16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - “Aşıq Şəmşirə verdiyim sözü tuta bilmədim” - MÜSAHİBƏ
“Aşıq Şəmşirə verdiyim sözü tuta bilmədim” - MÜSAHİBƏ
11.04.2018, 09:32

Dilsuz müəllimlə çay süfrəsinə oturmuşduq və ədəbiyyatla bağlı maraqlı söhbət edirdik. Şair Dilsuzun şeirlərinə nəzər yetirir, onun haqqında yazılan yazıları vərəqləyirdim. Bu zaman Dilsuz müəllim mənə bir neçə şəkil təqdim etdi və maraqla şairin şəkillərinə baxdım. Şəkillər içərisində Aşıq Şəmşirin fotosuna rast gəldim və Dilsuz müəllimdən şəkildə aşıqla yanaşı olan insanların kim olduğunu soruşdum. Şair şəkildə özü və İsa Şuşalının olduğunu qeyd etdi. Həmçinin, şair Dədə Şəmşirlə olan görüşlərindən söhbət elədi. Bu zaman mən söhbət əsasında yeni bir müsahibə hazırlayacağımı təklif elədim. Təklifimi Dilsuz müəllim xoş qarşıladı, beləcə, aşağıdakı müsahibə meydana gəldi. Həmçinin Dədə Şəmşirin bir yeni fotosu, iki təzə şeiri və ona həsr edilən bir şeir əziz oxucuların ixtiyarına verilir.


Modern.az-da şair Dilsuzla olan müsahibəni təqdim edirik: 


- Dilsuz müəllim, aşıq sənətinin görkəmli nümayəndəsi, tanınmış aşıq Dədə Şəmşirlə sizin görüşləriniz olub. Dədə Şəmşir Azərbaycan aşıq ədəbiyyatında misilsiz aşıqlarımızdan biridir. Bizə Aşıq Şəmşirlə ilk görüşünüzün tarixçəsindən söhbət açardız.

           
- Mənim Dədə Şəmşirlə görüşümü təsadüfi demək olmaz və bu həyatın orjinal bir prosesi idi. 1968-ci ildə APİ-yə (indiki ADPU) qəbul olmuşdum. Dədə Şəmşirlə görüşümüz isə 1968-ci ilin mart ayında oldu. Bu görüş APİ-nin nəzdində olan dərnəyin xətti ilə baş tutdu. Burada Aşıq Şəmşir geniş bir nitq söylədi. Aşıqla ilk görüşümüz burada oldu. Görüşdə Aşıq Şəmşir şeir söylədi və bu şeir univeristetin nəzdində işıq üzü görən “Bilik” qəzetində çap olundu və burada yayımlandı. Şeir, demək olar, başdan-ayaqa öyüd-nəsihətlə bağlı idi. Bu şeiri mən öz arxivimdə qoruyub saxladım və sonralar Dədə Şəmşirin çap olunan heç bir kitabında bu şeirə rast gəlmədim. Şeiri oxucularla da bölüşürəm:

 İnciməsin balalarım

 

İnciməsin balalarım, nəsihətdi ata sözü,

Fəramuşla unutmasın, çıxarmasın xəyalından.

Çətin olar yaxşı oğul sağ əlindən ata sözü,

Fərasəti tez faş olur duyğusundan, kamalından.

 

Yaxşısını yaxşı anlar, sən də yaxşı deyən zaman,

Nəsihəti eşidənlər elə həlim olsun gərək.

Baş əyər yol göstərənə bu möhtəşəm, bu mehriban,

Bildirər öz simasını lütvəsi pak olan ürək.

 

Nizamilər, Füzulilər gətirib asimandan,

Bizə lazım nədir, ancaq gəlin bilək bu torpağı.

Şeirin öz mənzili var, axtarmayaq çox o yandan

Vurğun deyib, yaxşı olur hər tərlanın öz oylağı.

 

Məsləhətdi, nəsihətdi, gəlin şeiri belə yazaq,

Halal əmək sahibidi, deyək fəal ölkəmizdən.

Hər gözəllik Bakıdadır, niyə çıxaq ərşə uzaq,

Sülhü, rəhmi, səadəti qoy öyrənsin hamı bizdən.

 

Yolun düşsə Qarabağa “ağ-gümüşə” yetir nəzər,

Təzə, cavan üzüm bağlı, al-yaşıllı düzlərə bax.

Qara qızıl yanındasan, sellənər hər yanı bəzər,

Tamam sərvət məskənidir bizim aran, bizim bu dağ.

Aşıq Şəmşir Qurban oğli,

17 oktyabr 1968-ci il.

           

- Bu görüşün sizin yaddaşınızda dərin iz buraxdığını hiss edirik. Sonralar Dədə Şəmşirlə görüşünüz oldumu? Yəqin ki, ilk görüşlə kifayətlənmək olmazdı. Axı siz də sözə bağlı insansınız.

           
- Sonralar Dədə Şəmşir Bakıya gəldikcə görüşürdük. Rəhmətlik Hüseyn Arif, Dədə Şəmşir və mən bir neçə dəfə çay süfrəsində oturmuşuq. Maraqlı söhbətlərimiz olurdu. Bu insanlar ədəbiyyatımız üçün olduqca dəyərli insanlardır. Görürsüz, hələ də onların yazdığı şeirlər öz aktuallığını qoruyub saxlayır. Universiteti qurtardıqdan sonra təyinatla Tərtər rayonunda əmək fəaliyyətinə başladım. Burada təxminən 7 il işlədim. Həmçinin sizə deyim ki, mənim Şuşa ilə sıx əlaqəm vardı. Beləcə, Qarabağ bölgəsinə tez-tez gedib-gəlirdim. Qəşəm Aslanov Şuşada I katib idi və yaxşı dostluq əlaqələrimiz vardı. Hətta sizə deyim ki, mənim şeirimi bir dəfə Qəşəm müəllim kömək edərək “Azərbaycan gəncləri” qəzetində çapa vermişdi. Şuşada şair İsa Şuşalı vardı və onunla yaxın ünsiyyətimiz mövcud idi. Bir dəfə Şuşuya getmişdim. Dostum İsa məndən israrla tələb etdi ki, bizə gedək və qonağım ol. Mən bu təklifi sevinclə qarşıladım və onlarda qonaq oldum. İsa Şuşalıgildə oturmuşduq birdən aləmə səs yayıldı ki, Aşıq Şəmşir gəlir. Aşıq Şəmşir qardaşı Qara kişi ilə birgə gəlirdi. İsa Şuşalının yoldaşı Aşıq Şəmşirin qohumu idi. Şuşa camaatı deyirdi ki, Aşıq Şəmşir Şuşaya gələndə həmişə İsagildə qalarmış. Mən Aşıq Şəmşirdən soruşdum: “Ay Dədə Şəmşir, axı sizi hər kəs tanıyır, kimin qapısını döysəniz, heç kəs sizə “yox” deməz və nə yaxşı hər dəfə gələndə İsa müəllimgildə qalırsız?”. Dədə Şəmşir özünəməxsus bir təmkinlə cavab verdi: “Ay oğul, insanın qalacaq yeri bir, gəzəcək yeri müxtəlif olar. Bu, atalar sözüdür və buna görə hər dəfə Şuşaya gələndə burada qonaq qalıram”. Beləcə İsagildə qonaq olduq və gecəyə kimi söhbət elədik. Biz aşığa çoxlu suallar verirdik və Dədə Şəmşir isə maraqla cavablandırırdı. Aşığın gəldiyini bilən hər kəs gəlib aşıqla görüşürdü.

           
Səhərisi gün Dədə Şəmşirin Şuşada olması xəbəri Birinci katib Qəşəm Aslanova çatdı. Birdə gördük ki, Birinci katib aşığın arxası ilə adam göndərib və onu Mədəniyyət ocağına dəvət edir. Qəşəm müəllim Aşıq Şəmşiri və bizi çox yüksək səviyyədə qarşıladı. Qəşəm Aslanov sözə bağlı insan idi. Sonra Qəşəm müəllim tapşırıq verdi ki, camaata xəbər verin Mədəniyyət evinə gəlsin. İnsanlar Mədəniyyət evinə axın edirdilər. Mədəniyyət ocağında möhtəşəm bir konsert oldu. Aşıq Şəmşir gözəl ifaları ilə insanların ürəyinə bir sakitlik, əmin-amanlıq bəxş edirdi. Tədbirdən sonra Aşıq Şəmşir bizə dedi ki, nə qədər vaxtdır görüşürük, amma bir xatirə şəkili çəkdirmirik. Bu mənim ürəyimdən oldu. Bayaqdan demək istəyirdim, amma risk edə bilmirdim. Beləcə, Dədə Şəmşirin istəyi ilə xatirə şəkili çəkdirdik. Şəkildə Dədə Şəmşir, mən və İsa Şuşalıdır. Bu söhbətlər 1975-ci ilin 9 iyulun baş verib.

           
- Dədə Şəmşirlə şeirləşməyiniz necə oldu? Dədə Şəmşir sizə şeiri nə vaxt həsr etdi?

           
- Aşıq Şəmşirin mənə şeir həsr etməsi elə həmin tədbirdə olub. O şeiri bədahətən dedi və biz də yazdıq. Özü də çox gözəl şeir alındı. Şeiri dedikdən sonra xeyli söhbət elədik. Bu şeiri də oxuculara təqdim edirəm:

Təzə anam məni

(təcnis)

Bu xoş səadətli görüşümüzdə,

Elə bil doğmuşdur təzə anam məni.

Yanında tiflisli Dilsuzu gördüm,

Gözəl sevindirdi təzə nam məni.

 

Fərhad Bisütunu bir baxdı, yardı,

Şuşa da çiçəkli, bir bax, diyardı,

İsa Şuşalı da bir bəxtiyardı,
Əcəb qarşıladı təzə ənam məni.

 

Xəstə meyli hər an istər ayə nar,

İqbal şəmi tərəqqidə ay yanar,

Şəmşir, indi səni yəqin ay anar,

Telli saz üstündə təzanəm məni.

Aşıq Şəmşir, Şuşa şəhəri,

9 iyul 1975-ci il

           
Mənə dedi ki, xeyli vaxtdı tanışıq, niyə Ağdabana gəlmirsən? Mən gələcəyimi deyib Bakıya qayıtdım. Bir xeyli zaman keçdi və başım qarışıq oldu. Bir də eşidim ki, Aşıq Şəmşir vəfat edib. Çox pis oldum, qanım qaraldı. Ona verdiyim sözü tuta bilmədim. Bunun əvəzində bir şeir yazdım. Şeiri də sizlərə təqdim edirəm:

Bilmirəm

(Dədə Şəmşirin əziz xatirəsinə)

Kəlbəcərin dağlarında duman var,

Sənsizləşən, kövrəkləşən güman var,

Güllü nənə, Şəmşirini uman var,

Bu istəyi nahaqdımı, bilmirəm?!

O gecikən qonaqdımı, bilmirəm?!

 

Dəli dağın, Qoşqarımdı qanadı,

Tərtər təbi çoxlarını sınadı,

“Ceyran bulaq” gözü yolda sonadı,

Bu bulaqdan keçəsimi, bilmirəm?!

Buz suyundan içəsimi, bilmirəm?!

 

Görməyəydik kaş ki, dərdi, səri də,

Köç eylədi ərənlərin piri də,

Bir saz ola bu möhnəti əridə,

Heyrətimin nidasımı, bilmirəm?!

Bu harayım çatasımı, bilmirəm?!

 

Bu hikməti kimlər duyub, biləndi,

Aylar, illər ələk kimi ələndi,

Dünyamız da ağ-qaraya bələndi,

Bu talemi, qəzadımı, bilmirəm?!

Yoxsa rənglər təzədimi, bilmirəm?!

 

İstəyini ürəyinə salan var,

Bulud-bulud boşalan var, dolan var,

Ana Torpaq, Şəmşir adlı balan var,

O kükrəyən sinəsimi, bilmirəm?!

Pərdə-pərdə dinəsimi, bilmirəm?!

 

Dilsuz Musayev,

Bakı şəhəri, mart 1980-ci il

           
- Maraqlıdır ki, Dədə Şəmşir görüşlərində aşıq sənəti haqqında nə danışardı, hansı söhbətlərdən edərdi?

           
- Dədə Şəmşirlə şəxsi tanışlığımız olmayana qədər onun haqqında bir çox informasiyaya bələd idim. Axı o tanınmış söz və sənət adamı idi. Bunu da deyim ki, Şuşada Dədə Şəmşirlə görüşümüzə kimi onunla tanış idik, amma belə bir sanballı tədbirimiz olmamışdı. O bu tədbirdə də aşıq sənəti ilə bağlı ciddi söhbətlər edirdi. Çıxışında əsl aşığın necə olması haqqında özünün şəxsi fikirlərini bildirirdi. Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Aşıq Ələsgərdən misallar çəkərək əsl sənətkar haqqında söhbətlər edirdi. O həmişə aşıqları üç qrupa ayırardı: söz aşıqları,  ifaçı aşıqlar, söz və ifaçı aşıqlar. Elə aşıqlar var ki, gözəl səsi var, amma ifaları zəifdir ki, bunları söz aşıqları adlandırmaq olar. Səsləri zəif olan, ifaları isə güclü olan aşıqları ifaçı aşıqlar adlandırmaq olar. Birdə var ki, həm ifa, həm gözəl səsi və yaradıcılığı olan aşıqla,r bunları söz və ifaçı aşıqlar adlandırmaq olar. Bunların hər biri sənətin yaşadılmasına çalışır. Dədə Şəmşir burada bədahətən təcnislər dedi. Təəssüf ki, o dövrdə imkanlar məhdud idi və yaza bilmədim. Bir sözlə, aşıq sənəti ilə bağlı təmiz söhbətlər elədi.

           
Maraqlıdır ki, zalda sənətin yaşadılması, qorunması ilə bağlı fikirlərini bildirirdi və heç bir çıxışında bir ustad kimi öz töhfələrini bildirmirdi. Biz bunu sonra özündən öyrəndik və Dədə Şəmşir bizə dedi ki, məclisdə yaşlı insanlar əyləşib, onların yanında belə danışmaq olmaz. Baxın, Dədə Şəmşirin böyüklüyü necə də hiss olunur. Belə sənətkarlar əsrdə, bəlkə də iki-üç əsrdə bir dəfə yetişər. Aşıq sənəti əsrlərdən-əsrlərə keçərək öz təravətini itirməyib. Sadəcə, Dədə Şəmşir öz çıxışında da deyirdi ki, sənəti yabancı ünsürlərdən qorumaq lazımdır. Əsl aşıq məclisi yola verməli, dastanlar deməli, aşıq şeirinin müxtəlif formalarında şeirlər söyləməlidir.

           

- Həmin görüşlərdə auditoriyanın aşıq sənətinə və Dədə Şəmşirə olan münasibətlərindən danışardız.

           
- Həmin illərdə auditoriyanın münasibətində çox doğmalıq var idi. Dədə Şəmşir o insanların sanki ağsaqqalı idi. O cavanlığında da ağsaqqalıq yaşayırdı. Auditoriya onu çox yüksək bir səviyyədə qarşlayırdı. Hər kəsin gözündə ona olan sevgi hiss olunurdu. Aşıq sənətini yaşadan auditoriyanın alqışı və bu cür xoş münasibətdir. Bu münasibət Dədə Şəmşirin həyatının əvvəlindən axırına kimi davam elədi. Dədə Şəmşir bu cür isti münasibəti görəndə sevincdən gözləri yaşarırdı. Dədə Şəmşir deyirdi ki, xalqıma qurban olub ki, sənəti sevir, yaşadır və sənətkara qiymət verir.



Söhbəti qələmə aldı:

Mahmud Əyyublu,

AAB-nin üzvü 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Manatın kursu dəyişir? - MƏZƏNNƏ
16.10.2018, 07:56

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Qarabağ qazisi Etimad Əsədov vəfat etdi   
16.10.2018, 07:55

Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib
16.10.2018, 01:00

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib

İŞİD 700 dinc sakini girov götürüb
16.10.2018, 00:37

İŞİD 700 dinc sakini girov götürüb

Prezident jurnalistin qətlindən danışdı
16.10.2018, 00:27

Prezident jurnalistin qətlindən danışdı

Bu ölkə Avroviziyadan imtina etdi
16.10.2018, 00:09

Bu ölkə Avroviziyadan imtina etdi

Bu vulkan kül püskürməyə başlayıb
15.10.2018, 23:51

Bu vulkan kül püskürməyə başlayıb

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər
15.10.2018, 23:42

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir
15.10.2018, 23:27

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir

Azərbaycan nefti ucuzlaşıb
15.10.2018, 23:09

Azərbaycan nefti ucuzlaşıb

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu
15.10.2018, 22:53

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
15.10.2018, 22:40

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Meyvezer Həbibin çağırışına cavab verdi
15.10.2018, 22:23

Meyvezer Həbibin çağırışına cavab verdi

Sürüşmə zonasında gərginlik qalmaqdadır
15.10.2018, 22:12

Sürüşmə zonasında gərginlik qalmaqdadır

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb
15.10.2018, 21:59

İsrail əsgərləri Qəzzada 80 fələstinlini yaralayıb

“Ermənistanın sülhə nəcə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov
15.10.2018, 21:46

“Ermənistanın sülhə nəcə hazır olduğu seçkilərdən sonra aydın olacaq” – Elmar Məmmədyarov

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı
15.10.2018, 21:31

Fırtına nəticəsində 17 nəfər xəsarət aldı

Əsgərləri daşıyan mikroavtobus aşıb
15.10.2018, 21:19

Əsgərləri daşıyan mikroavtobus aşıb

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR
15.10.2018, 21:05

QHT Şurası Şəkidə ictimai müzakirə təşkil etdi - FOTOLAR

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək
15.10.2018, 20:53

Cüdo üzrə səkkizinci “World Masters” turniri bu şəhərdə keçiriləcək

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək
15.10.2018, 20:41

HTC yeni model telefonunu istifadəçilərə təqdim edəcək

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı
15.10.2018, 20:27

Qanunsuz yolla satışı planlaşdırılan 30 tarixi əsər aşkarlandı

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib
15.10.2018, 20:13

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır
15.10.2018, 20:01

Bu il 60 min ton pambığın yığılması planlaşdırılır

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı
15.10.2018, 19:40

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
15.10.2018, 19:21

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi
15.10.2018, 19:10

Azərbaycanda kriptoqrafiya açarları uğurla dəyişdirildi

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü
15.10.2018, 18:58

Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədri ilə görüşdü

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında   
15.10.2018, 18:50

Ölkə başçısı körpələr evi-uşaq bağçasının açılışında  

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 
15.10.2018, 18:45

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında görüş olmayıb - RƏSMİ 

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu
15.10.2018, 18:42

İçməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışı oldu

Astara üçün 10 milyon manat ayrıldı
15.10.2018, 18:35

Astara üçün 10 milyon manat ayrıldı

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi
15.10.2018, 18:34

Lerikdə Bayraq Muzeyi istifadəyə verildi

Prezident Lerikdə bina tikintisinə pul ayırdı
15.10.2018, 18:29

Prezident Lerikdə bina tikintisinə pul ayırdı

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM
15.10.2018, 18:28

2 yeni məktəb tikiləcək -SƏRƏNCAM

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü
15.10.2018, 18:26

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə töküldü

Ağcabədidə piyada ölümü
15.10.2018, 18:17

Ağcabədidə piyada ölümü

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı
15.10.2018, 18:14

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanıldı

73 dövlət əmlakı özəlləşdirilir 
15.10.2018, 18:09

73 dövlət əmlakı özəlləşdirilir 

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı
15.10.2018, 18:08

Prezident yol tikintisinə 9.2 milyon manat ayırdı

İlham Əliyev Lerikdə yol açılışında
15.10.2018, 18:03

İlham Əliyev Lerikdə yol açılışında

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq   
15.10.2018, 18:02

Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq  

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar
15.10.2018, 17:59

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi
15.10.2018, 17:56

İran Ankaradakı səfirliyi ilə bağlı xəbəri təkzib etdi

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı
15.10.2018, 17:55

Bakıda oğurluğa görə tutulan şəxsin digər cinayəti üzə çıxdı

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO
15.10.2018, 17:49

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib - FOTO

Lerikdə elektrik stansiyasının açılışı oldu
15.10.2018, 17:48

Lerikdə elektrik stansiyasının açılışı oldu

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
15.10.2018, 17:44

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı
15.10.2018, 17:32

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?
15.10.2018, 17:29

Koçaryan Ermənistandakı seçkilərə hansı formatda qatılacaq?

ARXİV