Modern.az

Bu ölkəni ən çox azərbaycanlı turistlər ziyarət edirlər

Bu ölkəni ən çox azərbaycanlı turistlər ziyarət edirlər

Mədəni̇yyət

5 Mart 2018, 22:50

Azərbaycan vətəndaşları ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 faizlik azalmaya baxmayaraq, 2018-ci ilin fevralında Gürcüstandakı turistlərin sayına görə liderdir.

Modern.az-ın məlumatına görə, ümumilikdə əcnəbi səyahətçilərin sayı 19,8 faiz, turistlərin isə 27,1 faiz artıb.

Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze deyib ki, daha çox səfər Azərbaycan, Türkiyə (ötən illə müqayisədə 28,1 faiz artım), Rusiya (+24,2 faiz) və İrandan (+130,6 faiz) olub.

 

O qeyd edib ki, Avropa İttifaqı ölkələrindən - Böyük Britaniya, Litva, Fransa və Almaniyadan səfərlərin sayının artması baxımından müxbət tendensiya saxlanılıb.

Ümumilikdə 2018-ci ilin yanvar-fevral aylarında Gürcüstana 885 047 əcnəbi səyahətçi səfər edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 129 967 nəfər üstələyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü