25 may 2018, Cümə
Ana Səhifə - ƏDƏBİYYAT - Polisi sevənlər və sevdirənlər...
Polisi sevənlər və sevdirənlər...
25.07.2017, 12:05

Ədəbiyyat, incəsənət xalqın tarixini, onun keçmişini özündə yaşadan və gələcək nəslin qürur yerinə çevrilən, bir az da obrazlı desək, ilahi yaradılışdır. Sözdən başlanğıcını götürən səs də, rəng də təkcə insan ruhunu oxşamaq üçün deyil, ümumiyyətlə, dünya dediyimiz kürədə (bu gün hər yerindən od yağan daha qızmar kürə)  bütün yaradılmışlarla “dil tapmaq üçün” ünsiyyət formasıdır.


Günü-gündən içində əridiyimiz, bəzən özümüzü yox kimi hesab etdiyimiz informasiya məkanında rahatlıq tapmayanda, ya unudulmaqda olan kitaba üz tuturuq, ya da ki, gözlərimiz teatrların afişalarında ruhumuzun sarı simini tərpədən bir əsər axtarır ki, havasızlıqdan canımızı qurtaraq. Həyatın özünü, yaşadıqlarımızı  əks etdirən nələrəsə həqiqətən də ehtiyac var bu gün.


Başı öz qayğılarına, problemlərinə qarışsa da səhnədə, kinoda həmişə gülərüz gördüyümüz (faciəni çıxmaq şərtilə), könlü nurlu bizlərə mənəvi ehtiyaclarımızı qarşılamaqda kömək edən sənət adamları, doğurdan da böyük ürək sahibidirlər.

Çoxdan, uşaqlıqdan tanıdığım respublikanın əməkdar artisti Bəhruz Vaqifoğlunun gözəl bir sözü var. Deyir ki, yaradıcı adamın mütləq bir dərdi olmalıdır. Hər şey onun üzərində qurulur. Yaradıcı insan dərdindən qaçmalı deyil. Onun içərisinə girməlidir ki, orada bütövləşsin.

 

Bəli, dərdə belə fəlsəfi yanaşan, onu qazandığı uğurların bazisi kimi görən sənət adamının daxili dünyasını çəkmək üçün rənglərə ehtiyac yoxdur.


Bax elə haqqında danışacağım sənət adamı da həm insanlarla dil tapa bilir, həm də dərdi ilə. Bəzən dərdi onu anlayır, insanlar isə...


Onu da çoxdan tanıyıram, lap çoxdan. Nizami RPİ-nin və Zaqatala RPŞ-nin “rəisi” olub...


Bu barədə bir azdan...

        
İnsanlar müxtəlifdir. Eləsi var ki, onunla ünsiyyət qurmaq su içimi kimi bir şeydir. İnsan da var onunla ünsiyyət qurandan sonra gərəkdir ki, çoxlu su içəsən. Çünki səni özünə elə çəkir, elə cəlb edir ki, sözünə, fikrinə, hissinə, duyğusuna təşnə olursan. Bu da bir Allah vergisidir, bu da bir istedaddır.  Yaradıcı adamların kaprizi olmur desəm, yalan olar. Amma inanın ki, mən onun həyat və yaradıcılığına bələd olan biri kimi deyə bilərəm ki, onda kapriz deyilən şey yoxdur. Kinoda, filmdə həm rəhbərlik edir, həm də fəhləlik.


Deyəsən, sözümün üstündə sonacan durmadım. Axı yazmışdım ki, o bir çox RPİ-lərin, RPŞ-lərin polis rəisi olub. Əslində, onu tanıyanlar, içimən qarışıq ona “rəis” deyə müraciət edirik. Bu boyda “həngaməni” sizi yormaq üçün yazmadım. Elə bu kiçik yazım da vətənpərvər bir Azərbaycan övladı haqqındadır.

        

Rəşad Nuri. O, 1971-ci ildə Bakı şəhərində mərhum jurnalistimiz  Sabir Nurinin ocağında dünyaya göz açıb. Sözün halallığı ilə böyüyüb boya-başa çatıb. Ehtiyacın tərs şilləsini də dadıb dostumuz. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənə Universitetini bitirib. Rəşadla ilk tanışlığım da məhz ordan başlayıb. Hər gün axtarışdaydı, hər gün nəyisə düşünürdü, danışmağı sevməzdi. Sonuc işə gələndə isə bir də görərdik ki, universitetin rəhbərliyinin diqqətini çəkən tamaşa atıq səhnədədir.

        
Rəşad fikir adamıdır. Deyir ki, hər sözün, fikrin çəkisi olmalıdır. İnsan dilini tərpədəndə onun sözünün ağırlığından qarşısındakının çiyninə yük düşməsin,  ürəyinə, qəlbinə işıq seli axsın...

          
“Məhkumlar” serialında, bir zamanlar Xəzər TV-də yayımlanan “Ölümsüzlər” layihəsində, torpaqlarımız uğrunda şəhid olan igid oğul və qızlarımızın ömür yolundan bəhs edən filmlərdə  və bir çox seriallarda polis obrazı yaradıb.  Teatr tənqidçisi olmasam da onun sənət yoluna ekskursiya edəndə bir şeyi müşahidə etmişəm. Çəkdiyi və çəkildiyi hər filmdə, serialda Azərbaycançılıq məfkurəsi var. “Tələ” serialında həm rejissor, həm də yaradıcı heyət Azərbaycanda tolerant mühitin, multikultural dəyərlərin, xalqların birgəyaşayış modelinin dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etdiyini göstərmək üçün sözün əsl mənasında sənət nümayiş etdiriblər.


Bir sirri də sizə açmaq istəyirəm. Rəşad özü də əvvəllər sıralarmızda olub. Sonradan yaradıcılıq onu bizdən qoparıb. Hətta qəzetlərin birində “Hüquq şöbəsi”nin müdiri kimi çoxlarının köməyinə, dadına çatıb. 


Yazını hazırlamaq üçün ondan müsahibə götürəndə “kömək etmək” anlayışının üzərində  baş sındırmasaq da maraqlı dialoqumuz alındı. Kömək etmək nəcib bir əməldir, bütün ilahi dinlər onu dəstəkləyir, səmavi kitablar bu sözə dönə-dönə qayıdır. Elə söz arası: “Sənə polisin köməyi dəyibmi”,- deyəndə sanki sözə bəndmiş kimi həssaslıqla danışmağa başladı və bir daha yəqin etdim ki, mən hələ onu yaxşı tanımamışam.


“Polisin sənə, mənə, bütün Azərbaycan xalqına köməyini ordumuzun  olmadığı o çətin illərdə hər birimiz görmüşük. Sırasından yüzlərlə şəhid verən polis deyilmi? Bu gün aprel döyüşlərindəki uğurumuzun başlanğıcı olan Horadizin alınmasında Azərbaycan Polisin, Daxili Qoşunlarımızın göstərdiyi igidliyi, şücaəti unutmaq olarmı? Kömək deyəndə yada polis düşür, baş verən hər hadisədə insanların gözü birinci polisi axtarır. Bizə bəzən deyirlər ki, polisdən niyə belə çox çəkirsiniz, onun fəaliyyətini gündəmə gətirisiniz. Biz isə deyirik ki, bu gün qazandığımız hər bir uğurda polisin əməyi var. Sabitlik adlı şirin nemətin qoruyucusu digər hüquq-mühafizə orqanları ilə yanaşı, Azərbaycan Polisidir”...


Dostum mənə özəl bir sirrini açdı. Dedi ki, əvvəllər seriallarda polis obrazını canlandırmaq üçün ona uniforma lazım olurdu. Artıq belə bir problemi arxada qalıb. Onun polisə sevgisini, istəyini nəzərə alan DİN rəhbərliyi Rəşada uniforma hədiyyə edib.


Rəşad Nuri vətənpərvər sənətçidir. Son günlər Azərbaycan və Türkiyə teleməkanında yayımlanan “NN film"in təşkilatçılığı, Natiq Novruzovun rejissorluğu ilə çəkilən “Xüsusi təyinatlı İbad” filmi “Azərbaycan bayrağı” ordenli İbad Hüseynovdan bəhs edir. Məlumat üçün bildirək ki, “Xüsusi təyinatlı İbad” filminin ikinci hissəsi də artıq çəkilib başa çatmaq üzrədir və filmin ərsəyə gəlməsində, texniki təchizatında, hər zaman olduğu kimi, vətənpərvər ruhlu layihələrə qucaq açan DİN-in də əməyi danılmazdır.


Ümidvarıq ki, polisi sevən, onun işini görən və qiymətləndirən, müsbət polis obrazları ilə hər birimizin sevgisini qazanan Rəşad Nurinin uğurları ilə hələ çox tanış olmaq imkanımız yaranacaq.


O, iddiası istedadından böyük olanlardan deyil. Yeri gəlmişkən, bu yaxınlarda ATV-də yayımlanacaq “Yarpaqlar” serialında biz onu yenə də sevdiyimiz polis obrazında, polis uniformasında görəcəyik...

          

        
Hafiz Təmirov,
polis mayoru


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
NATO 298 nəfərin ölümünə görə Moskvadan  cavab tələb edir
25.05.2018, 16:37

NATO 298 nəfərin ölümünə görə Moskvadan  cavab tələb edir

“Türkiyənin bu jesti yüksək qiymətləndirilməlidir” - Azərbaycanlı deputat TƏŞƏKKÜR ETDİ
25.05.2018, 16:26

“Türkiyənin bu jesti yüksək qiymətləndirilməlidir” - Azərbaycanlı deputat TƏŞƏKKÜR ETDİ

Təhsil nazirinin müavini Parisdədir
25.05.2018, 16:11

Təhsil nazirinin müavini Parisdədir

“Arif Alışanova qarşı yalan ifadələr verilir” - Vəkili məhkəmədə DANIŞDI
25.05.2018, 16:10

“Arif Alışanova qarşı yalan ifadələr verilir” - Vəkili məhkəmədə DANIŞDI

Sinqapurda təhsil alan azərbaycanlı tələbə: “Dünyanı robotlaşdıracağıq” - FOTOLAR
25.05.2018, 16:08

Sinqapurda təhsil alan azərbaycanlı tələbə: “Dünyanı robotlaşdıracağıq” - FOTOLAR

Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi - VİDEO
25.05.2018, 16:00

Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi - VİDEO

Venesuelada çevrilişlə bağlı bir neçə hərbçi həbs olundu
25.05.2018, 16:00

Venesuelada çevrilişlə bağlı bir neçə hərbçi həbs olundu

Nazir məşğulluq orqanlarının nöqsanlarını müzakirəyə çıxardı - MÜŞAVİRƏ  
25.05.2018, 15:59

Nazir məşğulluq orqanlarının nöqsanlarını müzakirəyə çıxardı - MÜŞAVİRƏ  

Əli Əhmədov: "Əhalinin artması hər il 100 mindən artıq iş yerinin yaradılmasını tələb edir"
25.05.2018, 15:55

Əli Əhmədov: "Əhalinin artması hər il 100 mindən artıq iş yerinin yaradılmasını tələb edir"

Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - SƏBƏBLƏR açıqlandı
25.05.2018, 15:40

Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - SƏBƏBLƏR açıqlandı

Rusiyada alkoqol məhsulları onlayn satılacaq
25.05.2018, 15:40

Rusiyada alkoqol məhsulları onlayn satılacaq

İki diplomunu, universiteti kənd müəllimliyinə dəyişən gənc: “Siniflərdəki qırıq pəncərələri sellofanla örtürlər”
25.05.2018, 15:39

İki diplomunu, universiteti kənd müəllimliyinə dəyişən gənc: “Siniflərdəki qırıq pəncərələri sellofanla örtürlər”

Konqres Trampa İranla bağlı qadağa qoydu
25.05.2018, 15:37

Konqres Trampa İranla bağlı qadağa qoydu

İstirahət günlərinin HAVA PROQNOZU
25.05.2018, 15:34

İstirahət günlərinin HAVA PROQNOZU

Yeni sürücülük vəsiqələrinin verilmə vaxtı məlum oldu
25.05.2018, 15:28

Yeni sürücülük vəsiqələrinin verilmə vaxtı məlum oldu

Amerikalı professor: “AXC-nin İrəvanı Ermənistana verməsi insani addım idi” – MÜSAHİBƏ
25.05.2018, 15:27

Amerikalı professor: “AXC-nin İrəvanı Ermənistana verməsi insani addım idi” – MÜSAHİBƏ

 Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz
25.05.2018, 15:16

Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz

Ermənistan hökumətində yeni təyinatlar
25.05.2018, 15:13

Ermənistan hökumətində yeni təyinatlar

Kürdəmirdə əcnəbi qadını maşınla vurub öldürən sürücü tutuldu
25.05.2018, 15:00

Kürdəmirdə əcnəbi qadını maşınla vurub öldürən sürücü tutuldu

ABŞ F-35 qırıcılarını satmaq istəmir, Ankara narazılıq edir
25.05.2018, 14:56

ABŞ F-35 qırıcılarını satmaq istəmir, Ankara narazılıq edir

Dünya liderlərinin maraqlı idman hobbiləri - FOTOLAR
25.05.2018, 14:43

Dünya liderlərinin maraqlı idman hobbiləri - FOTOLAR

Ən çox vakant vəzifə bu nazirliklərdə olub
25.05.2018, 14:34

Ən çox vakant vəzifə bu nazirliklərdə olub

Oqtay Əsədov Gürcüstana gedir
25.05.2018, 14:33

Oqtay Əsədov Gürcüstana gedir

Aritmiya  ilə bağlı bildiyimiz yanlışlar
25.05.2018, 14:23

Aritmiya  ilə bağlı bildiyimiz yanlışlar

Ayaz Salayev: “3-4 ay olardı ki, tərəddüd edirdim, yazım, yoxsa yazmayım...”  
25.05.2018, 14:19

Ayaz Salayev: “3-4 ay olardı ki, tərəddüd edirdim, yazım, yoxsa yazmayım...”  

Ombudsman: “Müstəqillik dövründə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub”
25.05.2018, 13:42

Ombudsman: “Müstəqillik dövründə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub”

Sabahın hava proqnozu açıqlanıb
25.05.2018, 13:39

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda biznes evləri yaradılacaq   
25.05.2018, 13:36

Azərbaycanda biznes evləri yaradılacaq  

20%-ə sığmayan “yaradıcılıq”
25.05.2018, 13:30

20%-ə sığmayan “yaradıcılıq”

Azərbaycan Xocalı aeroportunu vura bilərmi? - Hərbi ekspertdən AÇIQLAMA   
25.05.2018, 13:30

Azərbaycan Xocalı aeroportunu vura bilərmi? - Hərbi ekspertdən AÇIQLAMA  

Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək
25.05.2018, 13:24

Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək

Nazir: “Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipləri dəyişəcək”   
25.05.2018, 13:17

Nazir: “Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipləri dəyişəcək”  

“Sputnik Azərbaycan” 3 yaşında - Baş redaktor: “Bizə dost olmayanları özümüzə dost etmək istədik”
25.05.2018, 13:11

“Sputnik Azərbaycan” 3 yaşında - Baş redaktor: “Bizə dost olmayanları özümüzə dost etmək istədik”

Şimali Koreya Trampın qərarından məyus olub
25.05.2018, 12:57

Şimali Koreya Trampın qərarından məyus olub

Professor Nərgiz Paşayeva: “Oksford Universitetindəki imzalanma mərasimini
25.05.2018, 12:53

Professor Nərgiz Paşayeva: Oksford Universitetindəki imzalanma mərasimini "Əsrin kontraktı" adlandırmaq olar -FOTOLAR

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.8%)
Meral Akşener (12.4%)
Rəcəb Tayyip Ərdoğan (58.5%)
Selahattin Demirtaş (1.77%)
Temel Karamollaoğlu (0.59%)
Doğu Perinçek (4.73%)