Modern.az

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ

Reportaj

19 Sentyabr 2017, 22:12

“Mən kommunizmi qurub, kapitalizmin məzarını ziyarət edəcəyəm”,- deyən Nikita Xruşovun SSRİ-yə rəhbərlik dövrü bir çox hadisələrlə yadda qalıb. Zaman-zaman bu dövrü araşdıran tarixçilər uzun illər SSRİ arxivlərində “məxfi” qrif altında olan qovluqları açaraq çəmiyyətə yeni faktlar təqdim ediblər.

 

Modern.az saytı Nikita Xruşovun 11 illik hakimiyyəti dövründə baş verən maraqlı hadisələri təqdim edir.

SSRİ-nin Xruşov dövrü hansı hadisələrlə yadda qalıb?

 

Nikita Xruşov ilk dəfə olaraq Stalinin şəxsiyyətə pərəstiş məsələsini dövrün ən böyük siyasi tədbirində, partiyanın 20-ci qurultayında kəskin tənqid edib və 1961-ci ildə onun nəşinin mavzoleydən çıxarılmasına nail olub.

O, cəmiyyəti mövcud dövrün ən təhlükəli şəxsindən xilas edib.  Beriya Xruşovu hətta büro üzvləri qarşısında “xryuşa” adlandırsa da Xruşov təmkinin pozmayıb. Məqamı çatanda isə Xruşov Beriyanın həbs olunması üçün Jukova xüsusi əmr verib.

 

Nikita Xruşovun yaddaqalan islahatlarından biri də sovet vətəndaşlarının mənzil şəraitinin yaxşılaşdırılması olub. Bu məqsədlə 1956-cı ildən kütləvi şəkildə yeni yaşayış binalarının tikintisi başlanıb. Həmin binalar  bu gün də onun adı ilə “xruşovka” adlanır.

Nikita Xruşov 1960-cı ildə BMT-nin iclasında çıxış edən zaman ayaqqabısını çıxardıb tribunaya döycələyib, SSRİ-ni tənqid edənləri bu üsulla hədələyib. Həmin məşhur ayaqqabılar 2007-ci ildə Xruşovun nəvəsi tərəfindən 30 min dollara Amerika vətəndaşına satılıb.

 

Ginnesin rekordlar kitabına düşən ən bahalı teleqram da Nikita Xruşova məxsusdur. Bu, Xruşovun 12 aprel 1961-ci ildə Yuri Qaqarinə ünvanladığı teleqramdır. Həmin teleqram 1993-cü ildə Amerikada keçirilən hərracda 68500 dollara satılıb.

Bu cür faktların siyahısını bir az da uzatmaq olar. Ancaq Xruşov təkcə bu hadisələrlə yadda qalmayıb. O həm də rəsmi tədbirlərdə, jurnalistlər qarşısında açıq-aşkar söylədiyi etikadan kənar sözlərlə, söyüşlərlə yaddaşlarda iz qoyub.

1959-cu ilin iyul ayında Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Riçard Nikson nümayəndə heyəti ilə Moskvaya rəsmi səfərə gəliblər. Səfər çərçivəsində Nikson və Xruşov Moskvanın “Sokolniki” parkında Amerika milli sərgisinin açılışını ediblər. Qısa gəzintidən sonra Nikson amerika mətbəxi modelinin qarşısında ayaq saxlayıb və bu məqamda siyasətçilər arasında kiçik mübahisə yaşanıb.

 

Nikson barmağını Xruşovun sinəsinə vuraraq deyib:

 

- Biz varlıyıq, siz isə kasıbsınız. Çünki biz ət yeyirik, siz isə kələm.

 

Xruşov Niksonun bu sözündən əsəbləşsə də, bunu büruzə verməyib. O, olduqca sakit bir tərzdə, amma hamının eşidəcəyi tonda Niksonun cavabını verərək adı üç hərfdən ibarət olan məkana göndərib:

 

- Poşol tı na x...

 

Daha bir fakt. Xruşov böyük bir publika qarşısında Almaniya kansleri haqqında “xoş” sözlərini əsirgəməyib.

 

Almaniya Federativ Respublikasının ilk kansleri Konrad Adenauer ən uzunömürlü siyasətçilərdən biri sayılıb. O, 87 yaşında bu vəzifədən təqaüdə gedib. Nikita Xruşov Adenaueri siyasətçi kimi qəbul etsə də, fərqli siyasi baxışlara görə ona qarşı rəğbəti olmayıb. Sovet liderinin ona qarşı işlətdiyi ifadə də bunu bir daha sübut edir:

“Biz heç vaxt Konrad Adenaueri Almaniyanın nümayəndəsi kimi qəbul edə bilmərik. Biz onun şalvarını soyundursaq nə görəcəyik? Arxa tərəfdən baxsaq görəcəyik ki, Almaniya iki yerə bölünüb. Qabaq tərəfdən baxsaq isə görünəcək ki, Almaniya heç vaxt qalxmayacaq”.

 

Nikita Xruşovun Azərbaycanla bağlı mövqeyi də yadda qalan hadisələrdəndir. O, SSRİ tarixində Qarabağı ermənilərə verməyən sovet lideri kimi yadda qalıb.

 

Ermənilərin Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi məsələsinə Xruşovun münasibəti sərt və kəskin olub. 1960-cı ildə bu məsələ ilə bağlı ona müraciət edəndə o qəti şəkildə etirazını bildirib. 1964-cü ildə Krım Rusiyanın tərkibindən çıxarılıb Ukraynaya veriləndə Mikoyan Dağlıq Qarabağ məsələsi ilə bağlı Xruşova yenidən müraciət edib. Xruşov bu məsələni birdəfəlik həll etmək üçün Mikoyana maraqlı bir cavab verib:

 

“Yoldaş Mikoyan, siz bu təklif və təkidlərinizlə məni Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə bağlı sərəncam imzalamağa məcbur edirsiniz”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...