20 oktyabr 2017, Cümə
Ana Səhifə - REPORTAJ - “59 saylı qəbir” - Brejnev və Andropovun kabinetində müzakirə olunan HÜSEYN CAVİD...
“59 saylı qəbir” - Brejnev və Andropovun kabinetində müzakirə olunan HÜSEYN CAVİD...
12.10.2017, 22:22

1982-ci il oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edir. Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan qərar 14 gündən sonra, oktyabrın 26-da Azərbaycanın ictimai-siyasi həyatına, ədəbi mühitində əlamətdar bir tarix kimi yazılır.

Sözsüz ki, sovet ideologiyası və rejiminin hakim olduğu bir dövrdə Naxçıvanda qəbul olunmuş qərar hələ heç də hər şey demək deyildi. Onun icrası üçün Kremldə Brejnevin, Lubyankada DTK sədri Andropovun razılığını almaq mütləq şərtlərdən biri idi...

Modern.az saytı 1982-ci ilin Hüseyn Cavid xatirəli oktyabr günləri haqqında yazını təqdim edir.

Hüseyn Cavidlə bağlı Moskva müzakirələrindən və razılaşmalarından sonra tarixi qərarın icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunur. 35 ildən sonra Həmid Cəfərov həmin günləri belə xatırlayır:

“Qüqrətli Azərbaycan şairi və dramaturqu, taleyinə  ağrılı-acılı, məşəqqətli  bir ömür yazılmış Hüseyn Cavid fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərib. Təsadüfi deyil ki, Hüseyn Cavaidin xatirəsi ona layiq şəkildə əbədiləşdirilib. Belə bir tarixi və şərəfli işdə müdrik şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri olub. Otuz beş il əvvəl məhz Heydər Əliyevin  təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən  Cavidin cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi ulu öndərimizin  tarixi xidmətlərindəndir.

 

 

1982-ci il  oktyabrın 3-də Heydər Əliyev  Naxçıvanda səfərdə olarkən şərəfli bir işə xeyir-dua verdi. Cavidsevərlərin  müqəddəs bir arzusunun reallaşmasına geniş imkanlar açıldı. Belə ki, 1956-cı  il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsinə bir neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin reallaşması  müşkülə çevrildiyindən, soyuq Sibirdəki dəmir seyflərin açılması, “sovsekretno” sənədlərin öyrənilməsi, Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə axtarılıb-tapılması və nəhayət onun Azərbaycana gətirilməsi üçün müvafiq icazələrin alınması o dövrdə həllini tapmamışdı. Ancaq Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə nail oldu.

Beləliklə,  onun göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan  Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının  Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi  mənə  həvalə olundu. Naxçıvan Vilayət Partiya Komitəsinin qərarından sonra  muxtar respublikanın  daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan deputatı olan Zakir Nəsirovla Sibirə yollandıq...”

 

 

Sözsüz ki, “gedər-gəlməz” bir məkan sayılan Sibirə səfər etmək, neçə onilliklər ötdükdən sonra heç bir sorağı olmayan bir məkanda Hüseyn Cavidi “axtarmaq” çətin, məsuliyyətli bir iş idi. Həmid müəllim həmin anların çətinliyindən, amma çox şərəfli bir iş olmağından söhbət açır:

“Qərarın icrası məsuliyyətli və çətin olsa da, məhz  onun arxasında Heydər Əliyevin adı durduğu üçün heç bir müşküllükdən söhbət  gedə bilməzdi. Əksinə, ulu öndərimizin adı, şərəfli bir işə dəstək durması Cavidin mənəvi övladları olaraq bizə qol-qanad verirdi. Çünki, bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü  rəhbərlik edirdi.  Heydər Əliyev “Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində qeyd edirdi ki, o Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə” - Sov.İKP MK-nın Baş katibi Brejnevə, həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Andropova müraciət etmişdi. Bəli, bu məsələni həll etmək üçün SSRİ kimi böyük bir dövlətin rəhbərliyi yanında yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq vacib idi. Təbii ki, həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə bilərdi.

Sibirə səfərimizin ilk günündən başlayaraq Cavidlə bağlı  bir sıra arxiv sənədləri öyrənildi. Müəyyən edildi ki,  Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat edib, Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə torpağa tapşırılıb. Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsində görüş zamanı Cavidin məzarının  yerinin müəyyən edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə burada yerləşən 21 saylı kaloniyanı və əlillər xəstəxanasını tanıyan adamların tapılmasına sərancam verildi.

 

 

Sibirdə olarkən Cavidin “sakini olduğu” əlillər evinin 1956-cı ildə  dağıdılması, Sibirin sıx meşələrindəki  Şevçenko kəndinin itib-batması, orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüzdür, həm də təhlükəlidir. Lakin bu məlumatlar bizi yolumuzdan döndərə bilməzdi. Bizim təkidli və təkrar-təkrar xahişlərimizdən sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin “gedər-gəlməz” saydıqları Tayşet şəhərindən 75 kilometr məsafədə yerləşən Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə orqanlarının məsul işçiləri qatılmışdılar. Bütün ümidlər isə 1941-ci ildə Cavidin “həbs evində”- islah-əmək düşərgəsində keşikçi dəstəsinin rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi.  O qətiyyətlə bildiridi ki, “Şevçenkoda 40 min insanın dəfn olunduğu qəbiristanlıq dağılmayıb”.  Oktyabrın 21-də Şevçenko kəndində olduq. Kənd əslində 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsi idi. Məzarlıq tapıldı.  İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena  Xaritinova 59 saylı qəbiri tapdı və qəbrin açılması üçün sanksiya imzalandı və nəhayət Cavidin qəbri qazıldı…

Heç nə hədər getməmişdi, Hüseyn Cavid “59”-da uyuyurdu. Hüseyn Cavid “tapılmışdı”...

Əvvəlcədən planlaşdırdığımız kimi Hüseyn Cavid Şevçenko-Tayşet- İrkutsk- Moskva-Yerevan-Naxçıvan marşrutu ilə doğma yurduna “qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı: “Heydər Əliyevin göstərişi ilə siz  oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa Bakıya uçmalısınız”.

Azərbaycan rəhbərinin - Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Bu, adi bir tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin “ayağı” İrəvana dəyməməliydi, Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı…”

Beləliklə, 1982-ci il oktyabrın 26-da Hüseyn Cavid Moskvadan Bakıya,  sonra  isə Naxçıvana “uçur”. Naxçıvanda - evinin qarşısında torpağa tapşırılır…


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İspaniya mətbuaı “Qarabağ”l erməni klubu kimi təqdim etdi, üzr istədi   
20.10.2017, 14:35

İspaniya mətbuaı “Qarabağ”l erməni klubu kimi təqdim etdi, üzr istədi  

Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edib
20.10.2017, 14:24

Əbülfəs Qarayev Biləsuvarda vətəndaşları qəbul edib

Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 
20.10.2017, 14:08

Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 

Büdcədən AXC-nin 100 illiyi üçün 5 milyon manat ayrılacaq
20.10.2017, 13:58

Büdcədən AXC-nin 100 illiyi üçün 5 milyon manat ayrılacaq

Niderland səfiri: “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”
20.10.2017, 13:53

Niderland səfiri: “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”

Mərkəzi Kəşfiyyat İdarəsi: “ABŞ Şimali Koreyanın nüvə zərbələrinə hazır olmalıdır”
20.10.2017, 13:39

Mərkəzi Kəşfiyyat İdarəsi: “ABŞ Şimali Koreyanın nüvə zərbələrinə hazır olmalıdır”

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı    
20.10.2017, 13:33

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı  

Deputat dövlət orqanlarını şəkillərə görə hörmətsizlikdə SUÇLADI
20.10.2017, 13:27

Deputat dövlət orqanlarını şəkillərə görə hörmətsizlikdə SUÇLADI

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...
20.10.2017, 13:19

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib
20.10.2017, 13:17

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi
20.10.2017, 13:13

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi

Bakıda həyət evlərindən oğurluq edən yaxalandı   
20.10.2017, 13:12

Bakıda həyət evlərindən oğurluq edən yaxalandı  

Milli Məclis yeni medal təsis etdi
20.10.2017, 13:11

Milli Məclis yeni medal təsis etdi

Putin Ramazan Abdulatipova yeni vəzifə verdi   
20.10.2017, 13:07

Putin Ramazan Abdulatipova yeni vəzifə verdi  

Deputat təklif verdi, Oqtay Əsədov “onsuz da xeyri yoxdur” dedi
20.10.2017, 13:06

Deputat təklif verdi, Oqtay Əsədov “onsuz da xeyri yoxdur” dedi

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ
20.10.2017, 13:01

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ

Naxçıvanın Konstitusiyası dəyişdi
20.10.2017, 12:56

Naxçıvanın Konstitusiyası dəyişdi

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  
20.10.2017, 12:55

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  

Sumqayıtda polis oğrunu tutdu
20.10.2017, 12:51

Sumqayıtda polis oğrunu tutdu

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”
20.10.2017, 12:50

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”

Sabahın hava proqnozu AÇIQLANDI
20.10.2017, 12:48

Sabahın hava proqnozu AÇIQLANDI

2018-ci ilin dövlət büdcəsinin bütün GÖSTƏRİCİLƏRİ bəlli oldu
20.10.2017, 12:35

2018-ci ilin dövlət büdcəsinin bütün GÖSTƏRİCİLƏRİ bəlli oldu

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”
20.10.2017, 12:31

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”

Sumqayıtda İran vətəndaşını öldürən dəstənin qadın üzvü də tutuldu - FOTO
20.10.2017, 12:24

Sumqayıtda İran vətəndaşını öldürən dəstənin qadın üzvü də tutuldu - FOTO

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi
20.10.2017, 12:22

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO
20.10.2017, 12:14

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO

Şamaxıda avtomobil aşdı, sürücü öldü
20.10.2017, 12:13

Şamaxıda avtomobil aşdı, sürücü öldü

“Bakıda böyük partlayış olacaq” - Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı
20.10.2017, 12:03

“Bakıda böyük partlayış olacaq” - Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA
20.10.2017, 11:56

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq
20.10.2017, 11:35

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq

Kərkük yaxınlığında silahlı toqquşma baş verib
20.10.2017, 11:31

Kərkük yaxınlığında silahlı toqquşma baş verib

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi
20.10.2017, 11:27

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi

DİM: Balların hesablanması qaydası dəyişəcək
20.10.2017, 11:23

DİM: Balların hesablanması qaydası dəyişəcək

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub
20.10.2017, 11:21

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub

Leyla Əliyeva Musiqili Teatrda olub
20.10.2017, 11:19

Leyla Əliyeva Musiqili Teatrda olub

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.12%)
“Azərişıq”(27.1%)
“Azərsu”(11.2%)
“Azəristiliktəchizat”(3.07%)
Heç biri(53.3%)