22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Qeyri-peşəkar, məsuliyyətsiz və fəaliyyətsiz mətbuat katibləri...  
Qeyri-peşəkar, məsuliyyətsiz və fəaliyyətsiz mətbuat katibləri...  
07.07.2017, 09:51

Hər hansı hadisə barədə məlumatı dəqiq, qərəzsiz və operativ şəkildə ictimaiyyətə çatdırmaq jurnalistin əsas vəzifələrindəndir. Məhz bunun nəticəsində jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək gücünə malikdir. Təsadüfi deyil ki, bu sahəni dördüncü hakimiyyət də adlandırırlar. Lakin hazırda hakimiyyətin digər növləri jurnalistlərə yol açmaq əvəzinə, “yol göstərirlər”.

Belə ki, bəzi dövlət qurumlarının mətbuat katibləri  jurnalistlərə informasiya vermir və qaçır. Ancaq hər bir mətbuat xidmətinin rəhbərinə məlumdur ki, KİV nümayəndələri ilə ünsiyyətdə olmaq həm təmsil etdiyi qurum, həm də onun öz işi üçün xeyirlidir. Təbii ki, jurnalistlərlə sıx ünsiyyətdə olmağa maraq göstərən mətbuat katibləri də az deyil.


Media eksperti Zeynal Məmmədli Modern.az-la söhbətində bildirib ki, mətbuat katiblərində problem olduğunu müşahidə etmək olar. O, düşünür ki, bəzi mətbuat katiblərində qeyri-peşəkarlıq, məsuliyyətsizlik və fəaliyyətsizlik var:

“Mətbuat katibləri mənsub olduqları yerin bir növ reklam xidmətləridirlər”

“Mətbuat katibləri jurnalistikadan fərqli funksiyaları yerinə yetirir. Onlar jurnalistikanın ruhunu bilir, dərdinə, işinin xüsusiyyətlərinə bələd olurlar. Amma onlar nəticə etibarı ilə mənsub olduqları yerin bir növ reklam xidmətləridirlər.  Mətbuat katibləri bilgiləndirsələr də, həmişə işlədikləri yerin xeyrinə məlumat verəcəklər və bunu nəzərə almaq lazımdır.

Buna baxmayaraq əsas məsələ odur ki,  mətbuat katibləri mediaya düzgün informasiya ötürməlidir. Doğru məlumatların hesabına öz işlədikləri müəssisələrin mənafeyini qorumalıdırlar. Mətbuat katibləri faktiki olaraq mətbuatdan  qaçır və ya aktual sualları cavablandırmaqdan imtina edirsə, mənsub olduğu qurumun nüfuzunu necə qoruyacaq?. Yalan danışmaqla və ya məlumatları gizlətməklə ictimai rəyi itirdiyinin  fərqinə varmaq lazımdır. 

Digər tərəfdən Azərbaycan cəmiyyətində ictimai rəy önəmli rol oynamır. Ümumiyyətlə, onun varlığı qaranlıq qalan məsələlərdəndir. Görürsünüz ki, ictimai rəyin öyrənilmə mexanizmləri ilə bağlı cəmiyyətə məlumat verilmir. Məsələn, hökumət və ya dövlət qurumları hansı sorğuları keçirir?. Bunlar haqqında heç bir informasiyamız yoxdur. Media da bu baxımdan çarəsiz qalır. Doğurdan da dövlət qurumlarından alınan hər hansı məlumat media üçün çox önəmlidir. Baxmayaraq ki, sosial, ictimai fakültələr var, onlar bu sorğu prosesinə heç qatılmırlar. Faktiki olaraq onlar da cəmiyyət həyatından yayınırlar.  Belə olduğu halda ictimai rəy formalaşmır və bu halda mətbuat katibləri “yox” cavabı verməklə yaxud zəngləri qarşılıqsız qoymaqla mediadan qaçırlar”.


Mətbuat katibləri mediaya lazım olan məlumatı toplamır...

“Eyni zamanda incə nüans da var. Bəzən deyirlər ki, mətbuat katibləri məlumatı gizlədir və ya nəsə demirlər. Maraqlıdır, heç onların məlumatlardan xəbəri varmı ?. Mətbuat katibləri çox vaxt xəbərsiz olur, mediaya lazım olan məlumatı toplamırlar. Bunlar olmayandan sonra həmin şəxslər necə cavab versinlər?.

Azərbaycanda informasiyanı gizlətməyin siyasi səbəbləri ilə yanaşı, müxtəlif səbəbləri də var. Ən başlıcası isə informasiyanın ümumiyyətlə olmamağıdır. Mətbuat katibləri adətən məlumatlı olmadığı üçün cavab verə bilmirlər”.

