21 yanvar 2019, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Hadi Rəcəbli: “Ömrümün elə bir vaxtıdır ki, xoş sözlərə ehtiyacım var” - MÜSAHİBƏ  
Hadi Rəcəbli: “Ömrümün elə bir vaxtıdır ki, xoş sözlərə ehtiyacım var” - MÜSAHİBƏ  
25.10.2018, 15:45

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin doğum günüdür. Deputatın 71 yaşı tamam olur. 


Hadi Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləyib. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinskiy raboçiy" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Siyasi elmlər doktoru, professordur.  "Əmək igidliyinə görə" medalı (1976), "Əmək rəşadətinə görə" medalı (1977), "Şərəf" nişanı (1986), "Şöhrət" ordeni (2007), İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilib. Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Evlidir, 4 övladı, 10 nəvəsi var.

 

Modern.az saytı Hadi Rəcəblidən doğum günü ilə bağlı təəssüratlarını öyrənib.

 

- Hadi müəllim, öncə sizi doğum gününüz münasibətilə təbrik edirik. Maraqlıdır, Hadi Rəcəbli doğum gününü necə keçirməyi planlaşdırır?

- Bu gün həm də mənim sonuncu nəvəm Fərhadın anadan olmasından 3 ay ötür. Hesab edirəm ki, ailə üzvlərim və yaxınlarımla birgə bu günü qeyd etmək daha düzgün olar. Ümumiyyətlə,   bizim ailədə ad günü keçirmək artıq bir ənənə halına çevrilib. Və bunun çox yaxşı bir ənənə olduğunu düşünürəm. Əzizlərimdən eşitdiyim xoş sözlər məndə yaşamaq eşqini daha da artırır. Əslində doğum günüm doğmaların və əzizlərin bir yerə toplaşması üçün bir bəhanədir.  

- Bəs, sizi ilk təbrik edən kim olub?

- Mənim bu gün ad günümü ilk təbrik edən böyük oğlum Vüsal Rəcəbli olub. O, saat 00:01-də məni təbrik edib. Daha sonra isə ailə üzvlərimin hamısı məni təbrik edib. Dost-tanışlardan da doğum günümü təbrik edənlər var. Bu gün səhər tədbirdə də iştirak etdim və orada da məni təbrik edənlər oldu. Minnətdaram ki, Modern.az saytının əməkdaşlarının da yadından çıxmamışam. Ömrümün elə bir vaxtıdır ki, xoş sözlərə, günlərə ehtiyacım var. Belə sözləri eşitmək də məni sevindirir. Mən daha çox ona sevinirəm ki, zəhmətim olan insanların yadından çıxmamışam və hər zaman onların diqqətindəyəm.

 

- Çox adam yaşının üstünə yaş gəldikcə, qocalmaqdan qorxur. Bəs sizdə vəziyyət necədir?

- Şükürlər olsun ki, bu günə kimi nə yerişimdə, nə duruşumda, nə də səhhətimdə problem olub. İnsanın ruhu cavan olmalıdır. Mən uşaqlıqdan bu yana idmanla məşğul olmuşam.  Bu gün də idman mənim həyatımın bir hissəsidir. Mən hər günümün yarım saatını tezdənlər idmana sərf edirəm. Xüsusi proqramım var və o idmanları edirəm. Göz dəyməsin, hələ ki, dava-dərmana möhtac olmamışam.

 

- Bizə maraqlıdır, parlament üzvlərindən Hadi Rəcəblini kimlər təbrik edib, kimlər yox?

- Parlament cameəsindən də məni təbrik edənlər var. Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov və bir qrup deputat, komitəmizin üzvləri, ekspertləri məni təbrik ediblər. Bütün Milli Məclis üzvlərinin hamısı məni təbrik edə bilməz axı?
İnsanın bu yaşda uğuru hesab edirəm ki, onun övladları və nəvələridir. Mənim 10 nəvəm var. Onların 2-si ali təhsilini başa vurub, 3-ü hazırda universitetdə oxuyur, digər nəvələrim isə orta məktəbdə oxuyurlar. Onların hamısı əlaçıdır, 3 dil bilirlər. Övladlarım da özlərini hər zaman yaxşı aparırlar. Təmkinlidirlər, ələbaxan deyillər və ən əsası zəhmətkeşdirlər.

 

- Bəs hökuməıtdən - nazirlərdən, komitə sədrlərindən doğum gününüzü təbrik edənlər olubmu?

- Bəli olub. Baş nazirin müavini Əli Əhmədov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslərdən məni təbrik edənlər var. Bu gün iclasda olduğum üçün telefonum bağlıydı. Telefonumu açanda gördüm ki, mənə 82 zəng gəlib. Hazırda da  təbrik zəngləri, mesajlar gəlməkdədir.

 

- 71 ildir həyat yolu gəlirsiniz. Geriyə dönüb baxdığınız zaman yaşadığınız ömrü necə qiymətləndirirsiniz?

- Təəssüf etdiyim heç bir hal yoxdur. Danışıqlarımda, hərəkətlərimdə, ifadələrimdə indiyə qədər  heç vaxt nöqsana yol verməmişəm. Amma çox təəssüflər olsun ki, bu gün dövlətini sevməyən, onun uğurlarına sevinməyən adamlar var. Mən hər zaman hakimiyyətin, dövlətimizin yanındayam. Bütün fəaliyyətim xalqımızın güzəranının yaxşılaşdırılmasına birbaşa bağlıdır. Heç vaxt boşboğazlıq etməmişəm. Parlamentdə kiminsə xoşuna gələcək söz deməmişəm. Seçicilərimlə keçirdiyim görüşlərin hamısını reklam etməmişəm.
Mən ulu öndər Heydər Əliyevin kadrıyam, möhtərəm prezident İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edirəm. Ancaq həyatda bəzi şeylərin olmasına təəssüf edirəm. Bəzən haqqımda 90-95 faizi iftira, uydurma olan yazılar çıxır. Bu da mənim əhvalımı bir az korlayır. Bu mənada ki, mənim o adamların özlərinə və dünyagörüşlərinə yazığım gəlir. Onlar işlə məşğul olmaq əvəzinə, dedi-qodu etməklə məşğuldrular. Bu da adamda təəssüf hissi doğurur. Peşəkar siyasətçi olduğuma görə təəssüf ki, belə yalanlarla, çirkablarla üzləşirəm. Ən əsası odur ki, zaman hər şeyi öz yerinə qoyur, Allah hər şeyi tənzimləyir və prezidentimiz də hər şeyi görür və bilir.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabunçu rayonunda dörd otaqlı ev yandı
21.01.2019, 00:45

Sabunçu rayonunda dörd otaqlı ev yandı

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü
21.01.2019, 00:27

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı
21.01.2019, 00:04

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu
20.01.2019, 23:36

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu

Ağstafada yanğında xəsarət alan qadın öldü
20.01.2019, 23:09

Ağstafada yanğında xəsarət alan qadın öldü

İrana casusluq edən alman zabiti yaxalanıb
20.01.2019, 22:43

İrana casusluq edən alman zabiti yaxalanıb

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU
20.01.2019, 22:22

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU

Rusiya Yaponiya arasında GƏRGİNLİK
20.01.2019, 22:01

Rusiya Yaponiya arasında GƏRGİNLİK

Bakıda sərnişin avtobusu qəza törətdi
20.01.2019, 21:42

Bakıda sərnişin avtobusu qəza törətdi

Qadın əməliyyat zamanı öldü
20.01.2019, 21:22

Qadın əməliyyat zamanı öldü

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi
20.01.2019, 21:06

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi

122,5 min insan işıqsız qalıb
20.01.2019, 20:55

122,5 min insan işıqsız qalıb

Tibetdə 5 bal gücündə zəlzələ oldu
20.01.2019, 20:43

Tibetdə 5 bal gücündə zəlzələ oldu

Azərbaycanın İrana neft ixracı azalıb
20.01.2019, 20:29

Azərbaycanın İrana neft ixracı azalıb

8 BMT sülhməramlısı öldürüldü
20.01.2019, 20:15

8 BMT sülhməramlısı öldürüldü

“Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacağıq” - Türkiyə Prezident Administrasiyası
20.01.2019, 20:01

“Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacağıq” - Türkiyə Prezident Administrasiyası

DİN Şəhidlər Xiyabanında Milli Şura tərəfdarları ilə baş vermiş insidentə münasibət bildirib
20.01.2019, 19:32

DİN Şəhidlər Xiyabanında Milli Şura tərəfdarları ilə baş vermiş insidentə münasibət bildirib

Gözlər yoldan yığılarmı... - III Yazı
20.01.2019, 17:40

Gözlər yoldan yığılarmı... - III Yazı

Çilidə güclü zəlzələ olub
20.01.2019, 17:25

Çilidə güclü zəlzələ olub

Dubayda magistrallarından biri “EXPO-2020” adlandırılıb
20.01.2019, 17:10

Dubayda magistrallarından biri “EXPO-2020” adlandırılıb

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2019, 16:55

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Savat üzrə açıq Respublika çempionatı keçirilib
20.01.2019, 16:37

Savat üzrə açıq Respublika çempionatı keçirilib

Macarıstanda etirazların yeni dalğası başlayıb
20.01.2019, 16:20

Macarıstanda etirazların yeni dalğası başlayıb

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulldu - FOTO
20.01.2019, 16:05

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulldu - FOTO

Xocavənd qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO
20.01.2019, 15:50

Xocavənd qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO

Özbəkistanda dəyəri milyon dollardan çox olan xəzinə tapılıb
20.01.2019, 15:38

Özbəkistanda dəyəri milyon dollardan çox olan xəzinə tapılıb

İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO
20.01.2019, 15:24

İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü
20.01.2019, 15:20

Dünyanın ən yaşlı kişisi 113 yaşında öldü

Bakıda külək mərasim evini uçurub
20.01.2019, 15:14

Bakıda külək mərasim evini uçurub

Azərbaycanın elektrik enerjisi ixracı artıb
20.01.2019, 15:09

Azərbaycanın elektrik enerjisi ixracı artıb

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
20.01.2019, 14:59

Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov
20.01.2019, 14:50

Sovet qoşunlarının Bakıya müdaxiləsini erməni təcavüzündən ayrı təhlil etmək mümkün deyil - Elçin Əhmədov

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR
20.01.2019, 14:41

İnsan özünün ya həkimidir, ya qənimi - Məşhur loğman YAZIR

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”
20.01.2019, 14:30

“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər”

Dağıstanda sosial problemlər...
20.01.2019, 14:17

Dağıstanda sosial problemlər...

İmişlidə yol qəzası: ölən və yaralananlar var
20.01.2019, 14:00

İmişlidə yol qəzası: ölən və yaralananlar var

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTO-VİDEO
20.01.2019, 13:45

Xalq şəhidlərin xatirəsini ehtiramla yad edir - FOTO-VİDEO

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...
20.01.2019, 13:32

Məzarsız şəhid, yaxud itkin düşmüş arzular...

Sevgilisinin məktubunu saxladığım şəhid
20.01.2019, 13:20

Sevgilisinin məktubunu saxladığım şəhid

Azərbaycanda ağır qəza: 3 yaralı var 
20.01.2019, 13:10

Azərbaycanda ağır qəza: 3 yaralı var 

Həftənin ilk iş gününün HAVASI
20.01.2019, 13:00

Həftənin ilk iş gününün HAVASI

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO
20.01.2019, 12:45

Bakıda avtobus qəzası: yaşlı qadın ağır yaralandı - FOTO

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev
20.01.2019, 12:33

“İslahat tərəfdarlarını gözdən salmağa çalışırlar” - Qüdrət Həsənquliyev

Həm peşə, həm də Vətən borcu...   
20.01.2019, 12:21

Həm peşə, həm də Vətən borcu...  

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı
20.01.2019, 12:06

Qara dənizdə azərbaycanlı kapitanın cəsədi tapıldı

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 
20.01.2019, 12:00

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi 

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO
20.01.2019, 11:50

20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlandı – VİDEO

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı
20.01.2019, 11:43

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

Bakıda piyada keçidində vurulan qadın həkimdir
20.01.2019, 11:39

Bakıda piyada keçidində vurulan qadın həkimdir

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb
20.01.2019, 11:34

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76-ya çatıb

ARXİV