Modern.az

Umud Mirzəyev jurnalistlə deputatı BARIŞDIRDI - üzr istədilər - FOTO

Umud Mirzəyev jurnalistlə deputatı BARIŞDIRDI - üzr istədilər - FOTO

11 İyun 2018, 17:15

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyninin təşəbbüsü  və Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Mirzayevin iştirakı ilə Milli Məclisin deputatı Fazil Mustafa ilə ilahiyyatçı jurnalist Rəsul Mirhəşimli arasında baş verənlər müzakirə edilib.

Umud Mirzayevin qalmaqalın münaqişə səviyyəsinə çıxmasına, problemin məhkəmədə deyil, qarşılıqlı dialoq yolu çöcülmünə çalışıb.

Modern.az xəbər verir ki, iki saatdan artıq davam edən görüşdə hər kəs öz arqumentlərini gətirib.

“Müzakirələrin nəticəsi olaraq konstruktiv mövqeyə gələ bildik. Mən hesab edirəm ki, Fazil Mustafa məlum statusunda məni aşağılayan, ittiham edən ifadələr işlədib.Fazil Mustafa da hesab edir ki, mən Axar.az saytına verdiyim açıqlamada çox sərt şəkildə onu ittiham etmişəm. Həmin görüşdə də bu fikri ifadə elədim, ola bilsin, mənim həmin açıqlamada dediklərim düzgün anlaşılmayıb. Bu dünyada qorxduğum ən böyük günahlardan biri kiminsə qəlbinə toxunmaqdır”,-deyə R.Mirhəşimli bildirib.

Onun sözlərinə görə, Fazil Mustafa bəyan edib ki, yazdığı məlum statusu Facebook səhifəsindən siləcək və jurnalist barəsin işlətdiyi ifadələrə görə üzr istəyəcək.

“Kimdənsə üzr istəmək insanın hansısa mərtəbədən düşürməz. Ola bilsin ki, mənim sərt ifadə etdiyim sözlər də Fazil Mustafanı incidib, onun qəlbinə dəyib. Həmin görüşdə də bunu ifadə elədim, burdan da bəyan edirəm. Əgər dediklərim Fazil Mustafanın qəlbinə toxunub, onu incidibsə, mən də üzr istəyirəm”.

Xatərladaq ki, bu görüşdən əvvəl tərəflər qarşılıqlı təhqirə görə məhkəməyə müraciət etməyə hazırlaşırdılar.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü