə müraciət edilib

Nabranda istirahət mərkəzində kütləvi dava
27.07.2017, 20:57

Nabranda istirahət mərkəzində kütləvi dava

Həbsdən azad edilənlərin sayı isə 28 faiz artıb
27.07.2017, 20:44

Həbsdən azad edilənlərin sayı isə 28 faiz artıb

Kəskin hava şəraiti İstanbulda həyatı iflic etdi - VİDEO
27.07.2017, 20:30

Kəskin hava şəraiti İstanbulda həyatı iflic etdi - VİDEO

Naxçıvanda eneolit mədəniyyətinə aid abidələr aşkarlandı
27.07.2017, 20:16

Naxçıvanda eneolit mədəniyyətinə aid abidələr aşkarlandı

İran ilk kosmik daşıyıcı raketi sınaqdan keçirdi
27.07.2017, 20:02

İran ilk kosmik daşıyıcı raketi sınaqdan keçirdi

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə beynəlxalq dəstək
27.07.2017, 19:41

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə beynəlxalq dəstək

İndoneziyada ZƏLZƏLƏ - 5,8 bal gücündə
27.07.2017, 18:59

İndoneziyada ZƏLZƏLƏ - 5,8 bal gücündə

Tarixçi alim Nizami Cəfərova cavab verdi – QALMAQAL   
27.07.2017, 18:49

Tarixçi alim Nizami Cəfərova cavab verdi – QALMAQAL  

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində GƏRGİNLİK
27.07.2017, 18:16

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində GƏRGİNLİK

İlham Əliyev perulu həmkarını təbrik edib
27.07.2017, 18:08

İlham Əliyev perulu həmkarını təbrik edib

Deputat Modern.az-ın Zəhra ilə bağlı təklifini DƏSTƏKLƏDİ: “Çox vacibdir”
27.07.2017, 17:53

Deputat Modern.az-ın Zəhra ilə bağlı təklifini DƏSTƏKLƏDİ: “Çox vacibdir”

Kooperasiya Universitetində keçirilmiş imtahan testlərinin düzgün CAVABLARI   
27.07.2017, 17:47

Kooperasiya Universitetində keçirilmiş imtahan testlərinin düzgün CAVABLARI  

Heydər Əsədov BMT nümayəndəsi ilə müzakirə apardı
27.07.2017, 17:40

Heydər Əsədov BMT nümayəndəsi ilə müzakirə apardı

Azərbaycanın 45 milyard dollarlıq layihəsi sanksiyalardan son anda xilas oldu
27.07.2017, 17:35

Azərbaycanın 45 milyard dollarlıq layihəsi sanksiyalardan son anda xilas oldu

Vətənin başladığı yerdə…
27.07.2017, 17:27

Vətənin başladığı yerdə…

Elmar Məmmədyarov amerikalı spikerlə nədən danışdı...   
27.07.2017, 17:25

Elmar Məmmədyarov amerikalı spikerlə nədən danışdı...  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
27.07.2017, 17:21

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Uzatma dəə…
27.07.2017, 17:05

Uzatma dəə…

Modern.az-ın əməkdaşları müsabiqədə qalib oldular - FOTO
27.07.2017, 17:02

Modern.az-ın əməkdaşları müsabiqədə qalib oldular - FOTO

Şəmkirli ana niyə övladları ilə birgə intihar etdi?- Psixoloqdan AÇIQLAMA
27.07.2017, 16:40

Şəmkirli ana niyə övladları ilə birgə intihar etdi?- Psixoloqdan AÇIQLAMA

Azərbaycanda vəzifəli şəxslər dələduzluğa görə həbs olundular   
27.07.2017, 16:27

Azərbaycanda vəzifəli şəxslər dələduzluğa görə həbs olundular  

Nazir “Gənclər Evi”nə direktor təyin etdi - FOTO
27.07.2017, 16:21

Nazir “Gənclər Evi”nə direktor təyin etdi - FOTO

Ermənistan ordusunda “dedovşina” - Əsgərlər bir-birlərini alçaldırlar - FAKTLAR   
27.07.2017, 16:04

Ermənistan ordusunda “dedovşina” - Əsgərlər bir-birlərini alçaldırlar - FAKTLAR  

Yevlax Xəstəxanasındakı yanğının SƏBƏBLƏRİ - təxliyə edilənlər arasında yataq xəstələri də var
27.07.2017, 15:53

Yevlax Xəstəxanasındakı yanğının SƏBƏBLƏRİ - təxliyə edilənlər arasında yataq xəstələri də var

Saakaşvilinin sürgün həyatı başlayır: “Bunu ən axmaq hökumət edə bilərdi”
27.07.2017, 15:52

Saakaşvilinin sürgün həyatı başlayır: “Bunu ən axmaq hökumət edə bilərdi”

Bakıda ağac kəsən şirkət direktorunu HƏBS ETDİLƏR   
27.07.2017, 15:48

Bakıda ağac kəsən şirkət direktorunu HƏBS ETDİLƏR  

Fatma Abdullazadə: “Nə dünyanın düz, nə də əyri vaxtlarında hansısa suala cavab vermişəm”
27.07.2017, 15:36

Fatma Abdullazadə: “Nə dünyanın düz, nə də əyri vaxtlarında hansısa suala cavab vermişəm”

FHN məlumat AÇIQLADI – 48 nəfər ölüb, 161 nəfər yaralanıb
27.07.2017, 15:31

FHN məlumat AÇIQLADI – 48 nəfər ölüb, 161 nəfər yaralanıb

27.07.2017, 15:20

"Azərsu" doktorant hazırlayacaq

Çadranı təbliğ edən məşhur teleaparıcı pivə içərkən yaxalandı - FOTOLAR   
27.07.2017, 15:12

Çadranı təbliğ edən məşhur teleaparıcı pivə içərkən yaxalandı - FOTOLAR  

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.6%)
- İmtahanlar bir dəfə keçirilməliydi(3.33%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(53.3%)
- İmtahan testləri çətinləşdirilmişdi(8.33%)
- İmtahanlar asan keçdi(1.66%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(3.33%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.3%)