19 noyabr 2017, Bazar
Ana Səhifə - MEDİA - Sosial şəbəkədə MEHRİBAN DÜŞMƏNÇİLİK - İqtidar və müxalifət bir-birinin “kitabını” oxuyur  
Sosial şəbəkədə MEHRİBAN DÜŞMƏNÇİLİK - İqtidar və müxalifət bir-birinin “kitabını” oxuyur  
13.09.2017, 15:09

Məlumdur ki, sosial media açıq şəbəkədir. Hər kəs bundan öz məqsədləri üçün istifadə edə bilər. Dünyanın əksər ölkələrində iqtidar və müxalifət təmsilçiləri də sosial şəbəkələrdən istifadə edirlər. Eyni zamanda, onlar bir-birilərinin dostluq səhifəsində olur, müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparır, hətta ortaq nəticəyə gələ bilirlər. Lakin Azərbaycanda vəziyyət fərqlidir.

Maraqlıdır, sosial şəbəkələrdə iqtidar və müxalifət tərəflərin münasibətləri necə qurulmalıdır?

“Müxtəlif tərəflərin müzakirəsi əsasında formalaşan ictimai rəy daha dayanıqlıdır”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a bildirib ki, cəmiyyət üçün  maraqlı hansısa məsələyə birtərəfli  münasibət bildirilməsi yanlışdır. Bu baxımdan iqtidar və müxalifət tərəf sosial şəbəkədə iştirak etməli və fikir mübadiləsi aparmalıdır:

“Bizim qurum bu istiqamətdə, yəni dostluqların tərkibi və ya ayrı-ayrı siyasi qrupların  nümayəndələrinin müzakirələri ətrafında monitorinq aparmır. Amma müşahidələrimə görə, ümumiyyətlə hökumət təmsilçilərinin  sosial mediaya inteqrasiyasının zəif olduğunu, bu imkanlardan yetərincə istifadə etmədiklərini deyə bilərəm. Yəni vətəndaşlarla əlaqələrin qurulması, adi məktublaşmalar yönündə hansısa addım atmırlar.Yəqin ki,  görüntü üçün sosial mediada nələrsə edənlər var. Amma bunu yetərli hesab etmək olmur. Dünya  təcrübəsində ölkə rəhbərlərinin, hökumət nümayənlərinin aktivliyi kifayət qədərdir, eləcə də iqtidar və müxalifət arasındakı münasibətlər, müzakirələr və.s. Bu səbəbdən həm iqtidar, müxalifət tərəf, həm də digər qurum nümayənləri sosial şəbəkədən yaxşı mənada istifadə edə bilərlər. Sosial şəbəkələrdə iqtidar və müxalifət tərəflərin münasibətlərindən əlavə, ümumiyyətlə həmin tərəflərin bundan istifadəsi çox az müşahidə edilir.

Düzgün ictimai rəyin formalaşması üçün plüralizmin olması, tərəflərin iştirakı, maraqlı tərəflərin müxtəlif mövqedən yanaşması əsas şərtdir. Müxtəlif tərəflərin müzakirəsi əsasında formalaşan fikir, ictimai rəy daha dayanıqlı, dövlətin, cəmiyyətin inkişafı üçün daha faydalıdır. Bu baxımdan iqtidar, müxalifət tərəf və ya digər özəl, dövlət qurumlarının nümayəndələri sosial şəbəkələrdə iştirak etməli və normal əlaqə qurmalıdır”.

“Sosial şəbəkələrdə iqtidar-müxalifət münasibəti  təhqirə söykənməməlidir”

YAP-çı deputat  Aydın Mirzəzadə düşünür ki, sosial şəbəkələrdə iqtidar və müxalifət tərəfləri arasındakı  polemikalar mədəni davranış prinsipləri çərçivəsində olmalıdır:


“Sosial  şəbəkə göründüyü kimi bir nəfərin gündəliyidir və digərlərinin buna münasibət bildirməsi imkanı var. Düşünürəm ki, bununla bağlı nə Azərbaycanda, nə də xaricdə vahid format yoxdur. Dost olanlar, sadəcə münasibətdə olanlar, yaxud bir-biri ilə kəskin  mövqedə duranlar var. Təbii ki, sosial şəbəkələrdə iqtidar və müxalifət tərəfləri arasında polemikalar mədəni davranış prinsipləri çərçivəsində olmalıdır. Təhqirə, zorla öz fikrini qəbul etdirməyə, yaxud kiminsə bildirdiyi fikri mütləq darmadağın etmə prinsipinə söykənməməlidir. Hər kəsin öz həqiqəti var.

Şəxsən mənə gəldikcə isə, dostlar listimdə müxalifət nümayəndələri yoxdur. Ancaq onlar hərdən fikirlərini bildirir və ya hansısa məsələ ilə əlaqəli təklif irəli sürürlər. Təbii ki, buna normal baxıram”.

“İqtidar və müxalifət təmsilçisinin münasibət qurması yaxşıdır”

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan qeyd edib ki, sosial şəbəkələrdə iqtidar və müxalifət arasındakı gərgin münasibət cəmiyyətdə  uzun müddətdir davam edən soyuq müharibənin göstəricisidir:

Sosial şəbəkə bir növ cəmiyyətdəki vəziyyətin göstəricisidir. Əslində mən bir sıra iqtidar nümayənləri ilə və ya iqtidara yaxın olan  şəxslərlə dostluqda varam. Amma bunu dırnaqarası dostluq sayıram. Bəziləri bu dostluğu  real hesab edir, lakin bu, cəmiyyət üçün zəruri olan informasiya dostluğudur. Ümumiyyətlə, sosial şəbəkələrdə iqtidar və müxalifət tərəfin münasibətinin olması yaxşıdır. Heç olmasa, əks tərəflər bir-birinin “kitab”ını  sosial şəbəkədə oxuyar, ölkədə vəziyyətin necə olduğunu anlayarlar. Eyni zamanda vəziyyətləri, mövqeləri haqqında informasiya ala bilərlər.

Azərbaycanda sosial şəbəkələrdə iqtidar və müxalifət arasındakı münasibət cəmiyyətdə  uzun müddətdir davam edən soyuq müharibənin göstəricisidir. Təəssüf ki, adətən soyuq müharibədən qaynar müharibəyə bir addım qalır. Bu, Azərbaycanda ictimai-siyasi vəziyyətin gərgin olduğunu sübut edir. Burada  əsas məsuliyyəti iqtidar tərəf daşıyır. Cəmiyyət daxilində soyuq müharibəyə son qoyulmalıdır. Bu baxımdan sosial şəbəkələrdən başlamaq pis olmazdı”.

 


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ
19.11.2017, 17:35

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ

Ermənistan ordusunda növbəti FƏRARİLİK    
19.11.2017, 16:51

Ermənistan ordusunda növbəti FƏRARİLİK    

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb
19.11.2017, 16:37

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”   
19.11.2017, 15:37

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  

Bu il ölkəyə 532 mindən mobil telefon və digər mobil qurğular idxal olunub
19.11.2017, 15:19

Bu il ölkəyə 532 mindən mobil telefon və digər mobil qurğular idxal olunub

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19.11.2017, 14:48

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19.11.2017, 14:37

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

Ucarda pambıq tayası yanıb
19.11.2017, 14:24

Ucarda pambıq tayası yanıb

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”
19.11.2017, 14:14

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq
19.11.2017, 13:30

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq

Fransada polis 3 nəfəri qətlə yetirib
19.11.2017, 12:40

Fransada polis 3 nəfəri qətlə yetirib

Sabaha olan hava PROQNOZU
19.11.2017, 12:28

Sabaha olan hava PROQNOZU

İmişlidə avtoqəza: ölən və yaralananlar var
19.11.2017, 11:43

İmişlidə avtoqəza: ölən və yaralananlar var

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO
19.11.2017, 11:25

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA
19.11.2017, 11:07

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ
19.11.2017, 11:04

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək
19.11.2017, 10:31

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək

Ekologiya Nazirliyi: Qaxda yanan ərazi meşə deyil, otlaq sahəsidir - YENİLƏNİB
19.11.2017, 10:21

Ekologiya Nazirliyi: Qaxda yanan ərazi meşə deyil, otlaq sahəsidir - YENİLƏNİB

Çaylarda sululuq səviyyəsi açıqlandı
19.11.2017, 10:12

Çaylarda sululuq səviyyəsi açıqlandı

Düşmən atəşkəsi 135 dəfə pozdu
19.11.2017, 09:49

Düşmən atəşkəsi 135 dəfə pozdu

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident məşhur Aslan Aslanovu təltif etdi
18.11.2017, 21:08

Prezident məşhur Aslan Aslanovu təltif etdi

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

ARXİV