Modern.az

Qullu Məhərrəmli təkzib etdi: "Mən başqa müraciətə imza atmışdım"

Qullu Məhərrəmli təkzib etdi: "Mən başqa müraciətə imza atmışdım"

15 Noyabr 2011, 15:38

Bakı Dövlət Universitetinin 245 müəllimin adından Ziyalılar Forumuna etdiyi müraciətə imza atan Qulu Məhərrəmli bəyanatı təkzib etdi.

Modern.az saytı “Azadlıq” radiosuna istinadən bildirir ki, Bakı Dövlət Universitetinin müəllimi Qulu Məhərrəmli müraciətin ilkin variantının fərqli olduğunu və həmin müraciətə imza atdığını deyib.

“Bu gün baxıram, uzundərə bir şey veriblər. Onlara xəbərdarlıq etmişdim ki, yaramazlıq etsəniz, təkzib verəcəm. Mənə fərqli bəyanat göstəriblər, yumşaq ruhu olan, barışdırıcı tonu olan bir müraciət. Sadəcə, narahatlıq ifadə olunurdu. Ona görə imza atmışam. Orda da məlumatlandırmışam ki, mən Ziyalılar Forumunun iclaslarında bir neçə dəfə iştirak eləmişəm, çıxış etmişəm. Amma təəssüf ki, qəzetdə başqa müraciət gördüm. Əlavələr və ittihamlar gördüm. Ona görə bu müraciəti qəbul etmirəm və orda da iştirak etmirəm.

Bununla bağlı yaxın saatlarda bəyanat yayacam”.

Ziyalılar Forumunun olmasının vacib olduğunu bildirən Q.Məhhərmli bunun milli barışıq forumu olduğunu qeyd edib. Onun sözlərinə görə, forum problemlərin dilə gətirilməsi baxımından mühüm işlər görür, aktual məsələlər müzakirə olunur. Burda cəmiyyətin, millətin çox layiqli nümayəndələri təmsil olunur. 

Qulu Məhərrəmli Ziyalılar Forumunun son toplantılarında da iştirak edib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik