19 dekabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - “Best model of World”un azərbaycanlı qalibi: “Bizdə güclü modellik məktəbi yoxdur, açılan kurslar da pul tələsidir” - MÜSAHİBƏ
“Best model of World”un azərbaycanlı qalibi: “Bizdə güclü modellik məktəbi yoxdur, açılan kurslar da pul tələsidir” - MÜSAHİBƏ
22.12.2017, 08:51

Fransanın Paris şəhərində “Best model of World” yarışması keçirilib. 56 ölkədən nümayəndənin qatıldığı müsabiqədə Azərbaycanı UNEC-in IV kurs tələbəsi Elxan Hüseynzadə təmsil edib və kişilər arasında qalib gələrək, “Best model of World” adını qazanıb.

Modern.az saytı Elxan Hüseynzadə ilə  müsahibəni təqdim edir.

 

- Elxan bəy, öncə oxucularımızın sizi tanıması üçün özünüzü təqdim edə bilərsiniz?

-Mən 1997-ci ildə Masallı şəhərində anadan olmuşam. Ata tərəfim türkiyəlidir, ana tərəfimin isə yarısı Bakılı, yarısı Masallıdandır. 3 yaşım olan zaman Bakıya köçmüşük. Nərimanov rayonu 213 nömrəli məktəbi bitirmişəm. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil oldum. Hazırda  Biznes və menecment fakültəsinin IV kurs tələbəsiyəm.

- Modelliyə nə vaxtdan sizdə maraq yaranıb?

- Əslində I kursda oxuyan zaman çəkim  indikindən çox, boyum da az idi. Yəni modelliyə uyğun deyildim.  Universitetimizdə  IV kursda oxuyan  bir fotoqraf oğlan geyim yarışmasının keçirələcəyini dedi və ora qatılmağımı təklif etdi. Həmin yarışmaya qatıldım. Aldığım paltarlar yaxşı yaraşmadığı üçün bir az arıqladım. Yəni hər şey burdan başladı. Model  kimi fəaliyyət göstərmək üçün ciddi pəhrizə və idmana başladım. 18 yaşın axırlarında Türkiyəyə getdim. İstanbulda “Damat” kişi geyimləri brendinin  reklam çəkilişlərində iştirak etdim. Eyni zamanda, 2014-2016-cı illərdə keçirilən Azərbaycanın bütün moda həftələrində - “Azerbaijan Fashion Week”, “Mersedes Benz Fashion Week Baku”da çıxış etmişəm. III kursda hazırkı direktor menecerim Aqil Memiyev məni “İnstagram”dan görüb tapdı. O, mənə “səndə işıq görürəm, gələn ilə qədər hazırlaş. Yarışmada ən azı üçlükdə olacaqsan” dedi. Məni həvəsləndirdi və mən də bir il müddətində çox yaxşı hazırlaşdım. Təsəvvür edin, bir il yağ, duz, şəkər nədir bilmədim. Bununla yanaşı, məşqlər etdim və ingilis dilimi inkişaf etdirdim. Çünki bizə bir il öncə yarışmanın  Fransada keçirələcəyini demişdilər.  Orada olan insanlarla yaxşı ünsiyyət qurmaq istədim. Elə bilirlər ki, modellik asandır.  Əksəriyyət bu sənətin yalnız podiumda gəzməkdən ibarət olduğunu düşünür. Amma elə deyil, həqiqətən əziyyət çəkirik.

- Dediniz əvvəl çəkiniz fərqli idi. İndi  boy və çəkiniz necədir?


- Sizə deyim ki, birinci kursda 100 kilo idim.  Yarışa gedəndə isə çəkim 84 kq idi. Bəziləri heç nə yeməyib arıqlamağa cəhd edir. Amma bizə o cür arıqlamaq olmaz.  Biz yağı atıb, əzələni saxlamalıyıq. Ən çətini də budur. Yemək düzgün olmalıdır. Əvvəl boyum 188 idi, amma hazırda 193-dür.

- Maraqlıdır, boyunuzu necə artırdınız?

- İdman edəndə özümü əziyyətə saldığım üçün belimdə problemlər yaranmışdı. Həkimə getdim və mənə üzgüçülüklə məşğul olmağımı məsləhət gördü.  Hər halda üzgüçülüyə getdiyim üçün boyum da artdı.

- Türkiyəyə sırf modelliklə bağlı maraqlarınız olduğu üçün getmişdiniz, yoxsa dəvət gəlmişdi?

- Mən qeyd etdiyim “Damat” kişi geyimləri mağazasına öz CV-mi göndərmişdim. Onlar da qəbul edib dəvət göndərmişdilər.

- Modelliklə əlaqəli təhsil almısınız?

- Təhsil həm burada, həm də Türkiyədə olub. Azərbaycanda əksəriyyət elə bilir ki, modelliyin məktəbi var. Əslində  mövcuddur, amma kurslar formasında. Amma modelliyi sənə bu sahədə güclü anlayışı olan biri də öyrədə bilər. Mən də təcrübələrlə öyrənmişəm. Yalandan deyə bilmərəm ki, gedib hansısa məktəbdə oxumuşam. Bizdə güclü məktəb də yoxdur. Hətta mən modellik sənətini o məktəblərdə oxuyanlardan daha yaxşı bilirəm.  Bu istiqamətdə kurslar açılır və əksəriyyəti də pul tələsidir.

- Bəs Türkiyədə necədir?

- Orada modelliklə bağlı vəziyyət bizdən qat-qat yaxşıdır. Türkiyədəki müəllimlər də professionaldır. İnsanları məhz modellik istiqamətində formalaşdırırlar.


- Model həyatı çətindirmi?

- Çox çətindir. Yeməklərə fikir vermək lazımdır. Özünü nə qədər yaxşı saxlasan, bir o qədər yaxşıdır. Amma yuxu ilə bağlı hansısa məhdudiyyət yoxdur. Sadəcə yeməklə əlaqəli ciddi rejim var.

- Türkiyədə modelliyin təhsilini almısınız. Maraqlıdır, orada əsas nə öyrədirlər?

- Kişilərdə əsas yerişlər, eyni zamanda baxışlar öyrədilir.

- Bir modelin baxışları necə olmalıdır?

- Baxır hansı geyimi nümayiş etdirirsən.  Məsələn, mən daha çox klassik geyimlərdə oluram. Bu zaman baxışlar ciddi olmalıdır.

- Belə başa düşdük ki, model həm də artist olmalıdır.

- Əlbəttə. Ona görə modellərin əksəriyyəti sonradan aktyorluqla məşğul ola bilirlər.


-  Sizin belə bir düşüncəniz varmı?

- Modellikdə pul azdır, amma aktyorluqda belə deyil. Ona görə modellərin  əksəriyyəti  bu sahəyə meyllənirlər. Əslində mənə də aktyorluq təklifi gəlib. Sadəcə universiteti bitirəndən sonra nitq və aktyorluq dərsləri almalıyam. Bundan sonra şansım olsa, aktyor ola bilərəm. İstək də var.

- Pul ön plandadır, yoxsa həvəs?

- Bilmirəm inanacaqsınız ya yox. Mənim həqiqətən də aktyorluğa həvəsim var idi. Yəni maddi cəhətdən ehtiyacım çox deyil. Həvəsimə görə bu sahədə özümü sınamaq istəyərdim.

- Hansı rolda oynamaq istəyərdiniz? Yaxud hansı rejissorla işləmək arzunuz var?

- Atabəy Ural çox yaxşı rejissordur, onunla işləmək istəyərdim. Daha sonra ssenarist Ece Güvençlə çalışardım.

- Deyəsən karyeranızı Türkiyədə qurmaq fikrindəsiniz.

- Bəli. Məncə əsas şansdır. Təbii ki, bacarıq da önəmli faktordur. Məsələn, türklərdə Aras Bulut adlı aktyor var. Əslində ondan da yaxşı aktyorlar çoxdur. Amma şansı olduğu üçün, onu irəli çəkən kimlərsə olduğu üçün filmlərə çəkilə bildi.

- Azərbaycanda da kifayət qədər film və seriallar çəkilir. Təklif gəlsə, qəbul edərsiniz?

- Əvvəllər də təkliflər olub. Amma burda filmə çəkilmək istəmərəm.

- Niyə?

- Çünki bu sahə bizdə çox zəifdir.

- Siz həm tələbəsiniz, həm də model kimi fəaliyyət göstərirsiniz? Bunun dərslərinizə təsiri olubmu?

- Həm təhsil, həm də modellik çox çətin idi. İndiyə qədər həmişə son dəqiqədə özümü dərslərə çatdırmışam.Amma problem yaşamamışam. Yəni o qədər də zəif tələbə deyiləm. Fakültə dekanı Mirağa Əhmədov mənə çox dəstək olur. Bundan başqa, mən özüm də bilirəm ki, bu gün tələbəyəmsə, təhsilimi uğurla başa vurmalıyam.

- Fransada birinci yer tutdunuz. Mükafat nə idi?

- Mükafatlar oldu. Amma demək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, “Atlas Global” şirkəti bir il ərzində istədiyim yerə pulsuz göndərəcək.

- Hazırda biznes-menecment fakültəsinin tələbəsisiniz. Bu istiqamətdə işləmək fikriniz var?

- Tekstil işləri ilə məşğul olmaq istəyirəm. Amma indi yox, gələcəkdə. Bir az təcrübəm artsın, yəqin ki, 5 ilə nəsə edə bilərəm. Bütün modellər, aktyorlar həm öz işləri ilə məşğuldur, həm də biznes sahəsi ilə.

- Modelliklə maraqlanırsınız. Bu sahədə kumiriniz  kimdir?

- Kıvanç Tatlıtuğ. Türkiyədə ən yaxşı model odur. Hətta qohumlarda mənə “Behlülüm” deyə xitab edənlər var. Onu bəyənsəm də, özümü kiməsə oxşatmıram. Kiməsə bənzəməyə çalışmağı sevmirəm.

- Sizi hansısa məşhura bənzədənlər olub?

- Kanadalı model və aktyor Nick Batemana bənzədənlər olub. Ona oxşadanlar çoxdur.

- Azərbaycanda hansı modelləri izləyirsiniz?

- Rüstəm Cəbrayılovu tanıyıram. Yəni dünyada Azərbaycanı təmsil edən bir odur.

- Necə düşünürsünüz, model yaraşıqlı olmalıdır?

- Əgər model kimi fəaliyyət göstərirsə, bədən quruluşu, çəkisi, boyu uyğun olmalıdır. Bütün türk aktyorları-Kıvançdan tutmuş Buraka kimi- hamısı “Best Model” yarışmasından çıxıb. Adətən bunun gözəllik yarışması olmadığını vurğulayırlar. Buna baxmayaraq, hər zaman yaraşıqlı olanları seçirlər. Düşünürəm ki, modelin bədən quruluşu önəmlidir. Amma necə deyərlər, irəliləmək üçün görünüş də vacibdir.

- Heç estetik əməliyyat etdirmisiniz?

- 20 yaşım var, hələ gəncəm. Heç bir estetik əməliyyat olmayıb. Amma gələcəkdə ehtiyac olsa, etdirmək olar.

- Gələcək planlarınız nədir?

- Planlardan danışmağı xoşlamıram. Düşəri-düşməzi var.

- Fransadakı yarışmada rəqibləriniz barədə nə deyə bilərsiniz?

-Həmin yarışmada ən güclü rəqibim Türkiyə idi. Bundan əlavə də beş-altı nəfəri rəqib kimi görürdüm. Yarışmada iki kateqoriya var idi: model və fotomodel. Mən fotomodel kateqoriyasının birincisi oldum. Şri-Lankalı oğlan isə model kateqoriyasında ilk yerin sahib oldu.

- Yarışmada ölkəni təmsil edən azərbaycanlı qız kim idi?

- Banu Şücai. Hər ölkəni bir qız və bir oğlan təmsil edirdi. Banu yer tutmadı, amma “ən yaxşı gülən model” kateqoriyasında nominasiya aldı. Qeyd edim ki, oğlanlarda boy ölçüsü 183 sm-dən götürülür. Mənim boyum 193 olsa da, 190 yazdırmışdım. Dünyada 190-dan hündür olanlar uyğun model kimi qəbul edilmir.

- Maraqlıdır sizi qısqananlar çoxdurmu?

- Sosial şəbəkələrdə elə şeylər yazırlar ki... Məsələn, “İnstagram”da məşhur səhifələr paylaşımlar edir və bəzi şərhləri oxuyanda əsəbiləşirəm.

- Cavablandırdığınız şərhlər olub?

- Xeyr.

 

Günay RƏSULQIZI 

Nəzrin CAVİD


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əkinə yararlı torpaqlar əcnəbilərdən alınır
19.12.2018, 20:02

Əkinə yararlı torpaqlar əcnəbilərdən alınır

Azay Quliyev seçicilərini qəbul edib
19.12.2018, 19:59

Azay Quliyev seçicilərini qəbul edib

Düşmən ordusu qeyri-döyüş şəraitində 17 nəfər itirib
19.12.2018, 19:58

Düşmən ordusu qeyri-döyüş şəraitində 17 nəfər itirib

Böyük Britaniyanın neft şirkəti Azərbaycan bazarına çıxır
19.12.2018, 19:49

Böyük Britaniyanın neft şirkəti Azərbaycan bazarına çıxır

10 minə yaxın Gürcüstan vətəndaşı Brüsseldən siyasi sığınacaq istəyib
19.12.2018, 19:33

