22 aprel 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Kövrək Murad: “Ovaxtkı aşıqlar bir-birinin sənətinə münasibətdə çox ədalətli  idilər” - MÜSAHİBƏ
Kövrək Murad: “Ovaxtkı aşıqlar bir-birinin sənətinə münasibətdə çox ədalətli  idilər” - MÜSAHİBƏ
05.04.2018, 15:52

Azərbaycan Aşıqlar Birliyinin üzvü, el sənətkarı, aşıq-sazbənd Kövrək Murad 1952-ci il iyulun 7-də Borçalı mahalının Aran-Dəllər kəndində doğulub. Tanınmış aşıq-sazbənd Kövrək Murad (Sarıyev Murad Əli oğlu) Türk dünyasının azman ozanı Hüseyn Saraclının sonuncu şagirdidir. 5 il aşıq Hüseyn Saraclıya qulluq edib. Bir sıra dövlət tədbirlərində iştirak edib, festivallara qatılıb. 


Xalqımızın ən qədim sənəti olan aşıq sənəti əsrlər, qərinələr keçdikcə özünün varlığını qorumuş və tarixin bu gününə kimi uzun bir dövr keçmişdir. Aşıq sənəti uzun müddət xalqın hafizəsində yaşayaraq şifahi şəkildə nəsillərdən-nəsillərə ötürülmüş və özünün qüdrətli əzəmətini qoruyub saxlamışdır. Sənətin inkişafında və nəsillərə çatdırılmasında, şübhəsiz ki, ustad aşıqların rolu danılmazdır. Onların sənət qarşısında həyata keçirdikləri misilsiz əməyin nəticəsidir ki, aşıq sənətində xalqımızın dahi söz sərrəfları yetişib. Ustad aşıqlar xalqın yaddaşında qorunaraq günümüzə kimi gəlib çatıblar. Bu isə sənətin böyüklüyü ilə yanaşı, xalqımızın milli sənətin qorunmasında göstərdiyi fədakar əməyin təsdiqidir.


Bakıda yaşayan və Borçalı aşıq məktəbinin tanınan simalarından biri Aşıq Kövrək Muradın qonağı olduq. Aşıq sənəti haqqında Kövrək Muradla maraqlı söhbətimiz baş tutdu. Onun sənət haqqında olan bilikləri bizi çox sevindirdi. Murad müəllimin özünün saz emalatxanasında baş tutan görüşümüz isə olduqca maraqlı alındı.

           

Modern.az-da aşıq Kövrək Muradla müsahibəni təqdim edirik: 

           
- Kövrək Murad, ustad aşıqlar sənətin inkişafında misilsiz xidmətlər göstərirlər və onların yaradıcılıq fəaliyyəti bütün sənətsevərlər tərəfindən maraqla, rəğbətlə qarşılanır. Bu baxımdan, sağlığında gördüyünüz ustad aşıqlardan söhbət açardınız.

           
- Mən Borçalı aşıq mühitinin çox görkəmli nümayəndələri başda olmaqla dövrümün görkəmli sənətkarlarının, ustadlarının əksəriyyətini görmüşəm, söhbət etmişəm. Ustadların hərəsi bir dünya idi desəm, yanılmaram. Onların şəxsiyyəti, sənəti o qədər uca idi ki, bu gün də onlar yaşayır. Böyük ustadların, demək olar ki, bir çoxu ifaçı, dastançı aşıq olmaqla yanaşı, həm də yaradıcı aşıqlar olub. Bəzi ustadlar havacatlar bəstələyib, əksəriyyəti ölməz şeirlər yaradıb. Aşıqların şeirləri çox qüvvətli idi. Bu gün də o şeirlər müasir aşıqların ifasında özünə yer tutur. Ustad sözü bütün dövrdə qüvvədədir. Ustadın dediyi söz, kəlam nəsillərin yaddaşında qalmalıdır. Mənim gördüyüm yaradıcı aşıqlardan biri Azaflı Mikayıl idi ki, onun da yaratdığı havacatlar, yazdığı dəyərli şeirlər bu gün də yaşayır, mütləq mənada sabah da yaşayacaq. Mikayıl Azaflı gözəl şeirlər yazırdı, oxuyurdu, həm də maraqlı söhbətlər edirdi. Xüsusilə də başına gələn əhvalatları danışırdı. O, böyük saz-söz təbliğatçısı idi. Bir məsələni də deyim ki, ovaxtkı aşıqlar bir-birinin sənətinə münasibətdə çox ədalətli, obyektiv idilər. Yəni onlar bir-birinin sənətini, sənətkarlığını, biliyini, ustadlığını inkar etmirdilər. Ola bilsin, kimlərinsə bir-biri ilə münasibəti yaxşı deyildi, ancaq onlar bunu sənətə gətirmirdilər. Şəxsi münasibətlər sənətdən aşağıda dururdu. Mikayıl Azaflının şeirlərini dövrünün aşıqları da oxuyurdu. Ustadım Hüseyn Saraclı da Azaflı Mikayılın bir neçə sözünü oxuyurdu. Deyim ki, aşıq Ələsgər də, ondan əvvəlki və sonrakı yaradıcı aşıqların yaratdığı şeirlər aşıqların vasitəsilə el-obaya yayılıb, dilə-ağıza düşüb. Mikayıl Azaflının da şeirlərini aşıqlar sazın köməyi ilə el-oba arasında yayırdılar. Yaradıcı aşıqların şeirləri sazdan doğulmuşdu deyə, daha doğma idi. Ümumiyyətlə, bütün dövrlərdə xalqın yaratdıqlarını, ozanların söylədiklərini sazdan yaxşı təbliğ edən ikinci bir məfhum olmayıb. Aşıqlar yeni şeirləri məclislərdə oxuyub, onları xalqın yaddaşına yazırdılar. O dövrdə də insanlar saza həddən artıq pərəstiş edir, aşıqlara qarşı tələbkar münasibət göstərirdilər. Sizə Hüseyn Saraclıdan da danışa bilərəm. Aşıq Hüseyn Saraclı olduqca  böyük sənətkar idi. Ümumiyyətlə, deyim ki, hər ustadın öz izi, öz yolu, öz ifası, öz şirinliyi olub. Hüseyn Saraclı Tovuz aşıq və şairlərin yaradıcılığından çox oxuyardı. Hüseyn Saraclı Mikayıl Azaflı ilə çox yaxın dost idi və Mikayıl Azaflının sözlərini, hətta vala salmışdır.

