Modern.az

Rusiyadan azərbaycanlı jurnalistin ölümü ilə bağlı AÇIQLAMA

Rusiyadan azərbaycanlı jurnalistin ölümü ilə bağlı AÇIQLAMA

Media

24 Yanvar 2018, 15:17

Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə idarəsi azərbaycanlı jurnalist Ülviyə Şamilqızının ölümü ilə bağlı rəsmi məlumat yayıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün Moskva vaxtı ilə saat 18:20-də Tambov-Volqoqrad-Həştərxan yolunun 1378-ci kilometrliyində Trusovsk rayonunun mərkəzində baş verib. Məlumata görə, magistral küçə ilə hərəkət edən 30 yaşlı sürücü “Volskwagen Passat” markalı avtomobillə məşqdən qayıdan və yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1986-cı il təvəllüdlü Ülviyə Şamilqzını vurub.

 

Hadisə yerindəcə keçinən Azərbaycan vətəndaşının Həştərxandakı universitetlərdən birində oxuduğu bildirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü