Modern.az

Erməni Marqarın “işğal olunmuş” tualeti – kinofestivalda hay-həşir...

Erməni Marqarın “işğal olunmuş” tualeti – kinofestivalda hay-həşir...

Mədəni̇yyət

19 May 2012, 17:23

Qazaxıstanın Astana şəhərində “Samruk-Etno-Fest-2012” adı altında etnoqrafik kinofestivalı keçirilir. Festivalda Qazaxıstan, Azərbaycan, Ermənistan, Belorus, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Rusiya, Hindistan, İran, Çin və Türkiyədən gətirilmiş filmlər nümayiş etdirilir. Bu filmlərdə xalqlar milli ənənələrini, məişətini, adi həyat tərzlərini göstərməyə çalışıblar.
“Kazinform” İnformasiya Agentliyinin verdiyi məlumata görə, festivalın prezidenti, kinorejissor, əməkdar incəsənət Xadimi Baxit Kairbekov filmlərdən danışarkən Ermənistan rejissoru Quj Tadevosyanın ekran işini çox bəyənib. Rejissor bu filmdə dövlətlər arasında baş verən siyasi çəkişmələr nəticəsində sadə və zəhmətkeş insanların düşdükləri acınacaqlı vəziyyətdən bəhs edib. Filmdə  erməni qoca Marqar axşam yatıb səhər ayılanda görür ki, onun evinin ayaqyolu başqa dövlətin ərazisindədir.
Yenə ənənəvi erməni bicliyi... Diqqət yetirin: Marqar ayaqyolunun tikildiyi ərazini ona görə qonşu dövlətin ərazisində görür ki, guya, bunların torpağı işğal olunub...

Bu xəbərdə məni  təəccübləndirən odur ki, Qazaxıstanın adlı-sanlı rejissoru hələ bilmir ki, Azərbaycan Ermənistanın torpaqlarını deyil, Ermənistan Azərbaycanın torpaqlarını zəbt eləyib. Görəsən, festivalda səslənən bu fikirdən Qazaxıstandakı Azərbaycan səfirliyinin xəbəri varmı?! Xəbəri varsa, onda gərək ermənilərin bu yalanına bir cavab verilə... Ən azı festival öz işini başa vurana qədər.

Aida Eyvazlı, jurnalist

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı