20 mart 2019, Çərşənbə
Ana Səhifə - MEDİA - 4 yaşlı Ərhun “fövqəladə hallar” əməkdaşlarını niyə təəccübləndirdi? - MARAQLI
4 yaşlı Ərhun “fövqəladə hallar” əməkdaşlarını niyə təəccübləndirdi? - MARAQLI +
27.12.2018, 10:24

Şıltaqlığına baxmayaraq, onun qorxmazlığı, cəsarəti, dönməzliyi, əsl kişi prinsipiallığı hamıda böyük rəğbət oyatdı, onu aləmə tanıtdırdı 


Bir müddət əvvəl sumqayıtlı Ərhun bala ilə bağlı əhvalatı çoxları hadisə adlandırsa da, əslində bu, hadisə deyil, sadəcə 4 yaşlı uşağın - "kişi qırığının" bir tərslik, qətiyyətlilik, dönməzlik sərgüzəşti idi. O əhvalatda "hadisə"lik bir şey olmayıb.


O, ara-sıra olduğu kimi yenə də evdə tək qalaraq, televizorda uşaq filminə baxa-baxa özündən 3 yaş böyük olan bacısı Duyğu ilə məktəbdən qayıdan anasının gəlməsini gözləyirmiş. Lakin anası 3-cü mərtəbədəki mənzillərinə qalxaraq, açarla qapını açmaq istərkən nə isə Ərhunun xoşuna gəlməyib və hirslənərək, qapını arxadan bağlayıb. Anası və bacısı nə qədər yalvar-yapış eləyib, ondan qapını açmağı xahiş etsələr də, Ərhun tərsliyindən dönməyib.


Səsə qonşular da çıxıb. Onu dilə tutmağa çalışan qonşusu, yaşlı bir kişi ona "ağıl vermək" istəyəndə cavab verib ki, "sən kimsən ey, mən səni tanımıram". Anası da, qonşular da çox narahat olub, Ərhunu şirin dilə tutaraq, yola gətirməyə çalışsalar da, yenə heç nə alınmayıb. Uşaq kimi başını vəd etdikləri çoxlu konfetlə, oyuncaq maşınlarla, hətta mobil telefonla aldatmağa çalışsalar da, razılaşmayıb.


İki saatdan da çox aparılan "rəsmi danışıqlar" heç bir fayda verməyib. Axşama yaxın hava qaraldığından qərara gəlinib ki, çöldən, ümumi şitdən işığı söndürsünlər, bəlkə qaranlıqdan qorxub, dərhal qapını açsın. O isə heç kefini pozmadan qapıya yaxın gələrək hirslə qışqırıb ki, "işığı yandırın, mən televizora baxıram, onsuz da qapını açmayacam".


Ərhunu yola gətirə biləcəklərinə inanan, lakin onun tərsliyindən dönmədiyini görüb, əlacsız qalan anası uşağın başına bir iş gələcəyindən ehtiyat edərək, oğlunun atasına - bayaqdan narahat etmək, həyəcanlandırmaq istəmədiyi, işdə olan tanınmış jurnalist Zaur Əhmədə zəng edib, məsələni danışb. Uşağın "tərs" olduğunu bilən atası yeganə çıxış yolunu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şöbəsindən kömək istəməkdə görüb. 

 

FHN-nin xilasediciləri ilə birgə çağırışa gələn polis əməkdaşlarının, hətta tibb işçilərinin də Ərhunla "islahedici" söhbətləri baş tutmayıb. Ona qapı arxasından hədə-qorxu ilə, sərt şəkildə "aç qapını!" deyib, qışqırsalar da, sakitcə cavab verib ki, "mən qorxmuram, çıxın gedin". Belə olduqda xilasedicilər qərara gəliblər ki, son varianta əl atsınlar. Ancaq onlar qonşunun balkonundan keçərək, pəncərədən mənzilə daxil olduqda gördüklərinə inanmayıb, təəccüb ediblər. İki saatdan da çox hamını həyəcanda, gərginlikdə saxlayan balaca Ərhun heç nə olmayıbmış kimi sakitcə divanda uzanıb (atasının dediyi kimi, sanki "beşulduzlu" oteldə dincəlirmiş), ayağını da ayağının üstə aşırıb, maraqla televizora baxırmış. Birdən yanında yad bir adamın - xilasedicinin dayandığını  görsə də, nəinki qorxmayıb, heç eynini də pozmadan sakitcə soruşub ki, "sən kimsən ey, hardan gəldin?"


Xilasedicilər onu yanlarına alıb, mənzilin çıxışına doğru gedərək, qapını açanda Ərhun anası və bacısından xəbəri yoxmuş kimi hələ soruşub da ki, "siz də burdasız?".


Bu balaca uşağın anlaşılmaz tərsliyi, yaşına uyğun olmayan prinsipiallığı bir yana, onun hədə-qorxular qarşısında geri çəkilməməsi, hətta təkcə qaranlıqda qalmaqdan da qorxmaması bugünə kimi də hamını heyrətləndirir. Ancaq əslində Ərhunun "kim olduğunu" bildikdə təəccüblü heç bir şey qalmır. Belə ki, onun Əhməd babası aylarla Qarabağ uğrunda döyüşlərdə düşmənə qarşı igidliklə vuruşub, qəhrəmanlıqlar göstərib, Vətən yolunda şəhid olub.



Bəli, Ərhun Azərbaycanın qeyrətli, igid, vətənpərvər oğullarından olan Əhməd Teymur oğlu Məmmədovun oğul nəvəsi, nəslin davamçısıdır. Əhməd babası bir vaxtlar Sumqayıtdakı "Sintezkauçuk" zavodunun işçisi olub. O, 3 uşaq atası kimi müharibəyə getməyə də bilərdi. Ancaq doğma Qarabağın, böyüyüb boya-başa çatdığı Cəbrayılın düşmən tapdağı altinda qalmasıyla barışmayaraq, qəlbinin hökmü ilə könüllü olaraq cəbhəyə, azğın düşmənlə döyüşlərə yollanmışdı. Cəbhədən yalnız bir dəfə, həm də cəmi iki-üç saatlığa kəndə, ailəsini, azyaşlı övladlarını görməyə gələ bilmişdi. Evdəkilərin daha döyüşə getməməsi, uşaqlarının yanında qalması üçün etdikləri təkidlərə baxmayaraq, yenidən cəbhəyə, hər zaman onun şücaətinə arxalanan igid döyüş yoldaşlarının yanına qayıtmışdı. Onunla birlikdə dostları daha güclü, daha hünərli olurdular. Cəmi 35 yaşlı olan, mərdliyi, şücaət və qorxmazlığı ilə döyüş dostlarının rəğbətini qazanan Əhməd Məmmədov özünün son döyüşündə də igidliklə vuruşaraq, qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə ucalmışdır. 


Bəli, 4 yaşlı Ərhun Zaur oğlu Məmmədzadə yalnız saçının qıvrımlığı ilə deyil, özünün qorxmazlığı, tərsliyi, prinsipiallığı ilə də Vətən yolunda şəhid olmuş igid babasına oxşayır. 


Yəni ki, qorxmazlıq, cəsarət və prinsipiallıq bu "balaca kişi"nin qanındadır.


Kiçik yaşında belə qətiyyətli, sözündən dönməyən, aləmi bir-birinə qatan bu oğulla ancaq fəxr etmək olar! Qarabağı ancaq Ərhun və onun kimi qeyrətli oğullar geri ala bilər!



Bəli, oğul belə olar! Əhsən sənə, Ərhun! Sən 20 dekabrı tarixə saldın, özün də düşdün tarixə!


Görünür, Ərhun atasının ona verdiyi adı hələ uşaq yaşlarından doğrultmağa çalışır. Axı, ƏR əsl kişilərə deyilir. Hun isə II-IV əsrlərdə Volqa çayından Reyn çayına qədər böyük bir ərazini tutaraq hökmranlıq etmiş türk tayfası Hunların adından götürülüb. Hunlar türk dünyasının ən məşhur sərkərdələrindən olmuş, "Avropanın imperatoru" titulunu qazanmış Atillanın dövründə İtaliyaya kimi gedib çıxmışdılar.


100 yaşa, igid, qorxmaz, cəsur bala - gələcəyin Atillası!

