26 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Bizimkilər: Telefonçu, dərzi, saç ustası, çörəkçi, tütünçü və nəhayət Radio Antenn-101FM-in aparıcısı - FOTOLAR
Bizimkilər: Telefonçu, dərzi, saç ustası, çörəkçi, tütünçü və nəhayət Radio Antenn-101FM-in aparıcısı - FOTOLAR +
07.05.2018, 11:00

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in növbəti qonağı Radio Antenn-101FM-in aparıcısı Əzizə İsmayılovadır.

“Qərar verilmişdi - oxuyacam, vəssalam!”

Əzizə İsmayılova özü haqqında söhbətə belə giriş vermək istədi:

“Maraqlı bir tərcümeyi-halım var.  1974-cü il noyabr ayının 5-də Oğuz rayonunda anadan olmuşam. Ailəmizdə 5 uşağıq, birincisi mənəm. Orta təhsilimi Oğuz rayonundakı 2 nömrəli orta məktəbdə almışam. Ədəbiyyatı sevdiyim üçün filoloq olmaq arzusunda idim. Məktəbi bitirdiyim il indiki BDU-nin Filologiya fakültəsinə sənəd versəm də, “Azərbaycan tarixi” imtahanında Topçubaşovu tanımadığım üçün  “kəsilmişəm”.  Bizə məktəbdə bu barədə dərs keçilməmişdi və “Azərbaycan tarixi” dərsliyində XI Qızıl Orduya həsr olunan paraqrafda Cümhuriyyətlə bağlı təxminən bu məzmunda bircə cümlə vardı “1918-ci ildə Azərbaycanda M.Ə.Rəsulzadənin başçılığı ilə “Azərbaycan Demokratik Respublikası” qurulmuşdu”. Başqa nə ad, nə də soyad olmadığı üçün, Topçubaşov soyadı ilə bağlı suala çatanda, bircə cümlə “Tanımıram” dedim (o vaxt imtahan şifahi idi) və üç imtahanı uğurla verməmə rəğmən, mən “kəsilmiş oldum”.


Sonra tale elə gətirdi ki, növbəti illərdə Bakıya gəlməyə imkan olmadı. Ailə vəziyyəti ilə əlaqədar işləməli oldum - telefonçu, dərzi, saç ustası, çörəkçi, tütünçü və s.və ilaxır…

1999-cu ilin may ayında gecə növbəsindən dönərkən qonşuluqdakı ədəbiyyat müəlliminin yanından gülə-gülə çıxan qızları görüncə, necə oldusa, içimdən “nə olursa-olsun təhsil alacam”  hökmü verildi. Qərarım hamı üçün o qədər gözlənilməz oldu ki, ciddiyə belə almadılar - 9 ildən sonra, özü də cəmi 2 aya nə qəbul, “yəqin gecələr işləməkdən başına hava gəlib” dedi dostlarım, hətta gülənlər də oldu. Artıq kimin nə dediyini eşitmirdim. Qərar verilmişdi - oxuyacam, vəssalam. Sonda gülən daha ürəkdən gülür-deyiminə kökləmişdim özümü”.


“O an ya dünya yerində durdu....”

Müsahibimiz bundan sonra  düz 2 ay işdən sonrakı bütün gecələrini, iş arası fasilələrini kitablara həsr edib:

 “Seçimim bu dəfə də BDU-nun Filologiya fakültəsi oldu. Amma bu dəfə də cəmi 4 ballıq kəsirlə kənarda qaldım. Nə olursa olsun, oxumalıydım, həm də ödənişsiz. Ailəmizin imkanları sıfırın altında idi.  Qəbul ola biləcəyimə nə ətrafımda, nə evdə kimsə inanırdı. Çünki hazırlaşmaqla yanaşı, hər növbədə biri olmaqla, iki işdə paralel çalışmaq məcburiyyətindəydim. Qulağım eşidə-eşidə “40-ında öyrənən gorunda çalar” deyib, zarafat adıyla tənə edənlər də oldu.

Düz bir il “gücləndirilmiş rejimdə” olan həyatımı “daha da gücləndirilmiş rejimə” alışdırdım - həm işlədim, həm hazırlaşdım. Sağ olsunlar,  “Ədəbiyyat” və “Tarix” fənlərindən müəllimlər təmənnasız kömək etdilər. Onlara da maraqlı idi, 10 ildən sonra, bu qədər qaça-qov həyat yaşayan biri ali məktəbi necə qazanacaq.

Və 2000-ci ildə o möhtəşəm uğura ilk imzamı atdım – xəbər gəldi ki, Bakı Slavyan Universitetinin “Regionşünaslıq və tərcümə” fakültəsinə daxil olmuşam. O an ya dünya yerində durdu, ya da mənim üçün istiqamətini dəyişdi. O anda olan sevinci paylaşa bilsəydim, dünyanın yarısı xoşbəxt olardı, amma heç kimi tapa bilmədim… 

Bu sevinc də sentyabrın 1-nə kimi dünya boyda idi. Sentyabrın 1-də,  ilk dərs günü universitetin akt zalında xəbərim oldu ki, “Tərcümə” ixtisasına daxil olduğum üçün (rus-Azərbaycan), sən demə, dərslərimiz rus dilində olacaq. Mən də orta təhsili ana dilində almışam. Rus dilində höccəliyə-höccəliyə zorla oxuyuram.

Daha bir məşəqqət də burdan başladı. Necə oxuyacam, birdən bacarmasam, ya alınmasa?... suallarına heç bir cavab tapa bilməsəm də, “bacarmayacam” sözünü də özümə yaxın buraxmırdım. Sevinc yenidən geri döndü, bu dəfə həmişəlik… Bu dəfə də bacardım”.


“Mən isə “elm adamı” olmayacaqdım heç vaxt”

Əzizə İsmayılova deyir ki, özünü şanslı tələbələrdən hesab edir:


“Rektorumuz Kamal Abdullayev, dekanımız Seyfəl Həsənovun sayəsində bütün çətinliklərin öhdəsindən gələ bildim. Bəxtimdən həmişə müəllimlərdən dərs aldım ki, onların dərs müddəti  90 dəqiqələrdə itib-batmadı, bu gün də davam edir, davam edir, davam edir…

O dərəcədə qatlaşdım ki, hər şeyə 2004-də bakalavr, 2006-da magistratura pilləsini “Qırmızı diplom”la bitirdim. Magistraturanın 1-ci kursunda respublikada ilk dəfə mən tələbə ola-ola fakültəmizin “tərbiyə işləri üzrə dekan müavini” təyin olundum.  2006-cı ildə aspirantura həyatım başladı. Artıq hər şey axarına düşürdü. Həm oxuyurdum, həm də universitetimizdə müxtəlif vəzifələrə təyin olunurdum.

2009-cu ildə isə aspiranturanı “əla” qiymətlərlə bitirsəm də “müdafiə etməkdən” imtina etdim. Düşündüm ki, elmi ad almaq, elmi davam etdirmək, elmə xidmət etmək üçündür. Mən isə “elm adamı” olmayacaqdım heç vaxt. Bu gün də peşman deyiləm-ən doğru seçimi etdiyimdən əminəm çünki”.

Yanlış düşən bir telefon zəngi...

Radioaparıcının  jurnalistikaya gəlişi sırf təsadüf olub:

“Yanlış düşən bir telefon zəngi, özüm də bilmədən, həyatımın axınını 100 faiz başqa istiqamətə yönləndirdi. Bir də ayıldım ki, artıq bu aləmdəyəm. Qısa deyim: Aspiranturanın 2-ci kursunda idim. Yataqxanada qalırdım. Günlərin birində nəyəsə bərk əsəbləşdiyim üçün dərsdən qaçmışdım. Çox maraqlıdır ki, bərk əsəbi olduğum yadımdadır, niyə əsəbi olduğum isə yox. Evə gəldiyim bir neçə dəqiqə olardı ki, ev telefonu çaldı, açmadım. Bir də çaldı, yenə açmadım. Bir neçə dəqiqə keçmiş yenə çalanda açdım. Bir kişi səsi idi. “Bura Arxiv İdarəsidir?- deyə bir sual verdi.  “Xeyr, səhv düşmüsünüz” dedim, yenə nəsə soruşdu, yadımda deyil, dəstəyi asdım. Birazdan yenə zəng gəldi-həmin səs. Söhbətə hardan, necə başladığımız da yadımda deyil, bir də ayıldım ki, dedi ki, “biz sizinlə əməkdaşlıq edə bilərik. Filan ünvana gələ bilərsiniz?”.

Getdim. Məlum oldu ki, o vaxtkı ANS şirkətlər qrupunun ofisindəyəm. ANS ÇM-ə xəbər aparıcısı lazım imiş, səs axtarırmışlar. Bir saata qədər müxtəlif suallar ətrafında söhbət etdilər.  Əlimə bir kağız verib göndərdilər radioya səs yoxlanışına.

Hər şey də elə ordan başlandı. O yoxlama- bu yoxlama, oldum bu sahənin adamı. 1 il qədər ANS ÇM-də çalışdım, sonra gəldim Radio Antenn 101FM-ə, indiyə kimi də burda çalışıram. Əvvəl ancaq “Xəbərlər”i aparırdım, indi həm də veriliş aparıcısıyam”.



““Xəbərlər”siz  təsəvvür etmirəm özümü”

Ə.İsmayılova  jurnalistikada ilk addımını  Bakı Slavyan Universitetində  atıb:

“Universitetimizin “Tələbə dünyası” deyə bir qəzeti çıxırdı. 2-ci kursdan o qəzetdə yazılarım çıxırdı. Fərqli yazırdım, deyilənə görə.  Satirik yazılarım daha çox idi. Kamal müəllim də bir neçə dəfə razı olduğuna ehyam vurmuşdu, iclasların birində “bu qızın qələmi var” demişdi. Sonra həmin qəzetdə “ədəbi işçi” işlədim. Respublika qəzetlərində 1-2 yazım da çıxmışdı o zaman. Sonrakı fəaliyyətim isə radio üzərindən davam etdi və etməkdədir”.

Müsahibimiz deyir ki,  hazırda həyatı  yenə də “qaça-qov rejimi”ndə davam edir:

“Həyatımın ritmi artıq belədir - hər səhər saat 8-dən 10-a kimi “Meqapolis”, saat 11-dən 13-ə kimi isə “Başbaşa” verilişlərini aparıram. Biri ancaq informasiya, xəbər musiqi, digəri dinləyici ilə interaktiv söhbət və təbii ki, hər saatın tamamında da “Xəbərlər” öz yerində. Maraqlıdır ki, “Xəbərlər”siz  təsəvvür etmirəm özümü. “Xəbərlər” olmasa, elə bilərəm nəsə çatmır”.

“Həyatda heç vaxt elə də böyük iddialarım olmayıb”

Həmkarımız jurnalistika ilə bağlı arzularından da söz açıb:

“Bugünkü jurnalistikaya qiymət verə biləcək haqqı özümə tanımadığım üçün qənaətbəxş olub-olmadığını demək mənə düşməz.  Ümumi baxışım isə belədir ki, zaman nəyi tələb edirsə, bazarda da elə odur. Hərənin bir missiyası, bir xətti var, hər kəs də onu yerinə yetirməyə çalışır. Kim düz gedir, kim səhv gedir, onu zaman göstərəcək.

Əslində həyatda heç vaxt elə də böyük iddialarım olmayıb. Ətrafımda saysız hesabsız jurnalist tanışlarım, dostlarım var. Bütün həmkarlarıma sayğım sonsuzdur. İşin yükünü çiyninə alanda bilirsən ki, asan deyil bu yükü çəkmək. Sadəcə, müşahidəmə əsasən bir fikir yaranıb məndə, düşünürəm ki, hansısa mətbu orqanda sadəcə jurnalist işləmək başqadır, əsl jurnalist olmaq və jurnalist kimi qəbul olunmaq isə tam başqa.  Jurnalistika ilə bağlı reallaşdırmaq istəyim bircə arzum var – insanların inamını itirməmək və işimə heç vaxt məsuliyyətsiz yanaşmamaq. Qalan hər şey zamanla yoluna düşəcək və qazanılacaq”.  


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr quruldu
26.09.2018, 10:51

Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr quruldu

Astara sakinlərinin kartlarındakı pulu mənimsəyən şəxs saxlanıldı
26.09.2018, 10:43

Astara sakinlərinin kartlarındakı pulu mənimsəyən şəxs saxlanıldı

Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək   
26.09.2018, 10:35

Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək  

“Sosial şəbəkələr boşanmaya səbəb olur”
26.09.2018, 10:29

“Sosial şəbəkələr boşanmaya səbəb olur”

Putinin Ermənistana səfər tarixi məlum oldu
26.09.2018, 10:22

Putinin Ermənistana səfər tarixi məlum oldu

Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO
26.09.2018, 10:18

Nazir Narkoloji Dispanserə yeni baş həkim təyin etdi - FOTO

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib” - MÜSAHİBƏ
26.09.2018, 10:10

700 bal toplayan tələbə: “BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib” - MÜSAHİBƏ

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb
26.09.2018, 10:08

Ötən gün Azərbaycan yollarında 4 nəfər ölüb

İsveçin Azərbaycandakı xanım səfiri Gəncədə olub
26.09.2018, 09:55

İsveçin Azərbaycandakı xanım səfiri Gəncədə olub

“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”
26.09.2018, 09:50

“UNEC-in dəyərləri daşıdığı məsuliyyətin sərhədlərini tanıdır”

“Azerspace-2” orbitə buraxıldı - VİDEO
26.09.2018, 09:47

“Azerspace-2” orbitə buraxıldı - VİDEO

Xəzər dənizində zəlzələ olub
26.09.2018, 09:40

Xəzər dənizində zəlzələ olub

Cəbhədə şiddətli atışma oldu
26.09.2018, 09:39

Cəbhədə şiddətli atışma oldu

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ
26.09.2018, 09:38

ABŞ Rusiyanın nüvə silahlarına görə qorxuya düşdü – RƏSMİ

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR
26.09.2018, 09:37

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi
26.09.2018, 09:33

Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi

Putin Bakıya sabah gəlir 
26.09.2018, 09:28

Putin Bakıya sabah gəlir 

Mehriban Əliyeva: “Cümhuriyyət qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq”
26.09.2018, 08:52

Mehriban Əliyeva:Cümhuriyyət qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər
26.09.2018, 08:32

Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bu gün görüşdürürlər

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
26.09.2018, 07:54

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Almaniya gərginliyin artmasından narahatdır
26.09.2018, 00:56

Almaniya gərginliyin artmasından narahatdır

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü
26.09.2018, 00:43

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları
26.09.2018, 00:27

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb
26.09.2018, 00:15

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb

Azərbaycan nefti bahalaşıb
25.09.2018, 23:56

Azərbaycan nefti bahalaşıb

Abramoviç “Çelsi”nı satır
25.09.2018, 23:42

Abramoviç “Çelsi”nı satır

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək
25.09.2018, 23:33

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR
25.09.2018, 23:18

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi
25.09.2018, 23:01

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı
25.09.2018, 22:44

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR   
25.09.2018, 22:34

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR  

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...
25.09.2018, 22:30

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO
25.09.2018, 22:23

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb
25.09.2018, 22:14

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib
25.09.2018, 21:59

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi
25.09.2018, 21:43

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO
25.09.2018, 21:25

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur
25.09.2018, 21:11

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək
25.09.2018, 20:55

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova
25.09.2018, 20:43

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir
25.09.2018, 20:30

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü
25.09.2018, 20:16

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü

Nazirlər cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə etdi
25.09.2018, 20:03

Nazirlər cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə etdi

“Maşın” şou yenidən başlayır - Vaxt açıqlandı
25.09.2018, 19:59

“Maşın” şou yenidən başlayır - Vaxt açıqlandı

“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satılıb
25.09.2018, 19:34

“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satılıb

Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO
25.09.2018, 19:25

Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO

Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI - VİDEO
25.09.2018, 19:16

Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI - VİDEO

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı
25.09.2018, 19:08

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı

Sabah bu ərazilərdə qaz olmayacaq
25.09.2018, 19:00

Sabah bu ərazilərdə qaz olmayacaq

25.09.2018, 18:50

"Baku Bus"un avtobusu alovlandı: Sürücü sərnişinlərin həyatını belə xilas etdi -VİDEO

ARXİV