Modern.az

Yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum olub

Yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum olub

Mədəni̇yyət

1 Avqust 2018, 19:39

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub.

Modern.az bildirir ki, Bərdə Rayon Prokurorluğundan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub. 

Hazırda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Eyni zamanda "Mercedes" markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü