18 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Vəkil: “Fədayə Laçınla bağlı əhvalatın necə baş verdiyini açıqlayacağıq” - MÜSAHİBƏ
Vəkil: “Fədayə Laçınla bağlı əhvalatın necə baş verdiyini açıqlayacağıq” - MÜSAHİBƏ
27.11.2017, 12:59

“O, dəhşətli cinayət törətməyib ki, müğənnini bu qədər linç edirlər”


Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçınla bağlı bir neçə xalq artisti ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Qeyd edək ki, F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. Müşayiət altından qaçan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib. O, Fədayə Laçının sevgilisi idi.

Digər qaçan məhkum, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami saxlanılıb.


Modern.az istintaqın gedişi və cavabsız suallara aydınlıq gətirməsi üçün F.Laçının vəkili Türkel Süleymanlıya müraciət edib. Onunla müsahibəni təqdim edirik:

 

- Türkel bəy, Fədayə Laçın saxlanma şəraitindən razıdırmı? Ailə üzvlərinin onunla görüşməsinə hər hansı maneə yoxdur ki?

- Fədayə Laçının saxlanma şəraitilə bağlı heç bir problemi yoxdur. Onun nə məhkəmə administrasiyasından, nə də digərlərindən şikayəti var. Bütün münasibətlər tam qanun çərçivəsində tənzimlənir.

- Müvəkkiliniz saxlanma kamerasında tək qalır, yoxsa digər məhbuslarla birgə?

- Ümumilikdə təkadamlıq kamerada saxlanılmaq özü cəzadır. Fədayə xanım digər dustaqlarla birgə qalır, bununla bağlı heç bir problemi də yoxdur.

- Fədayə Laçının həbsxana mühitindən uzaq olduğunu nəzərə alsaq, hazırda onun üçün çətin olmamış deyil. Heç vaxt alışmadığı mühit ona necə təsir edir?

- Fədayə Laçının xəstəliyilə bağlı narahatlığı var. O, əvvəllər hepatit (sarıqlıq) xəstəliyi keçirib. Həbsxana şəraiti xəstəliyinə pis təsir edir. Özünüz də bilirsiniz ki, həbsxana “kurort” deyil. Onun həbs rejiminin dəyişdirilməsilə bağlı ən yaxın zamanda müraciət edəcəyik. Bu cəzadan azad olmaq kimi başa düşülməsin. Burada heç bir cəzadan söhbət gedə bilməz. Çünki cəzanı məhkəmə kəsir. İstintaq getdiyi üçün də Fədayə xanıma cəza kəsilməyib.

- Bu günlərdə bir neçə xalq artistinin ölkə rəhbərliyinə ünavnladığı müraciəti əksəriyyət cəzadan azad olma kimi qəbul etdi. Hətta bunun digər cinayətlərdə adı keçən şəxslərə qarşı haqsızlıq olduğu fikirlərini səsləndirdilər.

- Mən də onu demək istəyirdim. Yəni xalq artistləri öz  müraciətlərində cəza kəsilərkən ona mərhəmətli davranılmasını istəyiblər. Xahiş edirəm bunu düzgün başa düşsünlər. Müraciətdə yoxdur ki, kimsə cəzadan azad edilsin. Nəinki Fədayə Laçın, bu iş üzrə 16 nəfər istintaqa cəlb edilib. Onların heç birinə cəza kəsilməyib. İstintaq hələ yeni başlayıb. Ona görə də cəzadan azad olma, cəzanın yüngülləşdirilməsi kimi məsələlər müzakirə mövzusu deyil.

 

- Türkel bəy, Fədayə Laçının “Qoca”nın ölüm xəbərini eşidərkən reaksiyası necə oldu? Hər halda çox sevdiyi birinin ölümündən sarsılmış olar, həm də nəzərə alaq ki, hazırda müğənni məhz ona görə həbsdədir...

- Təbii ki, hər bir insan kimi, tanıdığı şəxsin ölümünə pis oldu. Amma bəzi üzdəniraq informasiya vasitələri, sensasiya xətrinə özünü reklam edənlərin iddia etdiyi kimi, guya “Qoca”nın ölümünü eşidərkən Fədayə xanım özünə qəsd edib, belə bir hal olmayıb. Kim yaxın adamının vəfatına , həlak olmasına sevinər ki? Təbii ki, təəssüf hissi keçirir. Amma yenə deyirəm, guya “Fədayə Laçın ölüm ayağında olub”, “son nəfəsini verir” kimi məlumatlar yayanlar məsuliyyət daşıyırlar. Bizim sadəcə onlara ayıracaq vaxtımız yoxdur. Kim Fədayə xanım barəsində “öldü”, “özünə qəsd elədi” kimi dezinformasiyaları istintaqdan, vəkildən, aidiyyatı şəxslərdən dəqiqləşdirmədən fövqəladə xarakterli məlumatlar kimi yayacaqsa, biz qanun çərçivəsində tədbirlərə başlayacağıq. Heç kimin başqa birinin özünə, ailəsinə stress yaşatmağa ixtiyarı və haqqı yoxdur. O məlumatı yayanın özü barəsində “öldü” xəbərini yazsalar, onun ailəsi hansı vəziyyətdə olar, çox maraqlıdır mənə! Onun ailəsini düşünün ki, gecə vaxtı saytlardan əzizinin ölüm xəbərini oxuyur. Bu şəxsin cinayət törədib-törətmədiyinə məhkəmə qiymət verəcək. Heç kimin məhkəmə funksiyasını yerinə yetirməyə hüququ yoxdur. Bilib-bilmədən insanlara cəza kəsmək olmaz. Fədayə dəhşətli cinayət törətməyib ki, onu bu qədər linç edirlər. O xəbəri yazanlar da mənə zəng edib dəqiqləşdirmə apara bilərdilər. Necə ki, siz indi sizə maraqlı olan suallara cavab alırsınız. Məlumatı dəqiqləşdirmədən yayanlar sadəcə dələduzdurlar.

- Maraqlıdır, Azərbaycanda kifayət qədər populyar olan Fədayə Laçın adının bu cinayətdə hallanmasından peşmanlıq duyurmu?

- Əlbəttə. Tam əminliklə deyə bilərəm ki, bu işdə Fədayə xanımın heç bir günahı yoxdur. Vaxt gələndə əhvalatın necə və hansı şəraitdə baş verdiyini açıqlayacağıq. Hazırda istintaq getdiyindən müəyyən məsələləri açıqlaya bilmirəm. Mən istintaq sirrininin yayılmamasına görə məsuliyyət daşıyıram. Təbii ki, böyük təəssüf hissi keçirir. Amma artıq nə olubsa, olub. Baş verənləri dəyişdirmək iqtidarında deyilik.

- Hadisələr baş verəndə məsələ cəmiyyətdə birmənalı qarşılanmadı. Fədayə xanımı təqdir edənlər, onu qəhrəmanlaşdıranlarla yanaşı, qınayanlar, hətta təhqir edənlər də az olmadı...

 

- Bilirsiniz, sənət adamları elə şəxslərdir ki, cəmiyyət onlarla bağlı olan hər şeyi yanlış başa düşür. Onları qınayanlar da bəzən yanlış yoldan qınayırlar, hətta təqdir edənlər də yanlış yoldan təqdir edirlər. Sənət adamları elə adamlardır ki, onlar hər bir adamla ünsiyyətdə olurlar. Bir müğənnini toya həkim də çağıra bilər, hakim də çağıra bilər, jurnalist də çağıra bilər, fəhlə də çağıra bilər, “bandit” də çağıra bilər. Bir dəvət olanda durub anket doldurmur ki, görüm kimdir məni toya dəvət edən, ora gedim, yoxsa getməyim. Müğənnidir, çağırılıb, gedib toyunu oxuyur. Onların əhatə dairəsi, cəmiyyət arasındakı münasibətləri adi insanlardan daha sıxdır. Sənət adamının cəmiyyətin hər bir təbəqəsində dostları, yaxınları ola bilər. Onlar guya hara gedir ki, şənliyə gedirlər də. Şənlikdə kim olur olsun, yenə deyirəm “bandit” olsun, sürücü olsun, məmur olsun, insanlar dostlaşırlar, düşmən olmurlar ki... Ona görə də bunun bir kökü də şənliklə bağlıdır. Fədayə xanım o insanla şənliklərin birində tanış olub.

- Bəs Fədayə xanımın “Qoca” ilə isti münasibətlərini əks etdirən görüntülərini mətbuata kim ötürüb? Bu barədə araşdırma aparılıbmı, yaxud araşdıracaqsınızmı? Ümumiyyətlə, nə vaxta aid görüntülərdir bunlar?


- Onunla bağlı qərar verəcəyik. Bir şeyi qeyd eləmək istəyirəm ki, bəzi şəxslər elə düşünür ki, bu görüntülər “Qoca” müşayiət altından qaçdıqdan sonra çəkilib. Amma bu görüntülər çox əvvələ aiddir. Həmin şəxs müşayiət altındakı qatardan qaçandan sonra onların hər hansı kontaktı olmayıb. Daha əvvəlki videoları təqdim etməklə cəmiyyətdə elə fikir formalaşdırırlar ki, guya “Qoca” qaçdıqdan sonra o, Fədayə xanımla görüşüb. Fədayə xanım “Qoca”nın qaçması xəbərini sizin, bizim kimi efirdən, saytlardan oxuyub. Fədayə xanımın “Qoca” ilə o, qaçan günündə  ölən gününə qədər nə canlı, nə audio, nə video, nə də telefon kontaktları olub.

- Belə məlumatlar da var ki, “Qoca” Ağstafanın Poylu kəndində sərhəddən Gürcüstana keçmək istəyib. O, "Opel" markalı taksi ilə qəsəbəyə gələn zaman avtomobildə bir nəfər qadın da olub. Qadının məhz Fədayə Laçın olması ilə bağlı iddialar da səsləndirildi. Bildirilirdi ki, avtomobilin polis tərəfindən təqib edildiyini görən “Qoca” qaçmağa başlayıb. Sürücü və Fədayə Laçın həmin gün Bakıya gətiriliblər. 
 

- Qətiyyən, bu məlumatlar əsassızdır. Qaçma anında Fədayə xanım nə qatarda, nə taksidə olub. İnsanlarda yanlış təsəvvür yaranıb ki, guya Fədayə Laçın həmin gün qatarda olub, orada həmin şəxslərlə görüşüb. Qətiyyən belə şey olmayıb. Fədayə xanım hər hansı nəqliyyat vasitəsində “Qoca” ilə görüşməyib. Onun qaçması barədə efirdən xəbər tutub. Ölən günə qədər də hər hansı əlaqəsi olmayıb.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Uşaqların evdən qaçma səbəbləri açıqlandı
18.12.2017, 20:14

Uşaqların evdən qaçma səbəbləri açıqlandı

Azərbaycan Tacikistana yeni səfir göndərir
18.12.2017, 20:02

Azərbaycan Tacikistana yeni səfir göndərir

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”
18.12.2017, 19:51

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”

Gənç vokal ifaçısının daha bir uğuru
18.12.2017, 18:55

Gənç vokal ifaçısının daha bir uğuru

Parlamentə gözyaşardcı qazla hücum oldu
18.12.2017, 18:44

Parlamentə gözyaşardcı qazla hücum oldu

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb
18.12.2017, 18:32

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı
18.12.2017, 18:26

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI
18.12.2017, 18:17

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI

Turizm Şurasının altıncı iclası keçirilib
18.12.2017, 18:05

Turizm Şurasının altıncı iclası keçirilib

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR
18.12.2017, 18:01

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var
18.12.2017, 17:52

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var

Güləş məşqçisinə prezident təqaüdü verildi
18.12.2017, 17:41

Güləş məşqçisinə prezident təqaüdü verildi

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI
18.12.2017, 17:37

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.12.2017, 17:22

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt
18.12.2017, 17:16

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt

Elmar Məmmədyarov Doroxini qəbul etdi
18.12.2017, 17:11

Elmar Məmmədyarov Doroxini qəbul etdi

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq
18.12.2017, 17:08

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi
18.12.2017, 17:03

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı
18.12.2017, 16:58

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI
18.12.2017, 16:46

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır
18.12.2017, 16:36

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”
18.12.2017, 16:17

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”

Prezident Zabit Səmədova mənzil verdi
18.12.2017, 16:03

Prezident Zabit Səmədova mənzil verdi

Azercell-lə “Karyerada ilk addım”
18.12.2017, 15:47

Azercell-lə “Karyerada ilk addım”

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...   
18.12.2017, 15:41

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...  

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar
18.12.2017, 15:40

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib
18.12.2017, 15:28

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı
18.12.2017, 15:18

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı

Tərtərin 11 kəndinə içməli su verildi
18.12.2017, 15:15

Tərtərin 11 kəndinə içməli su verildi

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT
18.12.2017, 15:14

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO
18.12.2017, 14:58

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  
18.12.2017, 14:49

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR
18.12.2017, 14:35

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI   
18.12.2017, 14:22

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI  

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri müzakirə aparacaq
18.12.2017, 14:05

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri müzakirə aparacaq

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.15%)
Araz Ağalarov (11.7%)
Mübariz Mənsimov (19.4%)
Fərhad Əhmədov(12.0%)
Füzuli Məmmədov(53.2%)
Telman İsmayılov (0.11%)
İsgəndər Xəlilov(0.07%)
Vaqif Məmişov(0.07%)
Heç biri(2.03%)
Digərləri(1.01%)