19 fevral 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU
Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU
21.09.2017, 22:04

Birinci şəxslərin qida rasionu həm təhlükəsizlik baxımından, həm də qidaların keyfiyyət və tərkibinə görə ciddi nəzarət altında olur. Həkim və dietoloqların tövsiyə və göstərişləri də bu məsələdə önəmli rol oynayır. Amma bununla yanaşı, birincilərin öz xoşladıqları qidalar  da var. Bəzi prezidentlər imkan tapan kimi ciddi “qida menyusu”nu pozaraq öz istədikləri kimi qidalanır, “bəh-bəh”lə xoşladıqları təamları nuş edirlər.

Modern.az saytının prezidentlərlə bağlı təqdim etdiyi yazı da bu haqdadır.

 

Amerika prezidenti Donald Trampın hələ seçkiqabağı kampaniyası ərəfəsində mətbuat onun qida rejiminin və qida rasionunun sağlam həyat tərzinə uyğun olmadığını dəfələrlə işıqlandırıb. Tramp dietoloqların göstərişlərinə, ümumiyyətlə, məhəl qoymur. O, çox asanlıqla səhər yeməyini ötürə bilər, günorta yeməyini iş masasının arxasında fastfudla yola verər, “Oreos” peçenyası ilə aclıq hissini dəf edər. Hətta prezidentin qızı İvanka jurnalistlərlə söhbətində atasının qidalanması məsələsindən narahat olduğunu bildirib: “Mən çox istərdim ki, atam sağlam qida məhsulları ilə qidalansın...”

Donald Tarmpın ən çox sevdiyi yeməklər toyuq qızartması, ət qızartması, yumurta qayğanağı, kartof frisi, fastfudlardır. Prezident özü də etiraf edib ki, bu qidalar faydalı deyil, amma onları çox xoşlayır.

Gilənarlı dondurma isə Trampın heç vaxt imtina etmədiyi məhsuldur.

 

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Trampdan fərqli olaraq qida rejimində və qida rasionunda daha “səliqəli”dir. Sağlam həyat tərzinə üstünlük verən Vladimir Putin öz menyusunda balıq məhsullarına və qoyun ətinə üstünlük verir. Səhər yeməyində prezidentin süfrəsinə sıyıq, kəsmik və bal verilir. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarını xoşlayır. Ən çox sevdiyi içki isə yaşıl çaydır.  Digər şirniyyat məhsulları ilə çox da arası olmayan Putin amerikalı həmkarı kimi hədsiz dərəcədə dondurma həvəskarıdır. Yəqin əks qütblü prezidentlər dondurmaya ona görə üstünlük verirlər ki, siyasi gərginlik zamanı soyuqqanlı olmağı bacarsınlar.

 

 

Siyasət meydanında kişilərlə çiyin-çiyinə “at oynadan” Almaniya kansleri Angela Merkel siyasətdə olduğu kimi, mətbəxtdə də fəaldır. Adətən yeməkləri özü hazırlayan siyasətçi xanım kartof şorbasını, ədviyyatlı kababı və bişirilmiş tərəvəzləri daha çox xoşlayır. Merkel şirniyyatlar arasında gavalı piroquna, içkilərdən isə nanəli çaya üstünlük verir. Merkel həm də pivə həvəskarıdır. 

Qeyd edək ki, siyasətçi xanım ərzaq bazarlığını istirahət günlərində özü edir.

 

 

Belarus prezidenti Lukaşenko qida rasionuna xüsusi diqqət yetirir. Elə bunun nəticəsidir ki, prezident ötən il 13 kiloqram artıq çəkidən özünü xilas edib. Lukaşenko milli mətbəxlərinə üstünlük verir. Prezidentin qida rasionuna əsasən kefir, xama, kəsmik, qızardılmış balıq, meyvə və meyvə şirələri daxil edilir. Lukaşenko şirniyyatı və dondurmanı da çox xoşlayır. Ancaq şirniyyat məhsullarının qəbuluna məhdudiyyət qoyur. Onun bununla bağlı tez-tez işlətdiyi ifadə də var: “Tort yemək əladır, amma indi buyur 3-4 kilometr xizəklə, yaxud roliklə sürüş”.

 

 

Ukrayna prezidenti Poroşenko çox populyar olan konditer konserninə sahib olsa da, şirniyyatı sevmir. Prezidentin xanımının söylədiyinə görə Poroşenkonun sevimli yeməyi qarabaşaq və kotletdir, xüsusilə də yanında duza qoyulmuş xiyar olanda.

 

 

Gürcüstanın sabiq prezidenti Saakaşvilinin qida menyusunu siyasət tənzimləyir. Amerikada sendviç və hamburqerlərə “bəh-bəh” deyən siyasətçinin bu gün ən çox sevdiyi yemək Kiyev kotletidir. Əlinin çatıb-çatmayacağını isə zaman göstərəcək.

 

 

Azərbaycanın çörəyini yeyən Ermənistan prezidentinin iştəhası böyük olsa da həzm sistemində ciddi problemləri var. Yəqin ki, ömrünün sonuna qədər Sarkisyanın siyasi qida rasionundakılar boğazında qalacaq. Necə ki, Sarkisyan iki gün öncə Azərbaycan prezidenti İlham Əliyevin  BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı udquna-udquna qalmışdı, bax eləcə...


İlham Cəmiloğlu
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qar uçqunu iki nəfərin həyatına son qoydu
19.02.2018, 00:57

Qar uçqunu iki nəfərin həyatına son qoydu

Dağıstandakı terroru İŞİD törədib
19.02.2018, 00:44

Dağıstandakı terroru İŞİD törədib

Yeniyetmə cüdoçular vətənə 6 medalla qayıdır
19.02.2018, 00:27

Yeniyetmə cüdoçular vətənə 6 medalla qayıdır

Gürcüstan paytaxtında güclü yanğın
19.02.2018, 00:14

Gürcüstan paytaxtında güclü yanğın

Suriyadakı terrorda 5 nəfər öldü
19.02.2018, 00:00

Suriyadakı terrorda 5 nəfər öldü

Türkiyə iki şəhid verdi
18.02.2018, 23:47

Türkiyə iki şəhid verdi

Sarkisyan beynəlxalq tədbirdə Azərbaycan dilində danışdı
18.02.2018, 23:33

Sarkisyan beynəlxalq tədbirdə Azərbaycan dilində danışdı

Ucarda avromobil su kanalına aşdı
18.02.2018, 23:24

Ucarda avromobil su kanalına aşdı

Üç illik fəaliyyət: 20 min üzv - Fotolar
18.02.2018, 23:11

Üç illik fəaliyyət: 20 min üzv - Fotolar

Ərdoğanla Baxçalı arasında 45 dəqiqəlik görüş
18.02.2018, 22:52

Ərdoğanla Baxçalı arasında 45 dəqiqəlik görüş

Azərbaycanlı qızın ölümü ciddi nəzarətə götürüldü
18.02.2018, 22:39

Azərbaycanlı qızın ölümü ciddi nəzarətə götürüldü

Qubadakı qəzada ölənlərin sayı 3-ə çatdı - Yenilənib
18.02.2018, 22:21

Qubadakı qəzada ölənlərin sayı 3-ə çatdı - Yenilənib

Sürüşmə zonasında torpaq satılır - Video
18.02.2018, 22:07

Sürüşmə zonasında torpaq satılır - Video

Dağıstandakı silahlı insidentdə ölənlərin sayı artıb - Video
18.02.2018, 21:30

Dağıstandakı silahlı insidentdə ölənlərin sayı artıb - Video

Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib - Fotolar   
18.02.2018, 21:14

Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib - Fotolar  

Azərbaycan Rusiyadan 5 vaqondan ibarət iki metro qatarı alır
18.02.2018, 20:59

Azərbaycan Rusiyadan 5 vaqondan ibarət iki metro qatarı alır

Cənubi Qafqazı gərgin durumda saxlamağa cəhdlər
18.02.2018, 20:46

Cənubi Qafqazı gərgin durumda saxlamağa cəhdlər

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir
18.02.2018, 20:29

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir

14 yaşlı qız dəm qazından öldü
18.02.2018, 20:15

14 yaşlı qız dəm qazından öldü

Vəkillər Kollegiyası yeni ünvana köçür
18.02.2018, 20:01

Vəkillər Kollegiyası yeni ünvana köçür

Namizədlərdən 466-sı uğur qazandı
18.02.2018, 19:46

Namizədlərdən 466-sı uğur qazandı

Qazaxıstanda 4,7 ballıq zəlzələ oldu
18.02.2018, 18:51

Qazaxıstanda 4,7 ballıq zəlzələ oldu

“PKK xarici dəstəyini itirəcəyi halda  “Asala” kimi yoxa çıxacaq”
18.02.2018, 17:45

“PKK xarici dəstəyini itirəcəyi halda  “Asala” kimi yoxa çıxacaq”

Salyanda ağır yol qəzası: 2 ölü, 2 yaralı var
18.02.2018, 16:59

Salyanda ağır yol qəzası: 2 ölü, 2 yaralı var

Azərbaycan gimnastı Gənclər Olimpiadasına vəsiqə qazanıb
18.02.2018, 16:55

Azərbaycan gimnastı Gənclər Olimpiadasına vəsiqə qazanıb

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib
18.02.2018, 16:26

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Sabahın HAVASI - Bakıya sulu qar, rayonlara qar yağacaq
18.02.2018, 15:29

Sabahın HAVASI - Bakıya sulu qar, rayonlara qar yağacaq

İlham Əliyev təyyarə qəzası ilə bağlı Həsən Ruhaniyə başsağlığı verib
18.02.2018, 15:06

İlham Əliyev təyyarə qəzası ilə bağlı Həsən Ruhaniyə başsağlığı verib

Salyanda yanğın olub
18.02.2018, 15:02

Salyanda yanğın olub

BOŞANMALAR - Bəzi gənclər elə bilirlər ki, ailə sevmək və sevişməkdən ibarətdir...
18.02.2018, 14:48

BOŞANMALAR - Bəzi gənclər elə bilirlər ki, ailə sevmək və sevişməkdən ibarətdir...

İranda qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı olmayıb - RƏSMİ
18.02.2018, 13:59

İranda qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşı olmayıb - RƏSMİ

İranda təyyarə qəzası nəticəsində 66 nəfər ölüb - YENİLƏNİB
18.02.2018, 12:58

İranda təyyarə qəzası nəticəsində 66 nəfər ölüb - YENİLƏNİB

Əfv sərəncamının verilmə vaxtı DƏYİŞDİRİLƏ BİLƏR - SƏBƏB
18.02.2018, 12:15

Əfv sərəncamının verilmə vaxtı DƏYİŞDİRİLƏ BİLƏR - SƏBƏB

Sürücülərin diqqətinə - Bu yollarda sürət həddi endirildi
18.02.2018, 12:10

Sürücülərin diqqətinə - Bu yollarda sürət həddi endirildi

“Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”
18.02.2018, 11:53

“Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

ARXİV