27 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Yazarlar Elza Seyidcahana “dur!” dedilər...  
Yazarlar Elza Seyidcahana “dur!” dedilər...  
06.09.2017, 14:36

Sosial şəbəkələrdəki müzakirələr göstərir ki, bəstəkar-müğənni Elza Seyidcahanın özünü şairə kimi təqdim etməsini və yazdığı şeirləri ictimaiyyət birmənalı qarşılamır. Bu ətrafda müxtəlif fikirlər mövcuddur. Buna baxmayaraq əməkdar artist mətbuatda dəfələrlə onun əleyhinə çıxanların acığına şeir yazmaqda davam edəcəyini bildirib.

Şairəlik iddiası olan bəstəkar-müğənninin "Tikim sizin ağzınızı qırxayaq kimi" adlı ən son yazdığı şeir xüsusilə lağlağı obyekti olub.

Maraqlıdır, gənc yazarlar, şairlər bu şeir haqqında nə düşünürlər?

Modern.az  saytı bu sualla bir neçə gəncə müraciət edib.

“Elza nəinki ciddi şeir yaza, o, nə ciddi musiqi ifa edə, nə də bəstələyə bilər...”

Gənc yazar Elmin Nuri bildirib ki, qeyd edilən şeirin müəllifini ciddiyə almaq “şeir”, “söz” anlayışına qarşı təhqirdir:


"Birinci problem Elza Seyidcahanın  cızma-qaralarının qarşısında "şeir" sözünün yazılmasıdır. İnanın ki, hər şey mətbuatın, xüsusən də xəbər portallarının və sosial şəbəkə istifadəçilərinin buraxdığı bu səhvdən sonra başlayır. "Oranı qaşı, buranı qaşı", "Tikim sizin ağzınızı" kimi "şedevr" misralarla başlanan cızma-qaraların qarşısında şeir yazmaq bu "yazıları", onun müəllifini ciddiyə almaq “şeir”, “söz” anlayışına qarşı təhqirdir. Biz hər şeyi bu təhqirlə başladıq. Əvəzində isə ardı gəldi.

Elza yazdıqca yazdı və hələlik bu seriyanı tikinti prosesi ilə bitirib. Elza nəinki ciddi şeir yaza, o, ümumiyyətlə, nə ciddi musiqi ifa edə, nə də bəstələyə bilər... Amma mən heç zaman onda zərrə qədər də günah görməmişəm: nə yazdığından asılı olmayaraq, o, özünü ifadə edib. Yazdıqlarına verilən reaksiya isə bizim cəmiyyətin özünü ifadə etmə mexanizmidir. Elza Seyidcahanın əlində məhz bu cür çoxluğun sarı simi cəmləşib”.

E. Nuri deyib ki, əməkdar artistin son şeiri yazmaqda məqsədi iradçılara cavab verməkdir:

“Elza Seyidcahan istənilən an, istənilən şeyi yazsa, son "şeir"indəki tikinti sexindən çıxıb, biçinti sexinə girsə, yenə eyni rezonansı yaradacaq. Bu səbəbdən, telekanalların birində təşkil olunan "Xalqın şairi" adlı müsabiqəyə də münsif kimi dəvət edildi. Peşəkar televiziyaçılar üçün Elza o müsabiqənin reklam tərəfi idi ki, buna da çox gözəl nail oldular.  Xatırlayırsınızsa, sonuncu cızma-qaranı da Elza onun müsabiqədə münsif olmasına hədyanla yanaşanlara cavab olaraq yazmışdı. Hər halda mən bu fikirdəyəm.

Əgər o cızma-qara yazılmasaydı, Elza yenə də gündəmdə olacaqdı, amma fərqli şəkildə; münsif kimi.... O, bu cızma-qarayla iradçılara cavab verməklə yanaşı, həm də özünü bir münsif kimi (guya) növbəti replikalardan qorudu... Əgər Elzanın yazdıqlarına yenə də "şeir" deyəcəyiksə və bunu ictimai müzakirəyə çevirəcəyiksə, o zaman Elza özünün "inşaat sektorunda" yeni şeir hasil edəcək...".
 

“İnsanlara tamaşa lazımdır, o da bunu edə bilir”

Gənc şair Emin Piri
qeyd edib ki, Elza Seyidcahan gündəmdə qalmağın yolunu bilir:

“Deməzdim Elza xanım nə etdiyini bilmir. Çox yaxşı bilir və bizim kimi cəmiyyətdə gündəmdə qalmağın yolunu ona öyrədən hər kimsə, çox ağıllıdır. Elza ədəbiyyat "dəcəlliyi" edir. Onu bir çox şairdən üstün tuturam. Bu xanımın düşdüyü şans onlara düşsə, görün nə həngamə qoparardılar. İnsanlara tamaşa lazımdır, o da bunu verə bilir. Belə şeirlərin gündəm olması Elzanın deyil, Elzanı baş tacı edən şairciklərin və cəmiyyətin günahıdır”.

“Elza xanım fərqlilik edir, yazır, ədəbiyyatı gündəmə gətirir”

Gənc yazar  Tural İsmayılov düşünür ki,əməkdar artistin yaxşı şeir yazmaq kimi bir öhdəliyi yoxdur:

“Mən bunu daha öncə də qeyd etdim ki, bizim Elza Seyidcahandan mükəmməl şeir gözləmək deyə gümanımız olmamalıdır. Ədəbiyyat aləmində özünə gənc yazar-şair deyib, biabırçı, səliqəsiz mətnlər yazan o qədər sima var ki. Bu baxımdan, Elza xanım müğənnidir, bəstəkardır, onun yaxşı şeir yazmaq kimi bir öhdəliyi yoxdur.

Əlbəttə, hər iki tərəflə razılaşmaq olar. Yəni həm Elza Seyidcahanın şeir yazmağına aqressiv olanları, həm də dəstəkləyənləri anlamağa çalışıram. İstənilən halda, Elza xanım fərqlilik edir, yazır, ədəbiyyatı gündəmə gətirir, mən məsələyə bu prizmadan yanaşıram. Sonuncu şeirini isə ümumi cavab xarakterində görürəm. Repçilər "diss" atmaq deyir buna, yəni Elza xanım tənqidçilərinə "tikim ağzınızı" "diss"i göndərdi”.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyənin İraqa qoşun yeritməyə hazır olması ABŞ-ı hiddətləndirdi
27.09.2017, 00:56

Türkiyənin İraqa qoşun yeritməyə hazır olması ABŞ-ı hiddətləndirdi

Azərbaycanda ilk: qan dövranı dayandırılmaqla əməliyyat - Video
27.09.2017, 00:42

Azərbaycanda ilk: qan dövranı dayandırılmaqla əməliyyat - Video

Suriyada Rusiyaya məxsus vertolyot vuruldu
27.09.2017, 00:24

Suriyada Rusiyaya məxsus vertolyot vuruldu

Bakıda sovet mənşəli küçə adları - VİDEO
27.09.2017, 00:10

Bakıda sovet mənşəli küçə adları - VİDEO

Dünyada ən böyük almazı 53 milyon dollara satıldı
26.09.2017, 23:53

Dünyada ən böyük almazı 53 milyon dollara satıldı

"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada - Video
26.09.2017, 23:36

"TurAz Qartalı-2017": Azərbaycan və Türkiyə şahinləri səmada - Video

Azərbaycan nefti 26 aydan sonra 60 dollar oldu
26.09.2017, 23:24

Azərbaycan nefti 26 aydan sonra 60 dollar oldu

Çilidə zəlzələ oldu
26.09.2017, 23:06

Çilidə zəlzələ oldu

Bank vətəndaşdan 320 dollar əlavə ödəniş aldı - Video
26.09.2017, 22:50

Bank vətəndaşdan 320 dollar əlavə ödəniş aldı - Video

ABŞ-dan Şimali Koreyaya yeni sanksiya
26.09.2017, 22:34

ABŞ-dan Şimali Koreyaya yeni sanksiya

ATV-də işdən çıxarılan aparıcı ÖLKƏNİ TƏRK ETDİ   
26.09.2017, 22:21

ATV-də işdən çıxarılan aparıcı ÖLKƏNİ TƏRK ETDİ  

Türkiyədə bina çökdü: 1 ölü, 1 yaralı
26.09.2017, 22:06

Türkiyədə bina çökdü: 1 ölü, 1 yaralı

Vanqanın qənaətləri: vaxtından əvvəl cinsi həyat  SONSUZLUĞA SƏBƏB OLUR
26.09.2017, 21:53

Vanqanın qənaətləri: vaxtından əvvəl cinsi həyat  SONSUZLUĞA SƏBƏB OLUR

Azərbaycan Türkiyədə traktor istehsal edəcək
26.09.2017, 21:40

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

Havaların dəyişməsi ilə bu əlamətlər yaranırsa, HƏKİMƏ MÜRACİƏT EDİN
26.09.2017, 21:26

Havaların dəyişməsi ilə bu əlamətlər yaranırsa, HƏKİMƏ MÜRACİƏT EDİN

İraq Kürd muxtariyyətinə üç gün vaxt verdi
26.09.2017, 21:12

İraq Kürd muxtariyyətinə üç gün vaxt verdi

Sabah Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrup toplanır
26.09.2017, 20:55

Sabah Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrup toplanır

"Roma" oyunçuları Bakı Olimpiya Stadionunda məşqə çıxdı
26.09.2017, 20:42

"Roma" oyunçuları Bakı Olimpiya Stadionunda məşqə çıxdı

Rusiya İŞİD mövqelərini bombaladı
26.09.2017, 20:27

Rusiya İŞİD mövqelərini bombaladı

ATV rəhbərliyi müğənniləri toylarda pulsuz oxumağa məcbur edirmiş
26.09.2017, 20:16

ATV rəhbərliyi müğənniləri toylarda pulsuz oxumağa məcbur edirmiş

Bakıda pulsuz "Wi-Fi" xidməti olan ərazilərin əhatəsi genişlənib
26.09.2017, 20:02

Bakıda pulsuz "Wi-Fi" xidməti olan ərazilərin əhatəsi genişlənib

Azərbaycan NATO əlaqələri müzakirə edilib
26.09.2017, 19:51

Azərbaycan NATO əlaqələri müzakirə edilib

Afrika taununa görə karantin elan olundu
26.09.2017, 18:54

Afrika taununa görə karantin elan olundu

Rusiyada təyyarə qəzası, pilot öldü
26.09.2017, 18:25

Rusiyada təyyarə qəzası, pilot öldü

İsveçdə məscid yandırıldı
26.09.2017, 18:13

İsveçdə məscid yandırıldı

Tofiq Sarıcalinskini ordenlə təltif edilib
26.09.2017, 18:09

Tofiq Sarıcalinskini ordenlə təltif edilib

Prezident onları təltif etdi - ADLAR   
26.09.2017, 17:53

Prezident onları təltif etdi - ADLAR  

Salyanda yol tikintisinə 3,5 milyon manat ayrıldı
26.09.2017, 17:47

Salyanda yol tikintisinə 3,5 milyon manat ayrıldı

Türkiyənin müdafiə naziri sabah Bakıya gəlir
26.09.2017, 17:31

Türkiyənin müdafiə naziri sabah Bakıya gəlir

Rayon baytarlıq xidmətləri gücləndirilir   
26.09.2017, 17:26

Rayon baytarlıq xidmətləri gücləndirilir  

ATV-nin yeni rəhbəri “ATV Səhər” və “Yoxlama” verilişlərini bağladı
26.09.2017, 17:18

ATV-nin yeni rəhbəri “ATV Səhər” və “Yoxlama” verilişlərini bağladı

Manatın sabahkı MƏZƏNNƏSİ
26.09.2017, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Nəğmələrlə dolu ürək
26.09.2017, 16:59

Nəğmələrlə dolu ürək

Milli Məclisin 2 oktyabr iclasının tam GÜNDƏLİYİ
26.09.2017, 16:50

Milli Məclisin 2 oktyabr iclasının tam GÜNDƏLİYİ

27 sentyabrda muzeylərə giriş pulsuz olacaq
26.09.2017, 16:47

27 sentyabrda muzeylərə giriş pulsuz olacaq

ARXİV
SORĞU
Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz?
Heç-heçə(37.8%)
“Qarabağ” qələbə qazanacaq(43.2%)
“Roma” qalib gələcək(18.9%)