23 yanvar 2018, Çərşənbə
Ana Səhifə - CƏMİYYƏT - Vərəmə yoluxmaq Hacı Məmmədovu keçmiş MTN-dən qurtarıb - Qanqsterdən yeni xəbər var  
Vərəmə yoluxmaq Hacı Məmmədovu keçmiş MTN-dən qurtarıb - Qanqsterdən yeni xəbər var  
12.10.2017, 10:05

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədov saxlanma yeri ilə bağlı müəmmalar dolaşmaqdadır.

Modern.az-ın əldə etdiyi məlumata görə, o, hazırda 3 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Saytımıza verilən məlumatda qeyd edilir ki, H.Məmmədov 2016-cı il aprelində səhhətindəki problemlə bağlı 11 il saxlanıldığı hazırki Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasından Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Müalicəsi bitdikdən sonra 3 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və hazırda orada saxlanılır.

Məlumatda deyilir ki, KİV-lərdə 3 saylı cəzaçəkmə müəssisəsi işgəncə məkanı kimi təqdim olunsa da, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə dünyada vərəmli məhkumların müalicəsində 1-ci yeri tutan müəssisə sırasına çıxıb. Qanuna əsasən, ömürlük məhbus vərəm xəstəsidirsə, hətta sağalıbsa belə, həmin müəssisədə saxlanıla bilər.

Məsələ ilə bağlı Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a bildirib ki, qanun cəza çəkən məhkumların saxlanma yeri və PX daxilində hərəkəti barədə KİV-də məlumatların verilməsini cəzanı icra edən orqana qəti qadağan edir:

 

“Hətta buna görə inzibati məsuliyyət də nəzərdə tutulub. Bu barədə məlumat yalnız məhkumun öz razılığı ilə ailə üzvlərinə və vəkilinə verilir. Həmin şəxslərin istəyinə əsasən bu barədə məlumat ictimailəşir”.

 

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da ozamankı Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə nəfər ömürlük azadlıqdan məhrum edilib. Hacı Məmmədov istisna olmaqla, digərləri Qobustandakı qapalı həbsxanaya köçürülüb. Z. Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ilin dekabrında ləğv edilib, bu nazirliyin yerində iki yeni struktur - Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyə "Zeytun budağı" əməliyyatında şəhid verdi
23.01.2018, 00:59

Türkiyə "Zeytun budağı" əməliyyatında şəhid verdi

Bakıda 58 yaşlı kişi evində bıçaqlandı
23.01.2018, 00:50

Bakıda 58 yaşlı kişi evində bıçaqlandı

ABŞ qondarma rejimin "vətəndaşlarına" viza verir - Video   
23.01.2018, 00:37

ABŞ qondarma rejimin "vətəndaşlarına" viza verir - Video  

Türklərlə kürdlər arasında kütləvi dava
23.01.2018, 00:25

Türklərlə kürdlər arasında kütləvi dava

Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırılıb
23.01.2018, 00:11

Oktan ədədi 95-dən az olan benzin növlərinin aksiz vergisi 200 dəfə artırılıb

Prezident “Royal Phillips”in baş icraçı direktoru ilə müzakirə apardı
22.01.2018, 23:57

Prezident “Royal Phillips”in baş icraçı direktoru ilə müzakirə apardı

Sumqayıtda intihara cəhdin qarşısı alınıb
22.01.2018, 23:43

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Azərbaycan nefti ucuzlaşdı
22.01.2018, 23:26

Azərbaycan nefti ucuzlaşdı

Avtobus qəzasında 18 nəfər öldü
22.01.2018, 23:15

Avtobus qəzasında 18 nəfər öldü

BMT-nin Yəmən üzrə xüsusi elçisi istefa verib
22.01.2018, 22:59

BMT-nin Yəmən üzrə xüsusi elçisi istefa verib

“Planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb” – Bəkir Bozdağ
22.01.2018, 22:45

“Planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb” – Bəkir Bozdağ

Ciddi və ya qeyri-ciddi saydığımız İNANCLAR
22.01.2018, 22:29

Ciddi və ya qeyri-ciddi saydığımız İNANCLAR

Tramp Davosa getməyə bilər
22.01.2018, 22:13

Tramp Davosa getməyə bilər

1 stəkan ilıq su və yarım qaşıq sarıkök – İNANILMAZ NƏTİCƏ
22.01.2018, 21:58

1 stəkan ilıq su və yarım qaşıq sarıkök – İNANILMAZ NƏTİCƏ

Cahangir Hacıyevin vəkillərinin cəzalandırılma səbəbi - Yenilənib
22.01.2018, 21:44

Cahangir Hacıyevin vəkillərinin cəzalandırılma səbəbi - Yenilənib

“LUKOİL” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu   
22.01.2018, 21:32

“LUKOİL” şirkətinin Azərbaycandakı fəaliyyəti müzakirə olundu  

"Neftçi" 1:8 hesabı ilə uduzdu
22.01.2018, 21:16

"Neftçi" 1:8 hesabı ilə uduzdu

Prezident dünyanın ən böyük investisiya şirkətinin rəhbəri ilə görüşdü   
22.01.2018, 21:03

Prezident dünyanın ən böyük investisiya şirkətinin rəhbəri ilə görüşdü  

ABŞ-da məktəbdə atışma
22.01.2018, 20:57

ABŞ-da məktəbdə atışma

Türkiyə Afrin bölgəsində strateji yüksəkliyini ələ keçirdi
22.01.2018, 20:43

Türkiyə Afrin bölgəsində strateji yüksəkliyini ələ keçirdi

İlham Əliyev Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığını müzakirə etdi
22.01.2018, 20:27

İlham Əliyev Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığını müzakirə etdi

Avropa Şurası Ermənistana olan mövqeyinə görə qınandı
22.01.2018, 20:18

Avropa Şurası Ermənistana olan mövqeyinə görə qınandı

Yaqland Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdi
22.01.2018, 19:51

Yaqland Azərbaycanda görülən tədbirləri müsbət qiymətləndirdi

Bara silahlı hücum: 7 ölü
22.01.2018, 18:56

Bara silahlı hücum: 7 ölü

14 mindən çox borclunun Azərbaycandan çıxışına qadağa qoyulub
22.01.2018, 18:42

14 mindən çox borclunun Azərbaycandan çıxışına qadağa qoyulub

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər
22.01.2018, 18:36

Gürcüstanda Qış Olimpiya Oyunları keçirilə bilər

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni MƏLUMAT YAYDI
22.01.2018, 18:32

Əməliyyat Qərargahı alpinistlərlə bağlı yeni MƏLUMAT YAYDI

Tillerson: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”
22.01.2018, 18:21

Tillerson: “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq”

3 türk əsgəri yaralandı
22.01.2018, 18:10

3 türk əsgəri yaralandı

Kürdlər Moskvanın Afrinlə bağlı gizli təklifini AÇIQLADI
22.01.2018, 17:49

Kürdlər Moskvanın Afrinlə bağlı gizli təklifini AÇIQLADI

Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI   
22.01.2018, 17:39

Çevik Polis Alayında MÜŞAVİRƏ - Nazir ayıq-sayıq olmağa ÇAĞIRDI  

Manat və dolların sabahkı məzənnəsi
22.01.2018, 17:35

Manat və dolların sabahkı məzənnəsi

Yerevandakı Göy məscid YUNESKO-nun siyahısına salına bilər
22.01.2018, 17:28

Yerevandakı Göy məscid YUNESKO-nun siyahısına salına bilər

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur
22.01.2018, 17:24

İlhamə Quliyevanın adına şərabı kim hazırlatdırıb: biri “özü” deyir, qohumunun isə bundan xəbəri yoxdur

Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı
22.01.2018, 17:23

Azərbaycanda qanunsuz miqrasiya kanalı təşkil edənlər saxlanıldı

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(42.2%)
SOCAR(13.3%)
Azersun Holding(11.1%)
Azercell(2.22%)
Bakcell(8.88%)
Nar mobile(2.22%)
Gilan Holdinq(4.44%)
Nurgun Group(2.22%)
Paşa Holding(2.22%)
Akkord(11.1%)