22 oktyabr 2017, Bazar
Ana Səhifə - - Qızlıq pərdəsinin bərpasını istəyən qızların taleyindəki GİZLİ MƏQAMLAR
Qızlıq pərdəsinin bərpasını istəyən qızların taleyindəki GİZLİ MƏQAMLAR
02.08.2017, 10:09

Dr. Vasif İsmayıl


Qızlıq pərdəsinin tibbi cəhətdən ciddi bir mənası olmasa də, yaşadığımız cəmiyyətdə buna nə qədər diqqət göstərildiyinə şahid oluruq. Ailələr gəlinlərinin bakirə olmasını istəyir, müxtəlif yollarla bunun belə olub-olmadığını yoxlayırlar.

Evlilikdən əvvəl cinsi münasibət və bunun bir “göstəricisi” kimi bakirəlik problemi əvvəllər xalqların əksəriyyətində mövcud olsa da, hazırda əksər cəmiyyətlər artıq bu adətlərindən əl çəkiblər. Bizim yaşadığımız çoğrafiyada isə bakirəlik hələ də şərt olaraq irəli sürülməkdədir. Ən azından, çoxumuz buna şahidik.

Qəti şərtlər irəli sürən cəmiyyətlərdə sözsüz ki, kənaraçıxmalar da olacaq. Dünyanın heç bir ölkəsində evlilikdən əvvəl cinsi münasibəti tamamilə ortadan qaldırmaq mümkün deyil, yəqin ki...

Evlilikdən öncə belə bir təcrübə yaşamış xanımların bir qismi “bakirəliyin bərpası” əməliyyatına müraciət edirlər.

Tibbi cəhətdən müxtəlif texnikaları olsa da, “bakirəliyin bərpası” adı altında qızlıq pərdəsinin, mümkünsə, bərpası və ya ona bənzər bir şey yaradılması başa düşülür. Himenoplastika adlanan bu prosedur kifayət qədər sadə bir əməliyyatdır və yerli anesteziya altında bir neçə dəqiqə ərzində icrası mümkündür.

Özüm həkim olduğum üçün bütün bunları bilsəm də, yenə də mənə həmişə aşağıdakı suallar maraqlı idi:

Bakirəlik şərti hansı cəmiyyətlərdə mövcuddur?

Qızlıq pərdəsini bərpa etdirmək istəyən xanımlar kimlərdir? Necə insanlardır?

Sonra nə olur?

Hollandiyada himenoplastika aparılmış qadınlar haqqında araşdırma

Həkimlərin peşəkar axtarış platformlarında sorğu verdiyimiz zaman Yaxın, Orta Şərq ölkələrində belə müdaxilələrin aparıldığını anlamaq olar. Ancaq “himenoplastika edilmiş xanımlar kimdir” sualına dolğun cavab tapmaq yenə də alınmır. Çoğrafiyamızdakı həkimlər nə qədər elm adamı olsalar da, yenə də Şərq insanıdırlar – çox danışıb, boş danışa bilərlər.

Avropada dərc edilmiş statistiki məlumatlar öz dolğunluğu ilə fərqlənir. Sayları çox olmasa da, yaranan sualları cavablandırmaq iqtidarındadırlar.


Bu dəfə Hollandiyada aparılmış bir araşdırma haqqında danışmaq istəyirəm. Məqalə 2012-ci ildə dərc edilib və ümumi olaraq Hollandiyada qızlıq pərdəsinin bərpası üçün müraciət etmiş 86 klinik hadisə incələnib.

Müraciət edən 86 xanımdan ancaq 82-si əməliyyat edilib.

Bunlardan 92%-i müsəlman, 6%-i xristian, 1-i hinduist, qalan 1-i isə qeyri-dindar olub.


Xristian xanımlardan 4-ü xristian, 1-i isə müsəlman ilə nişanlı imiş. Dindar olmayan yeganə xanım da müsəlman ilə nişanlanmış hollandiyalı qadın imiş.

Himenoplastika edilmiş xanımların 56%-nin mərakeşli, 27%-nin isə türkiyəli olduğu görülüb. Bundan sonra daha kiçik nisbətdə İraq, Əfqanıstan, Pakistan, Şimali Afrika ölkələri, Surinam və Şri Lanka gəlir.

Təhsil səviyyəsi

Himenoplastika üçün müraciət etmiş xanımların böyük əksəriyyəti (70%-dən çoxu) peşə təhsili aldığını bildirib. Orta təhsilli 18%, ali təhsilli isə 4% olaraq görülüb.

Psixososial və cinsi hekayə

Qadınların 1/3-i (33%), ümumiyyətlə, gələcəkdə bakirəlik ilə əlaqədar heç düşünmədən, özləri istəyərək yaşadıqları cinsi əlaqə nəticəsində “bakirəliklərini itirdiklərini” bildiriblər.

Yenə 1/3 qadın isə onlara partnyorları tərəfindən “evlənəcəklərinin təlqin edildiyini”, bunun nəticəsində cinsi münasibətdə olduqlarını, amma daha sonra tərk edildiklərini bildiriblər.


Təqribən 1/3 qadın isə cinsi istismar, təcavüz nəticəsində himenoplastikaya ehtiyac duyduqlarını bildiriblər. Bu qadınlardan 10-u öz yaxınları tərəfindən müntəzəm təcavüzə məruz qaldıqlarını ifadə ediblər.


Bütün qadınlardan 37%-i hamilə qalıb, lakin abort etdiriblər.

Nə üçün himenoplastika etdirirlər?

Xanımların bir qismi (31%) həyat yoldaşı ilə ilk gecə əlaqə qurduğunda “qan gəlməsi” üçün əməliyyata gəldiyini ifadə edib. Buna baxmayaraq, 12% xanım qan gəlməsinin “əslində vacib olmadığını”, sadəcə vaginalarının bir az dar hiss edilməsini istədiklərini bildiriblər. Qalan xanımlardan 37%-i isə həm “qan gəlməsini”, həm də “dar olmasını” istədiklərini söyləyiblər.

Xanımlardan ancaq 4-ü bunu mərasim xətrinə etdirdiklərini bildiriblər.

Himenoplastika işə yarayırmı?

Əməliyyatdan  bir neçə həftə sonra həkimlərin təkrar məsləhətləşmə çağırışına 30 qadın gəlib.

Bunların hamısı əməliyyat nəticəsindən məmnun qaldıqlarını, bütün gözləntilərinin özünü doğrultduğunu bildiriblər.

Hətta 1 qadın mehriban münasibət gördüyü üçün daha sonra ərinə məsələni açıb dediyini də bildirib.

Nəticə

Bu yazıdan və gətirilmiş rəqəmlərdən nəticəni mənim deyil, sizin çıxarmağınızı daha uyğun gördüm.

Mənim artıq sualım qalmadı.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fransanın Azərbaycandakı Səfirliyindən viza alınması üçün yeni qayda
22.10.2017, 15:36

Fransanın Azərbaycandakı Səfirliyindən viza alınması üçün yeni qayda

Temur Abazov Marneuli meri seçilib
22.10.2017, 15:21

Temur Abazov Marneuli meri seçilib

ABŞ-ın sabiq prezidentləri bir arada
22.10.2017, 15:02

ABŞ-ın sabiq prezidentləri bir arada

Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirir
22.10.2017, 14:37

Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirir

60 illik ömründə Allahın yazdığını pozan adam,  İlham İsmayılla MÜSAHİBƏ
22.10.2017, 14:19

60 illik ömründə Allahın yazdığını pozan adam,  İlham İsmayılla MÜSAHİBƏ

Məktəblilər hərbi hissədə - Foto
22.10.2017, 13:47

Məktəblilər hərbi hissədə - Foto

Kaxa Kaladze Tbilisi meri seçildi
22.10.2017, 13:24

Kaxa Kaladze Tbilisi meri seçildi

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı
22.10.2017, 13:02

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı

Sabah Bakıda yağış yağacaq
22.10.2017, 12:39

Sabah Bakıda yağış yağacaq

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub
22.10.2017, 12:21

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub

Bakıda avtobusun vurduğu qadın öldü
22.10.2017, 11:58

Bakıda avtobusun vurduğu qadın öldü

İmişlidə 81 yaşlı kişi intihar etdi
22.10.2017, 11:42

İmişlidə 81 yaşlı kişi intihar etdi

Əfqanıstanda oteldə partlayış: 2 ölü
22.10.2017, 11:17

Əfqanıstanda oteldə partlayış: 2 ölü

Bakıda sərxoş kişi parkomantı sındırdı
22.10.2017, 10:55

Bakıda sərxoş kişi parkomantı sındırdı

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video
22.10.2017, 10:39

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
22.10.2017, 10:20

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir

Sloveniyada prezident seçkiləri keçirilir
22.10.2017, 09:59

Sloveniyada prezident seçkiləri keçirilir

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub
22.10.2017, 09:44

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub

Astana-Bakı sərnişin təyyarəsində  problem
22.10.2017, 09:26

Astana-Bakı sərnişin təyyarəsində  problem

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı
22.10.2017, 09:03

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək
22.10.2017, 00:48

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb
22.10.2017, 00:32

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb

Döyülən Gəncə sakini xəstəxanalıq oldu
22.10.2017, 00:14

Döyülən Gəncə sakini xəstəxanalıq oldu

Azərbaycan ağır atleti 7-ci oldu
21.10.2017, 23:55

Azərbaycan ağır atleti 7-ci oldu

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video
21.10.2017, 23:38

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video

Ukraynanın 70 gündə xilas planı
21.10.2017, 23:21

Ukraynanın 70 gündə xilas planı

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO
21.10.2017, 22:58

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO

Kaxa Kaladzeni Tbilisi meri seçildi
21.10.2017, 22:35

Kaxa Kaladzeni Tbilisi meri seçildi

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...
21.10.2017, 22:11

Bəs zindan necədir, qaranlıq zindan? – SİYASİLƏRİN MƏHBƏS HƏYATI...

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı
21.10.2017, 21:52

Azay Quliyev ATƏT PA prezidentinin dəyişməsinin səbəbi haqqında danışdı

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı
21.10.2017, 21:37

Bəxtiyar Vahabzadə Türkiyədə anıldı

Barselonada aksiyalar başlayıb
21.10.2017, 21:16

Barselonada aksiyalar başlayıb

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi
21.10.2017, 20:59

Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edildi

ABŞ Dövlət katibi Asiya turuna çıxdı
21.10.2017, 20:41

ABŞ Dövlət katibi Asiya turuna çıxdı

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb
21.10.2017, 20:18

Azərbaycandan meyvə-tərəvəz ixracı 64 faiz artıb

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.28%)
“Azərişıq”(25.1%)
“Azərsu”(10.1%)
“Azəristiliktəchizat”(3.52%)
Heç biri(55.9%)