25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən REPORTAJ - FOTOLAR
Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən REPORTAJ - FOTOLAR +
21.10.2017, 09:30

Bu yaxınlarda “İslam dövləti” terror təşkilatının (İŞİD) özünə “paytaxt” elan etdiyi Suriyanın Rakka şəhəri ekstremistlərdən azad olundu, ancaq bu bədbəxt taleli şəhərin perspektivinin necə olacağı sual altındadır.


Terrorçular döyüşlərdə məğlub olacaqlarını anlayıb Suriya Demokratik Qüvvələrinə təslim olublar, ancaq yuxarıda qeyd etdiyimiz səbəbdən dolayı bu da hələ son deyil.

 

Rakka şəhərində İŞİD-in qoyduğu qorxu dolu nişanələr hələ də bu şəhərin sakinlərinin üz cizgilərində “bərq vurur”, Adəm övladının başı üzərində hələ də qara buludlar dolaşmaqdadır.  

 

Suriyanın xarabaya çevrilmiş Rakka şəhərinin  dilə  gəlib yalvarıcı tərzdə danışmaq istəyən daşı-divarı da insana neçə min sözlərlə ifadə oluna biləcək informasiya verir. Lal daşlarda gizlənən  bu informasiyalarda müasir siyasi tarixə gizli və aşkar kinayələr, sərt ittihamlar ünvanlanıb, praktiki olaraq heç bir gücə malik olmayan amansız, bir o qədər də məzlum baxışlar Suriyada müharibəni törədənlərə zillənib.

Rakka azad olunub, lakin şəhər sakinləri yeni təhlükədən də sığortalanmayıblar, çünki Suriyadakı yorucu və əzabverici müharibə bitməyib.

 

Bütün bunlar siyasi proqnoz və siyasi uzaqgörənlik mövzusunun müzakirə predmetidir, yəni, Suriyanın taleyi necə olacaq və poliqona çevrilən bu ölkədə hansı qüvvələr qalib gələcək?

Suriyada müharibə və siyasət strateqlərinin  yeni-yeni barıt çəlləkləri yaratmasından ən çox həyatları puç olmuş və  mənəvi dünyaları korlanan adamlar daha çox əziyyət çəkirlər – bu yazıq insanların taleləri qumara qoyulub.

Rakka İŞİD terrorçularından təmizlənib, ancaq geridə qalan mənzərə də necə də kədərlidir.

Yuxarıdakı fikirlərimizi gücləndirmək məqsədi ilə dərin siyasi proqnoz səsləndirsək, bu, mövzudan yayınmaq olar. Çünki biz nə qədər acı da olsa, insan talelərini qələmə alırıq, bizi daha çox sadə insanların – qocaların, körpələrin, yetim qalan uşaqların, aclıq altında zarıyan kəslərin - ah-naləsi maraqlandırır. Bu baxımdan yazıda sırf insani prizmadan məsələlərə yanaşmaq tərzini irəli çəkirik. 

 

Amerikanın nüfuzlu “New York Times” qəzetinin müxbirinin (İvor Prikket) Rakkadan hazırladığı reportaj da sırf bu qəbildəndir. Bu reportajda nə siyasi proqnoz, nə də mətnaltı amansız iqtisadi-siyasi maraq əks olunub, sadəcə fotoların və əziyyət çəkən insanların dili ilə Rakkadakı acınacaqlı, dramatik mənzərə canlandırılıb.

 


Modern.az saytı
beynəlxalq ictimai-siyasi gündəmin əsas mövzularından birinin Rakka olduğunu nəzərə alıb, ABŞ-ın məşhur nəşrinin hazırladığı reportajı Azərbaycan dilinə tərcümə edib.

 

Həmin reportajı ixtisarla təqdim edirik.

“Rakkanın qərbində hündürlüklərdə yerləşən snayper mövqeləri – bunlar Amerikanın dəstəklədiyi milis qüvvələrinin əraziyə nəzarətini, müşahidələrini həyata keçirir.

“Bizim isti supumuz, çörəyimiz var, çıxın və təslim olun”- döyüşçülərdən biri səsucaldan vasitəsi ilə müraciət edir. Daha sonra o, “İŞİD üzvləri və onların ailələri təhlükəsizlikləri üçün bizə təslim olublar” deyir.

Mən də Suriya Demokratik Qüvvələri adı ilə tanınan milis dəstələrinin müşayiəti ilə 10 gündür burda olan kiçik qrup jurnalistlərdən biriyəm.

Mən iki dəfə şəhərdəki cəbhə xəttinə getdim. O yerə ki, bura 4 aylıq döyüşlərdən sonra azad olunmuşdu.

Mən İŞİD-in bura gətirdiyi əzablar altında inləyən sivil vətəndaşlarla söhbət etdim. O insanlar ki, onlar 4 ildir ki, terrorçuların əlində girov qalmışdılar və nəhayət sağ qurtulublar. 

 

Bir həftə öncə, İŞİD-in özünə “paytaxt” elan etdiyi Rakka uğrunda qızğın döyüşlər gedirdi.

Döyüşlərdə minlərlə sivil insandan qalxan kimi istifadə edib öz maraqlarını təmin edən İŞİD-in  yüzlərlə üzvü öldürüldü. 

Bir neçə gün bundan qabaq İŞİD-in müqaviməti qırıldı, şəhərin terroçulardan azad olunduğu bəyan edildi. 

Ötən həftə mən Rakkanın şərqinə də getdim, burada dağıdılmamış küçə, bina, ev tapmaq çətin idi.

 

Şəhərin 12 millik məsafəsində yerləşən ərazilər ağır artilleriyadan atəşə tutulur, aramsız vızıltı səsləri var. Bu zərbələr nəticəsində İŞİD-in hələ də nəzarətində olan kiçik ərazidən tüstülər çıxır.

Milis qüvvələrindən olan döyüşçülər isə bombalanmış binadan müşahidə postları qurmuşdular. Onların bir neçəsi pusquya düşmüşdü,  bədənləri kəsilmişdi. Biri ölmüşdü, 2 nəfər isə ağır yaralanmışdı.

Zirehli texnikaların olmaması səbəbindən yaralı əsgərlərin xilasetmə əməliyyatı başlamadı, yəni yaralıların qapalı məkanda və nisbətən təhlükəsiz bir şəkildə aparılması üçün vasitə yox idi.

 

Bombalanmış başqa bina isə bir neçə yüz yard buradan uzaqdadır və budur, döyüşçülər bunun fərqinə varırlar.

 

Onlardan ikisi divarda əmələ gələn dəliklərdən atəş açmağa başlayır. Onlar mən də daxil olmaqla digər jurnalistləri arxa cəbhəyə göndərir, çünki əks-hücum hazırlanırdı.

Növbəti gün mən hospitalda 25 yaşlı çiynindən güllələnən Məhəmməd Şeko ilə danışdım.

Onun 18 yaşı var, dostları, yoldaşları ilə bir batalyonda olub. O, 2 gün öncə artilleriya atəşi nəticəsində yaralanıb.

Əlləri sarğı içərisindədir. Raqavinin vəziyyəti yoldaşından daha ağırdır, ona görə də, qida qəbul etməsi üçün köməyə ehtiyacı var.

O, başını çarpayısının köhnə metal başlığına söykəyib. Digər yaralı yoldaşı isə ona yemək verir – qaşıqdolusu düyü və toyuq əti.

 


Digər yaralı Şeko isə mənə deyir ki, İŞİD döyüşçüləri xilasetmə əməliyyatları başlayanda hücuma keçiblər və onları pusquya salıblar.

 

“Onlar bizi pusquya salmağı gözləyirdilər, əsgərlər xilasetmə əməliyyatları üçün əraziyə gələndə, İŞİD hücuma keçdi” – Şeko olanlar barədə belə deyir.

Şeko düşünür ki, yaralanmaq azdır, xalqı üçün ölməyə də hazırdır.

Digər gənc, 20 yaşlı Ömər al-Abed isə 3 ay bundan qabaq ölüb, lakin mənə məlumat verirlər ki, onun cəsədi bir neçə gün bundan qabaq qaytarılıb.

Onun  qohumlarının və yoldaşlarının dediyinə görə, Ömər İŞİD-in kamikadzesini yaxalayıb və özünü sipər edərək dostlarını terrorun pəncəsindən qurtarıb, lakin özü də oradaca ölüb.

Ömər ötən həftə Hukumyadakı şəhidlər qəbiristanlığında dəfn edilib, bura Rakkanın şimal-qərbidir.

Onu basdırarkən məzarını torpaqla doldurmaq vaxtı gələndə qadın və kişi döyüşçülər öz silahlarını yerə qoyurlar və əllərinə bel götürürlər.

Və onların uniformaları toz və göz yaşlarına qarışıb.

 

Dəfn mərasimi bitdikdən sonra bir qədər kənarda çaşqınlıq yarandı, hamı mavi baş örtüklü xanımın başına yığıldı. Bəlli oldu ki, o, Ömərin bacısıdır.


Ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatına görə, Rakkadakı döyüşlər zamanı 3 mindən çox insan ölüb. Onların 1130-u sivillərdir. Bir çoxları isə itkin düşüb.

Mən ötən həftə “Sərhədsiz Həkimlər” təşkilatı tərəfindən dəstəklənən xəstəxanaya getdim. Bura Rakkanın şimalındadır və Türkiyə ilə sərhəddir.


Mən 52 yaşlı Abdul Hemedi ilə söhbətləşirəm, o, başından ağır yaralanandan sonra bu ilin oktyabrın 6-da Rakkadan çıxıb. 

Deyir ki, başından yaralanandan sonra özünü qonşusunun evində başı sarıqlı vəziyyətdə tapıb. Bir gün sonra isə Abdul Hemedinin evi dağıdılıb. Onun oğlu Məhəmməd isə hələ də itkindir.

Onun başında yanıq və qanaxma var, ona hazırda həyat yoldaşı və kiçik oğlu baxır. Oğlunun adı Bassamdır, o, bir neçə aylıq ayrılıqdan  sonra yenidən ailəsinə qovuşmasının sevincini yaşayır.

Məhəmmədin həyat yoldaşı Kavter al-Obaid isə deyir ki, ərinin sağ olduğuna inanırdı və bu ümidi doğruldu.

“Həmişə ümidli idim ki, Məhəmməd sağdır. Hissiyyatım mənə belə deyirdi. Həmişə düşünürdüm ki, o, hər an qapını açacaq və içəri daxil olacaq”- xanım Obaid belə bildirir.

 

Bazar ertəsi səhər mən Suriya Demokratik Qüvvələrinin qoruduğu, Rakkanın qərbində yerləşən xəstəxanaya getdim.

Məsul komandir bildirir ki, şəhərdə cəmi 50-70 arası döyüşçü qalıb.

Rakkanın qaytarılması üçün 4 aydır ki, atılan addımlar kabusu arxada qoydu, amma bu, minlərlə sivilin ölümü ilə nəticələndi. Rakkanın böyük bir hissəsində qədim zamanlardan bəri yaşayış məskəni olub.

İŞİD zamanında Rakka şəhərinin genişmiqyaslı fiziki məhvinə start verilib. Məni müşayiət edən döyüşçülər isə dağıdılmış binalardan sığınacaq kimi istifadə edirdilər.

 

İŞİD-in nəzarətində olan vaxtlarda Rakka sakinləri terrorçuların təzyiqlərinə, zorakılıqlarına, qəddar repressiyalarına məruz qalıblar. Sürgündə yaşayan insanlara kömək edənlər isə öz həyatlarını riskə atıblar.

 

“Biz Ramazan ayından bəri çörək yemirdik, çünki çörək bişirmək üçün un ala bilmirdik” bunu ailəsi ilə şəhəri tərk edən 37 yaşlı Yunus Ömər məsciddə mənə bildirir.

O danışdıqca,  solğun bənizli və yetərincə qidalanmayan övladları sadə şəkildə bişirilmiş toyuq əti və çörəyi acgözlüklə yeyirdilər..”.



hazırladı Aqşin Kərimov


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Tural
21.10.2017, 10:54

Sağ olun gözəl tərcümə üçün.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şəmkirdə meyvə ağacları yanıb
25.06.2018, 19:14

Şəmkirdə meyvə ağacları yanıb

İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib
25.06.2018, 18:49

İlham Əliyev Cibuti dövlət başçısını təbrik edib

Serj Sarkisyanın qardaşı saxlanıldı
25.06.2018, 18:47

Serj Sarkisyanın qardaşı saxlanıldı

Səməd Seyidov: “AŞPA-nın islahatlara ehtiyacı var”
25.06.2018, 18:39

Səməd Seyidov: “AŞPA-nın islahatlara ehtiyacı var”

Abituriyentlər hansı qeyri-dövlət universitetlərini seçirlər? – STATİSTİKA
25.06.2018, 18:11

Abituriyentlər hansı qeyri-dövlət universitetlərini seçirlər? – STATİSTİKA

Ərdoğanın sarsıdıcı qələbəsi – Müxalifət niyə ağ bayraq qaldırdı?
25.06.2018, 18:04

Ərdoğanın sarsıdıcı qələbəsi – Müxalifət niyə ağ bayraq qaldırdı?

Zakir Həsənov hərbçiləri təbrik etdi
25.06.2018, 17:52

Zakir Həsənov hərbçiləri təbrik etdi

İranda devalvasiya əleyhinə mitinq keçirilib
25.06.2018, 17:40

İranda devalvasiya əleyhinə mitinq keçirilib

Azay Quliyev: “Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi”
25.06.2018, 17:38

Azay Quliyev: “Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi”

Qanunsuz balıq ovu edən şəxs saxlanıldı
25.06.2018, 17:33

Qanunsuz balıq ovu edən şəxs saxlanıldı

“Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib” - Anar Cəbrayıllı
25.06.2018, 17:33

Məzun olduğum universitet bu gün nüfuzlu ali məktəbə çevrilib” - Anar Cəbrayıllı

General Manvel Qriqoryanın arvadı da həbs olundu
25.06.2018, 17:16

General Manvel Qriqoryanın arvadı da həbs olundu

Manatın iki günlük MƏZƏNNƏSİ açıqlandı
25.06.2018, 17:12

Manatın iki günlük MƏZƏNNƏSİ açıqlandı

İlham Əliyev: "Azərbaycan Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır"
25.06.2018, 17:10

İlham Əliyev: "Azərbaycan Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır"

Agentlik xəbərdarlıq etdi: “Qarpızı avqustda yeyin”
25.06.2018, 16:51

Agentlik xəbərdarlıq etdi: “Qarpızı avqustda yeyin”

Sabahkı paradın aparıcısı hərbi keçidin bəzi detallarını Modern.az-a AÇDI
25.06.2018, 16:37

Sabahkı paradın aparıcısı hərbi keçidin bəzi detallarını Modern.az-a AÇDI

Siyasi partiyalar da sabahkı paradı alqışlayırlar...   
25.06.2018, 16:27

Siyasi partiyalar da sabahkı paradı alqışlayırlar...  

NATO-nun keçmiş Baş katibi ABŞ-a buraxılmadı
25.06.2018, 16:16

NATO-nun keçmiş Baş katibi ABŞ-a buraxılmadı

Daha bir erməni təxribatının qarşısı alındı   
25.06.2018, 16:14

Daha bir erməni təxribatının qarşısı alındı  

Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi
25.06.2018, 16:13

Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi

Bakıda keçiriləcək parad Paşinyanı qorxuya saldı - Təhlükəsizlik Şurasını təcili topladı
25.06.2018, 16:12

Bakıda keçiriləcək parad Paşinyanı qorxuya saldı - Təhlükəsizlik Şurasını təcili topladı

NATO üçün kabusa çevrilən “Qara dəlik”...
25.06.2018, 16:05

NATO üçün kabusa çevrilən “Qara dəlik”...

Bakıda mənzildə qadın meyiti tapıldı
25.06.2018, 15:56

Bakıda mənzildə qadın meyiti tapıldı

Qənirə Paşayeva AŞPA-da Azərbaycanla bağlı çağırış etdi
25.06.2018, 15:54

Qənirə Paşayeva AŞPA-da Azərbaycanla bağlı çağırış etdi

UNEC-də “Məzun Günü” keçiriləcək
25.06.2018, 15:52

UNEC-də “Məzun Günü” keçiriləcək

Müdafiə Nazirliyindən parad AÇIQLAMASI: 4 min əsgər,  240 texnika, 70-dən artıq uçuş vasitəsi...
25.06.2018, 15:36

Müdafiə Nazirliyindən parad AÇIQLAMASI: 4 min əsgər,  240 texnika, 70-dən artıq uçuş vasitəsi...

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı
25.06.2018, 15:31

Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı

Əfqanıstan hökuməti Talibanla Bakıda danışıqlar aparacaq? – XİN-dən AÇIQLAMA
25.06.2018, 15:16

Əfqanıstan hökuməti Talibanla Bakıda danışıqlar aparacaq? – XİN-dən AÇIQLAMA

Azərbaycan 70-dən çox yeni gəmi alacaq
25.06.2018, 15:12

Azərbaycan 70-dən çox yeni gəmi alacaq

Dünya Çempionatlarının unudulmaz REKORDLARI
25.06.2018, 15:06

Dünya Çempionatlarının unudulmaz REKORDLARI

Yasamalda qadına zor tətbiq edib çantasını alan şəxs tutuldu
25.06.2018, 15:05

Yasamalda qadına zor tətbiq edib çantasını alan şəxs tutuldu

Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ  
25.06.2018, 15:05

Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ  

Bakıda Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları keçiriləcək
25.06.2018, 15:03

Bakıda Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları keçiriləcək

“Keçmiş müdafiə naziri kimi bir arzum var” - Tahir Əliyev
25.06.2018, 14:57

“Keçmiş müdafiə naziri kimi bir arzum var” - Tahir Əliyev

Azərbaycanlı xanım BP-yə vitse-prezident təyin olundu
25.06.2018, 14:55

Azərbaycanlı xanım BP-yə vitse-prezident təyin olundu

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(11.0%)
Braziliya(25.8%)
Almaniya(10.1%)
İngiltərə(2.11%)
Portuqaliya(11.8%)
İspaniya(5.50%)
Fransa(4.23%)
Belçika(2.54%)
Seneqal(3.38%)
Rusiya(23.3%)