           
- Dövrümüzdə ustad aşıqların yetişməməsi haqqında hər kəs danışır. Cəmiyyət ötən əsrdə olan ustad aşıqların yoxluğundan narazılıq edir. Maraqlıdır ki, ötən əsrdə olan ustad aşıqlar indi yetişirmi?

           
- İnanın, ötən əsrdə yetişmiş ustad aşıqlara bərabər aşıqların adını çəkmək çətin olur. İndiki aşıqların əksəriyyəti bir-birinə baxır. Alçaq dağdan nə qədər duman qalxar?  Gözəl barmaq, istedad və şeirlər var. Amma bunlardan aşıqlar istifadə edib, gözəl ifalar bəstələyə bilmirlər. Hazırkı aşıqlar əvvəlkiləri təkrar edirlər. Əgər bunların istedadı varsa, yeni nəsə oxuya bilərlər. Bunların başlıca səbəbləri aşıqların ustada qulluq etməməsidir. Çox arzu edərdim ki, gənc aşıqlar ustada qulluq etsinlər. Ustaddın verdiyini saz məktəbləri gənc aşıqlara qazandırmır. Yaxşı aşıq olmaq istəyən zəhmət çəkib gecə-gündüz öyrənməlidir. Mənə hansı gənc müraciət edirsə, kömək göstərirəm. 

           

- Müasir sazın hazırkı pərdələrinin yaradıcısı kimdir? Bunları kim sahmana salıb?

           
- Hazırkı sazdakı pərdələri Aşıq Əmrah Gülməmmədov tərtib edib. Aşıq Əmrah Gülməmmədov XX əsrdə saza yeni nəfəs gətirdi. O, saz sənətində böyük islahatlar həyata keçirdi. Sadıqcan tarın inkişafında, mükəmməlləşməsində hansı dərəcədə rol oynayıbsa, Əmrah dayı da sazın inkişafında o cür rol oynayıb. Əvvəllər pərdələrin sayı az olub, sonra isə ustad Əmrah Gülməmmədov pərdələrin sayını artırıb. Əmrah Gülmməmədova qədər saz 11 simli olmayıb, sazı o 11 simli edib. Bugünkü 11 simli saz ənənəsi ondan miras qalıb.

           
- Bəs Dədə Ədalətin sazla bağlı yenilikləri nələr olub?

           
- Dədə Ədalət sazı gözəlləşdirdi və öz ifaçılıq yolunu yaratdı. O, sazın inkişafında böyük rol oynayan ustadlardan biridir. Ədalət qağam saza özünəməxsus yeni nəfəs verdi. Onun “Yeddi oğul istərəm” filmində ifa etdiyi “Yanıq Kərəmi” havası əvəzsiz bir çalğıdır. Bu gün o ifanı təkrarlayan yoxdur. Bu, Ədalətin barmağından, ürəyindən, ruhundan qopan bir ifadır. Allah qağama rəhmət eləsin.

İndiki dövrdə müəllim (yəni ustad) nə bilirsə, şagirdə də onu öyrədir. Hazırda ustadın kim olduğuna diqqət yetirmək lazımdır. Ustad kimdir, görək Hüseyn Saraclı kimi bir ustaddır, yoxsa gənc bir aşıqdır?


- Cənubi Azərbaycan aşıqları haqqında fikirləriniz də bizim üçün maraqlıdır. Orada kimlər var?

           
- Cənubi Azərbaycan aşıqları da eyni şeyləri təkrar edirlər. Çünki vaxtilə onlar da özlərində olan ustad aşıqları görməyiblər. Aşıqlığın beşiyi Cənubi Azərbaycandır. Orada Abbas Tufarqanlı, Xəstə Qasım və s. kimi dövrünün görkəmli aşıqları olub. Amma zamanla bu ənənələr itib. Bu da orada uzun illər sazın qadağan olunması ilə bağlı idi. Bu üzdən də cənub aşıqları məcbur olublar ki, bizim aşıqları təkrar etsinlər. Cavan olarkən bizim televizorlara, radiolara qulaq asıblar və beləcə, öyrəniblər.

           

- Cəmiyyətdə aşıqları toylara az aparırlar. Əvvəlki kimi, aşıqları toy məclislərində az görürük. Sizcə, bunun başlıca səbəbləri nələrdir?

           
- Aşıqların özlərinin heç bir yaradıcılğı yoxdur. Buna görə də onları toylara az dəvət edirlər. Məcbur olub xanəndə havalarına keçirlər ki, vaxtı öldürsünlər.

            Mənim ustadım toylara gedərkən pul danışmırdı. Toy yiyəsi ustadım Hüseyn Saraclıya deyirdi:

            - Ay Hüseyn əmi, filan yerdə toyumuz var.

            - Allah mübarək eləsin.

            - Bizdən toy üçün nə alacaqsınız?

            - Nə versən min bərəkət.

İndiki aşıqlar isə toya getməmişdən pul danışırlar. Buna görə də bu aşıqlara deyirəm ki, sizlər ac qalacaqsız və toya gedərkən pul danışmayın.

           

           

Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qaradağda palçıq vulkanı püskürüb - FOTO
22.04.2018, 12:23

Qaradağda palçıq vulkanı püskürüb - FOTO

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb
22.04.2018, 12:19

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR - VİDEO
22.04.2018, 12:05

Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR - VİDEO

“Novruz Məmmədov ən əsası milli adamdır”
22.04.2018, 11:54

“Novruz Məmmədov ən əsası milli adamdır”

Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır
22.04.2018, 11:30

Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır

Sarkisyan və Paşinyanın görüşü nəticəsiz YEKUNLAŞDI
22.04.2018, 10:55

Sarkisyan və Paşinyanın görüşü nəticəsiz YEKUNLAŞDI

İki nəfər dənizdə batıb - SUMQAYITDA
22.04.2018, 10:36

İki nəfər dənizdə batıb - SUMQAYITDA

Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi
22.04.2018, 10:32

Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi

Sarkisyan istefa şərtlərini AÇIQLADI
22.04.2018, 10:02

Sarkisyan istefa şərtlərini AÇIQLADI

Oğuz silkələndi
22.04.2018, 09:53

Oğuz silkələndi

Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR   
22.04.2018, 09:48

Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR  

Abituriyentlər bu gün imtahan verir
22.04.2018, 09:47

Abituriyentlər bu gün imtahan verir

Ermənilər atəşkəsi 97 dəfə pozub
22.04.2018, 09:45

Ermənilər atəşkəsi 97 dəfə pozub

Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ
22.04.2018, 09:09

Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ

Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi
22.04.2018, 00:01

Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi

Siyahı YSK-ya təqdim olundu – İYİ Partiya seçkilərə qatılır
21.04.2018, 23:46

Siyahı YSK-ya təqdim olundu – İYİ Partiya seçkilərə qatılır

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?
21.04.2018, 23:20

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi
21.04.2018, 22:48

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib
21.04.2018, 22:43

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib

Vəzifəsiz qalan Abid Şərifov danışdı:
21.04.2018, 22:10

Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi
21.04.2018, 21:58

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
21.04.2018, 21:50

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR
21.04.2018, 21:41

Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı
21.04.2018, 21:23

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı

Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır
21.04.2018, 21:17

Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı
21.04.2018, 21:03

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı

Deputatların sayı azaldı - SƏBƏBLƏR
21.04.2018, 20:42

Deputatların sayı azaldı - SƏBƏBLƏR

Gənc nazirin uğurlu karyera yolu - DOSYE 
21.04.2018, 20:31

Gənc nazirin uğurlu karyera yolu - DOSYE 

Yeni nazirin 38 yaşı var - Bioqrafiya
21.04.2018, 20:18

Yeni nazirin 38 yaşı var - Bioqrafiya

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi
21.04.2018, 20:07

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi

Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM
21.04.2018, 19:39

Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM

Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub
21.04.2018, 18:50

Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub

Abutalıbov baş nazirin müavini oldu
21.04.2018, 18:10

Abutalıbov baş nazirin müavini oldu

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR
21.04.2018, 17:55

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR

Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...
21.04.2018, 17:44

Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10.2%)
İmtahan qiymətləri normalıdr(6.12%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(71.4%)
İmtahan qiymətləri azaldılmalıdır(4.08%)
İmtahan qiymətləri artırılmalıdır(8.16%)