Modern.az

Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK - Bəzi şəxslərin müavinəti kəsiləcək  

Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK - Bəzi şəxslərin müavinəti kəsiləcək   

17 Oktyabr 2017, 16:51

Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcək.

 
Milli Məclisdən Modern.az-a verilən məlumata görə, əlilik haqqında qanunlarda köklü dəyişikliklər və islahatlar aparılacaq.


Hazırda bununla bağlı qanun layihələrinin üzərində iş getdiyi vurğulanıb.

 

Qeyd edək ki, fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.

Əlillərin maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər), dava-dərman, texniki və başqa vasitələrlə həyata keçirilir. O cümlədən onlara avtomobillər, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar verilir, habelə tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər göstərilir.

Hazırlanacaq yeni layihəyə əsasən isə fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək.

Belə ki, sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək.

“Bunun adı isə fiziki və sosial baxımdan əlilliyin müəyyənləşdirilməsi olacaq”,-deyə parlamentdən bildirilib.

Müavinətlərin kimlərə şamil olunacağı qaydaları da hazırlanacaq.

 

Milli Məclisdən bildirilib ki, bu təcrübə dünyanın bir çox ölkələrində tətbiq olunur.

Qeyd edək ki, Azərbaycanda uşaqpulunun verilməsində də bir neçə ildir bu praktika tətbiq olunur... Hazırda bütün ailələrə uşapulu verilmir... 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...