Modern.az

İstanbulda Atatürklə Heydər Əliyevin yanaşı heykəli qoyulacaq

İstanbulda Atatürklə Heydər Əliyevin yanaşı heykəli qoyulacaq

Mədəni̇yyət

11 May 2011, 18:42

Sarıyer bələdiyyəsinin başkanı Şükrü Genc bununla bağlı məlumat verib

Modern.az saytının məlumatına görə, Türkiyənin İstanbul şəhərində mərhum prezident Heydər Əliyevlə Atatürkün yanaşı heykəli qoyulacaq. Bu barədə İstanbul şəhərinin Sarıyer bələdiyyəsinin başkanı Şükrü Genc məlumat verib.

O qeyd edib ki, İstanbulda Türk dünyasının iki böyük oğlu Atatürkün və Heydər Əliyevin heykəli böyür böyürədir: “Biz yeni bir layihə barədə də düşünürük. Hesab edirik ki, həmin yerdə ulu öndərlərin qol-qola heykəlləri ucaldılmalıdır. Onlar qol-qola verərək Qara dənizə baxacaqlar. Bunun böyük mənası var. Yaxın illərdə məsələnin həll olunacağına ümid bəsləyirəm”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı