25 sentyabr 2018, Çərşənbə
Ana Səhifə - REPORTAJ - Nəhəng dövlətlərdə baş vermiş enerji QƏZALARI - Azərbaycanın taleyini yaşayanlar...
Nəhəng dövlətlərdə baş vermiş enerji QƏZALARI - Azərbaycanın taleyini yaşayanlar...
03.07.2018, 13:40

Elektrik enerjisi ilə təminat gündəlik həyatımızda vacib şərtlərdən biridir. Və bu təminatın anidən kəsilməsi, uzun müddət verilməməsi hər birimizə kifayət qədər ciddi problemlər yaşada bilər. İstər yay olsun, istərsə də qış mövsümü... enerji təminatındakı kəsilmələr insanları maddi ziyana da salır.

Burada əsas diqqətçəkən məqam həm də elektrik kəsilməsinin hər kəsin qazanc yeri olan iş yerlərinə təsiridir.

Azərbaycan Respublikası ötən gecə baş vermiş enerji qəzasının şokunu yaşayır.

Elektrik kəsilmələri dünyanın müxtəlif ölkələrində müxtəlif zamanlarda müşahidə olunub. Bu problem həm qonşu ölkələr, həm də nəhəng dövlətlərdə yaşanır. Belə qəzalara texniki problemlərlə yanaşı, təbii fəlakətlər də səbəb olur.


Modern.az
dünyada və qonşu ölkələrdə baş vermiş ən böyük elektrik kəsilmələri hadisələrini araşdırıb.


Dünyanın nəhəng dövlətlərindən olan ABŞ hələ yarandığı dövrdən hər iki səbəblə bu problemlə yaxından tanışdır. İlk belə ciddi problem 1977-ci ildə Nyü-York-da baş verib. Burada elektrik kəsilməsi nəticəsində 9 milyon insan 25 saat işıqsız qalır. Hadisə tarixə “Qorxu gecəsi” kimi düşüb. Bu gecənin belə ad qazanmasına səbəb tək işığın kəsilməsi deyil, bununla müşahidə olunan quldurluq və soyğunçuluq hadisələri olub. Həmin gün 1,5 min mağaza təxminən 100 min nəfər tərəfindən soyulub. Bu soyğunçulardan isə cəmi 3,8 min nəfər tutulub. Müxtəlif hesablamalarda iğtişaşlar nəticəsində dəyən ümumi zərər 300 milyon dollardan 1 milyard dollaradək dəyərləndirilir. Yalnız şəhər hakimiyyəti 9 milyon dollar itirib. 2003-cü ilə kimi bu hadisə dünyada baş vermiş ən böyük enerji qəzası sayılırdı.


14 avqust 2003-cü ildə isə tək ABŞ-a deyil, eyni zamanda Kanadaya da təsirsiz ötüşməyən nəhəng elektrik kəsilməsi hadisəsi baş verib. Belə ki, bu problem ABŞ-ın 8 ştatı və Kanadanın 2 əyalətini işıqsız qoyub. Nəticədə 50 milyon insan işıqsız qalıb. Dəymiş maliyyə zərəri isə 6 milyard dollar civarında dəyərləndirilib. Fəlakətə səbəb enerji şirkətlərinin pis koordinasiyası, köhnəlmiş avadanlıqlar və personalın səhvləri idi. Bu hadisə 1977-ci il rekordunu təzələyərək, tarixə dünyanın ən böyük enerji qəzası kimi “Blekout-2003” adıyla düşüb.


Belə hadisələrin bəlkə də ən nəhəngi dünya əhalisinin kifayət qədər bir bölümünü özündə cəmləyən Hindistanda baş verib. 2012-ci ilin 31 iyulunda Hindistannın şimal və şərqini əhatə edən 19 ştatında elektrik kəsilməsi yaşanıb. Nəticədə bu problem ölkənin 600 milyon vətəndaşına təsir edib. Belə ki, 500-dən çox dəmir yolu qatarının hərəkəti dayanıb, Qərbi Benqaliya ştatında yüzlərlə mədənçi mədənlərdə qapalı yerlərdə qalıb. Dehli şəhər işıqforlarında problemlər yaşanıb, bütün 6 metro xəttində hərəkət dayanıb və insanlar qatarlardan təxliyə edilib.


2011-ci ildə
analoji hadisə ABŞ və Meksikaya təsirsiz ötüşmədi. Belə ki, bir işçinin səhvi üzündən Meksikanın 4 şəhəri və ABŞ-ın San-Dieqo şəhəri ilə Los-Ancelesin cənubu işıqsız qalıb. Hadisə nəticəsində 10 milyon insan elektrik enerjisi ilə təmin oluna bilməyib.


2001-ci ilin iyununda isə Nigeriyanın şərqində elektrik sistemlərində qəza baş verib. Nəticədə ölkənin 50 milyonadək vətəndaşı bir neçə gün elektriksiz yaşamalı olub.


2003-cü ilin fevralında bütün Əlcəzair işıqsız qalıb. Ölkənin 32 milyon vətəndaşı bir neçə saatı elektriksiz keçirməyə məcbur olub.

Bu cür hadisələr qonşu ölkələrdən də yan keçməyib.

1993-cü ilin mayında bütün Gürcüstan işıqsız qalıb. Hadisənin səbəblərini müəyyən etmək mümkün olmayıb.


2003-cü ilin avqustun 18-də analoji problem üzündən yenə bütün Gürcüstan işıqsız qalıb. Elektrik enerjisi həyati dəstək obyektlərində belə, verilməyib. Metropolitenin işini dayandırması üzündən 10 minlərlə insan vaqonlarda və stansiyalara qalıb.

2005-ci ili mayın 25-də isə Rusiya tarixində ən nəhəng elektrik kəsilməsi hadisəsi baş verib. Qəza Moskva elektrik sistemlərində baş verib. Hadisə nəticəsində nəinki Moskvanın bir neçə nəhəng rayonu, həmçinin Moskva, Tulsk, Kalujsk və Ryazan əyalətlərinin də bir neçə şəhəri iki sutka ərzində elektriksiz qalıb.


2015-ci ilin martın 31-də
isə demək olar ki, bütün Türkiyə işıqsız qalıb. “Doğan” agentliyinin məlumatına görə, elektrikin kəsilməsi Van şəhərini çıxmaqla, bütün ölkəyə təsir edib. Bu hadisə Türkiyə tarixində son 15 ildə baş vermiş ən nəhəng elektrik kəsilməsi hadisəsi olub. Həmin gün elektrik yalnız İstanbul və Ankaranın 15%-də olub.


Qeyd edək ki, hazırda bütün dünyada enerji kəsilmələri də daxil 1,3 milyard insan tamamilə elektriksiz yaşayır. Dünya üzrə elektriksiz yaşayanların 95 faizi Afrikanın payına düşür. Onlar hələ də kerosin və digər bu kimi vasitələrdən asılı vəziyyətdədirlər.

 

Əvəz ZEYNALOV


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda bütün rəsmi saytlar dayandı - PROBLEM
25.09.2018, 15:27

Azərbaycanda bütün rəsmi saytlar dayandı - PROBLEM

Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi 
25.09.2018, 15:27

Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi 

Trampdan gözlənilməz KOMPLİMENT: “Ruhani gözəl insandı”
25.09.2018, 15:23

Trampdan gözlənilməz KOMPLİMENT: “Ruhani gözəl insandı”

Çin ABŞ-ı “xuliqanlıq”da ittiham etdi
25.09.2018, 15:09

Çin ABŞ-ı “xuliqanlıq”da ittiham etdi

Efiopiyada Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş filmin təqdimatı oldu
25.09.2018, 15:04

Efiopiyada Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş filmin təqdimatı oldu

25.09.2018, 15:02

"Qaçqınkom" sədri məcburi köçkünlərlə görüşdü - FOTO

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü - FOTOLAR
25.09.2018, 15:00

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü - FOTOLAR

Alimlərdən xəbərdarlıq: "Çox su içməyin, ölə bilərsiniz"
25.09.2018, 14:43

Alimlərdən xəbərdarlıq: "Çox su içməyin, ölə bilərsiniz"

Zeynab Kazımovaya gömrükdə yeni vəzifə verildi   
25.09.2018, 14:42

Zeynab Kazımovaya gömrükdə yeni vəzifə verildi  

Gənclərin NƏZƏRİNƏ: Karyera yarmarkası keçiriləcək
25.09.2018, 14:28

Gənclərin NƏZƏRİNƏ: Karyera yarmarkası keçiriləcək

İran rəhbərliyi Trampa ismarıc yolladı
25.09.2018, 14:22

İran rəhbərliyi Trampa ismarıc yolladı

İraq prezidentinin adı oktyabrın 2-də açıqlanacaq
25.09.2018, 14:13

İraq prezidentinin adı oktyabrın 2-də açıqlanacaq

Zakir Həsənov Bolqarıstanlı həmkarı ilə görüşüb - FOTO
25.09.2018, 14:03

Zakir Həsənov Bolqarıstanlı həmkarı ilə görüşüb - FOTO

Azərbaycan yeni aviasiya bombası istehsalına başlayıb 
25.09.2018, 14:01

Azərbaycan yeni aviasiya bombası istehsalına başlayıb 

“Azercell”dən maraqlı layihə: “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq”
25.09.2018, 13:59

“Azercell”dən maraqlı layihə: “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq”

Mətbuat Şurasında veteran jurnalistin 85 yaşı qeyd olundu
25.09.2018, 13:49

Mətbuat Şurasında veteran jurnalistin 85 yaşı qeyd olundu

Yerevanda xəstəxanada partlayış oldu - 1 nəfər öldü
25.09.2018, 13:46

Yerevanda xəstəxanada partlayış oldu - 1 nəfər öldü

Ölkə başçısı Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul etdi - YENİLƏNİB
25.09.2018, 13:32

Ölkə başçısı Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul etdi - YENİLƏNİB

Qəbələdə 230 kq fındıq oğurlayanlar tutuldu
25.09.2018, 13:29

Qəbələdə 230 kq fındıq oğurlayanlar tutuldu

Almaniya İranla nüvə razılaşmasının saxlanılmasını istəyir
25.09.2018, 13:28

Almaniya İranla nüvə razılaşmasının saxlanılmasını istəyir

Sabahın hava PROQNOZU
25.09.2018, 13:27

Sabahın hava PROQNOZU

“Ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqram yaradılsın” – Deputatdan TƏKLİF
25.09.2018, 13:25

“Ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqram yaradılsın” – Deputatdan TƏKLİF

Qida Təhlükəsizliyi Agentliyi kərə yağı satışını YOXLAYIB  
25.09.2018, 13:25

Qida Təhlükəsizliyi Agentliyi kərə yağı satışını YOXLAYIB  

Sabahdan hava pisləşəcək, güclü külək, leysan, daşqın gözlənilir - XƏBƏRDARLIQ
25.09.2018, 13:17

Sabahdan hava pisləşəcək, güclü külək, leysan, daşqın gözlənilir - XƏBƏRDARLIQ

“Bakıda niyə valyutadəyişmə məntəqəsi açılmır?” - Palata suala CAVAB VERDİ   
25.09.2018, 13:11

“Bakıda niyə valyutadəyişmə məntəqəsi açılmır?” - Palata suala CAVAB VERDİ  

İlham Əliyev silahlarla tanış oldu - FOTOLAR
25.09.2018, 13:04

İlham Əliyev silahlarla tanış oldu - FOTOLAR

Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı - Alınan SİLAHLAR...
25.09.2018, 13:02

Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı - Alınan SİLAHLAR...

Azərbaycanda yeni unikal silah istehsal olundu - FOTO
25.09.2018, 12:54

Azərbaycanda yeni unikal silah istehsal olundu - FOTO

Almasatanın DƏRDİ   
25.09.2018, 12:48

Almasatanın DƏRDİ  

Şəkidə 86 yaşlı kişi itkin düşdü
25.09.2018, 12:42

Şəkidə 86 yaşlı kişi itkin düşdü

Qanunsuz ov edən 2 nəfər saxlanıldı
25.09.2018, 12:35

Qanunsuz ov edən 2 nəfər saxlanıldı

“Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır” - Komitə sədrindən ETİRAZ
25.09.2018, 12:29

“Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır” - Komitə sədrindən ETİRAZ

Şadlıq evinin sanitar qovşağından meyit tapıldı
25.09.2018, 12:23

Şadlıq evinin sanitar qovşağından meyit tapıldı

Ən ümidverici cüdoçumuz dünya çempionatında uduzdu   
25.09.2018, 12:16

Ən ümidverici cüdoçumuz dünya çempionatında uduzdu  

Zərdabda təzə gəlin 3 aylıq uşağı ilə evdən qaçdı - FOTO
25.09.2018, 12:16

Zərdabda təzə gəlin 3 aylıq uşağı ilə evdən qaçdı - FOTO

Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018, 12:13

Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır

Ferdinandde Sössürün məşhur “Ümumi dilçilik kursu” əsəri Azərbaycanda çap olundu
25.09.2018, 12:05

Ferdinandde Sössürün məşhur “Ümumi dilçilik kursu” əsəri Azərbaycanda çap olundu

Azərbaycan Banklar Assosiasiyasında yeni TƏYİNATLAR oldu
25.09.2018, 11:58

Azərbaycan Banklar Assosiasiyasında yeni TƏYİNATLAR oldu

Trampla Makronun arası dəyib
25.09.2018, 11:54

Trampla Makronun arası dəyib

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı uzadıldı
25.09.2018, 11:38

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı uzadıldı

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək
25.09.2018, 11:30

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək

Ağcabədidə zərərvericilərə qarşı kimyəvi mübarizə aparılır 
25.09.2018, 11:27

Ağcabədidə zərərvericilərə qarşı kimyəvi mübarizə aparılır 

Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ
25.09.2018, 11:23

Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına bu məsələlər daxil edildi - SİYAHI   
25.09.2018, 11:20

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına bu məsələlər daxil edildi - SİYAHI  

Məktəbdə FACİƏ: 2-ci sinif şagirdi boğulub öldü
25.09.2018, 11:15

Məktəbdə FACİƏ: 2-ci sinif şagirdi boğulub öldü

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı
25.09.2018, 11:12

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

On rayonda xüsusi tullantılar üçün 16 konteyner yerləşdirilib
25.09.2018, 11:12

On rayonda xüsusi tullantılar üçün 16 konteyner yerləşdirilib

İlham Əliyev: "Azərbaycan güclü müdafiə sənayesi yaradıb"
25.09.2018, 11:09

İlham Əliyev: "Azərbaycan güclü müdafiə sənayesi yaradıb"

Bu ölkədə avtobuslarda üztanıma sistemi tətbiq ediləcək
25.09.2018, 11:07

Bu ölkədə avtobuslarda üztanıma sistemi tətbiq ediləcək

Diaspor Komitəsindən daha bir İLK: xaricdəki sənədsiz azərbaycanlıların problemləri çözülür
25.09.2018, 11:06

Diaspor Komitəsindən daha bir İLK: xaricdəki sənədsiz azərbaycanlıların problemləri çözülür

ARXİV