23 may 2018, Çərşənbə axşamı
Ana Səhifə - CƏMİYYƏT - İtkin alpinistlərlə bağlı yeni MÜƏMMA - “Whatsapp” qrupundan necə çıxdılar - FOTO
İtkin alpinistlərlə bağlı yeni MÜƏMMA - “Whatsapp” qrupundan necə çıxdılar - FOTO +
11.05.2018, 15:13

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman Klubunun itkin düşmüş 3 üzvü ilə bağlı müəmmalı faktlar meydana çıxıb. Məlum olub ki, klubun itkin düşmüş üç üzvü - Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı bu yaxınlarda müxtəlif vaxtlarda “Whatsapp” messencerində üzv olduqları qrupları tərk ediblər.

 

“Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı Modern.az-a faktı təsdiq edib:

“Bizim bir neçə “Whatsapp” qrupumuz var. Arda-arda uşaqların hər üçü qruplardan çıxdı. Həmin ankı hislərimi ifadə etməkdə çox çətinlik çəkirəm, çox həyəcanlandım. Dərhal nömrələrinə zəng etdim, amma təəssüf telefonları bağlı idi. İnternet üzərindən araşdırma apardıq, belə anladıq ki, uzun müddət istifadə etmədiklərinə görə, “Whatsapp” onları özü çıxarıb. Amma necə, nə cür olur anlamadıq. Uşaqların son “online” vaxtı itkin düşməzdən əvvəlki tarixi göstərir. Yəni faktiki olaraq qrupdan çıxmaq üçün “online” görünməli idilər, amma dediyim kimi, son “online” vaxtı ötən ilin dekabrını göstərir.

Onlar sağdırsa və qrupdan çıxmaq istəyiblərsə belə, “online” görünməli idilər. Hər şey eyni anda baş verdi: “Babur qrupu tərk etdi”, “Fəridə qrupu tərk etdi” və... stresli vəziyyətə düşdük, çox silkələndik həmin an”.

 

Z.Qasımlı “bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat vermisinizmi” sualına cavab olaraq, “xeyr”, deyə bildirib:


“Burada FHN-lik bir şey görmədim deyə əlaqə saxlamadım. Amma indi onlarla əlaqə saxlayacağam”.

 

Bizə də müəmmalı qalan məsələni araşdırmaq üçün hər üç alpinistin əlaqə nömrəsinə zəng vurduq, amma onlara zəng çatmadı. Buna görə də “Azercell” və “Bakcell” operatorlarına müştəri kimi müraciət edərək, məlumat almağa çalışdıq.

 

Onlara Babur və Fəridənin (050-051) əlaqə nömrələrini təqdim etdik.

 “Azercell” müştəri xidmətlərinin əməkdaşı bizə, internetə çıxış varsa, telefon nömrəsi bağlı olsa da, “Whatsapp”dan istifadənin mümkün olduğunu bildirdi.

“Nömrə bağlansa belə, “Whatsapp” həmin telefonda qalır. Telefon nömrələri birtərəfli aktivdir (zəng gedir, amma nömrələrin zəng çıxışı bağlıdır). Çünki son bir neçə aydır ki, nömrələrə kontur yüklənmir”.

“Sonuncu dəfə nömrələrə nə vaxt kontur yüklənib” sualına cavab olaraq isə “nömrə kimin adınadırsa, o zəng vursun”, deyə “Azercell” əməkdaşı bildirdi.

 

“Bakcell”in müştəri xidmətlərindən bizə verilən məlumatda deyilir ki, “Whatsapp” “Bakcell”in xidməti olmadığı üçün ətraflı izahat verə bilmirlər:


“Əgər siz müəyyən müddətdə nömrəyə vəsait yükləməsəniz, nömrə bağlanır. Belə olan təqdirdə siz “Whatsapp”da yenidən qeydiyyatdan keçmək istəsəniz SMS almayacaqsınız. Ən azı beş aydan bir nömrəyə 1 manat yükləyin. Çünki doqquz ay istifadə olunmadıqda “Bakcell” nömrəsi ləğv olunur”.

 

İnformasiya texnologiyaları mütəxəssisinin Modern.az-a bildirdiyinə görə, “Whatsapp” qrupundan 3 halda çıxış mümkündür: “Həmin üzvü ya admin çıxarır. Ya özü şəxsən qrupu tərk edir. Üçüncü halda isə şəxs “Whatsapp” proqramını telefonundan silir. Bu üç hal istisna, üzvün avtomatik olaraq qrupu tərk etməsi mümkün deyil”.

 

Qeyd edək ki, 26 dekabr 2017-ci il axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. Rəsmi məlumatlara görə onların axtarışı hələ də nəticəsiz qalır...


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bu rayonlarda məmur-oliqarxların zəbt etdiyi torpaqlar geri alınıb - Komitə SİYAHI açıqladı
23.05.2018, 10:47

Bu rayonlarda məmur-oliqarxların zəbt etdiyi torpaqlar geri alınıb - Komitə SİYAHI açıqladı

Lerikdə ağac kəsənlərin işi Baş Prokurorluğa verilib
23.05.2018, 10:38

Lerikdə ağac kəsənlərin işi Baş Prokurorluğa verilib

Nazirlik may ayının pensiyalarını vaxtında maliyyələşdirib  
23.05.2018, 10:36

Nazirlik may ayının pensiyalarını vaxtında maliyyələşdirib  

Terror qruplaşmaları ayda nə qədər pul qazanır? - AÇIQLAMA
23.05.2018, 10:33

Terror qruplaşmaları ayda nə qədər pul qazanır? - AÇIQLAMA

Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətilə bağlı bəyannamə imzalayıb   
23.05.2018, 10:04

Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətilə bağlı bəyannamə imzalayıb  

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu
23.05.2018, 09:55

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu

Səhhəti pisləşən Musa Yaqubdan xəbər var
23.05.2018, 09:38

Səhhəti pisləşən Musa Yaqubdan xəbər var

Neftdən büdcəyə gələn əlavə gəlirlər problemli kreditlərin həllinə yönəldilsin - TƏKLİF
23.05.2018, 09:37

Neftdən büdcəyə gələn əlavə gəlirlər problemli kreditlərin həllinə yönəldilsin - TƏKLİF

Mədəniyyətimizin ziyası və ... düşmənləri
23.05.2018, 09:32

Mədəniyyətimizin ziyası və ... düşmənləri

Azərbaycanda şübhəli bilinən daha 36 nəfər saxlanılıb   
23.05.2018, 09:26

Azərbaycanda şübhəli bilinən daha 36 nəfər saxlanılıb  

Cəbhədə şiddətli atışma oldu 
23.05.2018, 09:16

Cəbhədə şiddətli atışma oldu 

OPEC iyunda neft hasilatını artıra bilər
23.05.2018, 09:11

OPEC iyunda neft hasilatını artıra bilər

Qurtuluş Günündə konsert olacaq
23.05.2018, 08:57

Qurtuluş Günündə konsert olacaq

Yeni Azərbaycan Partiyasının köhnə binası kimə veriləcək?   
23.05.2018, 08:57

Yeni Azərbaycan Partiyasının köhnə binası kimə veriləcək?  

İsrail Qəzzanı BOMBALADI 
23.05.2018, 08:53

İsrail Qəzzanı BOMBALADI 

23.05.2018, 08:32

"BakuBus" avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib

Komitə sədri Dilqəmlə Şahbazın məsələsini “Qızıl Xaç” nümayəndəsilə müzakirə etdi
23.05.2018, 08:30

Komitə sədri Dilqəmlə Şahbazın məsələsini “Qızıl Xaç” nümayəndəsilə müzakirə etdi

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
23.05.2018, 08:11

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək
23.05.2018, 00:06

Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

Rusiyada 2300 şəxs korrupsiya ittihamı ilə mühakimə olunub
23.05.2018, 00:03

Rusiyada 2300 şəxs korrupsiya ittihamı ilə mühakimə olunub

Universitetin tikilməsi üçün deputatlarla “döyüşən” ADR-in maarif naziri - AXC - 100
22.05.2018, 23:19

Universitetin tikilməsi üçün deputatlarla “döyüşən” ADR-in maarif naziri - AXC - 100

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək
22.05.2018, 23:06

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək

Tramp-In görüşü ertələnə bilər
22.05.2018, 22:48

Tramp-In görüşü ertələnə bilər

ABŞ-ın Venesueladakı  vəkili arzuolunmaz şəxs elan edilib
22.05.2018, 22:35

ABŞ-ın Venesueladakı  vəkili arzuolunmaz şəxs elan edilib

Pakistanda anormal istidən 65 nəfər ölüb
22.05.2018, 22:24

Pakistanda anormal istidən 65 nəfər ölüb

Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı –foto
22.05.2018, 22:15

Ukrayna ABŞ-ın göndərdiyi “Javelin”i sınadı –foto

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub
22.05.2018, 22:05

Cəlilabadda sərxoş piyadanı avtomobil vurub

Beyons tarixi abidəni satın aldı – FOTO
22.05.2018, 21:58

Beyons tarixi abidəni satın aldı – FOTO

Vaksini olmayan ölümcül virus yayılıb
22.05.2018, 21:46

Vaksini olmayan ölümcül virus yayılıb

Artıq marixuana çəkənlər həbs olunmayacaq
22.05.2018, 21:30

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird
22.05.2018, 21:20

“İnamı doğrulduğuma görə xoşbəxtəm” – 700 bal toplayan şagird

“BP” İrandan çıxır
22.05.2018, 21:10

“BP” İrandan çıxır

Azay Quliyev seçicilərini qəbul edib
22.05.2018, 21:00

Azay Quliyev seçicilərini qəbul edib

Parisdə iğtişaşlar – Foto
22.05.2018, 20:56

Parisdə iğtişaşlar – Foto

Ramazan ayının yeddinci gününün – DUASI VƏ TƏQVİMİ
22.05.2018, 20:40

Ramazan ayının yeddinci gününün – DUASI VƏ TƏQVİMİ

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (17.4%)
Meral Akşener (14.6%)
Rəcəb Tayyip Ərdoğan (60.5%)
Selahattin Demirtaş (1.83%)
Temel Karamollaoğlu (0.91%)
Doğu Perinçek (4.58%)