Modern.az

"Xəzər-Lənkəran" Azərbaycan kubokunu qazandı

"Xəzər-Lənkəran" Azərbaycan kubokunu qazandı

24 May 2011, 23:29

Modern.az-ın məlumatına görə, mayın 24-də futbol üzrə Azərbaycan kubokunun final görüşü keçirilib. Finalda Bakının "İnter" və Lənkəranın "Xəzər Lənkəran" klubları üz-üzə gəlib.

Hər iki komandanın səylərinə baxmayaraq görüşdə hesab açılmayıb. Lakin əlavə hissənin ilk dəqiqəsində "Xəzər Lənkəran" klubu hesabı açıb. Bununla belə, "İnter" komandası bərabərlik qolunu vurmağa müvəffəq olub. Penaltilər seriyasında isə "Xəzər Lənkəran" futbolçuları daha dəqiq oynayıb.

Bununla da, "İnter" bu mövsüm avrokuboklardan kənar qalıb. Premyer Liqanı 5-ci pillədə başa vuran "İnter" yeganə ümidini kuboka saxlamışdı ki, burada da uğur qazana bilmədi.

Azərbaycan kubokuna "Xəzər Lənkəran" yiyələndiyi üçün ölkəmizi avrokuboklarda təmsil edəcək digər komanda AZAL klubu oldu. 


20:00. "İnter" - "Xəzər Lənkəran" - 1:1 (Penaltilər seriyası 2:4)
Qollar:
Uinston parks, 91 (0:1), Girts Karlsons, 101 (1:1)

Penaltilər seriyası: Mureşan - 0:1, Karlsons - 1:1, Elnur Abdullayev - 1:1 (qapının üstündən), Çervenka - 1:1 (qapı tiri), Pit - 1:2, Odikadze - 2:2, Kyaku - 2:3, Daşdəmirov - 2:3 (qapıçı), Muşat - 2:4

***

Bu oyundan sonra bu il ölkəmizi Avropa kubokları yarışlarında təmsil edəcək bütün klubların adı bəlli olub.

Beləliklə, «Neftçi» Çempionlar Liqasında, «Xəzər Lənkəran», «Qarabağ» və AZAL isə Avropa Liqasında yarışacaq. «Neftçi» və «Xəzər Lənkəran» yarışlara ikinci, «Qarabağ» və AZAL isə birinci mərhələdən qatılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir