Modern.az

Hökumət büdcədən KİV Fonduna ayrılan maliyyə vəsaitini xeyli artırdı

Hökumət büdcədən KİV Fonduna ayrılan maliyyə vəsaitini xeyli artırdı

Media

16 Noyabr 2011, 09:01

Modern.az saytı Azərbaycan Respublikasinın 2012-cu il üçün “Dövlət büdcəsi haqqında” qanun layihəsində Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vasaitinin məbləğini dəqiqləşdirə bilib. Məlum olub ki, gələn il KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna bu illə müqayisədə xeyli çox vəsait ayrılması nəzərdə tutulub.

Milli Məclisin Mədəniyyət komitəsindən saytımıza verilən məlumata görə, 2012-cu ilin büdcə zərfində Kütləvi İnformasiya Vasitələrinin inkişafını dəstəkləmək, onların maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin peşəkarlığının artırılmasına şərait yaratmaq məqsədilə  Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon 870 min 608 manat vəsait ayrılması nəzərdə tutulub.

Müqayisə üçün bildirək ki, 2011-ci ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən 2 milyon 400 min manat vəsait ayrılmışdı. Bu isə onu göstərir ki, 2012-ci ildə dövlət büdcəsindən KİV Fonduna builkindən təxminən 1,4 milyon manat artıq maliyyə vəsaiti veriləcək.

Xatırladaq ki, 2010-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən 2 milyon manat vəsait ayrılıb. 2009-cu ildə Fonda 1 milyon 300 min manat vəsait ayrılmışdı.

Göründüyü kimi, Azərbaycan hökuməti Kütləvi İnformasiya Vasitələrinin inkişafına dəstəyi ildən-ilə gücləndirir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü