Arxiv
31 mart 2019, 13:46 | MEDİA
Bizimkilər - Şəhid qızı: “Arzum atamın adını yaşatmaq, onun adı ilə tanınmaq idi” - MÜSAHİBƏ

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı Xəzər TV-nin əməkdaşı Günel Şahmalıqızıdır.

 

Günel Şahmaılıqızı 1982-ci il mayın 4-də Şuşa şəhərində anadan olub. 1988-ci ildə Şuşa şəhər H.Hacıyev adına 4 nömrəli orta məktəbə gedib. 2000-ci ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Tələbəlik illərində İnterniyus Azərbaycan İctimai Birliyinin media layihələrində çalışıb. Peşəkar jurnalist kimi isə 2005-ci ildən fəaliyyətə başlayıb. İlk olaraq ATV telekanalında müxbir sonra isə AzTV, Lider TV və İTV-nin Xəbərlər proqramında müxbir işləyib. 14 ildir ki, bu sahədə çalışır. Bu illər ərzində müxtəlif media layihələr və seminarlarda iştirak edib. Hazırda Xəzər TV-nin “Xəzər Aktual” İctimai Siyasi verilişində redaktor vəzifəsində çalışır. Ailədə 3 bacı, 1 qardaşdılar, atası Alıyev Şahmalı 1992-ci il mayın 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda da gedən döyüşlərdə şəhid olub. 

 

- Necə oldu ki, yolunuz jurnalistikaya düşdü?

 

- Atam ixtisasca filoloq olub. Müəllim övladı olsam da özümü heç vaxt müəllim, həkim və digər sahələrdə görməmişəm. Televiziyaya təsadüfən gəlməmişəm. Uşaqlıqdan bu sahəyə marağım olub. Orta məktəb illərindən, təxmini 1997-1998-ci illərdə AzTV-nin müxtəlif verilişlərində iştirak edirdim. Hətta uşaq yaşlarımdan AzTV-nin Xəbərlər proqramını maraqla izləyirdim. Anam jurnalist olmaq arzumu biləndə etiraz etdi. Daha bir arzum da atamın adını yaşatmaq, onun adı ilə tanınmaq idi. Atamla bağlı çox az anlarım var. Çünki 10 yaşımda itirdim atamı. Amma o həmişə mənim yanımdadır. Onunla bağlı hərşey o qədər təzədir ki, ona görə keçmiş zamanda onun haqqında danışmaq, xatırlamaq belə çətindir. O, mənim üçün həm də bir qəhrəmandır, torpağını canından çox sevən və uğrunda şəhid olan qəhrəman.

 

- Uğur qazanmaq üçün nələrə diqqət edirsiniz?

 

- Dahi filosof Sokrat deyir ki, “Nə vaxt ki, sən uğur qazanmağı hava istədiyin qədər istəsən onda onu əldə edəcəksən”. Mənə elə gəlir ki, insan ümidsizlik məqamında uğur axtarmır. Amma uğuru hər məqamda axtarmaq lazımdır. İnsan bir şeyi edə biləcəyinə inanansa mütləq ona nail olacaq. Yəni məqsədə və uğura nail olmaq üçün güclü arzu olmalıdır. Çünki uğur, məqsəd bəzən də güclü bir arzudan doğur. Fərqi yoxdur kişi ya qadın bir işin yaxşı nəticəsini görmək üçün o işə sevgi ilə başlamaq lazımdır. Düşünürəm ki, digər insanlardan fərqli və bir addım öndə olmaq da uğurdur. Bütün çətinliklər möhkəm iradə və sevgiyə məğlub olur. 

 

- Televiziya , jurnalistika sizin üçün nədir?  

 

- Jurnalistikanı daha çox xeyirxahlıq, imkan kimi dərk etmişəm. İnsanların problemini işıqlandırmaq, həllinə dəstək olmaq imkanı. Həmişə şəxsi  maraqlarımı işimdən kənar tutmuşam. Jurnalistikada müəllimlərim  Şirməmməd Hüseynov, Famil Mehdi, Nəsir Əhmədli, Mahmud Mahmud, Cahangir Məmmədli, Akif Rüstəmov, Əli Hacıyev kimi görkəmli insanlar olub. Onlar bizə jurnalistikanı və necə jurnalist olmağı öyrədib.

 

- Dostlarınız daha çox hansı sahədədir?

 

- Müxtəlif sahələrdə dostlarım var. Jurnalistika mənə çoxlu dostlar qazandırıb. Mehriban münasibətdə olduğum insanlar da çoxdur. Amma çoxları elə bilir ki, onlar mənim yaxın dostumdur. Mehriban münasibətlə dostluq ayrı-ayrıdır. Dost illərin sınağından çıxmalıdır. Etibar etdiyim, güvəndiyim, çətin anımda yanımda olacaq dostlarım var.

 

- Nə zamansa jurnalistikadan ayrılmağı düşünürsünüz?

 

- Mənim üçün hər şeydən çətin TV-dən ayrılmaqdır. Çünki TV-yə heç kimin dəstəyi olmadan gəlmişəm. Dünya mərhəmətlilərdən və xeyirxahlardan ibarət deyil. 14 ildə TV-də çox insanlar haqsızlıq görmüşəm amma ruhdan düşməmişəm. İllərimi əziyyətlə qazanmışam, bəlkə də bu əziyyətə görə peşəmdən ayrılmaq istəmirəm. Dəfələrlə peşəmi dəyişmək imkanım olub. Müxtəlif qurumlardan yaxşı təkliflər almışam. Amma TV-ni heç vaxt itirmək istəməmişəm. Televiziya, jurnalistika bağrıma sıxdığım, xoşbəxt olduğum, rahatlıq tapdığım digər sevgilərim qədər mənə qiymətlidir. 

 

- Öz hazırladığınız reportajlara baxanda hansı məqamlar diqqətinizi çəkir? 

 

- Həmişə hazırladığım reportajlarda səhvlərimi axtarıram. Çalışıram ki, reportajda burda niyə bunu etmədim sualı qalmasın. Mütəmadi olaraq amerikalı və rusiyalı televiziya mütəxəsislərinin təlimlərində iştirak etmişəm. Çalışıram öyrəndiklərimi öz işimdə də tətbiq edim. Əgər işimi daha yaxşı edə bilərəmsə edirəm. Yox əgər bacarmasaydım TV-ni sevdiyim üçün TV-də gedərdim.

 

- Xasiyyətiniz necədir? 

 

- İnsanlıq olmayan yerdə yoxam. Çalışıram pisə də pis deməyim. Çünki insan olsa zamanında başa düşəcək. Pisliklə yaşamaq, insanlığını itirmək hər şeyini itirməkdir. Bir dəfə siyasətçilərdən biri ilə söhbət əsnasında niyə insanlara bu qədər kömək edirsiniz sualına cavabı belə oldu: ”Mənə elə torpaq göstər ki, orada məzarlıq olmasın. Hamımız bu dünyadan gedəcəyik. Qoy etdiyimiz yaxşılıqlar özümüzdən sonra qalsın”.Yaxşı olmaq üçün pislikdən uzaq durmaq lazımdır. Bu da bir az insan olmaq üçün kifayətdir.

 

- Jurnalistika sizə nələri qazandırıb?

 

- Jurnalistika mənə etmək istədiklərimi etmək imkanı qazandırıb. Jurnalistika heç nəyə təəccüblənməməyi öyrətdiyi qədər də biganə qalmamağı da öyrədir. İllərim mənə yaxşı dostlar qazandırıb. Jurnalistika insanı tez böyüdür. Düşüncə tərzim, həyata baxışım, dünyagörüşüm daha tez formalaşıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00