“Media qurumları haqlarını tələb etməlidirlər”

Z. Məmmədli mətbuat katibləri ilə əlaqə qurmaqda çətinlik çəkən jurnalistlərin nə etməli olduğundan da söz açıb:

“Birincisi, bizdə media ombudsmanı yoxdur, amma ombudsman aparatı var. İkincisi Mətbuat Şurası, jurnalist birlikləri mövcuddur. Bunların hökumətə birgə müraciəti bu cür çətin vəziyyətdən çıxış yollarından biridir.  Jurnalistlərin  istifadə edə biləcəkləri digər yol isə məhkəmədir. Çünki biz informasiyanı əldə etməklə bağlı qanunla çıxış edə bilərik. Bu qanunda məlumatın gizlədilməsi ilə bağlı müəyyən məsuliyyətlər nəzərdə tutulub. Lakin çox təəssüf ki, praktikada bununla əlaqədar hər hansı bir şey yoxdur.

Mətbuat katibləri öz məsuliyyətlərini dərk etməli, məlumat verməmək və ya ictimaiyyətdən qaçmaqla nəyə nail ola biləcəklərini düşünməlidirlər. Onlar vəzifələrini yerinə yetirmədikləri üçün cəzalanmalıdırlar, amma bu, yoxdur. Məsələn, ombudsman bu məsələlər xüsusi fikir verməli və cəza tətbiq etməlidir. Çünki insan hüquqları pozulur. Mətbuat katibləri məlumat gizlətdiyi və ya düzgün işləmədiyi zaman media da öz təsir gücünü itirir. Nəticə olaraq hər gün müxtəlif xəbərlərlə bağlı şayiələr, yalan  informasiyalar  çoxalır. Həmçinin, media qurumları mətbuat katiblərindən istədiyi məlumatı ala bilmirsə, onlar da səsini çıxarmalı və öz haqlarını tələb etməlidirlər. Təəssüf ki, bu gün Azərbaycanda buna cəhd edən media qurumları yoxdur”.

Günay RƏSULQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb
22.11.2017, 16:59

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi
22.11.2017, 16:54

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi   
22.11.2017, 16:50

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi  

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ
22.11.2017, 16:34

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ

8 min müsəlmanın qatilinə ağır cəza verdi
22.11.2017, 16:31

8 min müsəlmanın qatilinə ağır cəza verdi

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”
22.11.2017, 16:29

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır    
22.11.2017, 16:26

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır  

Azərbaycan özünü kartofla təmin edə bilirmi...   
22.11.2017, 16:03

Azərbaycan özünü kartofla təmin edə bilirmi...  

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı
22.11.2017, 16:02

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi   
22.11.2017, 15:50

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi  

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi
22.11.2017, 15:48

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi
22.11.2017, 15:40

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi

Qubada ayı ovlayan dəstə saxlanıldı
22.11.2017, 15:36

Qubada ayı ovlayan dəstə saxlanıldı

“Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” - Rəsulzadənin NƏVƏSİ   
22.11.2017, 15:31

Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” - Rəsulzadənin NƏVƏSİ  

Xəzərdə yenə zəlzələ oldu
22.11.2017, 15:28

Xəzərdə yenə zəlzələ oldu

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı
22.11.2017, 15:19

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı

Həyatdan erkən köçən dünya MƏŞHURLARI
22.11.2017, 15:17

Həyatdan erkən köçən dünya MƏŞHURLARI

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək
22.11.2017, 15:15

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi
22.11.2017, 15:13

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi

ADU-da Heydər Əliyevlə bağlı tədbir
22.11.2017, 15:10

ADU-da Heydər Əliyevlə bağlı tədbir

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR
22.11.2017, 15:07

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov
22.11.2017, 15:03

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov

Deputat səfirliklərin problemini qaldırdı   
22.11.2017, 14:56

Deputat səfirliklərin problemini qaldırdı  

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ
22.11.2017, 14:52

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ
22.11.2017, 14:46

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR
22.11.2017, 14:39

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  
22.11.2017, 14:39

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  

 Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”
22.11.2017, 14:33

Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı
22.11.2017, 14:29

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı
22.11.2017, 14:22

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir   
22.11.2017, 14:08

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir  

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”
22.11.2017, 13:57

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”

Komitə sədri Baş nazirə müraciət etdi
22.11.2017, 13:55

Komitə sədri Baş nazirə müraciət etdi

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”    
22.11.2017, 13:52

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”  

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ
22.11.2017, 13:38

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ

ARXİV