18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Naxçıvanın deputatı: “Hər yeni nəsil özündən əvvəlki nəsildən daha ağıllı olur” - MÜSAHİBƏ
Naxçıvanın deputatı: “Hər yeni nəsil özündən əvvəlki nəsildən daha ağıllı olur” - MÜSAHİBƏ
28.02.2018, 10:42

Milli Məclisin Naxçıvandan seçilən xanım deputatı Ülviyyə Həmzəyeva Modern.az saytına geniş müsahibə verib. Xanım deputatın rəssam olduğunu nəzərə alaraq, hazırkı rəssamların və rəssamlıq sənətinin incəliklərindən də söhbət açmaya bilməzdik.

Qadın, rəssam, deputat, üstəgəl ailəsinin xanımı olan Ülviyyə Həmzəyeva bu qədər işi bir arada görməyin məsuliyyətini müsahibə boyu açmağa çalışıb. Deyir ki, insanın ürək dostu həyat yoldaşı olunca, çətinliklərin öhdəsindən məharətlə gəlmək mümkündür. İnanmırsınız?! Elə isə başlayaq…

- Ülviyyə xanım, naxçıvanlı seçiciləri Milli Məclisdə təmsil edirsiz. Naxçıvandan Bakıya, Bakıdan da Naxçıvana vaxtaşırı gəlib-gedirsiz. Məsafənin uzunluğu “kaşki, deputat olmazdım” sözünü dilə gətirirmi?

- Qətiyyən. Naxçıvandan Bakıya məsafə uzun ola bilər. Amma düşünəndə ki, səni seçən və sənə ehtiyacı olan insanların problemlərinə yardımçı olursan, baxın, bu, bütün yorğunluğu aradan qaldırır. Hətta, uzun məsafə bir anda qısalır.


- Seçicilərin hüquqlarını parlamentdə qorumaq şansını düz 33 yaşınızda qazanmısız. Bu yaşda deputatlığa namizədliyinizi irəli sürüb parlamentdə təmsil olunmaq gənc xanım üçün necə hissdir?


-Seçicilərin etimadını qazanaraq bu gün parlamentə seçilmək yaşından asılı olmayaraq, hər bir deputat üçün həm qürurverici, həm də çox məsuliyyətlidir. Deputat seçicilərin təklif, şikayət və ya problemlərini müvafiq icra strukturunun nəzərinə çatdıra bilər. O ki qaldı hüquqların qorunmasına, deputatların burda birbaşa rolunun çox olduğunu sanmıram. Hər kəsin hüququnu qanunlarımız qoruyur. Bu sahədə ölkəmizdə yetərincə mütərəqqi, işlək hüquqi baza var. 

- YAP sizing deputatlığa namizədliyinizi irəli sürəndə, bu, birmənalı qarşılanmamışdı. Həmin dönəmlərdə sosial şəbəkələrdə ən çox müzakirə olunanlardan biriydiniz. İnsanların bir qismi namizədliyinizə müsbət yanaşır, digər qismi təəccüblənirdi. Sanki Milli Məclisdə  təmsil oluna bilməzdiz.

- Yeni Azərbaycan Partiyası ilə bizim ailənin bağları hələ ulu öndər Heydər Əliyev Naxçıvanda YAP-ın əsasını qoyanda yaranıb. Babam partiya sıralarına ilk daxil olanlardandır. Universitetdə oxuduğum illərdə özüm də partiyaya daxil oldum. Çünki bunu çox istəyirdim. Hələ atamın hərbçi kimi qulluq etdiyi hərbi hissənin şəhərciyində yaşayarkən ümummilli liderimizin ora gəlməsi, ruslar hərbi hissəni tərk etməzdən öncə üçrəngli bayrağı asdırması və rus hərbçilərin Azərbaycan bayrağının altından keçərək hərbi hissəni tərk etməsi gözümün önündədir. Düşünürəm ki, mənim Milli Məclisdə olmağıma təəcüblənmək lazım deyil. Çünki mən bundan əvvəl IV çağırış Naxçıvan MR Ali Məclisinin deputatı olmuşam. Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatında Siyasi Şuranın və Qadınlar Şurasının üzvüyəm.

- Neçə müddətdir partiyanın sıralarındasınız?

- 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm.

- 18 il az müddət deyil. Partiyanın inkişaf strategiyasında nə kimi işlər görmüsünüz?

- Yeni Azərbaycan Partiyası çox müdrik bir partiyadır. Bu gün ətrafında yetərincə intellektual, savadlı, vətənpərvər insanları toplaya bilib. Partiya sıralarında olan hər bir üzv kimi mən də gördüyüm işlərdə Azərbaycançılıq ideyasını unutmur, Azərbycanın qədimdən muasir dövrədək keçdiyi çətin, lakin şərəfli, şanlı tarixini, partiyanın ideya və məramını öndə tutaraq işlərimi qururam. Bununla da partiyaya hər hansı müsbət təsirimiz olursa, bu, bizi sevindirir.
 


- Həm də ilk rəssam xanımsız ki,  Azərbaycanın parlamentində təmsil olunursuz. Rəssamlıq yaradıcı sahədir. Bəzilərinin düşüncəsinə görə, rəssamın parlamentdə nə işi var. Siz necə düşünürsüz?

- Sizin də bildiyiniz kimi sovetlər dönəmində bir çox rəssamlar deputat kimi də fəaliyyət göstərirdilər. Onlardan  dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun adını çəkmək olar. Mənim fikrimcə, rəssam parlamentdə olmasa belə, özü özlüyündə güclü bir siyasətçidir. Rəssamlardan və digər sənət adamlarından çox öz ölkəsini, onun adət ənənəsini, mədəniyyətini, tarixini tanıdan yoxdur. Öz sənət yolum, özüməməxsus yaradıcılığım var. Bir çox beynəlxalq festival və rəsm sərgilərinə dəvət alıram. Müxtəlif beynəlxalq sərgilərdə yüksək mükafatlarla təltif olunmuşam. Bu sahədəki işlərimi davam etdirirəm və bu mənim ayrılmaz hissəm,  həyat tərzimdir.
 

- Rəssamlıq həyat tərziniz olsa da, deputatlıq sırf siyasətlə məşğul olmaqdır. Hər ikisi fərqli sahədir. Hansı bir-birinə mane olur? Bəzən deyirlər ki, siyasətə gələn yaradıcı insan bir növ tükənir. Bu fikirlərlə razısınızmı?

-Əslində, hər bir sənət siyasidir. Çünki hər kəs hansısa dövlətin ərazisində yaşayır, dövlətin də müəyyən bir idarəetmə prinsipləri var və insan da öz fəaliyyətini bu prinsiplərə uyğun qurur. Bəziləri guya siyasətdən kənar olduğunu göstərmək üçün “mən siyasətdən uzaq sənətlə məşğulam və ya bu mənə aid deyil” deyir. Əslində elə bunu deməyin özü də bir siyasi mövqedir. Yazıçı, şair, ya da jurnalist olsun, bunlar cəmiyyətlə dialoq aparır. Ona görə deputatlığın mənim sənətimə hər hansı bir təsir göstərdiyini sanmıram. Yalnız ola bilsin ki, bir az sənətə ayıracağım vaxtın azlığından əziyyət çəkəm. Amma sənətçinin ilhamı gəldisə gecə də olmuş olsa, o əsəri yaradacaq.

- Amma qadının rəssam olması bir qədər təəccüb yaradır. Hətta “qadından yaxşı rəssam çıxmaz” fikirləri ilə qarşılaşmamış olmazsız.

- Zənnimcə, bu fikirlərin arxasında müxtəlif kompleks səbəblər durur. Bu səbəblərdən biri qadınların uzun müddət rəssamlıq təhsilinə çıxışlarının olmaması və ya çox məhdud olmasıdır. Orta əsrlərdə rəssamlıq sənətinə yiyələnmək üçün ya ailədə rəssam olmalı idi ya da məşhur rəssamların yanında şagird kimi çalışmalı idin. Bu da istisna hallar olmasa qızlar üçün mümkünsüz idi. Ancaq XIX əsrdə qızların rəssamlıq təhsilinə qəbulu qismən təmin edilib.

Qadınlara qarşı diskriminasiyalar da bu səbələrdən biridir. Uzun illər qadının davranışı, əxlaqı, ərinin maraqlarına xidmət etmək kimi xüsusiyyətləri yaradıcılıq qabiliyyətindən daha artıq dəyərləndirilirdi. Digər bir maneə kimi qadınlara naturadan rəsm əsərləri yaratmaq qadağasının olmasını göstərmək olar. Bu cür səbəbləri çox sadalamaq olar. Bütün bunlar da qadın rəssamların yaradıcılıqlarının üzə çıxmamasına, özlərini reallaşdıra bilməməsinə və saylarının kişilərə nisbətən daha az olmasına səbəb olub. Ancaq bununla yanaşı, əsərləri milyonlarla dollarla ölçülən qadın rəssamlar da az deyil. Bunlardan Nataliya Qonçarova, Frida Kalo, Meri Kassat, Berta Morizo, Anjelika Djentileski və.s göstərmək olar.

Mənim özüm də XX əsrdə yaşamağımıza baxmayaraq, rəssam olmaq seçimimdə bu cür maneələrlə qarşılaşmışam. Məktəbi bitirməmiş, məni  tibb kollecinə yönəldsələr də, məktəbə qayıdaraq qəti şəkildə “rəssam olmaq istəyirəm” dedim. Təbii, incikliklər də oldu. Əsasən məni həkim kimi görmək istəyən babam “qadından rəssam olmaz” deyə qəti əleyhinə idi. Lakin illər sonra qəbul etdi ki, düzgün seçim etmişəm. İnsan ancaq sevdiyi işlə məşğul olduqda uğur əldə edə bilər.

- Bayaq dediz ki, bəziləri guya siyasətdən kənar olduğunu göstərmək üçün “mən siyasətdən uzaq sənətlə məşğulam, ya da bu sahə mənlik deyil” deyirlər. Sizcə, Milli Məclisdə təmsil olunan insanın bu cür davranış sərgiləməsi nə dərəcədə doğrudur?

-Hər bir insanın hansısa məsələyə münasibət bildirmək və ya bildirməmək hüququ var. Ola bilər ki, verilən suala veriləcək cavabı olmasın. Ancaq hansısa sahədə fəaliyyət göstərirsənsə, necə deyə bilərsən ki, “bu mənim sahəm deyil?”. Mən rəssamamsa necə deyə bilərəm ki rəssam deyiləm?

- İndiki dövrdə tanınmış rəssamların yetişə bilməməsi vurğulanır. Biz niyə yaxşı rəssamlar yetişdirə bilmirik. Son 10 ilin rəssamlarının adını çəkə bilmirik. Onlar yetişə bilmir, yoxsa, biz tanımırıq?!

-Hesab edirəm ki, düzgün təhsil və təcrübə ilə yaxşı rəssam olmaq olar. İnsanın portretini çəkməyi öyrənmək olar. Səy göstərsəniz, çox vaxt sərf etsəniz məşhur rəssamların əsərlərinin kopyasını da çəkə bilərsiniz. Daim oxumaq və öz sənətini bilmək vacibdir. Ancaq heç vaxt dahi rəssam olmağı öyrənmək olmaz. Bunun üçün daha artığına ehtiyac var. Dünyanı fərqli görmək, eksperiment aparmaq və həqiqətən yeni şeylər yaratmaq bacarığı lazımdır. Bunlar isə irsən və müxtəlif həyat təcrübələrindən əldə edilir.

- Bir çox sahələrdə yaşlı nəsil gənc nəsli qəbul edə bilmir, qısqanır. Rəssamlıq sahəsində vəziyyət necədir? Yaşlı insanlarda gənclərə qarşı eqonun səbəbləri nədir?

- Ümumiyyətlə, düşünürəm ki, hər yeni nəsil özündən əvvəlki nəsildən daha ağıllı olur. Çünki düşünün, əgər uşaqlar valideynlərindən, nəvələr öz baba və nənələrindən ağıllı olmasaydılar biz hələ də daş dövründə olduğu kimi mağaralarda yaşayardıq.  Elə bilirəm təbiətin bu qanunauyğunluğu ilə hərkəs razı olar. Yəqin elə buna görədir ki, gənclər yaşlı nəslin xoşuna gəlmir. Yaşlı nəsil yenilikləri qəbul etməli və bir qədər eqolarından əl çəkməlidirlər. Gənc nəsil rəssamlar sənətdə yeni istiqamətlərə və yeni dəyərlərə can atır. Biz istəsək də, istəməsək də zaman öz sözlərini deyir.


- Bu arada atanız Tapdıq Həmzəyev barədə danışmağınızı istərdim. Dediz ki, atanız hərbçi olub. Amma rəssam kimi daha çox tanınır. Atanızdan rəssam kimi nələri öyrənmisiz?

-Atam Həmzəyev Tapdıq Hüseyn oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan zabitidir. Hərbi xidmət dövründə Naxçıvanda Milli Ordunun yaradılmasında yaxından iştirak edib. Belə ki, rus ordusunun Naxçıvandan çıxmasından sonra zenit-raket alayının yaradılmasında birbaşa iştirak etmişdir. Ümummilli liderimiz Heydər Əliyev zenit-raket alayının yaradılması, silah-sursat və texnikanın qorunmasını və rus ordusundan təhvil alınmasını onunla yanaşı bir neçə zabitə şəxsən tapşırıb. Onun şəxsi tövsiyələrinə əsasən, bu iş uğurla həyata keçirilib. Həmçinin, müharibə zamanı Naxçıvanın düşməndən müdafiəsində erməni işğalçılarına qarşı vuruşub. Naxçıvan elektrotexnika zavodunda döyüşlər üçün hazırlanan silahların konstruktoru kimi də fəaliyyət göstərib. 2002 – ci ildən ehtiyata buraxılıb.  Müharibə veteranıdır.

Atam rəssam kimi bu gün də fəaliyyət göstərir. Əsasən mis üzərində döymə sənəti ilə məşğuldur. Ancaq gözəl rəsm əsərləri də var. Atam realist rəssamdır mənim üslubum isə fərqlidir. Atam rəssam olsa da, rəssamlığa olan həvəsimi anam görüb və bu istiqamətdə mənə hər cür dəstək olub.

- Cəmiyyətdə baş verən proseslərə yaradıcı insanların özünəməxsus yanaşması olur. Rəssamlar susur və fırça, tablo danışır. Bugünkü cəmiyyətdə xüsusilə, ailədaxili münaqişələrin daha pik həddə çatdığının şahidi oluruq. Milli Məclisin deputatı kimi bu cür nüanslara yanaşmanız necədir? Əsl ailə dəyərləri necə olmalıdır?

- Dünyada yaşayan bütün insanların mənəvi dəyərləri var. Hər bir insanın özünüəməxsus milli-mənəvi dəyəri, əxlaqı mövcuddur. Hər bir xalqın xüsusiyyətləri bu dəyərlərdə birləşir. Azərbaycan xalqının çox zəngin milli-mənəvi dəyər xəzinəsi var. Biz gözümüzü açandan evdə bu dəyərləri, onlara olunan ehtiramı görür və o ruhda tərbiyə olunuruq. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Başqa sözlə, toplumun, dövlətin əsasını sağlam ailələr təşkil edir. Ailə cəmiyyətin özəyidirsə, deməli, əvvəlcə təmiz cəmiyyətin toxumları da burada atılacaq. Uzunömürlü, sağlam ailənin qurulması üçün kişinin və qadının həyata baxışları, mədəni səviyyələri bir-birini tamamlamaqla yanaşı, tərəflər arasında məsuliyyət və sayğının mövcud olması mütləqdir. Ailə qurmaq da, dağıtmaq da asandır, lakin onu həyatın sınaqlarından keçirib yaşatmaq çətin və şərəfli vəzifədir. Ailənin parçalanması mənəvi və ictimai dəyişikliklərə səbəb olur. Bu vəziyyətdə ən böyük acını uşaqlar çəkir.

Azərbaycan ailəsi həm yenilikçi, həm də konservativ olmalıdır. Ailə, zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə etməli, yaşatmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amilləri üstün tutmalıdır. Eyni zamanda, demokratik prinsipləri qavramalı, zamanın, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yenilikləri qəbul etməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır.


- Həm siyasətçi həm də yaradıcı xanımın öz ailəsində vəziyyət necədir? Həyat yoldaşınız işlərinizdə sizə yardımçı olurmu?


- Fikrimcə, hər  insanın bu həyatda bir missiyası var. Bu gün mənim həm rəssam kimi fəaliyyətimi davam etdirməkdə, həm ictimai işlərlə məşğul olmamda sözsüz ki, mənim ailəmin, həyat yoldaşımın bilavasitə yardımı və dəstəyi var. Belə bir deyim var ki, “Hər güclü kişinin arxasında, bir qadın var”, mənim fikrimcə, hər bir uğurlu qadının da arxasında güclü bir kişi var. Həmin insan, məndən heç zaman dəstəyini əsirgəməyən həyat yoldaşımdır.

-Hər işinizdə sizə dəstək olan həyat yoldaşınızdırsa, bəs yaxın dostunuz kimdir?


- Dost məfhumu böyük və dərin anlayışdır. Təbii, həm rəssam, həm də deputat olaraq ünsiyyət saxladığım insanlar var. Amma həyatda ən yaxın dostum həyat yoldaşımdır.



- Övladınız varmı?


- Bir qızım var. 8 yaşı olsa da, mənimlə yaxşı həmsöhbətdir. Hətta deyərdim ki, biz sanki əkizik. Ana-bala olaraq bir-birimizə çox bağlıyıq. Bəzən olur ki, hansısa məsələ barədə müsahibə vermək istəmirəm. Qızım həmin anda mənə dəstək olur. “Sən deputatsan, heç bir sualdan qaçmamalısan” deyir. Qızımın bu cür yanaşmaları mənə bir az da stimul verir.


- Bəs Milli Məclisdə necə, yaxından dostluq etdiyiniz həmkarlarınız varmı?


- Əsasən həmkarlarımla iş barəsində qarşılıqlı fikir mübadiləsi çərçivəsində münasibətlərimiz var.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi - Dənizə girişi bağlayanlar KİMLƏRDİR?
18.07.2018, 10:37

Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi - Dənizə girişi bağlayanlar KİMLƏRDİR?

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb
18.07.2018, 10:37

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub
18.07.2018, 10:33

Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

Qənirə Paşayevaya qarşı TƏXRİBAT: “Bunu edən ən əxlaqsız adamdır”   
18.07.2018, 10:29

Qənirə Paşayevaya qarşı TƏXRİBAT: “Bunu edən ən əxlaqsız adamdır”  

İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub
18.07.2018, 10:11

İtaliya prezidentinin rəsmi qarşılanma mərasimi olub

Ermənistan atəşkəsi 98 dəfə pozdu   
18.07.2018, 10:06

Ermənistan atəşkəsi 98 dəfə pozdu  

Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib
18.07.2018, 09:58

Horadizdə pambıqçılığa həsr olunan müşavirə keçirilib

Axtarışda olan 32 nəfər tutuldu   
18.07.2018, 09:55

Axtarışda olan 32 nəfər tutuldu  

Azərbaycanda ilanların sayı çoxalıb
18.07.2018, 09:53

Azərbaycanda ilanların sayı çoxalıb

Polşalı müəllimlər Qərbi Kaspi Universitetində mühazirə deyəcək
18.07.2018, 09:33

Polşalı müəllimlər Qərbi Kaspi Universitetində mühazirə deyəcək

Prezident Sumqayıta açılışa gedir   
18.07.2018, 09:08

Prezident Sumqayıta açılışa gedir  

“Qarabağ” bu gün cavab oyununa çıxır - Çempionlar Liqasında TƏQVİM   
18.07.2018, 08:38

“Qarabağ” bu gün cavab oyununa çıxır - Çempionlar Liqasında TƏQVİM  

Bu gün I və IV qruplarda qəbul imtahanı keçirilir
18.07.2018, 08:32

Bu gün I və IV qruplarda qəbul imtahanı keçirilir

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 08:29

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ABŞ-da silahlı insident
18.07.2018, 01:03

ABŞ-da silahlı insident

Yarım milyon qızılgüldən piramida ucaldıldı
18.07.2018, 00:49

Yarım milyon qızılgüldən piramida ucaldıldı

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video
18.07.2018, 00:36

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu
18.07.2018, 00:20

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu
18.07.2018, 00:04

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir
17.07.2018, 23:48

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

İran nüvə proqramını davam etdirəcək, əgər ...
17.07.2018, 23:26

İran nüvə proqramını davam etdirəcək, əgər ...

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.07.2018, 23:12

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Bakıda zəncirvari qəza - VİDEO
17.07.2018, 22:56

Bakıda zəncirvari qəza - VİDEO

Dənizdə batan 2 nəfər xilas edilib
17.07.2018, 22:41

Dənizdə batan 2 nəfər xilas edilib

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR
17.07.2018, 22:23

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

Ukrayna dairəsində təmir başa çatır
17.07.2018, 22:11

Ukrayna dairəsində təmir başa çatır

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi
17.07.2018, 21:54

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi

BMT: Bir milyarddan çox insan risk altındadır
17.07.2018, 21:40

BMT: Bir milyarddan çox insan risk altındadır

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018, 21:26

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü
17.07.2018, 21:26

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü

105 dövlət əmlakı özəlləşdirilir
17.07.2018, 21:19

105 dövlət əmlakı özəlləşdirilir

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi
17.07.2018, 21:04

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər
17.07.2018, 20:55

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər

İŞİD-çilər kütləvi şəkildə  güllələndi
17.07.2018, 20:41

İŞİD-çilər kütləvi şəkildə  güllələndi

Sabah Bakınınbu rayonunda qaz olmayacaq
17.07.2018, 20:28

Sabah Bakınınbu rayonunda qaz olmayacaq

ARXİV