Modern.az

Bizimkilər - “Kulis.az”la “Lent.az”ın gəncləri: “Uşaqlar dedilər ki, ilk maaşdan müdirə pul verməlisən” - FOTO

Bizimkilər - “Kulis.az”la “Lent.az”ın gəncləri: “Uşaqlar dedilər ki, ilk maaşdan müdirə pul verməlisən” - FOTO

Media

19 Mart 2018, 09:52

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq...

“Bizimkilər” rubrikasından budəfəki təqdimat “Lent.az” və “Kulis.az” redaksiyasında çalışan gənc  jurnalistlərdən bəhs edir.


“Kulis.az” saytının gənc əməkdaşı  Ayxan Ayvaz deyir ki, jurnalistika onun üçün sadəcə xilas yolu idi:


“1992-ci ildə Tiflisdə anadan olmuşam. Bakı Slavyan Universitetində rus dilini bitirmişəm. Üç kitab müəllifiyəm. Bir roman, bir tərcümə və bir hekayələr.

Jurnalistika ədəbiyyata ən yaxın sahədir və mənim də yazmaqdan başqa əlimdən heç bir iş gəlmir. “Kulis.az” saytı da  bu baxımdan mənə doğma oldu. Mən burada özümü rahat hiss etdim”.


Gənc jurnalist “Kulis.az”a iş müraciətindən sonra gəlib:


“Sağ olsun, Vüsalə xanım da diqqət göstərdi və artıq 2 ilən çoxdur burada işləyirəm. İlk başlarda operativlikdə çətinlik çəkdim. Birinci dəfədir belə bir mühitdə işləyirdim deyə, mənə bir az çətin gəlmişdi. Amma sonra yavaş-yavaş alışdım. Yazmaq əlimizdən gəlir də (gülür)”.


Ayxan Ayvaz “Kulis.az”dan öncə bir neçə qəzet və jurnallarla, saytlarla əməkdaşlıq edib:


“Köşə yazarı kimi yazılar yazmışam. Hazırda “Kulis”də iş şəraiti əladı. Səhər gəlmək bir az mənə çətindir, amma qalan hər şey gözəldir”.


Müsahibimiz “Kulis.az”la bağlı xatirələrini memuar kimi yazmağı düşünür.


“Lent.az” saytının gənc əməkdaşı  Səlcuq Elçin deyir ki, atası jurnalist olduğu üçün uşaqlıqdan mətbuatın içində olub:


“1991-ci ildə  Bakıda anadan olmuşam. Bakı Dövlət Univerisitetinin Kitabxanaçılıq-informasiya fakültəsini bitirmişəm. Evin tək övladıyam. Atam dünyasını dəyişənədək heç vaxt juralistika sahəsində olmağı nə arzulayırdım, nə də olacağıma inanirdım. Sadəcə vəziyyət elə gəldi, özümü burda tapdım.

2009-cu ildə atam vəfat edəndən sonra onun haqqında bir yazı yazdım. O vaxt "Azadlıq" qəzetində çap olundu. Ondan sonra bir neçə yazı da yazdım və çap edildi.  Daha sonra “Azadlıq” qəzetində Azər müəllim məni işə dəvət elədi. Universitetdə oxuya-oxuya reportyor işləməyə başladım. Təxminən 5-6 ay orda işlədim. Sonrakə fəaliyyətim isə  "Qanun" nəşriyyatında olub”.


Səlcuq Elçin hərbi xidmətə gedib qayıdandan sonra“APA Holdinq”in prezidentiVüsalə Mahirqızından iş təklifi alıb:


“2014-cü ildən “ Lent.az”da çalışıram.Mən buradaxəbərçiliyin nə olduğunu öyrənmişəm. Bu baxımdan redaktorlarımın böyük əməyi var.  İlk vaxtlar kriminal xəbər yazmaq üçün mənbələr tapmaqda çətinlik çəkirdim. Sonra da məhkəmə sahəsinə keçdim. Burda da mənbələr tapmaq və vəkillərlə münasibət qurmaq vaxt tələb edirdi. İndi isə bu barədə biraz rahatlamışam”.


Müsahibimiz deyir ki, “Lent.az”da iş şəraiti çox yaxşıdır və nədənsə narazılığı yoxdur:


““Lent.az”da işlədiyim birinci ay idi. Maaş aldıq. Uşaqlar yalandan dedi ki, ilk  maaşdan müdirə pul verməlisən. Səbəbini soruşanda burada ənənə olduğunu bildirdilər. Çox tərəddüd etdim, amma yenə də bir sözlə desəm, saflıq etdim. Pulu aparıb Qabil müəllimin qabağına qoydum , o da “çox sağ ol” dedi. Üstündən 5 dəqiqə keçdi, birdən gördüm ki, bütün otaq yüksəkdən güldü. O zaman mən də hər şeyi dərk edib öz saflığıma güldüm.  Amma həmin zarafatı məndən sonra gələnlərə də etmişik.  Nə yalan deyim, mənim kimi aldanan olmayıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü