19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - “Prezident seçkiləri vaxtı aranı qatmaq istəyəcəklər” – MÜSAHİBƏ                       
“Prezident seçkiləri vaxtı aranı qatmaq istəyəcəklər” – MÜSAHİBƏ                       
01.07.2017, 11:01

Yevda Abramov: “Müxalifət arada civildəşir”

 

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

- İsrail-Azərbaycan münasibətlərində nə kimi yeniliklər var?

 

- İsrail-Azərbaycan münasibətləri əvvəlki qayda ilə davam edir.  Hər iki ölkə özlərinin mənafelərinə uyğun olaraq bir sıra sahələr üzrə əməkdaşlıq edirlər. Xüsusilə hərbi, mədəniyyət, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq edilir. Tibb sahəsində yeniliklər var. İsrailin bir sıra tibb mütəxəssisləri hər ay Azərbaycana gəlirlər.  Özəl şirkətlərdə Azərbaycan vətəndaşlarının sağlamlığına xidmət edən addımlar atırlar. 

Onlar İsraildə fəaliyyət göstərən tanınmış klinikaların mütəxəssisləridir.  “Xorev” adlı tibbi mərkəzdə Azərbaycan vətəndaşlarını qəbul edirlər. Həmçinin hərbi məhsulların istehsalında hər iki ölkənin mütəxəssisləri iştirak edirlər.  Həmçinin parlamentlərarası münasibətlər də davam edir.  Bu yaxınlarda münasibətlərin 25 illiyi ilə əlaqədar bır sıra şəxslər İsrailə səfər etdilər. İsrailin də ayrı-ayrı dövlət adamları Azərbaycana səfər edirlər.  Xüsusilə bu gün İsrail Aralıq dənizindəki kəşf etdiyi qaz kondensatlarının əldə edilməsində SOCAR şirkəti ilə əməkdaşlıq edir. Yaxın illərdə artıq İsraildə də qaz əldə ediləcək. İsrail bununla həm özünü, həm də qonşu dövlətləri qazla təmin edə biləcək.

 

- Azərbaycan İsraildən hansı yeni silahlar ala bilər?

 

- Azərbaycanın İsrail dövləti ilə hərbi əməkdaşlığı gizli deyil. Azərbaycan dünyanın ən müasir silahlarını Rusiyadan, Pakistandan, İsraildən, Türkiyədən alır. Bəzilərini də özümüz istehsal edirik. İsrail ən modern silahları Azərbaycana verib. Həmin silahların analoqu yoxdur. İsrail bu silahları cəmi 2-3 ölkəyə satır, biri də Azərbaycandır. Azərbaycanın İsrail üçün önəmi və dəyəri çox böyükdür. Azərbaycana lazım olan silahlar İsraildən mərhələ-mərhələ alınır. İsrail bilir ki, bu gün Azərbaycanda çoxminli yəhudi yaşayır. Buna görə də, İsraildə demişəm ki. Azərbaycana ən müasir silahları vermək lazımdır. Kimin acığına gəlirsə-gəlsin, kim yanırsa-yansın, Azərbaycanın İsraillə hərbi əməkdaşlığı, siyasi-iqtisadi əlaqələri davam edəcək. Biz bütün sahələrdə əməkdaşlıq edəcəyik.

 

- Yevda müəllim sizcə, nəyə görə bu günə qədər Azərbaycan İsraildə səfirlik aça bilmir?

 

- Bilirsiniz, Azərbaycanın İsraildə səfirliyini açıb-açmaması deputatın işi deyil. Bu mənim səlahiyyətimdə deyil. Mən qanunverici orqanın deputatıyam. Bu, zaman tələb edən məsələdir. Bu gün cənab prezident regionda balanslaşdırılmış xarici siyasət aparır. Bu gün Dağlıq Qarabağ problemi Azərbaycanın xarici siyasətində əsas piroritet məsələdir. İndiki dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynaya biləcək qonşu və güc dövlətlərini özümüzdən küsdürə, uzaqlaşdıra bilmərik. Yəni birinci növbədə Qarabağ, ikinci növbədə isə Azərbaycanın İsraildə səfirliyinin açılması önəmlidir. On görə də zaman lazım bilinəcəksə, o zaman Azərbaycanın İsraildə səfirliyi açılacaq.

 

- İsraillə münasibətlərinə İran hər zaman qısqanclıqla qarşılayır. İranın hərbi-siyasi  dairələri istəyirlər ki, Azərbaycan İsraillə əlaqələr qurmasın.

 

- Ümumiyyətlə, bölgədə Azərbaycanın İsraillə münasibətləri bütün hallarda İranı qıcıqlandırır. Amma İranın bir dövlət kimi, bizim daxili və xarici siyasətimizə qarışması üçün heç bir hüquqi əsas yoxdur. Düzdür, İranla Azərbaycan dövlətinin böyük tarixi bağlılığı var. Dil, din mədəniyyəti, qonşuluq münasibətləri, coğrafi mövqedə olan yaxınlıq İranın Azərbaycanla oturub-durması çox normal haldır. Buna həm Azərbaycanın, həm də İranın ehtiyacı var.

Amma Azərbaycanın hansı dövlətlə, hansı səviyyədə münasibət qurmasını isə İran diktə edə bilməz. Azərbaycan müstəqillik əldə etdikdən sonra onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də İsrail oldu. İsrail Azərbaycanda səfirlik açdı. İsrail Azərbaycanla dostluq edir. Bu məsələ Heydər Əliyevin prezidentliyi zamanında İranda Rəfsəncani tərəfindən qaldırılmışdı. Heydər Əliyev isə Rəfsəncaniyə çox gözəl cavab vermişdi. O demişdi:  “Ermənistanla oturub-durduğunuza, Ermənistanı dəstəkləyib saxladığınıza görə biz sizə heç bir irad bildirməmişik. İndi siz nə haqla Azərbaycanın İsraillə ya da başqa dövlətlə dostluq edib-etməməsi haqda göstəriş verə bilərsiniz?”

 

Doğrudan da, Heydər Əliyev çox məntiqli cavab vermişdi. Bu gün Ermənistanın blokada şəraitindən çıxmasında və Ermənistanın az-çox mövcud olmasında İranın dəstəyi rol oynayır. İran Ermənistana həm maliyyə dəstəyi verir, həm də bir sıra xırda layihələri həyata keçirir. Bəlkə də İran olmasa idi, Ermənistan çoxdan sülhə can ata bilərdi. Ya da çoxdan iqtisadi blokadada sıxışdırıla bilərdi.

 

- İran parlamentinin spikeri Əli Laricani Avrasiya ölkələri parlament spikerlərinin hər il keçirilən toplantısı çərçivəsində ermənistanlı həmkarı Babloyanla görüşdə söyləyib ki, İran İsrailin Qarabağ konfliktinin nizamlanmasında hər hansı şəkildə iştirakının qəti əleyhinədir. Siz buna necə münasibət bildirirsiniz?

 

- Zaman-zaman İran dövlətinin İsrailə qarşı qıcıqlarını dəfələrlə görmüşük.  Ümumiyyətlə, İsrail elə bir dövlət deyil ki, birbaşa olaraq Qarabağ münaqişəsinin həllinə müdaxilə etsin. Niyə də etməlidir? İsrailin öz problemləri var. 50 ildən çoxdur ki, Fələstin problemi həll edilmir. Çünki belə münaqişələrin həlli kiçik dövlətlərdən asılı deyil.  Bu, super güclərdən asılıdır. İsrail o zaman qarışa bilər ki, tərəfləri biri ondan bunu xahiş etsin. İsrail heç vaxt birbaşa Qarabağ konfiliktinin nizamlanmasına müdaxilə edə bilməz. Bu, İran siyasətçilərinin arzularıdır.  Onlar diplomatiyada, savadda geridə qalıblar. İsrail kiçik dövlətdir. Bu isə böyük bir problemdir. Ona görə də bunun izahata belə ehtiyacı yoxdur.

 

- Sizcə İsrail-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyən qüvvələr var?

 

- Təbii ki, var. Onlardan ikisi elə bizim qonşularımızdır. İran və Ermənistan. Bundan əlavə bir sıra ərəb ölkələri var ki, İsraillə-Azərbaycanın dostluq münasibətlərini istəmir.  İslam Əməkdaşlıq Təşkilatının bir sıra ölkələri bunu istəmir. 

 

- Yevda müəllim bildiyimiz kimi 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu ərəfədə müəyyən qüvvələr varmı ki, antiseçki kampaniyası yürütsünlər?

 

 - Bütün ölkələrdə seçki ərəfəsində ehtiyatlı olmaq lazımdır. Seçki elə kampaniyadır ki, nəticəsi bütün zümrələri, insanları qane etmir. Ona görə də seçkinin nəticələrindən qalib tərəf razı, məğlub tərəf isə narazı qalır. Bu bütün dünyada belədir. Azərbaycanda da seçkinin nəticələrindən narazı qalanlar olacaq. Biz Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən ajiotajlara rast gəlmişik. Ona görə də seçki ərəfəsində də, seçkidən sonra da müəyyən qüvvələr aranı qatmaq istəyəcək. 

Buna bütün siyasətçilər belə cavab verər. Amma digərlərindən nə ilə fərqlənəcək, onu deyə bilmərəm. İndi dünya başqa dünyadır. Səmadan yerə nəzarət etmək olur, dindirilmə-dinləmə vasitələri çox güclüdür.

Bizi istəməyən qüvvələr hələ də qalır. Ətrafımız sakit deyil. Həll edilməmiş problemlərimiz var. Amma Azərbaycan dövləti o qədər güclüdür ki, istənilən təxribatın qarşısını almağa qadirdir. Azərbaycan çox çətin sınaqlardan keçib və onlardan üzüağ çıxıb. 

Azərbaycanda özünü müxalifət adlandıran və müxalifətə layiq olmayan qüvvələr hələ də mövcuddur. Müxalifət güclü olmasa da, arada adda-budda civildəşir. Mən desəm ki, Azərbaycanda seçki çox rahat keçəcək, bu yalan olar. Heç də rahat keçməyəcək.  Amma bu xalqı qorxutmamalıdır. Yeni Azərbaycan Partiyası artıq buna hazırlaşır.

 

- Siz zaman-zaman həm parlamentin plenar, həm də komitə iclaslarında bəzi məmurları işlərinə biganə yanaşdıqlarına görə tənqid edirsiniz. Hazırda işlərinə biganə yanaşan məmurlar varmı?

 

- Mən heç vaxt məmurları elə-belə yerə tənqid etmirəm. Mən həyatda gördüyüm, rastlaşdığım, seçicilərimin yazdıqları məktublara əsasən bəzi ayrı-ayrı məmurları kimliyindən asılı olmayaraq tənqid edirəm. Məncə buna tənqid də demək olmaz. Mən bəzi məmurları sadəcə fəaliyyətə, düzgün, normal işləməyə, cənab prezidentin yanında olmağa dəvət edirəm.  Mən məmurları tənqid etmirəm ki, onlar işdən çıxarılsın və mən onların yerində oturum. Yəni o mənada tənqid etmirəm.  Bu gün işləməliyik. Çünki problemlərimiz çoxdur.  Dünyada gedən böhranın hələ sonu görülmür.  Heç kəs düzgün proqnoz vermir. O qədər ölkə rəhbərləri bu məsələləri dərinə vurublar ki, çıxış yolu tapa bilmirlər. Hər kəs bildiyi qədər özünü xilas edir. Ona görə də belə bir anda xalqla birgə olmaq lazımdır.  İnsanların aldığı maaş onlara bəs etmir.  Azərbaycanda pensiya təminatı tam təmin olunmayıb. Ət və ərzaq məhsullarının qiyməti qalxır.  Belə olan vaxtda biz də xalqa əlavə güc verməməliyik.  Biz xalqa əlavə əzab verməməliyik. Məmurlar bir sıra iştahalarından əl çəkməlidirlər. Mən məmurları tənqid edib, onları gözdən salmaq fikrində deyiləm.  Hiss edirəm ki, artıq bəzi məmurların qorxduğu yer var ki, bunu etmirlər. Hətta bəzi sahələrdə inkişaf da var. ASAN Xidmət də bu işdə öz töhvəsini verir. Rayonda da hiss edirəm ki, məmurların süründürməçilik hərəkətləri azalıb. Hətta bəzi məmurlar mənə deyir ki, parlamentdə çıxış etməmişdən qabaq gəlib mənə bir ağsaqqal kimi desəydiniz, sizin bəzi məsələlərinizə baxmaq olardı.

 

Mirmahmud KAZIMOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi
18.07.2018, 23:48

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.07.2018, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Şimali Kipr sahillərində 19 miqrant batdı
18.07.2018, 23:27

Şimali Kipr sahillərində 19 miqrant batdı

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb
18.07.2018, 23:14

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib
18.07.2018, 22:56

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı
18.07.2018, 22:40

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dənizdə 4 nəfər batmaqdan xilas edilib
18.07.2018, 22:27

Dənizdə 4 nəfər batmaqdan xilas edilib

Kılıçdaroğlunun köməkçisi istefaya getdi
18.07.2018, 22:12

Kılıçdaroğlunun köməkçisi istefaya getdi

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub
18.07.2018, 22:01

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı
18.07.2018, 21:36

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi
18.07.2018, 21:19

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq
18.07.2018, 21:07

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib
18.07.2018, 20:50

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub
18.07.2018, 20:39

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
18.07.2018, 19:16

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi
18.07.2018, 19:06

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
18.07.2018, 19:00

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır

Aleksis Sançes ABŞ-a buraxılmadı
18.07.2018, 18:49

Aleksis Sançes ABŞ-a buraxılmadı

Xəzərdə 58 yaşlı kişi boğulub
18.07.2018, 18:42

Xəzərdə 58 yaşlı kişi boğulub

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib
18.07.2018, 18:30

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"
18.07.2018, 18:20

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb          
18.07.2018, 18:10

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb      

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ
18.07.2018, 18:01

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı
18.07.2018, 17:55

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

Bu il Bakıda 40 min piyada cərimələnib
18.07.2018, 17:47

Bu il Bakıda 40 min piyada cərimələnib

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 17:34

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu
18.07.2018, 17:30

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu

İtaliya prezidentinin Bakı səfəri Azərbaycana nə verə bilər? - ŞƏRH  
18.07.2018, 17:04

İtaliya prezidentinin Bakı səfəri Azərbaycana nə verə bilər? - ŞƏRH  

ARXİV