 

Rəhman ORXAN 


P.S.  Təəssüf ki, bəzi sosial şəbəkələr adəti üzrə şablon xəbər üslubundan yapışaraq, oxucunun maraq və diqqətinə nail olmaq üçün vəziyyəti dramatikləşdirməyə çalışıb, xəbər yaymışdılar ki, "4 yaşlı uşaq evdə bağlı qapı arxasında köməksiz qalıb".  Onlara demək istərdim ki, dostlar, hər bir situasiyaya fərdi yanaşmaq lazımdır. Ərhun - o 4 yaşlı igid oğul köməksiz qalmayıb ey, valideynləri, qonşular köməksiz qalıb.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi
20.03.2019, 15:36

İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edildi
20.03.2019, 14:43

Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini qəbul edildi

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər
20.03.2019, 14:08

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçiriblər

Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib
20.03.2019, 14:04

Xızıda qida üçün yararlığı şübhə doğuran çoxlu sayda toyuq aşkar edilib

Dünyanın ən bahalı şəhərləri - SİYAHI   
20.03.2019, 13:28

Dünyanın ən bahalı şəhərləri - SİYAHI  

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  
20.03.2019, 13:14

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi  

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı   
20.03.2019, 12:25

Bakıda ana və qızını maşın vurdu - sürücü saxlanıldı  

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ   
20.03.2019, 12:22

Sabah hava yağışlı, küləkli olacaq - PROQNOZ  

Türkiyənin “Sultan Novruzu”
20.03.2019, 12:17

Türkiyənin Sultan Novruzu

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...
20.03.2019, 12:10

Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə...

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək
20.03.2019, 12:03

Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcək

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi
20.03.2019, 11:59

Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi

ADU-da “Multikultural Novruz bayramı” 
20.03.2019, 11:57

ADU-da “Multikultural Novruz bayramı” 

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI
20.03.2019, 11:51

Balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib - SİYAHI

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı
20.03.2019, 11:47

Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır
20.03.2019, 11:32

Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir
20.03.2019, 11:24

İlham Əliyev: Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı   
20.03.2019, 11:20

Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı  

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
20.03.2019, 11:07

Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR
20.03.2019, 10:56

Rusiyanın azərbaycanlı çempionu - FOTOLAR

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”
20.03.2019, 10:53

“Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək”

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib
20.03.2019, 10:51

Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib

Evində narkotik bitki yetişdirən şəxs saxlandı
20.03.2019, 10:47

Evində narkotik bitki yetişdirən şəxs saxlandı

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
20.03.2019, 10:43

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”
20.03.2019, 10:18

Prezident: “Bu fərmanın dünyada bənzəri yoxdur”

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək
20.03.2019, 10:16

Bu gün Azərbaycan millisi Avropa çempionatının elit-raundunda ilk oyununu keçirəcək

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO
20.03.2019, 10:08

Prezident Azərbaycan xalqını təbrik etdi - VİDEO

Ermənilər cəbhədə təxribatlara davam edir
20.03.2019, 09:49

Ermənilər cəbhədə təxribatlara davam edir

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu
20.03.2019, 09:20

Nəsimidə kafe yandı, 12 nəfər təxliyə olundu

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
20.03.2019, 09:09

Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü
20.03.2019, 00:46

Ölkəyə daxili orqanında narkotik keçirən Lənkəran sakini öldü

20.03.2019, 00:25

"Azərpoçt" bayram günlərində də işləyəcək

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
20.03.2019, 00:07

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir
19.03.2019, 23:57

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Azərbaycan nefti bahalaşıb
19.03.2019, 23:42

Azərbaycan nefti bahalaşıb

Bakı sakini özünü 8-ci mərtəbədən atdı
19.03.2019, 23:29

Bakı sakini özünü 8-ci mərtəbədən atdı

Sərnişin təyyarəsində yanğın
19.03.2019, 23:12

Sərnişin təyyarəsində yanğın

Türkiyədə Koroğluya abidə ucaldıldı
19.03.2019, 22:55

Türkiyədə Koroğluya abidə ucaldıldı

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi
19.03.2019, 22:36

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Bayramlaşma...
19.03.2019, 22:35

Bayramlaşma...

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb
19.03.2019, 22:24

Bərdədə idarəetmədən çıxan avtomobil su kanalına düşüb

Zurabişvili azərbaycanlıların kəndinə gəldi
19.03.2019, 22:07

Zurabişvili azərbaycanlıların kəndinə gəldi

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
19.03.2019, 21:51

Səfir Azərbaycan xalqını belə təbrik etdi - VİDEO

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı
19.03.2019, 21:34

Şəkidə itkin düşən şəxs Bakıda tapıldı

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”
19.03.2019, 21:19

İlham Əliyev: “Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur”

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu
19.03.2019, 21:05

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb
19.03.2019, 20:51

Ölkəyə qanunsuz yolla spirtli içki gətirilməsi cəhdinin qarşısı alınıb

“BMW”dən Türk dili qadağası
19.03.2019, 20:33

“BMW”dən Türk dili qadağası

ARXİV