Modern.az

Abel Məhərrəmovun “peredaça” göndərdiyi jurnalistin kimliyi məlum olub

Abel Məhərrəmovun “peredaça” göndərdiyi jurnalistin kimliyi məlum olub

Media

13 İyul 2011, 16:10

Bakı Dövlət Unversitetinin rektoru, millət vəkili Abel Məhərrəmov jurnalistlərlə münasibətləri barədə danışarkən maraqlı məqamları açıqlayıb.  Modern.az xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov dünən layiq görüldüyü “Xüsusi Rəğbət” mükafatının təqdimetmə mərasimində özünün KİV nümayəndələrinə olan münasibətlərindən danışarkən adını çəkmədiyi bir jurnalistlə aralarındakı məhkəmə işindən danışıb. Rektor bildirib ki, vaxtilə  bir KİV nümayəndəsini onun barəsində təhqiredici yazı yazdığına görə məhkəməyə verib.

“Bu məhkəmə prosesində jurnalistə bir il həbs cəzası verildi. Mən sonradan bildim ki, onun xeyli əngəlləri, problemləri var imiş. Onu həbsxanadan çıxarmaq üçün xeyli əziyyət çəkdim. Hətta tez-tez “peredaça” da göndərirdim. Doğrusu onun həbs ediləcəyi mənim üçün də gözlənilməz oldu. Ondan sonra özümə dedim ki, bir də heç vaxt jurnalisti məhkəməyə verməyəcəyəm”-deyə deputat vurğulayıb.

Modern.az araşdırma apararaq həmin jurnalistin kimliyini müəyyənləşdirib. Məlum olub ki, rektorla məhkəmə çəkişməsi nəticəsində həbs olunan  jurnalist bir neçə il öncə nəşr olunan “Böyük Millət” qəzetinin baş redaktoru Samir Adgözəlli olub. Jurnalist 2004-cü ildə BDU-nun rektoru Abel Məhərərmov barədə yazdığı yazıda millət vəkilnin erməni qohumlarının olduğunu idda edib. Bunula bağlı A.Məhərrəmov tərəfindən şərəf və ləyaqətin təhqir olunması ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə işə baxaraq S.Adıgözəllini azadlıqdan məhrum edib.

Prezidentin əfv fərmanı ilə 2006-cı ildə həbsdən azad olunan "Böyük Millət" qəzetinin baş redaktoru Samir Adıgözəlli keçirdiyi mətbuat konfransında həbsinə görə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əliyar Səfərlini ittiham edib. Eyni zamanda Abel Məhərrəmov barədə yalan məlumat yaydığına görə, ondan üzr istəyib.

S.Adıgözəlli bir müddət aktiv siyasi fəaliyyət göstərməyə can atıb. Sədri olduğu “Böyük Millət” Partiyası 90-cı ilərin sonunda bir sıra bəyanatları ilə yadda qalmışdı. Sonralar S.Adıgözəlli Demokratik Azərbaycan Dünyası Partiyasıının üzvü olub. 2008-ci ildə oradan qalmaqalla istefa ilə tərk edən Adıgözəlli aktiv siyasətdən çəkilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü