23 fevral 2018, Cümə
Ana Səhifə - CƏMİYYƏT - “Stalin tualetə gedəndə də mühafizəçi tələb edirdi” - XRUŞOVUN XATİRƏLƏRİNDƏN...
“Stalin tualetə gedəndə də mühafizəçi tələb edirdi” - XRUŞOVUN XATİRƏLƏRİNDƏN...
04.10.2017, 20:59

Deyirlər ehtiyat igidin yaraşığıdır. Ehtiyat elə siyasətçinin də yaraşığıdır. Amma ehtiyat heç də ətrafında olan insanlara inamsızlıq demək deyil. Əgər insanın həmişə etibar etdiyi adamlara inamsızlığı başlayırsa, çox yəqin ki, bu artıq onun özündə olan problemlərdən yaranır. Bəlkə də bu, nə vaxtsa atılmış səhv addımın nəticəsidir. Bir sözlə bu məsələ də bəlkələrin sayı çox ola bilər... 

Ömrünün son illərində İosif Stalinin də ən yaxın ətrafına qarşı inamsızlığı haqqında onunla çox sıx əlaqədə olan ayrı-ayrı insanların xatirələrində yazılar xüsusi yer alıb. Bəziləri bunu onun psixoloji durumunda problemlərin olması, bəziləri isə sadəcə insanlara etibarının azalması kimi qiymətləndiriblər. Rəhbər son illərdə hətta mühafizəçilərinə də inanmayıb.

Modern.az saytı İosif Stalinlə bağlı növbəti yazını təqdim edir.

Nikita Xruşov öz xatirələrində Stalinin ən yaxın ətrafına qarşı inamsızlığı haqqında qeyd edib:

“Stalin tualetə gedəndə də mühafizəçilərdən yanında olmağı tələb edirdi. Mən şəxsən Stalinin bağında belə bir hadisənin şahidi olmuşam. Stalin tualetə gedəndə hər an onun bir addımlığında dayanan mühafizəçi yerindən tərpənmədi. O tualetdən çıxdıqdan sonra hamımızın yanında səsinin tonunu qaldırıb mühafizəçini sərt şəkildə danlamağa başladı:

 

- Niyə siz öz vəzifələrinizi yerinə yetirmirsiniz? Əgər siz məni qoruyursunuzsa, kürsülərdə əyləşib mürgüləməyin, işinizi layiqincə görün.

 

Mühafizəçi bu yersiz danlaqdan pərt olsa da, özünü doğrultmağa cəsarət tapdı:

 

- Yoldaş Stalin, biz bilirik ki, tualetin qapısı yoxdur. Ümumi qapının arxasında isə mühafizəçilər öz yerlərindədirlər.

 

- Siz hər yerdə mənim yanımda olmalısınız!

 

Təbii ki, Stalinin bu iradı yersiz idi. Harda görünüb ki, mühafizəçi qoruduğu adamla birgə tualetə girsin. Bu artıq o demək idi ki, Stalinin tualetə də tək getməyə qorxurdu. Əlbəttə bu onun beyninin xəstə olmağının nəticəsi idi. Ümumiyyətlə, Stalin ömrünün son illərini belə qorxu içərisində keçirirdi. Hələ bu harasıdır. Süfrə arxasında Stalin hazırlanmış xörəklərə ən sonda əl uzadırdı. O vaxta qədər gözləyərdi ki, əyləşənlərdən kimsə süfrədəkilərin dadına baxsın. O, heç kimə etibar etmirdi. Hətta uzun illər ona sədaqətlə xidmət etmiş insanlara belə...”

Nikita Xruşovun Stalin haqqında bu qeydlərini qərəzli də qiymətləndirmək olar. Amma mühafizəçilərdən bir neçəsinin Stalininin haqqındakı xatirələri hec də Xruşovun yazdıqlarını qeyri-səmimi qəbul etməyə əsas vermir.

 

Araşdırmaçıların qənaətinə görə, SSRİ rəhbərlərinin mahafizəsi dünya ölkələri arasında ən güclü mühafizə sistemlərindən biri olub. 1927-ci ildən başlayaraq SSRİ-də ölkə rəhbərliyinin mühafizə sistemi zaman-zaman təkmilləşməyə başlayıb. Stalinin hakimiyyəti illərində isə onun təhlükəsizliyi daha ciddi şəkildə təmin olunub. Buna baxmayaraq, rəhbər ona sadiq olan mühafizəçilərinə çox da hörmətlə, qayğıkeşliklə yanaşmayıb, onlara tam etibar etməyib. Bəzi tarixçilər bunu Kreml məmurlarının arasındakı gizli qruplaşmaların, qapalı ziddiyyətlərin olması ilə əlaqələndirib. Və belə ehtimal olunub ki, Stalin sağ qalsaydı, qısa bir zamanda daha bir neçə məmur sürgünə göndəriləcəkdi. O məmurlar ki, məhz mühafizəçilərin vasitəsi ilə Stalinin həyatına son qoymaq arzusunda olublar. Bu məmurlar arasında çox ciddi siyasi fiqur sayılan, müəmmalı Lavrenti Beriyanın adı da hallanıb. 



Uzun illər Stalinin şəxsi mühafizəsində çalışmış Vladimir Vasilyev də öz xatirələrində rəhbərin mühafizəçilərə qarşı münasibətində bəzi məqamlara toxunub:

“Stalin onu qoruyan insanları, lazım gələndə onun yolunda canını qurban verməyə hazır olan mühafizəçiləri adam yerinə qoymurdu. Hər dəfə üz-üzə gələndə şübhəli və sərt baxışları ilə sanki bütün daxilimizi görmək istəyirdi. Bizə onunla danışmaq qadağan edilmişdi. Xidmətə daxil olanda Stalinə şəxsi məsələ ilə bağlı heç bir müraciət etməyəcəyimizlə bağlı yazılı öhdəliyə də imza atmışdıq. Hansı ki, bizim həll olunmayan bir çox məişət problemlərimiz var idi, ailələrimiz ağır şəraitdə yaşayırdılar. Harda işləməyimiz haqqında kiməsə məlumat vermək qəti qadağan olunmuşdu. Çox gərgin iş rejimində fəaliyyət göstərirdik. Belə rejimlə yanaşı, müntəzəm yoxlamalar və guya ki, təlimlər bizi yorurdu. Tez-tez bizi məlumatlandırırdılar ki, guya hansısa diversiya qrupu Stalinə qarşı xüsusi plan hazırlayıb. Əslində isə bütün bunlar bizi daim gərgin vəziyyətdə saxlamaq məqsədi güdürdü. Bu cür oyunbazlığın müəllifi isə əsasən Beriya olurdu. Rəsmi qəbullarda, tədbirlərdə isə Stalinin təhlükəsizliyi, mühafizəsi birə beş gücləndirilirdi. Böyük Teatrda keçirilən yığıncaqlarda mühafizəçilərlə yanaşı, hər addımda, girişdə, çıxışda, səhnə arxasında, teatrın əhatəsində, bir sözlə hər yerdə təhlükəsizlik orqanlarının əməkdaşları keşik çəkirdilər. Belə bir qayda qoyulmuşdu, üç nəfər dəvət olunmuşa bir agent nəzarət etməlidir. Rəsmi ziyafətlərdə də eyni qaydalar hökm sürüdü. Belə ziyafətlərdə əksər vaxtlarda biz gah qonaq, gah da xidmətçi qismində iştirak edirdik. Belə vəziyyətlərdə xoşagəlməz, ancaq maraqlı və Stalin tərəfindən bağışlanan hadisələr də baş verirdi. 
Yaxşı xatırlayıram, Stalinin 70 illik yubileyi şərəfinə Kremldə ziyafət verilərkən həmkarım mayor Mişa Klopov masa xidmətçisi qismində çalışırdı. O, şampan şərabını açanda rabitə nazirinin həyat yoldaşını başdan ayağa şərabla batırdı. Belə şeylərə çox da diqqət yetirilmirdi. Çünki ziyafət başlanandan bir saat sonra qonaqların çoxusu sərxoş olurdu. Stalin özü içdiyinin həddini bilsə də,  qonaqları içirdib kefləndirməyi xoşlayırdı. Daha doğrusu o, bundan xüsusi zövq alırdı. Elə ziyafətlər olub ki, ən yüksək çinli məmurları belə, ziyafət zalından əllərimizin üstündə çıxarıb yola salmışıq...”.

 

Həmin dövrün siyasi atmosferinə nəzər salsaq, Stalinin tərəddüdlərinə bəlkə də haqq qazandırmaq olar. Təbii ki, tualet məsələsi istisna olmaqla. Stalinin müəmmalı ölümü də onu sübut edir ki, Stalin hakimiyyətinin sona çatmasını istəyənlər elə onun ən yaxın ətrafında olan insanlar olub.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Xocalı və Srebrenitsa şahidlərinin dünyaya müraciəti: “Xocalı soyqırımını tanıyın”
23.02.2018, 02:04

Xocalı və Srebrenitsa şahidlərinin dünyaya müraciəti: “Xocalı soyqırımını tanıyın”

Türkiyə Niderland parlamentinin qərarını qınadı
23.02.2018, 01:00

Türkiyə Niderland parlamentinin qərarını qınadı

Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı
23.02.2018, 00:45

Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı

“Xocalı soyqırımı Azərbaycan xalqına qarşı ən ağır cinayətdir” – Əli Həsənov
23.02.2018, 00:36

“Xocalı soyqırımı Azərbaycan xalqına qarşı ən ağır cinayətdir” – Əli Həsənov

Əsəd rejiminə məxsus hərbi kortej hədəf alındı
23.02.2018, 00:20

Əsəd rejiminə məxsus hərbi kortej hədəf alındı

Vyanada İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçirilib
23.02.2018, 00:07

Vyanada İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçirilib

ATƏT məkanında mətbuat azadlığı və plüralizm tam təmin olunmalıdır
22.02.2018, 23:53

ATƏT məkanında mətbuat azadlığı və plüralizm tam təmin olunmalıdır

Prezident ABŞ-da xəstəxanaya yerləşdirildi
22.02.2018, 23:38

Prezident ABŞ-da xəstəxanaya yerləşdirildi

Azərbaycan nefti bahalaşdı
22.02.2018, 23:17

Azərbaycan nefti bahalaşdı

Leyla Əliyeva Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tamaşanın təqdimatında - Fotolar
22.02.2018, 23:03

Leyla Əliyeva Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tamaşanın təqdimatında - Fotolar

Beyləqanda ağır qəza: 2 ölü, 3 yaralı
22.02.2018, 22:50

Beyləqanda ağır qəza: 2 ölü, 3 yaralı

Hollandiya parlamenti qondarma erməni soyqırımını tanıdı
22.02.2018, 22:36

Hollandiya parlamenti qondarma erməni soyqırımını tanıdı

Müdafiə nazirləri Rusiyaya toplandı
22.02.2018, 22:20

Müdafiə nazirləri Rusiyaya toplandı

"Bitcoin"in yenidən ucuzlaşıb
22.02.2018, 22:06

"Bitcoin"in yenidən ucuzlaşıb

ABŞ səfirliyinin dəstəyi ilə 200 nəfərə hüquqi yardım göstərilib
22.02.2018, 21:50

ABŞ səfirliyinin dəstəyi ilə 200 nəfərə hüquqi yardım göstərilib

Aparıcı politoloqla əlbəyaxa davaya çıxdı - Video
22.02.2018, 21:36

Aparıcı politoloqla əlbəyaxa davaya çıxdı - Video

Rusiyada terror aktının qarşısı alınıb
22.02.2018, 21:22

Rusiyada terror aktının qarşısı alınıb

Azərbaycan Küveyt əlaqələri inkişaf edir
22.02.2018, 21:09

Azərbaycan Küveyt əlaqələri inkişaf edir

Azərbaycanda 30 min 131 narkotik istifadəçisi var
22.02.2018, 20:57

Azərbaycanda 30 min 131 narkotik istifadəçisi var

Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb
22.02.2018, 20:42

Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb

Təyyarələrdə mobil  xidmətlərin dayandırılma səbəbi  . . .
22.02.2018, 20:28

Təyyarələrdə mobil  xidmətlərin dayandırılma səbəbi  . . .

Ermənistan Qarabağda 9 hərbçisini itirdi
22.02.2018, 20:14

Ermənistan Qarabağda 9 hərbçisini itirdi

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ   
22.02.2018, 20:03

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ  

“Küveytdən Azərbaycana 16 min 477 nəfər turist gəlib” – Səfir
22.02.2018, 19:56

“Küveytdən Azərbaycana 16 min 477 nəfər turist gəlib” – Səfir

Naxçıvana 3 milyon manat ayrıldı
22.02.2018, 18:57

Naxçıvana 3 milyon manat ayrıldı

Prezidentin fərdi təqaüdü 1450 manat olacaq
22.02.2018, 18:52

Prezidentin fərdi təqaüdü 1450 manat olacaq

Gənc istedadların təqaüdü 100 manat artırıldı
22.02.2018, 18:45

Gənc istedadların təqaüdü 100 manat artırıldı

Bakının bu rayonlarında içməli su olmayacaq
22.02.2018, 18:37

Bakının bu rayonlarında içməli su olmayacaq

Seçkiqabağı təşviqat üçün ödənişsiz efir və dərc yeri bu KİV-də olacaq
22.02.2018, 18:31

Seçkiqabağı təşviqat üçün ödənişsiz efir və dərc yeri bu KİV-də olacaq

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılıb
22.02.2018, 18:24

Fəxri adlara görə aylıq təqaüdlərin məbləği artırılıb

Prezident Bruney sultanını təbrik edib
22.02.2018, 18:19

Prezident Bruney sultanını təbrik edib

Sumqayıt sakini Şirvanda heroinlə tutuldu
22.02.2018, 18:07

Sumqayıt sakini Şirvanda heroinlə tutuldu

Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam verdi
22.02.2018, 17:53

Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam verdi

Bakıda şagirdin açıq-saçıq şəklini yayan müəllimlə bağlı araşdırma başladı
22.02.2018, 17:52

Bakıda şagirdin açıq-saçıq şəklini yayan müəllimlə bağlı araşdırma başladı

Azərbaycan-Rusiya sərhəddində ilk demarkasiya nişanı quraşdırılıb   
22.02.2018, 17:46

Azərbaycan-Rusiya sərhəddində ilk demarkasiya nişanı quraşdırılıb  

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(9.43%)
“Bazarstore”(7.54%)
“Neptun” marketləri(1.88%)
“Favorit” marketi(7.54%)
“Makromarket”(3.77%)
“Bizim market”(1.88%)
“Rahat market”(3.77%)
“Bravo” marketləri(13.2%)
“Oba market”(11.3%)
Heç biri - digər mağazalar(39.6%)