18 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - CƏMİYYƏT - Böyük şəhərlərdə tıxaclardan qurtulmağın YOLLARI
Böyük şəhərlərdə tıxaclardan qurtulmağın YOLLARI
20.11.2017, 21:01

Yəqin elə bir avtomobil sahibi tapılmaz ki, tıxaclardan şikayətçi olmasın. Hazırda avtomobil tıxacları insanların gündəlik qarşılaşdıqları, stressə və gərginliyə səbəb olan problemlərindən biridir. Təbii ki, bu narahatlıq anlaşılandır. Bir tərəfdən vaxt itkisi, digər tərəfdən bu gərginliyin sağlamlığa vurduğu zərbə nəqliyyat vasitələrindən istifadə edənlərin haqlı giley-güzarına əsas verir. Bu problem dünyanın əksər ölkələrində yaşanır və həlli çox da asan başa gələn məsələ deyil.

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

Dünyada ən böyük avtomobil tıxacı 2010-cu ildə Çində qeydə alınıb. Avqustun 14-dən 25-ə kimi davam edən bu tıxac zamanı sürücülər 100 kilometr məsafəni beş günə qət ediblər.

 

Tıxaclardan ən çox əziyyət çəkən Hindistan sakinləridir. Bu ölkədə yaranan tıxaclar zamanı hətta polislər də sürücülərə kömək edə bilmirlər. Hindistanda yaranan tıxacların əsas səbəbi inəklərin avtomobil yollarının tən ortasında peyda olmalarıdır. Bu ölkədə isə onlara heç kim əl vura, yaxud qova bilməz. Çünki Hindistanda inək müqəddəs heyvan sayılır.

 

Avtomobil tıxacları ilk dəfə Romada yaranıb. Bu problemdən ilk əziyyət çəkən italyanlılar hazırda iş vaxtı şəxsi avtomobillə Romanın mərkəzinə girişi qadağan ediblər.

 

Sinqapurda tıxacların yaratdığı problemlərin aradan qaldırılması üçün hökumət nümayəndələri qeyri-adi üsula əl atıblar. Belə ki, onlar ölkələrində avtomobillərin satışına məhdudiyyət qoymaqla yanaşı, onların qiymətini bazar qiymətlərindən üç dəfə baha satılmasına qərar veriblər. Bununla bərabər hamının eyni vaxtda avtomobildən istifadə etməməsi üçün ölkənin dövlət müəssisələrində iş müxtəlif vaxtlarda başlayır.

 

İsveçdə avtomobil tıxaclarının yaratdığı problemlərə fərqli yanaşıblar. Ölkədə tıxacda qalanlar üçün xüsusi dua kitabları çap olunub. Sürücülər tıxacda qalan zaman səbrli olmaq üçün bu kitabdan istifadə edərək dua oxuyurlar.

 

Afinada tıxaclardan yaxa qurtarmaq üçün maraqlı bir sistem mövcuddur. Nömrələri cüt rəqəmlə bitən avtomobillər ayın cüt günləri, tək rəqəmlə bitən atomobillər isə ayın tək günləri sürülə bilər. Bu sistem yalnız iş günlərində tətbiq olunur. Tətbiq olunan bu sistemdən yayınmaq üçün Afinada yaşayan ailələrin 44 faizi ikinci avtomobili almaq məcburiyyətində qalıb ki, onların maşınlarının birinin nömrəsinin sonu tək, digərinin isə cüt rəqəmlə bitir.

 

Nyu-Yorkda sərnişindaşınma ilə məşğul olmaq üçün lisenziya alarkən sürücülərin tıxaclarda özünü aparmaqla bağlı kurslardan keçməsi mütləq şərtlərdən biridir.

 

Londonda tıxacların qarışısının alınması üçün şəhərin mərkəzinə şəxsi avtomobillə girişə ödənişli sistem tətbiq ediblər. Belə ki, bunun üçün avtomobil sahibləri 8 avro ödəməli olurlar.

 

Əhalisinin sayına görə dünyanın ən çox avtomobili olan yer Kaliforniya ştatıdır. Buna baxmayaraq statistik göstəricilərdə yol nəqliyyat hadisələrinin sayı bu ştatda olduqca azdır. Səbəbi isə odur ki, tıxaclar ucbatından sürücülər sürət həddini qaldıra bilmirlər.

 

Tıxaclar problemlər yaratmaqla yanaşı, bəzən xoşagəlməz hadisələrin qarşısının alınmasına yardımçı olur. Parisdə bankı qarət edən soyğunçu aradan çıxarkən tıxacların ona yaratdığı problemlər nəticəsində polislər tərəfindən yaxalanıb.

 

Ancaq həmişə belə olmur. Hiyləgər oğrular tıxaclardan başqa cür istifadə edirlər. Milanda 100 min dollar oğurlayan qarətçi küçəyə çıxarkən yolun ortasına bir ovuc pul atıb. Səkidən ötənlər, o cümlədən elə sürücülər də bu sahibsiz pulu yığarkən yolda əməlli-başlı tıxac yaradıblar. Bununla da cinayətkarın arxasınca düşən polis işçilərinin avtomobillə hərəkəti iflic vəziyyətə düşüb.

 

İlk dəfə olaraq Reykyavikdə “Avtomobilsiz ümumdünya günü” elan olunub. Sonradan bir çox ölkələr də bu günü qeyd etməyə başlayıblar. Bu təşəbbüsü irəli sürənlərin məqsədi böyük şəhərlərin avtomobilsiz nə qədər təmiz və gözəl olduğunu nümayiş etdirmək olub.

 

Tıxaclarda qalanda səbriniz tükənməsin. Bu vaxtdan da səmərəli istifadə etmək mümkündür. Ən azı yaxşı bir musiqiyə qulaq asmaq olar. Axı çox vaxt zövqümüzü oxşayan musiqilərə qulaq asmağa vaxt tapmamağımızdan da şikayətlənirik.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan “Tatra” markalı yük maşını istehsal edəcək
18.12.2017, 20:27

Azərbaycan “Tatra” markalı yük maşını istehsal edəcək

Uşaqların evdən qaçma səbəbləri açıqlandı
18.12.2017, 20:14

Uşaqların evdən qaçma səbəbləri açıqlandı

Azərbaycan Tacikistana yeni səfir göndərir
18.12.2017, 20:02

Azərbaycan Tacikistana yeni səfir göndərir

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”
18.12.2017, 19:51

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”

Gənç vokal ifaçısının daha bir uğuru
18.12.2017, 18:55

Gənç vokal ifaçısının daha bir uğuru

Parlamentə gözyaşardcı qazla hücum oldu
18.12.2017, 18:44

Parlamentə gözyaşardcı qazla hücum oldu

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb
18.12.2017, 18:32

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı
18.12.2017, 18:26

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI
18.12.2017, 18:17

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI

Turizm Şurasının altıncı iclası keçirilib
18.12.2017, 18:05

Turizm Şurasının altıncı iclası keçirilib

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR
18.12.2017, 18:01

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var
18.12.2017, 17:52

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var

Güləş məşqçisinə prezident təqaüdü verildi
18.12.2017, 17:41

Güləş məşqçisinə prezident təqaüdü verildi

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI
18.12.2017, 17:37

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.12.2017, 17:22

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt
18.12.2017, 17:16

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt

Elmar Məmmədyarov Doroxini qəbul etdi
18.12.2017, 17:11

Elmar Məmmədyarov Doroxini qəbul etdi

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq
18.12.2017, 17:08

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi
18.12.2017, 17:03

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı
18.12.2017, 16:58

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI
18.12.2017, 16:46

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır
18.12.2017, 16:36

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”
18.12.2017, 16:17

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”

Prezident Zabit Səmədova mənzil verdi
18.12.2017, 16:03

Prezident Zabit Səmədova mənzil verdi

Azercell-lə “Karyerada ilk addım”
18.12.2017, 15:47

Azercell-lə “Karyerada ilk addım”

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...   
18.12.2017, 15:41

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...  

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar
18.12.2017, 15:40

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib
18.12.2017, 15:28

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı
18.12.2017, 15:18

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı

Tərtərin 11 kəndinə içməli su verildi
18.12.2017, 15:15

Tərtərin 11 kəndinə içməli su verildi

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT
18.12.2017, 15:14

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO
18.12.2017, 14:58

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  
18.12.2017, 14:49

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR
18.12.2017, 14:35

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI   
18.12.2017, 14:22

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI  

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.15%)
Araz Ağalarov (11.7%)
Mübariz Mənsimov (19.3%)
Fərhad Əhmədov(12.0%)
Füzuli Məmmədov(53.2%)
Telman İsmayılov (0.11%)
İsgəndər Xəlilov(0.07%)
Vaqif Məmişov(0.07%)
Heç biri(2.03%)
Digərləri(1.01%)