Modern.az

Brilyant Dadaşova - Xoşqədəm Hidayətqızı dueli: “Biz ona heç əhəmiyyət də vermədik”

Brilyant Dadaşova - Xoşqədəm Hidayətqızı dueli: “Biz ona heç əhəmiyyət də vermədik”

Mədəni̇yyət

30 Yanvar 2013, 15:17


“Xoşqədəm Hidayətqızının Facebook-dakı replikasına cavab verməmişəm”. Bunu Modern.az saytına Brilliant Dadaşovanın Bakıdakı sözçüsü Aynurə Əhmədova bildirib.

Qeyd edək ki, ATV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Brilliant Dadaşova haqda Facebook-da bir status yazıb:

““TMB”də Dadaşovanın verilişinə baxıram. Bu nə yaaa… Dadaşovanın səsində problemi var sanki. Türk müsafiri sözün əsl mənasında ona oxumağın necə olduğunu göstərdi”.

B.Dadaşovanın Bakıdakı sözçüsü A.Əhmədova bildirib ki, heç bir sayta xalq artisti adından açıqlama verməyib.
“Mən heç nə deməmişəm. Brilliant xanımın özünə də göstərdim ki, Xoşqədəm Hidayətqızı belə bir şey yazıb. O heç əhəmiyyət də vermədi”.

“Verlişdə Brilliant Dadaşova Bakıdan öz musiqiçilərini gətirmişdi. Onları bir-bir təqdim edəndə zarafatla dedi ki, “sağ olmuşlar, tezdən gəlib qapımı döydülər ki, gəl məşq edək. Gördüm səsimdə elə bil ki, bir az yorğunluq var”. Tezdən durub oxumaq səsə ziyandır. Verilişin qonağı olan türk müğənni Cenk də çox təəccüblə soruşub ki, “bu hələ sizin yorulan səsinizdir?”. O, Brilliant xanımın səsinə çox heyran oldu. Dedi ki, “mən sizin səsinizi, eşitmişdim, kliplərinizi görmüşdüm, amma heç vaxt canlı sizi dinləməmişdim””.

Şahanə Rəhimli
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü