Modern.az

"Eurovision-2013"ün II yarımfinalı keçirildi - Azərbaycan finala çıxdı - SİYAHI

"Eurovision-2013"ün II yarımfinalı keçirildi - Azərbaycan finala çıxdı - SİYAHI

Mədəni̇yyət

17 May 2013, 07:23


Ötən gecə İsveçin Malmö şəhərindəki “Malmö Arena”da "Eurovision-2013" Mahnı Müsabiqəsinin II yarımfinalı baş tutub. Modern.az-ın məlumatına görə, II yarımfinalda 17 ölkə finala çıxmaq üçün 10 yer uğrunda mübarizə aparıb.

II yarımfinalda Latviya, San-Marino, Makedoniya, Azərbaycan, Finlyandiya, Malta, Bolqarıstan, İslandiya, Yunanıstan, İsrail, Ermənistan, Macarıstan, Norvec, Albaniya, Gürcüstan, İsveçrə, Rumıniya təmsilçiləri yarışıblar

Çıxışlardan sonra keçirilən səsvermə nəticəsində mayın 18-də keçiriləcək finala vəsiqə qazanmış ifaçılar arasında Azərbaycan təmsilçisi Fərid Məmmədov da olub. Beləliklə də finala çıxan daha 10 ölkə müəyyənləşib. Bunlar aşağıdakılardır:

Macarıstan
Azərbaycan
Gürcüstan
Rumıniya
Norvec
İslandiya
Ermənistan
Finlyandiya
Malta
Yunanıstan

Mayın 14-də I yarımfinaldan Moldova, Litva, İrlandiya, Estoniya, Belarus, Danimarka, Rusiya, Belçika, Ukrayna, Niderland da finala vəsiqə qazanmışdı.

"Eurovision-2013"ün finalı mayın 18-də keçiriləcək.

Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Fransa (müsabiqənin yaradıcıları) və İsveç (ev sahibi) birbaşa finalda çıxış edəcəklər. Beləliklə finalın bütün iştirakçıları məlumdur. 

Qeyd edək ki, bu il Andorra, Bosniya və Hersoqovina, Lüksemburq, Monako, Polşa, Portuqaliya, Slovakiya, Türkiyə, Çexiya müsabiqədə iştirakdan imtina edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı