24 fevral 2018, Şənbə
Ana Səhifə - CƏMİYYƏT - Rəsulzadənin dəfnindən “Reportaj”- “Onun əleyhinə danışanlar tövbə etməlidirlər”
Rəsulzadənin dəfnindən “Reportaj”- “Onun əleyhinə danışanlar tövbə etməlidirlər”
12.11.2017, 00:22

Modern.az Azərbaycan Cümhuriyyətinin gələn il keçiriləcək 100 illik yubileyi münasibəti ilə hazırladığı silsilə yazılarına davam edir.

Bu dəfə yenə də bu böyük missiyasının banisi, dövlətin qurucusu Rəsulzadədən, daha doğrusu, onun bu dünyadakı son günündən danışacağıq:

Rəsulzadə son nəfəsinədək Azərbaycan adlanan bir ailənin uğrunda vuruşdu. Özü ilə bərabər, ailəsini də bu mücadiləyə qurban etdi. 1955-ci ilin martında son nəfəsində üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək dünyasını dəyişəndə ailəsindən yalnız kiçik övladı Azər qalmışdı….

 

Həmin o mart gücəsində son nəfəsində oğlu Rəsulun günahsız yerə güllələnməsi xəbərini alarkən sarsılması, həyat yoldaşı Ümbülbanu xanımın, qızı Xalidənin, oğlu Azərin, analığı Maral ananın sürgün olunması xəbərini, Maral ananın, ömür-gün yoldaşı, əmisi qızı Ümbülbanu xanımın ölüm xəbərlərini eşidərkən, üç ildən sonra böyük qızı Lətifənin körpə uşağı Evşənlə birlikdə soyuqdan donub ölmələri xəbərini öyrənərkən yaşadığı dəhşətləri yenidən göz önünə gətirdi. Amma yenə də canını və ömrünü fəda etdiyi böyük Ailə- Azırbaycan gəlib gözlərinin qarşısında dayandı və 3 dəfə ard-arda o kəlməni söylədi.  

 

Daha sonra isə xırıltı…

 

Ankara radiosu 1955-ci ilin martın 7-də saat 22:45-də M. Ə. Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı. Martın 8-də Ankaranın Hacı Bayram camisində M.Ə. Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar.

 

 

Dəfndə ilk sözü Əbdülvahab Yurdsevər söylədi: “Əziz qardaşlarım! Bu gün son yarım əsrlik türk tarixinin ən böyük, ən nurlu simalarından birini torpağa təslim edirik. Məhəmməd Əmin Rəsulzadə əlli ildən çox siyasi, ictimai, elmi, ədəbi çalışmaları, türklük və Azərbaycan istiqlalı uğrundakı qəhrəmanca savaşları ilə bu yüksək ünvana və şanlı mərtəbəyə çatmışdır. Emin bəy türk ulusunun qurtuluş yolunu təşkilatlandıran, parlaq bir istiqbala doğru götürənlərdən biridir. Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur”.

 

Daha sonra isə Əhməd Cəfəroğlu çıxış edib: “Vücudunu bir gün göz yaşları içində Anadolunun əziz torpaqlarına əmanət etdiyimiz böyük ustad Məhəmməd Əmin Rəsulzadə milli hürriyyət və istiqlal uğrunda əlli ildən bəri şanla və şərəflə apardığı çətin mübarizə yoluna gənc yaşlarında Bakıdan başlayaraq Tehranda və İstanbulda eyni şövq və həyəcanla davam etmiş, hadisələrin seyrinə təkrar Azərbaycana dönmüş, orada yandırdığı müqəddəs qurtuluş məşəlini 1917-ci ildə Moskvada toplanan türk və müsəlman nümayəndələrinin tarixi qurultayına qədər götürmüş, orada inam ilə qəlbləri tutuşdurmuş, dönüşündə Azərbaycanın rus zülmündən qurtuluşunda və istiqlalını elan edilişində baş rol oynamış, bolşevik istilasından sonra yenə yurdunu tərkə məcbur qalaraq Avropa məmləkətlərinə çıxmış... Nə şərəfli bir həyat!”.

 

 

Mirzə Bala Məmmədzadənin çıxışından: “Milliyyətçi, istiqlalçı, demokrat və inqilabçı Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal!” ,– deyə dünyaya göz açdı və yenə “İnsanlara hürriyyət, millətlərə istiqlal!”,– deyə həyata göz yumdu. O, prinsipə sədaqətin, məfkurəyə bağlılığın və bu yolda fədakarlıq, əzm və səbatın da timsalı idi. Çünki o, tam mənası ilə fəzilət sahibi, kamil bir insan idi”.

 

Professor Zəki Vəlidi Toğanın çıxışından: “Əgər bu mühit əzizləri seçən bir mühit olsaydı, mən mərhum Emin bəyin əziz olaraq seçilməsinə rəy verərdim. Bu günə qədər onun əleyhinə olanlar tövbə etməlidirlər. Yoxsa Allah günahlarını bağışlamaz! Emin bəyi öldükdən sonra da yaşatmaq üçün azərbaycanlılar onun yolunu davam etdirməlidirlər!”.

 

Son söz üçün

 

Rəsulzadənin Ankaranın Əsri qəbristanlığındakı məzarı belə uzun illər kimlər üçünsə təhlükəli oldu. Amma Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublunun danışdığı bir əhvalat bu məzarın belə, nə qədər Azərbaycan fədaisi olmasına əyani sübutdur:

 

 

“Ankaradan çıxan günü Əsri məzarıstanlığına - Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə vidalaşmağa getdim. Məzarın yanında dolanarkən qəfildən bir qoca yaxınlaşdı mənə. Sorğusuz, sualsız sözə başladı.

 

- Kecən il bu vaxtlar (yəni 1990-cı ilin yanvar ayı ) məzarıstanlığa gəlmişdim. Elə bu qəbrin yanından birdən inilti səsi eşitdim. Yaxınlaşıb bir az da diqqətlə qulaq asdım. Yanılmamışdım, səs bu qəbirdən gəlirdi. Ağrılı, şikayətli bir inilti səsi idi. Mən xoflanıb bu qəbirdən uzaqlaşdım. Bir müddət özümə gələ bilmədim. Əhvalatı kimə danışdımsa, inanmadılar. Dedilər, səni qara basıb. Amma məni qətiyyən qara basmırdı. O qəbirdən inilti səsi gəlirdi:

Qəribə heyrət icində qocadan soruşdum:

- Siz kecən il yanvarın neçəsində olmuşdunuz burada?

 

Qoca dedi:

- Ayın ya on doqquzu idi, ya da iyirmisi. Çünki mən belə vaxt gəlib yaxın adamımın qəbrini ziyarət edirəm. Amma indiki kimi o səs yadımdadır. Qəbirdən ağrılı, şikayətli bir inilti səsi eşidilirdi.

 

Qoca bu sozləri deyib çıxıb getdi. Mən isə acı bir həqiqətin ağrısına bürünərək Ankaranın Əsri məzarıstanlığında, onun qəbri yanında donub qalmışdım. Və dərdli-dərdli düşünürdüm: Demək, ayın 20-si günü o qanlı yanvarda xalqımızın günahsız qanı axıdılanda qəbirdə rahatlıq tapmamısan. İgid oğullarımız düşmən gulləsinə nahaqdan hədəf tutulanda dozə bilməyib soyuq məzarda inildəmisən. Qeyrətli cavanlarımız al qan içində çırpınanda, analar ağı deyib fəryad qoparanda dayana bilməmisən, ağlayıb şikayətlənmisən”.

 

E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
"Boko Haram"  105 məktəblini qaçırıb
24.02.2018, 01:01

"Boko Haram"  105 məktəblini qaçırıb

Uşaq 8 ay adsız qalıb - Video
24.02.2018, 00:45

Uşaq 8 ay adsız qalıb - Video

Hindistan ballistik raketi sınaqdan keçirdi
24.02.2018, 00:24

Hindistan ballistik raketi sınaqdan keçirdi

Xızıda fabrik sürücüsünü döyərək 200 metr sürüdülər
24.02.2018, 00:08

Xızıda fabrik sürücüsünü döyərək 200 metr sürüdülər

Fələstin ABŞ-ı təxribatda suçlayır
23.02.2018, 23:55

Fələstin ABŞ-ı təxribatda suçlayır

Bakıdakı sığınacağa yerləşdirilən iki uşağın valideyni tapılmır - Video
23.02.2018, 23:41

Bakıdakı sığınacağa yerləşdirilən iki uşağın valideyni tapılmır - Video

Bu qurum fəaliyyətini dayandırdı
23.02.2018, 23:28

Bu qurum fəaliyyətini dayandırdı

Yollardakı qəzanın ilginc səbəbi
23.02.2018, 23:14

Yollardakı qəzanın ilginc səbəbi

Azərbaycan nefti bahalaşdı
23.02.2018, 22:59

Azərbaycan nefti bahalaşdı

Somalidə partlayış: 18 ölü, 20 yaralı
23.02.2018, 22:43

Somalidə partlayış: 18 ölü, 20 yaralı

“Ermənistanın seçkiqabağı  nağılbazlığı daxili istehlaka ünvanlanıb” - XİN
23.02.2018, 22:27

“Ermənistanın seçkiqabağı  nağılbazlığı daxili istehlaka ünvanlanıb” - XİN

ABŞ Məcburi Köçkün Gənclərə İngilis dili öyrənməyə kömək edir
23.02.2018, 22:15

ABŞ Məcburi Köçkün Gənclərə İngilis dili öyrənməyə kömək edir

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı haqqında danışılıb   
23.02.2018, 21:59

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı haqqında danışılıb  

Azərbaycanda bu sahələrdə artıma nail olunub
23.02.2018, 21:48

Azərbaycanda bu sahələrdə artıma nail olunub

Berlində Xocalı soyqırımının 26-cı ildönümü  anılıb - Foto
23.02.2018, 21:34

Berlində Xocalı soyqırımının 26-cı ildönümü  anılıb - Foto

Suriyada xəstəxana raket atəşinə tutuldu
23.02.2018, 21:21

Suriyada xəstəxana raket atəşinə tutuldu

Bakıda İran Kino Günləri başladı
23.02.2018, 21:07

Bakıda İran Kino Günləri başladı

ABŞ səfirliyi bu tarixdə Qüdsə köçürüləcək
23.02.2018, 20:55

ABŞ səfirliyi bu tarixdə Qüdsə köçürüləcək

Bu yollarda təmir yekunlaşdı - Fotolar
23.02.2018, 20:41

Bu yollarda təmir yekunlaşdı - Fotolar

Zakir Həsənov Belarusda medal aldı
23.02.2018, 20:26

Zakir Həsənov Belarusda medal aldı

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib
23.02.2018, 20:15

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

Bir həftədə 200 şagird və müəllim müayinə olunub
23.02.2018, 20:01

Bir həftədə 200 şagird və müəllim müayinə olunub

Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
23.02.2018, 19:51

Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Uşağa qulluğa görə verilən müavinət də artırıldı
23.02.2018, 19:00

Uşağa qulluğa görə verilən müavinət də artırıldı

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb
23.02.2018, 18:56

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir
23.02.2018, 18:46

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı
23.02.2018, 18:42

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada
23.02.2018, 18:37

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib
23.02.2018, 18:34

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı
23.02.2018, 18:27

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”
23.02.2018, 18:18

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”

Qarabağda 16 nəfər ölüb, 89 nəfər yaralanıb
23.02.2018, 18:08

Qarabağda 16 nəfər ölüb, 89 nəfər yaralanıb

Kadırov Stalinin goruna söydü
23.02.2018, 17:59

Kadırov Stalinin goruna söydü

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir  
23.02.2018, 17:45

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir  

Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”    
23.02.2018, 17:30

Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”  

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(16.2%)
“Bazarstore”(10.8%)
“Neptun” marketləri(2.70%)
“Favorit” marketi(6.75%)
“Makromarket”(2.70%)
“Bizim market”(1.35%)
“Rahat market”(2.70%)
“Bravo” marketləri(10.8%)
“Oba market”(9.45%)
Heç biri - digər mağazalar(36.4%)