15 avqust 2018, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Artur Rasizadə: “Mənə məsləhət gördülər ki, dincəlim” - MÜSAHİBƏ  
Artur Rasizadə: “Mənə məsləhət gördülər ki, dincəlim” - MÜSAHİBƏ  
31.05.2018, 09:18

Keçmiş baş nazir Artur Rasizadə “Yeni Müsavat”a müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir:

- Artur müəllim, adətən məmurlar vəzifədən uzaqlaşandan sonra ən azı bir müddət özlərini narahat hiss edirlər. Sizin əhval-ruhiyyəniz necədir?

- (Gülür). Yox, heç bir narahatlıq yoxdur. Təbii ki, fiziki cəhətdən çox böyük yük idi axı. Digər tərəfdən də istər-istəməz yaş özünü göstərir. Təbiətin qanunlarını hələ heç kim ləğv edə bilməyib. Sağ olsun cənab prezident, bunu nəzərə alıb mənim istirahət etməyimi məsləhət gördü. Mən buna çox şadam, sağ olsun. Çünki böyük yük idi. Dediyim kimi, yaş da özünü göstərir. Baxmayaraq ki, bir mahnı var, “Ömür deyir qocalmısan, ürək deyir yaşa hələ!”  (ürəkdən gülür).

- 83 yaşınızın olmasına baxmayaraq, iş qrafikinə çox dəqiqliklə əməl etdiyinizi bilirik. Yəqin ki, siz vəzifədə olduğunuz uzun illər boyu da sağlamlığınızın qayğısına qalmısınız, ona görə gümrah qalmağı bacarmısınız. Maraqlıdır, belə gümrah, enerjili qalmağın resepti varmı? Bəlkə gənclərə məsləhətlərinizi verəsiniz.

- Bəli. İdmanla məşğul olurdum. Əsasən piyada gəzməyi xoşlayırdım.

- Bundan sonrakı həyatınızı necə yaşamaq, nə işlə məşğul olmaq istəyirsiniz?

- Sağlıq olsun. Bir az vaxt keçəndən sonra görək nə ilə məşğul olacağıq. Fikirlər qalır da. Necə deyərlər, beyin işləyir də (gülür).

 - Sələfiniz, yeni baş nazir Novruz Məmmədovla əlaqə saxlayırsınızmı, hansısa məsələlərlə bağlı məsləhətləşmə olurmu?

- Yox. Hələ hansısa məsləhətləşmələrimiz olmayıb. Amma sağlıq olsun, görüşərik.

- Siz böyük bir nəslin nümayəndəsisiniz. Maraqlıdır, Hüseyn Cavid nəslinin nümayəndəsi olan Artur Rasi-zadə indiyəcən hansısa bədii əsər yazıbmı, yaxud yazmaq istərdimi?

- Hərdənbir belə fikirlər keçib ürəyimdən. Amma baxaq, görək. Bir az vaxt keçsin. Qismət olsa... Mən neçə vaxt idi vəzifələrdə çalışırdım. Hələ sovet vaxtından vəzifələrdə işləmişəm. Bilirsən də, ailəlikcə nə çətinliklərdən keçmişik. Repressiya məsələsi, “xalq düşməni” damğası və sair.

- Uzun müddət Nazirlər Kabinetinə rəhbərlik etmiş şəxs kimi Azərbaycanın bu günü və gələcəyi barədə nə düşünürsünüz? Son kadr dəyişiklikləri ilə bağlı nə deyə bilərsiniz?

- Mən hesab edirəm ki, işlərimiz yaxşı getməlidir. Çünki buna əsas var. Həm də yaxşı kadrlarımız var. Xalqla iqtidarın birliyi mövcuddur.

- Artur müəllim, sizi ən çox narahat edən nədir?

- Əsas məsələ Dağlıq Qarabağ məsələsidir. Bu, məni həmişə narahat edib, darıxdırıb. İndi də Qarabağ məsələsi, torpaqlarımızın işğal altında qalması məni çox darıxdırır. Hesab edirəm ki, bu, bizim qarşımızda dayanan ən vacib məsələlərdən biridir.

- Qarabağın taleyi ilə bağlı nikbinsinizmi?

- Sağlıq olsun. Bizim müdafiə qabiliyyətimiz çox yüksəkdir. Mən həmişə bu işlərin içərisində olmuşam. Ona görə hesab edirəm ki, işlər yaxşılığa doğru gedəcək. İnşallah, Qarabağ məsələsi də öz həllini tapacaq.

- Artur müəllim, həyat yolunuzdan, iş fəaliyyətinizdən bəhs edən xatirələrinizi yazmaq, ortaya memuar qoymaq niyyətiniz varmı?

- Mənə onu məsləhət görürlər. Amma hələ bir az dincəlim. Çünki mən 61 il gərgin mühitdə işləmişəm. Bu barədə düşünürəm. Sizə diqqətinizə görə minnətdarlığımı bildirirəm. Sağ olun. 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Milli parka zibil atdı, 500 manat cərimələndi
15.08.2018, 11:08

Milli parka zibil atdı, 500 manat cərimələndi

Tanınmış jurnalist Səbuhi Məmmədli xəstəxanaya yerləşdirildi
15.08.2018, 10:50

Tanınmış jurnalist Səbuhi Məmmədli xəstəxanaya yerləşdirildi

Bu ərazilər susuz qalacaq - SİYAHI
15.08.2018, 10:44

Bu ərazilər susuz qalacaq - SİYAHI

 «Magistr» jurnalının 7-ci nömrəsi çapdan çıxıb
15.08.2018, 10:37

 «Magistr» jurnalının 7-ci nömrəsi çapdan çıxıb

Mehman Hüseynov şərti azadlıq üçün məhkəməyə müraciət etdi
15.08.2018, 10:20

Mehman Hüseynov şərti azadlıq üçün məhkəməyə müraciət etdi

Nazirlik: Verilən göstərişləri icra etməyən iaşə obyektlərinin fəaliyyəti dayandırılacaq
15.08.2018, 10:16

Nazirlik: Verilən göstərişləri icra etməyən iaşə obyektlərinin fəaliyyəti dayandırılacaq

Putin Şimali Koreya lideri ilə görüşə RAZILAŞDI
15.08.2018, 10:12

Putin Şimali Koreya lideri ilə görüşə RAZILAŞDI

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı
15.08.2018, 10:06

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

Ermənistan atəşkəsi 91 dəfə pozdu
15.08.2018, 09:52

Ermənistan atəşkəsi 91 dəfə pozdu

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır
15.08.2018, 09:38

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

ABŞ müdafiə naziri Rusiya və Çini HƏDƏLƏDİ
15.08.2018, 09:37

ABŞ müdafiə naziri Rusiya və Çini HƏDƏLƏDİ

İtaliyada körpü uçması nəticəsində ölənlərin sayı 31-ə çatdı
15.08.2018, 09:30

İtaliyada körpü uçması nəticəsində ölənlərin sayı 31-ə çatdı

Polis bir gündə 79 nəfəri saxladı
15.08.2018, 09:19

Polis bir gündə 79 nəfəri saxladı

Ərdoğan ABŞ məhsullarına idxal rüsumunu artırdı
15.08.2018, 09:06

Ərdoğan ABŞ məhsullarına idxal rüsumunu artırdı

Azərbaycan manatının 26 yaşı tamam oldu
15.08.2018, 09:00

Azərbaycan manatının 26 yaşı tamam oldu

Azərbaycanda bəzi qazilərin rütbəsi artırılıb
15.08.2018, 08:38

Azərbaycanda bəzi qazilərin rütbəsi artırılıb

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
15.08.2018, 08:27

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Bakıda qəza böyük tıxac yaratdı
15.08.2018, 00:56

Bakıda qəza böyük tıxac yaratdı

Baş nazir faciə qurbanlarının sayını açıqladı: 22 nəfər
15.08.2018, 00:42

Baş nazir faciə qurbanlarının sayını açıqladı: 22 nəfər

Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir - FOTOLAR
15.08.2018, 00:29

Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir - FOTOLAR

Bitkoin ucuzlaşıb
15.08.2018, 00:13

Bitkoin ucuzlaşıb

Qurban Qurbanov komandadan razıdır
14.08.2018, 23:58

Qurban Qurbanov komandadan razıdır

Lənkəranda qohumu gənc qadını bıçaqladı
14.08.2018, 23:46

Lənkəranda qohumu gənc qadını bıçaqladı

Körpü uçan şəhərdə iki günlük matəm elan edildi
14.08.2018, 23:31

Körpü uçan şəhərdə iki günlük matəm elan edildi

Azərbaycan qızıl hasilatından 180 milyon gəlir əldə edib
14.08.2018, 23:17

Azərbaycan qızıl hasilatından 180 milyon gəlir əldə edib

Azərbaycan nefti ucuzlaşdı
14.08.2018, 23:01

Azərbaycan nefti ucuzlaşdı

“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək – YENİLƏNİB
14.08.2018, 22:49

“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək – YENİLƏNİB

Yaşamaq üçün ən yaxşı şəhər
14.08.2018, 22:24

Yaşamaq üçün ən yaxşı şəhər

Bakı küçələrini bu maşınlar süpürəcək - VİDEO
14.08.2018, 22:06

Bakı küçələrini bu maşınlar süpürəcək - VİDEO

İtaliyada körpünün uçma səbəbi bilindi
14.08.2018, 21:52

İtaliyada körpünün uçma səbəbi bilindi

Ömrün 55-də şəhidliyin mübarək... - VİDEO
14.08.2018, 21:37

Ömrün 55-də şəhidliyin mübarək... - VİDEO

“Bu Xəzərlə bağlı bütün danışıqlarda rekorddur” - Lavrov
14.08.2018, 21:16

“Bu Xəzərlə bağlı bütün danışıqlarda rekorddur” - Lavrov

Xətaidə mənzildə kişi meyiti tapıldı
14.08.2018, 20:54

Xətaidə mənzildə kişi meyiti tapıldı

Bakıda dolları belə yandırdılar - VİDEO   
14.08.2018, 20:42

Bakıda dolları belə yandırdılar - VİDEO  

Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edir
14.08.2018, 20:29

Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edir

ARXİV