10 minə yaxın Gürcüstan vətəndaşı Brüsseldən siyasi sığınacaq istəyib

Bakıda "Gelandewagen" aşıb, sıxlıq yaranıb
19.12.2018, 19:22

Bakıda "Gelandewagen" aşıb, sıxlıq yaranıb

Elmar Məmmədyarov BMT nümayəndəsi ilə görüşüb
19.12.2018, 19:08

Elmar Məmmədyarov BMT nümayəndəsi ilə görüşüb

AQTA sədri Türkiyənin Azərbaycandakı Səfiri ilə görüşüb                
19.12.2018, 19:00

AQTA sədri Türkiyənin Azərbaycandakı Səfiri ilə görüşüb        

Yeni ildə aztəminatlı ailələrə 100 manat veriləcək - SƏRƏNCAM
19.12.2018, 18:52

Yeni ildə aztəminatlı ailələrə 100 manat veriləcək - SƏRƏNCAM

Rusiya XİN-dən yeni Qarabağ AÇIQLAMASI
19.12.2018, 18:48

Rusiya XİN-dən yeni Qarabağ AÇIQLAMASI

Prezident Qəbələyə 23 milyon manat ayırdı
19.12.2018, 18:37

Prezident Qəbələyə 23 milyon manat ayırdı

Ailəsi onu axtarır- FOTO
19.12.2018, 18:26

Ailəsi onu axtarır- FOTO

Nazirlik: “Ermənstanlı sədr Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq, özünü təqdim edib” - AÇIQLAMA   
19.12.2018, 18:19

Nazirlik: “Ermənstanlı sədr Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq, özünü təqdim edib” - AÇIQLAMA  

Dağlıq Qarabağın Azərbaycanlı İcması qurultay çağırdı - TƏCİLİ   
19.12.2018, 18:10

Dağlıq Qarabağın Azərbaycanlı İcması qurultay çağırdı - TƏCİLİ  

ABŞ Suriyadan qoşunlarını çıxarmaq istəyir
19.12.2018, 18:08

ABŞ Suriyadan qoşunlarını çıxarmaq istəyir

Türkiyə ABŞ-ı məhkəmədə uddu
19.12.2018, 17:35

Türkiyə ABŞ-ı məhkəmədə uddu

Deputat Peyvənd İnstitutunun Avropa üzrə təmsilçisini qəbul etdi
19.12.2018, 17:33

Deputat Peyvənd İnstitutunun Avropa üzrə təmsilçisini qəbul etdi

Azərbaycanda 161 əcnəbi miqrant saxlanılıb
19.12.2018, 17:29

Azərbaycanda 161 əcnəbi miqrant saxlanılıb

“Can Azerbaycan” qəzetinin son nömrəsi “Star” qəzetinin əlavəsi kimi çap edilib - FOTO
19.12.2018, 17:25

“Can Azerbaycan” qəzetinin son nömrəsi “Star” qəzetinin əlavəsi kimi çap edilib - FOTO

Manatın sabahkı MƏZƏNNƏSİ 
19.12.2018, 17:10

Manatın sabahkı MƏZƏNNƏSİ 

“Cümə” məscidinin nəzir qutusundan pul oğurlandı
19.12.2018, 17:05

“Cümə” məscidinin nəzir qutusundan pul oğurlandı

Azercell gənclərə işlə bağlı yardımçı olur
19.12.2018, 17:02

Azercell gənclərə işlə bağlı yardımçı olur

Bakıda mənzildə qadın meyiti tapıldı
19.12.2018, 17:01

Bakıda mənzildə qadın meyiti tapıldı

Paşinyan Ordumuzun irəlilədiyini ETİRAF ETDİ: “Məndən qabaq olub”
19.12.2018, 16:57

Paşinyan Ordumuzun irəlilədiyini ETİRAF ETDİ: “Məndən qabaq olub”

Xaricdə oxumuş bəzi gənclərin diplomları niyə tanınmır? - AÇIQLAMA
19.12.2018, 16:40

Xaricdə oxumuş bəzi gənclərin diplomları niyə tanınmır? - AÇIQLAMA

Novruz Məmmədov Neft Fondunun Müşahidə Şurasının iclasını çağırdı    
19.12.2018, 16:27

Novruz Məmmədov Neft Fondunun Müşahidə Şurasının iclasını çağırdı  

Azərbaycana gələn turistlərin sayı 6.1 faiz artıb
19.12.2018, 16:22

Azərbaycana gələn turistlərin sayı 6.1 faiz artıb

Zakir Həsənov komandir-rəis heyəti qarşısında 2019-cu il üçün tapşırıqlar qoydu    
19.12.2018, 16:12

Zakir Həsənov komandir-rəis heyəti qarşısında 2019-cu il üçün tapşırıqlar qoydu  

Bakıda ilk Bakcell konsept mağazası açıldı 
19.12.2018, 16:11

Bakıda ilk Bakcell konsept mağazası açıldı 

İcra başçısı vətəndaşları dinlədi, tapşırıqlar verdi
19.12.2018, 16:05

İcra başçısı vətəndaşları dinlədi, tapşırıqlar verdi

Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur
19.12.2018, 16:02

Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur

Biləcəridə qadın sürücü qəza törətdi, hadisə yerində öldü
19.12.2018, 15:58

Biləcəridə qadın sürücü qəza törətdi, hadisə yerində öldü

“Nenkecan” Azərbaycanı unutmadı
19.12.2018, 15:57

“Nenkecan” Azərbaycanı unutmadı

“Yanvardan avtomat ötürücülü “Khazar” avtomobilləri də istehsal ediləcək” - MÜSAHİBƏ
19.12.2018, 15:41

“Yanvardan avtomat ötürücülü “Khazar” avtomobilləri də istehsal ediləcək” - MÜSAHİBƏ

Azərbaycan və Ermənistanın aviasiya rəhbərləri ilk dəfə görüşdülər
19.12.2018, 15:26

Azərbaycan və Ermənistanın aviasiya rəhbərləri ilk dəfə görüşdülər

Rusiyada azərbaycanlı ailənin 4 üzvü itkin düşdü
19.12.2018, 15:22

Rusiyada azərbaycanlı ailənin 4 üzvü itkin düşdü

Paşinyan-Lukaşenko “müharibə”sində Qırğızstan lideri mövqeyini AÇIQLADI
19.12.2018, 15:17

Paşinyan-Lukaşenko “müharibə”sində Qırğızstan lideri mövqeyini AÇIQLADI

Əhməd Cavadın nəvəsi Araz Əlizadəyə həcvlə CAVAB VERDİ   
19.12.2018, 14:49

Əhməd Cavadın nəvəsi Araz Əlizadəyə həcvlə CAVAB VERDİ  

Gəncə hadisələrində həlak olan polkovnikin oğlu ABŞ-da çempion oldu    
19.12.2018, 14:43

Gəncə hadisələrində həlak olan polkovnikin oğlu ABŞ-da çempion oldu  

Sumqayıtda avtomobillə adam vurub qaçan şəxs saxlanıldı
19.12.2018, 14:23

Sumqayıtda avtomobillə adam vurub qaçan şəxs saxlanıldı

İlham Əliyevə orden təqdim edildi - YENİLƏNİB
19.12.2018, 14:01

İlham Əliyevə orden təqdim edildi - YENİLƏNİB

Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək
19.12.2018, 13:30

Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək

“Dərslik müəllifləri kurikulum sisteminə istinad etməməlidir” - TƏKLİF   
19.12.2018, 13:21

“Dərslik müəllifləri kurikulum sisteminə istinad etməməlidir” - TƏKLİF  

Gələn ildən bu təşkilatlar elektron qaimə-faktura təqdim etməyəcəklər - SİYAHI
19.12.2018, 13:20

Gələn ildən bu təşkilatlar elektron qaimə-faktura təqdim etməyəcəklər - SİYAHI

Şamaxıda ağır qəza: sürücü və qızı yaralandı, arvadı öldü
19.12.2018, 13:13

Şamaxıda ağır qəza: sürücü və qızı yaralandı, arvadı öldü

Facebook istifadəçiləri haqda şəxsi məlumatlar 150 şirkətə sızdırılıb - QALMAQAL
19.12.2018, 13:11

Facebook istifadəçiləri haqda şəxsi məlumatlar 150 şirkətə sızdırılıb - QALMAQAL

Dövlət Sosial Müdafiə Fondu vergi yayındırılmasından ildə 1,5 milyard itirir
19.12.2018, 13:10

Dövlət Sosial Müdafiə Fondu vergi yayındırılmasından ildə 1,5 milyard itirir

Hava XƏBƏRDARLIĞI – yağış, qar, daşqın
19.12.2018, 13:03

Hava XƏBƏRDARLIĞI – yağış, qar, daşqın

Sahibkarlıq subyektlərinin meyarları müəyyən edilib
19.12.2018, 13:01

Sahibkarlıq subyektlərinin meyarları müəyyən edilib

Sabahın havası - güclü külək əsəcək
19.12.2018, 13:00

Sabahın havası - güclü külək əsəcək

ARXİV