17 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - Bakının məşhur qonaqları: Hacı Zeynalabdin Tağıyevin pərt etdiyi rus Çarı niyə gəlmişdi...   
Bakının məşhur qonaqları: Hacı Zeynalabdin Tağıyevin pərt etdiyi rus Çarı niyə gəlmişdi...   
24.10.2017, 15:47

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir.

Bakıya kimlər gəlməyib?..

Bu dəfə nisbətən daha köhnə illərə, XIX əsrin sonlarındakı köhnə Bakıya ekskurs edəcəyik.

Bakının bütün dünya üçün parladığı bir zamanda, neft quyularının ard-arda fontan vurduğu dövrdə bura xeyli məşhur insanlar gəldi. Amma bir nəfər vardı ki, onun gəlişi əsl möcüzə sayılırdı. Bu, Çar Rusiyasının imperatoru III Aleksandr idi. Xanlıqların süquta uğrayıb Rusiyanın tərkibinə keçməsindən sonra müsəlman, türk şəhərinə - Bakıya gələn ilk Çar məhz Aleksandr oldu. Onun 1888-ci ildəki səfəri bir Çarın Bakıya həm birinci, həm də axırıncı güzarı oldu… Çünki 1917-ci ilə bir o qədər də çox qalmamışdı…

Romanovlar sülaləsinin sonuncu imperatorlarından olmuş Çar III Aleksandr 1881-ci ildə 25 yaşında hakimiyyətə gəlib. İki ildən sonra tacqoyma mərasimi baş tutub. Hakimiyyətdə olduğu müddətdə əsasən iki məsələyə xüsusi diqqət yetirib: birincisi, bütün imperiya ərazisində ortodoksal dinin, xristianlığın yayılması, ikincisi isə, Çar təbəəliyində olan bütün yerlərdə ruslaşdırma siyasətinin həyata keçirilməsi. Bu səbəbdən də imperiyanın tərkibində olan ən ucqar yerlərdə belə, kilsələr tikilməsinin tərəfdarı idi. Elə Bakıya da bu səbəbdən gəlmişdi. III Aleksandrın siyasətinin əsasında vahid dini, vahid dili və vahid idarəetmə mərkəzi olan bir ölkə yaratmaq dururdu. Lakin Çar Rusiyasının sərhədləri çox geniş idi. Nəhəng Qafqazın özü həmin dövlətin yalnış bir canişinliyi sayılırdı. Həmin canişinlik quberniyalara, quberniyalar isə mahal və nahiyələrə bölünürdü. Bu səbəbdən də III Aleksandrın Sankt Peterburqdan ayrılaraq, kiçik (XIX əsrin sonlarındakı baxış bucağı ilə) Bakı quberniyasına (o dövrün ərazi bölgüsünə görə) gəlməsi həqiqətən də, gözlənilməz idi. Çar ilk dəfə olaraq hakimiyyət müddətində bir müsəlman şəhərinə gəlmişdi. Amma əbəs yerə yox…
O dövrün ən mahir bilicisi sayılan tədqiqatçı, yazıçı Manaf Süleymanov özünün xatirələrində və qələmə aldığı iki kitabda Çarın Bakıya gəlişi barəsində maraqlı məqamları vurğulayıb:
 


Hacı Zeynalabdin Tağıyevun “itaətsizliyi”…
 

“1888-ci ilin payızında, oktyabr ayının əvvəllərində imperator III Aleksandr Tiflisdən ailəsiylə Bakıya gəlir. Vağzal başdan-başa xalı-xalça, bayraqlarla bəzədilmiş, hasarların üstündə və birmərtəbəli binaların kəlləbəndlərində bir-birindən bir arşın aralı qara çıraqlar yandırılmışdı. Milyonçular, tacir və əyanlar bir tərəfdə, yüksək rütbəli mülki və hərbi məmurlar digər tərəfdə, silahlı əsgərlər divar kimi səf çəkib durmuşdular. Çarı əvvəlcə milyonçu Hacı Zeynalabdin Tağıyev salamlayacaqdı. Şahanə qatar stansiyaya daxil olur. Az sonra Çar III Aleksandr hərbi libasda vaqondan düşür. Hamı papağını götürür, Tağıyevdən başqa. Qubernator təkid edirsə də, o, qulaqardına vurur. Hacı Zeynalabdin Tağıyev, bir tərəfində qubernator, bir tərəfində şəhər bələdiyyə rəisi III Aleksandra yaxınlaşır. Hacı xoşgəldin edir. Çar papağını çıxarmadığı üçün ona tünd-tünd baxıb soruşur: “Çey tı podannıy?” (sən kimin rəiyyətisən?).
Qubernator Hacıya pıçıldayır ki, “Skaji, ya podannıy vaşeqo veliçestva” (de ki, siz əlahəzrətin təbəəsiyəm). Hacı Zeynalabdin isə öz bildiyini deyir: “Ya podannıy Russkoy İmperii” (Mən Rusiya İmperiyasının rəiyyətiyəm).

Hacı Zeynalabdin Tağıyev sonradan bu “sərtliyinin” fəsadlarını görür. Birbaşa Çar tərəfindən ona qarşı xeyli maneələr yaradılır ki, bu da milyonçunun biznesinə ağır zərbələr vurur.

Çarın qəribə təltifi

Çarın  gəlməyinə üç gün qalmış carçılar küçələrə düşüb car çəkə-çəkə şəhər əhlinə xəbər verirdilər ki, “əlahəzrət şəhərimizə varid olacaq”.


Vaxt çatanda, camaat səhər tezdən Çarın keçəcəyi Balaxanı (indiki-Füzuli) küçəsinə, Quba (Füzuli) meydanına və Bazar (Hüsü Hacıyev) küçəsinə gəlir. O vaxt həmin küçələr birmərtəbəli binalarla əhatə olunmuşdu. Vağzaldan ta keçmiş müsəlman qəbiristanına qədər yolboyu küçələrə, meydanlara xalı-xalçalar döşəmişdilər. O tay-bu tay alçaq binaların damlarına qara çıraqlar qoymuşdular, hamısı da yanırdı. Hər iki tərəfdə səkilərin qırağında əsgərlər durub, tüfəngləri hazır saxlamışdılar. Camaat isə əsgərlərin arxasında-qabaqda ruslar, arxada qeyri millətlər dayanıb həyəcanla, maraqla çarın gəlməyini gözləyirdilər.

Həmin hadisələrin şahidi olan Mütəllib adlı bir çarıqçı öz xatirələrini köhnə Bakının araşdırmaçıları ilə də bölüşmüşdü:

“Bir də gördük ki, uzaqdan padşahın (Çar nəzərdə tutulur) qızıl-gümüş bəzənmiş karetası gəlir. Quba meydanına səmt götürən karetanı daldan atlı kazaklar, yanlardan jandarmlar müşayiət edirdilər. Camaat da arxada yeriyirdi. Birdən bir qoca müsəlman kişi, əlində də məşəl, mühafizə dəstələrinə baxmayıb, karetanın qabağına atıldı. Başladı meydan tərəfə qaçmağa. İmperatoru müşayiət edən kazaklar atlarını məhmizləyib, kişini bir anda araya alıb tutdular. Bu mənzərəni karetadan görən imperator, atları saxlatdırdı, əmr etdi ki, qocanı onun yanına gətirsinlər. Qoca diz çöküb təzim etdi, əlindəki ərzi-halı Çara uzatdı. O da kağızı dilmanca verib nə yazıldığını xəbər aldı. Mətləbdən halı olanda, dodaqları qaçdı, gülümsədi, dönüb yavərinə nə isə tapşırdı. Qocanı buraxdılar. Sonra məlum oldu ki, qocanın oğlu sözünə baxmır, onu incidir, xərclik vermir. Oğlu Şəhər Dumasında qulluq sahibi idi. Deyilənə görə, padşah əmr edib ki, kişiyə oğlunun rütbəsindən bir pillə yüksək rütbə-ad verilsin ki, oğlan onun sözünə qulaq assın, üzünə qayıda bilməsin, sözündən çıxanda qanunla onu cəzalandıra bilsin”.


Altı qızıllı kilsə

İndi keçək, əsas məsələyə. Çarın Tiflis səfəri əsnasında səmtini Bakıya döndərən əsas səbəbdən, yəni, kilsədən danışaq. O dövrün zənginləşməkdə olan, ard-arda fontan vuran neft quyularının sayəsində artıq bütün Avropada, dünyada tanınmaqda olan, varlıları cəlb edən Bakısına Çarın qəfil gəlişi əslində, düşünülmüş siyasət idi. O, bu addımı ilə həm əsas siyasi addımlarından birini həyata keçirmiş, kilsənin özülünü qoymuş, həm də “kükəklər şəhəri”nə olan nəzarətin artırılmasının vacibliyini göstərmişdi.
 

“Kareta köhnə qəbiristan tərəfə getdi. Qəbiristanı təmizləyib, kilsə binası üçün özül qazmışdılar. Ətrafdakı alçaq binaların üstü tamaşaçılarla dolu idi. Kareta yaxınlaşanda camaat əl çaldı. III Aleksandr qabaqda, dalınca iki keşiş karetadan düşüb özülə endilər. Keşişlərin hər biri Çara qızıldan balaca bir kərpic verib mərasim duası oxumağa başladılar. Fiziki gücünü yeri gəldikcə nümayiş etdirməyi sevən imperator bel-külüngü alıb zəxirə qoyulacaq yeri düzəltdi, sonra da malanı qapıb əməliyyatı davam etdirdi. Bu, izdihama çox xoş təsir bağışladı, afərinlər deyildi. (III Aleksandrda doğrudan da pəhləvan gücü vardı. Ailəsilə Peterburqa gedəndə inqilabçıların vaqona qoyduqları bomba partlamışdı. III Aleksandr tez çiynini uçmaqda olan tavanın altına verib, ailəsinin vaqondan düşməsi üçün imkan yaratmışdı).
Çar qızıl kərpicləri şahanə sincab mantosunun ətəyilə silib öz əlilə özülə qoydu. Bakı milyonçuları da, Hacı Zeynalabdin Tağıyev başda olmaqla hərə öz adına layiq qızıl doldurulmuş mücrü, qapaqlı mis qab və taxta qutu gətirib imperatora verdilər ki, özül dəfinəsinə qoysun. III Aleksandr verilən hədiyyələri də özülə qoydu, keşişlər avazla ucadan dua oxudular. Bənnalar özülün inşaat tarixi yazılmış sicili bünövrəyə qoydular. Divarını hörməyə başladılar”. (Manaf Süleymanov, “Hacı Zeynalabdin Tağıyev” kitabı).

Baş tutmayan “aministiya”

Çarın Bakıda olduğu günün səhərisi carçılar bəziləri piyada, bəziləri dəvə üstündə küçə və bazarlarda gəzib car çəkdilər ki, “Çar dustaqlara mərhəmət edib bağışlayıb. Özü Kömürçü meydanı ilə Quba meydanı arasındakı mərkəzi həbsxanaya gedib dustaqları azad edəcək. Tamaşa eləmək istəyənlər dustaqxana qabağına gələ bilərlər”.

Bundan sonrakı hadisələri Manaf Süleymanov nəql edir. Şahidlərdən eşitdikləri əsasında:

“Camaat səhər tezdən qazamat qabağında idi. Kənarda dayanıb tamaşa edirdilər. Atlı kazakların araya aldıqları kareta gəlib qazamatın dəmir darvazası qabağında dayandı. Padşah düşdü. Zəhmli, yekəpər, kürən adam idi. Pişik gözü kimi parıldayan gözlərindən od yağırdı. Yanındakılara əlilə nə isə işarə etdi. Nəhəng dəmir darvazanı açdılar. Dustaqları bir-bir Qanlı təpə küçəsinə buraxmağa başladılar. Qorxa-qorxa yeriyən dustaqlar ikiqat əyilib özlərini mümkün qədər divar tərəfə verirdilər. Görünür padşahın qəzəbli görkəmi, zəhmi onları lərzəyə salmışdı. O gün mollalar camaatı məscidlərə yığıb böyük mərhəmətinə görə dua oxuya-oxuya Çara təşəkkür edir, özünə və ailəsinə cansağlığı, taxt-tacının yüz illərlə bərqərar olmasını diləyirdilər.

Bu əhvalatdan bir ay keçməmiş, jandarmalar evbəev düşüb Çar tərəfindən buraxılmış dustaqların bəzilərini asi adlandıraraq, təzədən tutub qazamata saldılar”.


Sonuncu gün və gizli niyyət

Üçüncü gün Çar ailəsi neft mədənlərinə tamaşaya gedir. Milyonçular Çarı Sabunçu stansiyasında duz-çörəklə qarşılayırlar. Çar ailəsi Nobel qardaşlarının neft anbarlarına, sonra Şəmsi Əsədullayevin nasos stansiyasına, ən güclü üç buruğuna tamaşa edir.

Çar kanat üsulu ilə qazılan bir quyuya da baxır. Neft milyonçuları imperatoru və onun ailəsini qəbul etmək üçün iki yerdə xüsusi çadır-pavilyon qurmuşdular. İmperator onu müşayiət edənlərlə əvvəldən iki yerdə-biri Avropa, digəri Şərq üslubunda düzəldilmiş çadırların birincisinə girir. Oturandan sonra çadırın ətəklərini qaldırıb fontan vuran quyunu nümayiş etdirirlər. Çay içib, şirniyyat yeyə-yeyə fontana maraqla tamaşa edirlər.

Daha sonra isə Çar  Şərq çadırına gedir. Bunun özü əslində, bir siyasət idi. Həm Qərb, həm Şərq düşüncəsini özündə birləşdirən Bakı ruhunu bu iki çadırda görmək olardı:

“Sonra da Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və qeyri-müsəlman neftxudaların düzəltdirdikləri şərqsayağı bəzədilmiş ikinci çadıra gedirlər. Tağlı girəcəyi qiymətli xalı-xalçalarla bəzəmişdilər. Darvazadan çadıra qədər yerə bahalı, nadir xalı, gəbə və xalça döşəmişdilər. Çadırın içərisi ipəyə, zər-ziba parçalara tutulmuşdu. şəhərə qayıdandan sonra Çarın şərəfinə ziyafət verildi”.

Deyilənlərə və yazılanlara görə,  Çar Bakıdan çox razı gedib. Özü də təkcə şərəfinə verilən qonaqlıqlara görə yox. Həm aşkar, həm də gizli niyyətinin nisbətən də olsa həyata keçdiyi üçün o, çox xoşbəxt idi…




E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlin sonunda Azərbaycanda Latviya Ticarət Evi açılacaq
17.10.2018, 20:03

İlin sonunda Azərbaycanda Latviya Ticarət Evi açılacaq

Asiyada ilk dəfə eynicinsli nikahlar leqallaşdırıla bilər
17.10.2018, 19:55

Asiyada ilk dəfə eynicinsli nikahlar leqallaşdırıla bilər

“Qarabağ”ın sabiq qapıçısı “Qalatasaray”a keçə bilər
17.10.2018, 19:42

“Qarabağ”ın sabiq qapıçısı “Qalatasaray”a keçə bilər

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı
17.10.2018, 19:29

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı

Bakıda 50 yaşlı qadın itkin düşdü
17.10.2018, 19:16

Bakıda 50 yaşlı qadın itkin düşdü

Putin Türkiyəyə səfər edəcək
17.10.2018, 19:05

Putin Türkiyəyə səfər edəcək

Almaniyalı nazir Səudiyyə Ərəbistanına səfərini təxirə salıb
17.10.2018, 18:54

Almaniyalı nazir Səudiyyə Ərəbistanına səfərini təxirə salıb

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanuna dəyişikliklər
17.10.2018, 18:45

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanuna dəyişikliklər

Heydər Əliyev Mərkəzində Sadhqurunun müharizəsinə biletlər bitdi
17.10.2018, 18:36

Heydər Əliyev Mərkəzində Sadhqurunun müharizəsinə biletlər bitdi

Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırıldı
17.10.2018, 18:25

Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırıldı

Şəkidə yol tikintisinə 20 milyon manat ayrıldı
17.10.2018, 18:18

Şəkidə yol tikintisinə 20 milyon manat ayrıldı

Prezident akademiklərə 2000 manat maaş kəsdi
17.10.2018, 18:07

Prezident akademiklərə 2000 manat maaş kəsdi

Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb
17.10.2018, 18:02

Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır
17.10.2018, 17:45

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq
17.10.2018, 17:34

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi
17.10.2018, 17:27

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI
17.10.2018, 17:27

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  
17.10.2018, 17:26

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  

Binəqədidə Müstəqillik günü qeyd olundu
17.10.2018, 17:19

Binəqədidə Müstəqillik günü qeyd olundu

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ
17.10.2018, 17:16

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ

Manat və dolların sabahkı məzənnəsi
17.10.2018, 17:11

Manat və dolların sabahkı məzənnəsi

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu     
17.10.2018, 17:07

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu  

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək
17.10.2018, 17:02

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı
17.10.2018, 16:40

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ   
17.10.2018, 16:30

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ  

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı
17.10.2018, 16:25

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı

Bakının mərkəzində yol çökdü - FOTOLAR
17.10.2018, 16:11

Bakının mərkəzində yol çökdü - FOTOLAR

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  
17.10.2018, 16:06

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  
17.10.2018, 16:00

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  

UNEC sorğunun qalibi oldu
17.10.2018, 15:58

UNEC sorğunun qalibi oldu

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub
17.10.2018, 15:42

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub

Əbülfəs Qarayev şikayətləri dinlədi
17.10.2018, 15:37

Əbülfəs Qarayev şikayətləri dinlədi

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu
17.10.2018, 15:28

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər
17.10.2018, 14:56

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU
17.10.2018, 14:44

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxıb  
17.10.2018, 14:29

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxıb  

Krımda partlayış: 10 nəfər öldü
17.10.2018, 14:28

Krımda partlayış: 10 nəfər öldü

Həsənquliyevin Qarabağla bağlı qanun layihəsində nələr var...
17.10.2018, 14:09

Həsənquliyevin Qarabağla bağlı qanun layihəsində nələr var...

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır
17.10.2018, 13:54

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır

Azərbaycan raketləri döyüş vəziyyətinə gətirildi - VİDEO
17.10.2018, 13:45

Azərbaycan raketləri döyüş vəziyyətinə gətirildi - VİDEO

Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT
17.10.2018, 13:42

Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi
17.10.2018, 13:40

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi

27900 şüşə saxta aksizli içki aşkarlandı
17.10.2018, 13:33

27900 şüşə saxta aksizli içki aşkarlandı

Yeni il ərəfəsində əfv olmayacaq
17.10.2018, 13:21

Yeni il ərəfəsində əfv olmayacaq

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  
17.10.2018, 13:02

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı
17.10.2018, 12:55

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı   
17.10.2018, 12:49

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı  

Sabah hava necə olacaq? - PROQNOZ   
17.10.2018, 12:39

Sabah hava necə olacaq? - PROQNOZ  

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” müsabiqəsi elan etdi
17.10.2018, 12:35

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” müsabiqəsi elan etdi

Nazirlik:  Bayıldakı sürüşmədə bir ev dağılıb
17.10.2018, 12:27

Nazirlik:  Bayıldakı sürüşmədə bir ev dağılıb

ARXİV